Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   2   3   4   5   6   7   8   9   ...   38

_____________Milli Kitabxana_____________ 

 
Gah dərviş oldum, gah qələndər, 
Gah məst, gah da məstanə oldum. 
 
Həyatını maddi yoxsulluq və  mənəvi ziddiyyətlər içərisində keçirən, gah qələndərlik, 
gah da dərvişlik edən Nəbati ahıl yaşlarında “Künci-vəhdətdə təbah oldu əziz ömrüm, heyf” 
– deyə sufiyanə ömür sürməsinə  təəssüflənir, peşimançılıq çəkir.  Şair həyatın mənası, 
dünyanın əvvəl-axırı haqqında çox düşünüb-daşınsa da, yaradılışın gizli sirlərindən xəbərsiz 
qalır: 
 
Yetdi ömrüm axirə, sən bir Nəbati bilmədin, 
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir. 
Od tutub canım sərasər yandı, amma bilmədim 
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir. 
Bilmədim ömrümdə heç bir küfrü iyman hansıdır, 
Əhmədü Mahmud kimdir, Müsəvü İsa nədir. 
 
Nəbatinin həyatı ziddiyyətli və  ağır keçmişdir.  Şair rastlaşdığı  çətinlikləri aradan 
qaldırmaq üçün müxtəlif vasitələrə  əl atsa da, dövran, zəmanə onu həmişə  məyus etmiş, 
kədərləndirmişdir.  Şeirlərinin birində özünün qəmli, tutqun əhvali-ruhiyyəsini ifadə edən 
şair lirik qəhrəmanın dilindən bu sözləri vermişdir: 
Nə müddətdir məni-biçarə, yarəb, yarsız qaldım, 
Pozuldu rövnəqim, dağıldı ev, pərkarsız qaldım. 
Kimə izhar edim dərdim, hanı bir məhrəmi-əsrar? 
Qəmim çox, qəmküsarım yox, əcəb qəmxarsız qaldım. 
 
Nəbati 1873-cü ildə  Üştibində  vəfat etmiş  və orada kənd qəbristanlığında dəfn 
olunmuşdur. Müasirləri  şairin divanını qoruyub saxlamış,  əsərlərini çağdaşlarımıza 
çatdırmışlar. 
XIX əsr Azərbaycan lirikasının ən görkəmli yaradıcılarından olan Nəbatinin poetik irsi
həm ideya-məzmun, estetik mətləb, həm də forma-sənətkarlıq keyfiyyətləri baxımından 
zəngindir. Lakin şairin yaradıcılığında iki istiqamət aydın seçilir: 1. saf, təmiz insan 
duyğularının, dünyəvi məhəbbət hisslərinin və real gözəlin tərənnümü; 2. sufi-fəlsəfi 
fikirlərin və panteist görüşlərin təbliği. Buna uyğun olaraq onun əsərləri forma baxımından 
da birbirindən fərqlənir. Bu əsərlərin bir qismi heca vəznində, qoşma, gəraylı, çarpa və 
təcnis janrlarında, ikinci qismi isə  əruz vəznində, qəzəl, qəsidə, müxəmməs, müstəzad, 
rübai, tərcibənd janrlarında yazılmışdır. 
Şairin heca vəznində yazdığı  şeirlərinin  əsas ideya xəttini real məhəbbətin, gözəlin 
tərənnümü təşkil edir. Nəbati sevən gəncin daxili aləmini, hiss və duyğularını, sevinc və 
kədərini sənətkarlıqla açır. Onun lirik qəhrəmanı həyat aşiqi, gözəllik vurğunudur. Bir qədər 
romantik ruhda olmasına baxmayaraq, bu gənc real dünyanı, həyat nemətlərini yüksək 
qiymətləndirir, xoşbəxtliyi həqiqi sevgidə görür. Məhəbbət yolunda əzab-əziyyətə 
düşməyi,bəla çəkməyi təbii sayır və bütün  cəfalara vəfa göstərəcəyini bildirir: 
 


_____________Milli Kitabxana_____________ 

 
Aşiq olan xof eləməz bəladan, 
İnciməz yar edən cövrü cəfadan, 
Nəbati, əl çəkən kimdir vəfadan? 
Qoymuşam başımı mən bu meydanə! 
 
Gözəlliyi incə bir zövqlə duyan və qiymətləndirən Nəbatinin qoşma və  gəraylılarında 
həsrət motivləri, aşiqin keçirdiyi sıxıntı və iztirablar yüksək sənətkarlıqla canlandırılır. Şair 
sevgilisindən ayrı düşmüş  gəncin  əzablarını, daxili təlatümlərini təbii boyalarla verir. 
Hicrandan səbri tükənən, taqəti kəsilən, naləsi “dağı-daşı bürüyən” bu gənc bəzən çəkdiyi 
əziyyətlərdən bezib, özünə “bəxti qara” desə də, cəfakeşlikdən əl çəkmir: 
 
Demə Nəbatinin yoxdur dəvamı. 
Cövrümə tab etməz, çəkməz cəfamı, 
Şahid olsun aləm cümlə, təmamı, 
Nə qədər istərsən çək sinəmə dağ. 
Nəbatinin qoşma və gəraylılarnda məşuqə surəti də təbii boyalarla göstərilir. 
Şairin təsvir etdiyi gözəl real həyat adamı, canlı insandır. Onun simasında cazibədar 
Azərbaycan qızını görmək çətin deyil: hətta gözəlin konkret məkanı da məlumdur: 
 
Gözəl çox ruyi-zəmində, 
Xüsusən Çinü Maçində. 
Səni də bu Üştibində 
Bir mahi-taban yaradıb. 
 
Qoşma və  gəraylılarında  şair gözəlin zahiri görkəmini, simasını, geyimini, bədən 
quruluşunu, baxışını, duruşunu, yerişini böyük ustalıqla tərənnüm edir. Başına abı  rəngli 
tirmədən  şar örtən, al-əlvan geyinən, “camalı gündən göyçək” olan bu gözəllər mehriban 
Azərbaycan qızlarıdır. Nəbati onları çox təbii, öz yerli xüsusiyyətləri və milli geyimləri ilə 
təsvir edir. “Yaradıb” rədifli gəraylısında  şair, hətta gözəlin canlı portretini çəkir. Bu 
portretdə onun bütün cazibədarlığı görünür: 
 
Maşallah, qadir Allah 
Gör necə dilbər yaradıb! 
Gül üzündə əfşan-əfşan 
Zülfi-müənbər yaradıb 
Ağzı qönçə, ləbi püstə 
Beli incə, boyu bəstə, 
Tökülübdür dəstə-dəstə, 
Nə gözəl tellər yaradıb! 
Qaşı fitnə, gözü çadu, 
Üzü lalə, xalı hindu, 
Mina gərdən, saçı qarqu, 
Gül buxağın tər yaradıb. 


_____________Milli Kitabxana_____________ 

 
Dili almas, dişi inci, 
At sinəsi gövhər gənçi. 
Vəsfə gəlməz nazu ğənci. 
Bunu əfsunkar yaradıb. 
 
Şairin “Gözlərin”, “Olur”, “Döndü”, “Ey sənəm”, “Məndən”, “Genə” rədifli 
qoşmalarında da məşuqənin gözəlliyi cazibədarlığı, zahiri və daxili 
keyfiyyətləri odlu bir lirika ilə  tərənnüm olunur. Lirik qəhrəmanın dilindən söylənən bu 
şeirlərdə  həmçinin təmiz məhəbbətlə sevən gəncin mənəvi, dünyası, onun hiss, duyğu və 
həyəcanları həssaslıqla təsvir edilir. 
Nəbatinin real, dünyəvi məhəbbətdən bəhs edən lirik şeirləri içərisində “Gəlsin, 
gəlməsin?” rədifli qoşması mühüm yer tutur. Sevgilisindən ayrı düşmüş aşiqin daxili aləmini 
təsvir edən bu şeir Səbaya (Səhər mehinə) müraciətlə başlanır. Özünü “hicran düşkünü”, 
“İllər xəstəsi” adlandıran aşiq Səba vasitəsilə yarına xəbər göndərib onunla barışmaq 
istədiyini bildirir. Şerin bütün bəndlərində  aşiqin səmimiyyəti, sevgidə  vəfası  və  sədaqəti 
ifadə olunur. O, sevgilisindən ayrı düşsə  də  məhəbbəti soyumur. Əksinə, “yar kuyi”ndən 
kənarda keçirdiyi günlər onun eşqini daha da alovlandırır. Aşiq həsrətdən üzülür, amma 
yenə də vurulduğu gözəli düşünərək belə bir qəti qərara gəlir ki, sevgilisindən kənarda ona 
həyat yoxdur. Eşqsiz dünyanın heç bir neməti, heç bir şöhrət, ad-san onun qəlbini oxşayıb 
ruhuna sakitlik gətirə bilmir. Buna görə  aşiq bütün varlığını, gümanı  gələn hər neməti 
sevgilisi yolunda qurban verməyə hazır olur: 
 
Nəbati istəməz onsuz dünyanı, 
İzzəti, hörməti, şövkəti, şanı, 
Bir zada qalmayıb daha gümanı, 
Bu baş o meydanə gəlsin, gəlməsin? 
 
“Gəlsin, gəlməsin?” qoşması poetika-sənətkarlıq baxımından gözəl sənət nümunəsidir. 
Beş  bənddən ibarət olan bu şeirdə “səba”, “bülbül”, “gülüstan”, “pərvanə” və s. ənənəvi 
obrazlara təsadüf olunmasına baxmayaraq, Nəbati tamamilə yeni, orijinal lirika nümunəsi 
yaratmışdır. Onun dili sadə və aydın, misraları axıcıdır. Bu xüsusiyyətlərinə görə “Gəlsin, 
gəlməsin?” qoşması tezliklə dildən-dilə düşüb yayılmış, xalq içərisində böyük 
qarşılanmışdır. Nəbatinin müasirlərindən olan Mirzə Mehdi Şükuhi “Gəlsin, gəlməsin?” 
qoşmasından təsirlənərək, ona eyni rədifli qoşma yazmışdır. 
Dünyəvi sevgini, real insan gözəlliyini yüksək ilhamla tərənnüm edən Nəbatinin 
yaradıcılığında sufi-panteist görüşlərin, ilahi məhəbbət ideyalarının təbliği geniş yer tutur. 
Qoşma və  gəraylılarından fərqli olaraq – qəsidə  və  qəzəllərində  məcazi eşqin tərənnümü, 
Nuri-Həqqin təbliği aparıcı mövqedə dayanır. Bu şeirlərin lirik qəhrəmanı ziddiyyətli bir 
insandır. O, bir tərəfdən hüsni-mütləq aşiqidir: dünya gözəlliklərinin hamısını ilahi aləmlə 
bağlayır, gözəlləri sevmək iqtidarını ilahi məhəbbətin nuru ilə əlaqələndirir, öz xoşbəxtliyini 
Allaha qovuşmaqda görür. İkinci tərəfdən həyat nemətlərini tərifləyir, insanı maddi 
gözəlliklərdən zövq almağa çağırır.  Şairin qəzəllərindəki məşuqə surəti də ikili səciyyə 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə