Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

_____________Milli Kitabxana_____________ 
74 
 
Etsə Nəbati əgər şövq ilə bir cür’ə nuş, 
Şurü nəvadən salar ərseyi-dövranə rəqs. 
 
* * * 
Ta ki, bünyad eylərəm rüxsari-canandan hədis
Eylə bil kim, eylərəm gülzari-rizvandan hədis. 
 
Tutduğu işdən pəşiman oldu, çəkdi ahi-sərd, 
Eylədim çün Xizrə ta ol lə’li-xəndandan hədis. 
 
Ey sirişki-laləgun, amadə ol, gəl kim, edər 
Xameyi-müşkinrəqəm zülfi-pərişandan hədis. 
 
Durma, ey peyki-səba, uşşaqı ehzar et tamam, 
Ta edəm mən dərdi-eşqə zövqi-dərmandan hədis. 
 
Qoy qədəm meydani-eşqə cəhd qıl, mərdanə var, 
Başını ortaya sal, et kuyi-çovgandan hədis. 
 
“Ürvətül-vüsqa” ki, derlər tari-zülfi-yar imiş, 
Tut bu möhkəm riştəni, et gənci-pünhandan hədis. 
 
Qafil olma naleyi-şəbgirü ahi-sübhdən, 
Vasil ol dildarə, az et şami-hicrandan hədis. 
 
Mən ki meydən küsmüşəm, əfv eyləsin saqi məni
Küfrdir gər bir də etsəm rahi-reyhandan hədis. 
 
Cummuşam dəryayi-eşqə qutəvər qəvvas tək, 
Çəkmişəm dəm, eylərəm bir dürri-qəltandan hədis. 
 
Pərtövi-ənvari-hüsnün görsə zahid, həqq bilir, 
Tərk edər firdövsi, etməz hurü qılmandan hədis. 
 
Nöqteyi-xalın xəyalı lal edibdir nitqimi, 
Kim nə təqrir ilə qılsın cövhəri-candan hədis. 
 
Eşq bazarında ancaq hüsni-güftar istərəm, 
Təb’i-gövhərbarım eylər mahi-Kən’andan hədis. 


_____________Milli Kitabxana_____________ 
75 
 
Bəs ki, xugər olmuşam məhrulərin güftarinə, 
Ləhzə-ləhzə eylərəm xurşidi-rəxşandan hədis. 
 
Bir pəri-peykər nigarın vəsfini şərh eylərəm
Etmənəm mən özgələr tək xanü sultanım hədis. 
 
Ey dəbiri-nüktəpərvər, tutiyi-şirin zəban, 
Dəmbədəm “hu-hu” çəkib, et Sədri-dövrandan hədis. 
 
Hadiyi-rahi-həqiqət, mürşüdi-sahibnəzər, 
Nöqteyi-pərgari-aləm, bəhri-ürfandan hədis. 
 
Xosrovü Şirinü Fərhadi Nizamidən soruş, 
Kim, Nəbati daim eylər, şahi-mərdandan hədis. 


_____________Milli Kitabxana_____________ 
76 
 
* * * 
Mənə dilbər, o könül mülkünə sultanım bəs, 
Dinü dil verməyə ol qarəti-imanım bəs. 
 
Aşiqi-sadiq üçün məhzəri-şahid nə gərək? 
Mənə isbati-cünun bu səri-üryanım bəs. 
 
Nə işim vardı mənim seyri-gülüstanə gedim? 
Seyri-gülşən mənə bu xəlvəti-viranım bəs. 
 
Neylərəm sirrimi hər nakəsə izhar eləyim? 
Mənə qəmi yar, rəfiqim dili-suzanım bəs. 
 
Huri-cənnət ola, mən istəmərəm yar özümə, 
Mənə yar olsa əgər ol güli-xəndanım bəs. 
 
Çox da tə’rif eləmə baği-behişti, zahid, 
Ki, onun kuyi, mənim rövzeyi-rizvanım bəs. 
 
Bülbülü tütiyü qümru sənə ərzani ola
Ey Nəbati, mənə bu təb’i-süxəndanım bəs. 


_____________Milli Kitabxana_____________ 
77 
 
* * * 
 
Vəh, nə göyçək yazılıb səfheyi-rüxsanə bu xət! 
Görsə, billah, gətirər kafəri iqrarə bu xət. 
 
Istəsən, hazır edər hər kimi ol saətdə, 
Deyəsən nəqş olunub məntəri-əhzarə bu xət. 
 
Elə bil qövsi-qüzehdir çəkilib çərx üzrə, 
Gör nə rəngin yaraşır arizi-gülnarə bu xət! 
 
Allah, Allah, yeri təhsin elə ol nəqqaşə, 
Yoxdu imkanı gələ gərdişi-pərkarə bu xət. 
 
Sehrdir bu görəsən, yoxsa ki, Mani işidir, 
Çoxların eyləyəcək mən kimi avarə bu xət. 
 
Nöqteyi-xali-siyahın məni girdabə salıb, 
Nə olur dərdimə bir də edə bir çarə bu xət? 
 
Dağ vurub lalə kimi bağrıma xoşdur, amma 
Çox fəqirin gününü eyləyəcək qarə bu xət. 
 
Ey Nəbati, nə qədər var isə ömrün, xət yaz, 
Aqibət bir gün olur kim, gəli bir karə bu xət. 


_____________Milli Kitabxana_____________ 
78 
 
 
* * * 
Şükr, xuda ki, etdi yar şad fikar könlümü, 
Bir güli-tazə göndərib, etdi bahar könlümü. 
 
Kövkəbi-bəxti-sə’ddən dəxi şikayət eyləmən, 
Gün kimi rövşən eylədi tirəvü tar könlümü. 
 
Şahnişin çeşmimi mənzili-xas edər sənə, 
Gər edə nəqşi-surətin dari-qərar könlümü. 
 
Tə’bin edərsə gər həvəs seyrü şikarə, çox gözəl, 
Cəhd qıl, eylə bir əməl, al bu təvar könlümü. 
 
Qəsdi-təvafi-Kə’bədən kimsəni mən’ qılmanam, 
Sən o məkanə getmə, gəl gəz bu nəzar könlümü. 
 
Qoyma hücumi-xeyli-qəm mülki-dili xərab edə, 
Canə yetirdi, saqi can, rənci-xumar könlümü! 
 
Bir deməmiş ayağə dur, yoxsa kinayə bilmisən, 
Sağəri-zərnigarı qap, gör bu yanar könlümü! 
 
Tüngi-şəkər dəhanının yadına bir piyalə vur, 
Yox demə kim, bu söz mənim eylədi dar könlümü. 
 
Həlqeyi-zülfi xəmbəxəm sehrü füsunə müntəzəm, 
Mən ki, əvami-sirfəm, ux, çaldı bu mar könlümü! 
 
Daneyi-xalü dami-mu ta eləsin nə “hay-hu”, 
Bazi-sifid tək gözün etdi şikar könlümü. 
 
Mən dəli olmadım əbəs, əhli-cahan, haray-haray! 
Əqlim apardı sinəsi, aldı bu nar könlümü. 
 
Tari bilir ki, mürdəni zində qılar Məsih tək, 
Gər o rəqibə rubəru bir ala yar könlümü. 


_____________Milli Kitabxana_____________ 
79 
 
Fitnə qaşı təvəhhümü qəddimi yayə döndərib, 
Məskəni cuğdü bum edib şe’r şüar könlümü. 
 
Başım ağardı, nafə tək qanımı müşk qılmadı, 
Gör, yeri var ki, danlayam mən bu tatar könlümü. 
 
Bağrımı tiri-qəmzədən eylədi arı şan tək, 
Gər deyəsən xilafıdır, gəl bicə yar könlümü! 
 
Qönçə ləbin təfəkkürü qəlbimi gülsitan edib
Gəl bu xəyaldan mənim etmə kənar könlümü. 
 
Yarə nə göndərim – deyib qaldı Nəbati müztərib, 
Tutiyi-can zəban açıb söylədi: zar könlümü. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə