Microsoft Word zulu disser docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix27.03.2018
ölçüsü0,55 Mb.
#35161
1   2   3   4   5   6   7   8   9   10   ...   24

19 

 

göstəriciləri,  məqsədlər,  ehtiyatların  miqdarı  və  xarici  mühitin  xarakteristikaları 



dəyişə bilər. 

 Ali  menecment  bazardakı  vəziyyətdən  istifadə  edərək,  firmanın  imkanlarını 

nəzərə alaraq, müvafiq strategiyalar seçir və strateji idarəetmə mexanizmi qurur. Hal-

hazırda  strateji  idarəetmə  mürəkkəbləşən  bazar  şəraitində  uğurla  «sağ  qalmanın» 

mühüm  amilidir.  Lakin  təşkilatların  fəaliyyətlərində  həmişə  rəqib  mübarizədə  çox 

vaxt məğlubiyyətə gətirib çıxaran stratejilliyin olmadığını müşahidə etmək olar.. 

 

Şə

kil 1.2. Bazarda fəaliyyət göstərən təşkilatın idarəetmə sxemi 



Strateji  idarəetmənin  yoxluğu  hər  şeydən  əvvəl  növbəti  iki  formalarda  təzahür 

olunur.  Birincisi,  təşkilatlar  öz  fəaliyyətlərini  ətrafın  ya  ümumiyyətlə, 

dəyişməyəcəyinə,  ya  da  orada  keyfiyyət  dəyişikliklərinin  baş  verməyəcəyinə 

ə

saslanaraq,  planlaşdırır.  Kifayət  qədər  uzunmüddətli  perspektivdə  nə  və  nə  zaman 



etməyi  əvvəlcədən  yazan uzunmüddətli  planların  tərtibi  cəhdləri,  əsas  müddətdə bir 

Xarici mühit

 

Bazar 


T

ə

sərrüfat təşkilatı 



Ehtuyatlar 

M

ə



qsədlər 

İdar


ə

etmə sistemi 

Proses 

N

ə



ticələr 

Prosesin 

modeli 

T

əş



kilatın 

səmərəliliyi 

modeli 

İstehlak d



ə

yəri 


(əmtəə, xidmət) 

T

əş



kilatın 

səmərəliliyi 




20 

 

çox əvvəl illərə qərar tapmaq cəhdləri, «əsrlərə» qurmaq və ya «uzun illərə» tapmaq 



arzusu – qeyri-strateji idarəetmə əlamətləridir. Uzunmüddətli perspektivin görünməsi 

–  strateji  idarəetmənin  çox  mühüm  tərkib  hissəsidir.  Lakin  bu,  heç  bir  şəkildə 

mövcud  praktikanın  və  ətrafın  mövcud  durumunun  bir  neçə  il  əvvələ 

ekstrapolyasiyası mənasını vermir. 

Strateji idarəetmə təşkilatın qarşıda qoyulmuş məqsədlərə gələcəkdə nail olması 

üçün  hazırda  nə  etməli  olduğunu  hər  bir  an  təsbit  edir  və  bu  halda  ətrafın 

dəyişəcəyinə  və  təşkilatın  həyat  şəraitinin  də  dəyişəcəyinə  əsaslanır.  Strateji 

idarəetmə zamanı sanki gələcəkdən bu günə baxılır, təşkilatın gələcəyini təmin edən 

onun  bu  günkü  fəaliyyətləri  müəyyənləşdirilir  və  həyata  keçirilir,  lakin  təşkilatın 

gələcəkdə nə etməli olacağının planını və ya siyahısını işləyib hazırlamır. Buna əks 

olaraq,  qeyri-strateji  idarəetmə  zamanı  həm  hazırkı,  həm  də  gələcək  konkret 

fəaliyyətlərin planı tərtib edilir apriori ona əsaslanır ki, son durum dəqiq məlumdur 

və  ətraf  faktiki  olaraq,  dəyişməyəcək.  Ikincisi  qeyri-strateji  idarəetmə  zamanı 

fəaliyyət  proqramının  işlənilməsi  daxili  imkanların  və  təşkilatın  ehtiyatlarının 

təhlilindən  başlanır.    Bu  cürə  yanaşma  zamanı  adətən  belə  çıxır  ki,  təşkilat  öz 

məqsədlərinə  çatmağa  qadir  deyildir,  çünki  onların  nailiyyəti  prinsipial  olaraq, 

müştərilərin  imkanlarından,  arzularından  və  tələblərindən,  eləcə  də  rəqiblərin 

davranışından  asılıdır.    Təşkilatın  öz  daxili  imkanlarının  təhlili  əsasında 

müəyyənləşdirə biləcəyi hər şey – onun hansı miqdarda məhsul istehsal edə bidlməsi 

və bu zaman onun hansı məsrəflərə məruz qalacağıdır. Satışın hansı miqdarda olması 

və  hansı  qiymətlə  satılmasını  –    bazar  müəyyənləşdirəcək.  Ona  görə  də  təşkilatın 

fəaliyyətini  daxili  ehtiyatların  və  imkanların  təhlilindən  planalaşdırmağa  başlamaq, 

bu  ehtiyatlardan  səmərəli  istifadə  etmək  strateji  idarəetmənin  prinsipləri  ilə  tam 

ə

ksinə getmək mənasını verir. 



Strateji  idarəetmənin  imkanları  sərhədsiz  deyildir.  Strateji  idarəetmədən 

istifadəyə bir sıra məhdudiyyətlər vardır, onlar göstərir ki, idarəetmənin verilmiş tipi 

bütün digərləri kimi istənilən vəziyyətlər və məsələlər üçün universal deyildir. 



21 

 

Birincisi,  strateji  idarəetmə    öz  mahiyyətinə  əsasən  gələcəyin  dəqiq  və  ətraflı 



mənzərəsini  vermir,  heç  verə  də  bilməz.  Strateji  idarəetmədə  işlənilən  arzu  olunan 

gələcək  təşkilatın təsviri –  onun daxili  durumunun  və  xarici  mühitdəki  vəziyyətinin 

ə

traflı təsviri deyil, daha çox təşkilatın gələcəkdə hansı vəziyyətdə olması, bazarda və 



biznesdə hansı mövqeni tutması, hansı təşkilati mədəniyyətə malik olması, hansı işçi 

qruplara  daxil  olması  və  s.  keyfiyyət  istəklərinin  toplusudur.  Bütün  bunlar 

ümumilikdə  müəyyənləşdirəcəyini  tərtib  etməlidir:  təşkilat  gələcəkdə  rəqib 

mübarizəsində «sağ  qalacaqmı», yoxsa, yox. 

Ikincisi,  strateji  idarəetmə  təkrərlanan  qaydaların,  prosedurların  və  sxemlərin 

toplusuna  gətirə  bilməz.  Onun  müəyyən  məsələlərin  həlli  zamanı  və  ya  müəyyən 

vəziyyətlərdə  nəyi  və  necə  etmayi  əvvəlcədən  müəyyən  edən  nəzəriyyəsi  yoxdur. 

Strateji idarəetmə  – daha  çox biznesin və  ya  menecmentin  müəyyən  fəlsəfəsi  və  ya 

ideologiyasıdır.  O,  hər  bir  menecer  tərəfindən  özünə  görə  başa  düşülür  və  həyata 

keçirilir. Əlbəttə, problemlərin təhlilinin və strategiyanın seçiminin, eləcə də strateji 

planlaşdırmanın icrasının və strategiyanın praktiki reallaşmasının bir sıra tövsiyyələri, 

qaydaları və məntiqi sxemləri vardır. Lakin ümumilikdə praktikada strateji idarəetmə: 

-  ali  rəhbərliyin  təşkilatı  srateji  məqsədlərə  aparmaq    intuisiyasının  və 

bacarığının simbiozudur; 

-    təşkilatın  mühitlə  əlaqəsini,  təşkilatın  və  onun  məhsullarının  yenilənməsini, 

eləcə  də  cari  planların  realizasiyasını  təmin  edən  işçilərin  yüksək  peşəkarlığı  və 

yaradıcılığı; 

-  bütün  işçilərin  təşkilatın  məsələlərininin  həllinə,  onun  məqsədlərinə  nail 

olmanın ən yaxşı yollarının axtarışı. 

Üçüncüsü, təşkilatda strateji idarəetmə prosesi başlamışdır ki, zamana və ehtiyatlara 

böyük məsrəflər və səylər tələb edilir. Strateji planlaşdırmanın  aparılması və həyata 

keçirilməsi  tələb  edilir,  o,  kökündə  istənilən  şəraitdə  icraya  mütləq  uzunmüddətli 

planların işlənilməsindən  fərqlidir.  Xarici  mühitin  izlənilməsini  və  təşkilatın  mühitə 

qoşulmasını  həyata  keçirən  xidmətlərin  yaradılması  da  vacibdir.  Marketinqin 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə