Microsoft Word zulu disser docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix27.03.2018
ölçüsü0,55 Mb.
#35161
1   2   3   4   5   6   7   8   9   ...   24

10 

 

qərarlar  göstərilir.  Beləliklə,  qərarların  qəbulunda  strateji  səviyyənin  fərqli  əlaməti 



kimi  iki  xarakteristika  istifadə  edilir  –  nəticələrin  dönməzliyi  və  uzunmüddətliliyi. 

Bu,  onu  göstərir  ki,  strateji  qərarların  qəbulu  müəssisənin  potensialını  dəyişir  və 

idarəetmə  obyektinin  əvvəlki  durumuna  qayıdış  əgər  mümkün  olarsa,  onda  böyük 

zaman, ehtiyat məsrəfləri və ya səylər tələb edir. 

Istehsalat bazasının mövcud potensialından  istifadəyə  dair  qərarları  taktiki  qərarlara 

aid  etmək  məqsədəuyğundur.  Potensialın  formalaşması  və  dəyişilməsi  proseslərinə 

dair daha mühüm qərarları strateji qərarlara aid etmək olar. 

V.S.Yefremovun  fikrincə  (9,  səh.67-71),  strategiyanı  müxtəlif  tərəflərdən  nəzərdən 

keçirmək lazımdır: 

“- Strategiya – son nəticənin əldə edilməsində vasitədir. 

- Strategiya təşkilatın bütün hissələrini vahid bütövlükdə birləşdirir. 

- Strategiya təşkilatın bütün əsas aspektlərini əhatə edir. 

- Strategiya təşkilatın planlarının bütün hissələrinin bir yerə sığmasını təmin edir. 

-  Strategiya  təşkilatın  mahiyyətinə  dairhəlledici  suallara  cavab  verir:  bu  gün  biznes 

nəyi  təcəssüm  etdirir?  Biznes  sabah  necə  olmalıdır?  Bizim  əmtəələr,  funksiyalar, 

bazarlar necədir? Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün nə etmək lazımdır? 

- Strategiya – təşkilatın güclü və zəif tərəflərinin təhlili, eləcə də onun inkişafı üçün 

imkanların və maneələrin müəyyənləşdirilməsi nəticəsidir. 

-Strategiya  –  təşkilatın  xarici  mühitdəki  dəyişikliklərə  əvvəlcədən  planlaşdırılmış 

reaksiyasıdır”. 

Strateji prosesi üç hissəyə ayırmaq olar: 

- strateji planlaşdırma; 

- strateji təşkilat; 



11 

 

- strateji nəzarət və tənzimləmə. 



Strateji planlaşdırma niyyətin müəyənləşdirilməsindən və inkişaf məqsədlərinin 

qoyulmasından,  strateji  mövqelərin  təhlili,  rəqib  üstünlüklərinin  əldə  edilməsinə  və 

inkişaf etdirilməsinə gətirib çıxara biləcək daxili və xarici amillərin və fəaliyyətlərin 

tədqiqi əsaasında strategiyanın formalaşmasından ibarətdir. 

Strateji təşkilat strateji məqsədlərin əldə edilməsinə yardım edən (və ya əksinə, 

mane  olan)  firmanın  daxili  aspektlərinə  aid  edilir.  Firmanın  təşkilati  mədəniyyəti, 

strukturu, menecmenti, insanları və ehtiyatları necə birləşdirməsi xeyli dərəcədə onun 

rəqib üstünlüklərindən asılıdır. 

Strateji  təhlil  və  nəzarət  –  cari  strateji  fəaliyyətlərin  firmanın  qarşıya  qoyduğu 

məqsədlərin tələblərinə cavab vermədiyi hallardakı dəyişikliklərin idarə edilməsi və 

strategiyanın reallaşdırılması gedişatının qiymətləndirilməsi prosesidir. 

Strateji  idarəetmə  təşkilatın  strategiyanın  işlənilməsi  və  reallaşdırılması  üzrə 

fəaliyyətlərinin ardıcıllığını müəyyənləşdirən prosesi təcəssüm etdirir. O, məqsədlərin 

qoyuluşdan, 

strategiyanın 

işlənilməsindən, 

zəruri 

ehtiyatların 



müəyyənləşdirilməsindən  və  təşkilata  qarşıya  qoyulmuş  məsələlərə  nail  olmağa 

imkan yaradan xarici mühitlə qarşılıqlı münasibətlərə köməklik etməkdən ibarətdir. 

Strateji idarəetmənin iki əsas son məhsulunu ayırırlar. Onlardan birincisi, gələcəkdə 

məqsədlərə nail olmanı təmin edən təşkilatın potensialıdır. 

Təşkilatın  potensialı  dedikdə,  bu  kontekstdə  nəyi  başa  düşmək  lazımdır?  Şəkil 

1.1-ə  müraciət  edək.  «Giriş»  tərəfdən  bu  potensial  xammal,  maliyyə  və  insan 

ehtiyatlarından,  informasiyadan  ibarətdir;  «çıxış»  tərəfdən  istehsal  olunmuş 

məhsuldan  və  xidmətlərdən,  sosial  davranış  qaydaları  toplusundan.  Bu  qaydalara 

riayət  təşkilata  məqsədlərə  nail  olmağa  köməklik  edir.  Qeyd  etmək  vacibdir  ki, 

təşkilatın potensialına bütün xidmətlər və məhsullar daxil ola bilməz, yalnız potensial 

gəlirlik nöqteyi nəzərdən sınaqdan keçirilmişlər daxil edilə bilər. Bu onu göstərir ki, 



12 

 

firmanın  məhsulu  yeni  perspektiv  texnologiyalar  əsasında  yaradılmışdır,  o,  fərqli 



xüsusiyyətlərə malikdir və bazarda böyük tələblə istifadə ediləcək. 

 

Şə



kil 1.1. Kommersial təşkilatın prinsipial sxemi, K – işçi kadrlar; F – əsas fondlar; 

I –informasiya (təşkilatın istehsalı və idarəetmə haqqında). 

 

 



Strateji  idarəetmənin  digər  son  məhsulu  təşkilatın  xarici  mühitdəki  dəyişikliklərə 

qarşı həssaslığını təmin edən təşkilati dəyişikliklər və daxili strukturdur. Sahibkarlıq 

təşkilatında bu, xarici dəyişiklikləri öz vaxtında tapmaq və düzgün şərh etmək, eləcə 

də  yeni  əmtəə  və  xidmətlər  texnologiyalarının  işlənilməsi,  sınaqdan  keçirilməsi  və 

tətbiqi  üçün  strateji  imkanların  olmasını  nəzərdə  tutan  dekvat  cavab  fəaliyyətlərilə 

rəhbərlik  etmək    qabiliyyətlərinin,  təşkilati  dəyişikliklərin  olmasını  nəzərdə  tutur. 

Təşkilatın  potensialı  və  strateji  imkanlar  onun  arxitektoniki  və  heyətin  keyfiyyətilə 

müəyyənləşdirilir. 

Təşkilatın arxitektonikası aşağıdakılardan ibarətdir: 

İctimai t

ə

ləblər 


 

 

C



ə

miyyət 


 

 



 

İ 



 

Ehtiyatların d

ə

yişməsi 


İnsan ehtiyatları 

İnformasiya 

T

ə

bii ehtiyatlar 



Maliyy

ə 

İnformasiya 



Sosial davranış qaydaları 

M

ə



hsul 

i usluqi 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə