Microsoft Word zulu disser docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix27.03.2018
ölçüsü0,55 Mb.
#35161
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

28 

 

Görmə  imkanı  əsasən  naməlumdn  məluma  doğu  düşüncəli  səyahəti,  gələcəkdə 



məlum faktların, arzuların, təhlükələrin və imkanların yaradılmasını təcəssüm etdirir. 

O,  bizneslə  və  korporativ  mədəniyyət  arasında  əlaqə  adlandırmaq  olar  və  heyətin 

fəaliyyət  nəticələrinin  qiymətləndirilməsi  üçün  ümumi  vasitə  yaradır.    Aydındır  ki, 

görmə imkanı  anlayışı sahibkarlıqla  mənada sıx bağlıdır ki, onlardan birincisi həm 

liderlərdə, həm də məşğul olanlarda  böyük enerji mobilə edir. 

Görmə  imkanı  anlayışı  uzun  müddət  əsasən  davranış  haqqında  elmdə  istifadə 

edilmişdir  ki,  bu  da  bir  çox  praqmatik  liderlərin  ona  olan  inamını  kəsirdi.  Onun 

tətbiqinin  genişləndirilməsinə  görə  o,  texnokratik  tendensiyaların  hakim  olduğu 

təşkilatlarda  istifadə  edilməyə  başlamışdır  ki,  bu  da  onun  etibarlılığını  azaldır.  Axı 

texnokratlar  uzunluğun  səmərəli  görmə  imkanına  yönümlü  və  insan  amilini  qəbul 

etməyən  iqtisadçılar  və  mühəndislərdir.  Qeyd  etmək  lazımdır  ki,  görmə  imkanı 

anlayışının  güclü  tərəfi  məhz  insan  amilinin  vurğulanmasından  ibarətdir,  çünki  o, 

təşkilat əməkdaşları və onun fəaliyyəti nəticələrinin istehlakçıları üçün tam əlverişli 

vəziyyətin  şəklini  tam  aydın  çəkir.  Ona  görə  də  görmə  imkanına    kapital  gəliri, 

bazarda  pay  kimi  kəmiyyət  məqsədlərinin  və  görmə  imkanını  trivial  edən  və  onun 

təsirinə  görə  xeyli  azaldan  digər  göstəricilərin  görmə  imkanına  daxil  edilməsindən 

qaçmaq lazımdır. 

Bundan  başqa  görmə  imkanı  onun  işləyən  adamdan  və  ya  insanlardan 

qaynaqlanmalıdır. O, öz növbəsində, onu gələcəkdə pafosla və coşğunluqla ötürəcək 

digər  rəhbərlərə  tapşırıla  bilməz.  Görmə  imkanının  arzu  kimi  tərif  edilməsi  elə  bir 

üstünlüyə malikdir ki, onu konsepsiya və strategiya kimi anlayışlardan fərqləndirmək 

kifayət qədər sadədir. 

Görmə  imkanı  iki  əsas  elementdən  ibarətdir.  Birinci  konseptual  əsasın 

işlənilməsindən və ya təşkilatın təyinatının başa düşülməsindən ibarətdir – burada o, 

bələdçi    kimi  çıxış  edir.  Digər  mühüm  element  emosional  çağırışdır:  görmə 

imkanının  motivasiya  impulsunun  yerləşdiyi  və  insanların  razılaşa  biləcəyi  hissəsi. 

Həm  təlim,  intellektual  elementi,  həm  də  emosional  təkan  görmə  imkanının 



29 

 

mahiyyətini  müəyyənləşdirir.  Fundamental  dəyişikliklər  problemin  həllində 



təşkiklatın proqramının, dəyərlərin, əsas təsəvvürlərin dəyişilməsini tələb edir. 

Bütün hallarda – bu, prinsipial hərəkət, keçmişdən ayrılma və onun gələcəyin digər 

görmə imkanı ilə əvəzlənməsidir. 

Strateji  görmə  imkanı  firmanın  rəhbərinə  lazımdır  ki,  kompaniyanın 

inkişafındakı uzunmüddətli perspektivlərə dair bütün şübhələr aradan qaldırılsın. 

Strateji görmə imkanı 3 tərkib hissəsindən ibarətdir: 

1. təşkilatın missiyası; 

2. təşkilatın məqsədləri; 

3. təşkilatın strategiyası. 

Yaxşı  işlənilmiş  strateji  görmə  imkanının  formalaşmasında  və  kompaniyanın 

missiyasının əsaslandırılmasında 3 aspekt vardır: 

a) kompaniyanın biznesin hansı sferasında işlədiyini başa düşmək; 

b) strateji görmə imkanının izah edilməsi, kompaniyanın missiyası öz vaxtında 

qərar zamanı aydın və mənfəətlidir, kompaniyanın strateji istiqamətini və missiyasını 

nə zaman dəyişmək; 

Biznesin  düzgün  müəyyənləşdirilməsi  adətən  üç  amilin  qəbul  edilməsini  tələb 

edir: 

1. istehlakçıların tələbləri və ya nə istehsal etmək lazımdır; 



2. alıcılar qrupu və ya əmtəələr kimin üçün isehsal olunur; 

3. texniki və funksional yerinə yetirmə, yəni alıcıların tələbləri necə ödənilir. 

Biznesin seçimi  3 göstəricilər üzrə müəyyənləşdirilir: tələbləri nə üzərində, necə və 

nə ilə ödəmək. 




30 

 

Idarəetmə  dəyərlərinə  malik  olmaq  üçün  strateji  görmə  imkanında  fəaliyyət 



sferası, kompaniyanın işgüzar maraqlarının real sahəsi müəyyənləşdirilir. Menecerlər 

öz dediklərində prinsipial olmalıdırlar ki, işçilərdə güclü məsuliyyət hissi yaratsınlar. 

Təşkilatın məqsədi – təşkilatın cəhd etdiyi fəaliyyətin ayrıca xarakteristikasının 

və ya onun sferasının konkret durumudur. 

Məqsəd: 

1. iş davamiyyətinin müəyyənləşdirilməsində əsas yer tutur; 

2.  təşkilatın  məqsədinin  əsasında  müəssisənin  istehsal  proqrammı  və  işçi 

strategiyası müəyyənləşdirilir. 

Ə

gər  əvvəllər  işgüzar  təşkilatın başlıca  məqsədi gəlirin  maksimallaşdırılması idi isə 



indi o, gəlirlilik potensialının artırılmasıdır. 

Piter  Drakerə  görə:  “…  təşkilatın  məqsədi  –  təşkilatın  müştərilərinin  sayının 

artırılmasıdır” (13, səh.30). 

Qərbdə məqsədləri 2 tipə bölürlər: 

1. maliyyə; 

2. strateji. 

Maiyyə  tipinə  məsələn,  gəlirlərin  sürətli  artımı,  pul  daxilolmalarının  sürətli 

artımı, yüksək dividendlər, gəlir əldə edənin diversifikasiyası, sərmayəyə görə gəlirin 

artımı,  bir  işçiyə  görə  gəlirin  artırılması,  səhmlərin  dəyərinin  artımı,  daha  çox 

diversifikasiya edilmiş baza aid edilir. 

Strateji məqsədlərə bazarın payının artımı, məhsulun keyfiyyətinin qaldırılması, 

məsrəflərin  azaldılması,  kompaniyanın  nüfuzunun  qaldırılması,  istehlakçılara 

xidmətin sürətləndirilməsi, beynəlxalq bazarda rəqabət qabiliyyətinin artırılması və s. 

aid edilir. 

Işgüzar təşkilatlarda strategiya növbəti növlərə malikdir: 



31 

 

1. korporativ; 



2. işgüzar; 

3. funksional; 

4. əməliyyat. 

Beləliklə, görmə imkanının izah edilməsi, xülasəsi «arzu edilən reallığı» təsvir 

etməli, əsas dəyərləri ifadə etməli, lazımi dəyşiklikləri göstərməli, nailiyyətləri (lakin 

qısamüddətdə  deyil)  nəzərdə  tutmalı,  qısa  və  lakonik,  ruhlandırıcı  və  yaradıcı 

olmalıdır. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə