Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

_____________Milli Kitabxana_____________ 
56 
 
* * * 
 
Canə od vurdum özüm, pərvanələrdən küsmüşəm, 
Ta ki, Məcnun olmuşam, divanələrdən küsmüşəm. 
 
Bir qələt sözdür ki, derlər, gənc olur viranədə, 
Gənc yox, viranə çox, viranələrdən küsmüşəm. 
 
Hasilim oldu təhəzzübdən nədamət tuşəsi, 
Indi ol baş ağrıdan əfsanələrdən küsmüşəm. 
 
Mən eşitdim ol gülün meyxanələrdir mənzili, 
Əsli gördüm yox, gəlib meyxanələrdən küsmüşəm. 
 
Xanimanımdan məni saldı Nəbati dərbədər, 
Əqlə bax, Məcnun kimi biganələrdən küsmüşəm! 


_____________Milli Kitabxana_____________ 
57 
 
* * * 
 
Kimdir o silsileyi-eşqə giriftar olsun, 
Ta ki, keyfiyyəti-Məcnuna xəbərdar olsun? 
 
Cənnətin hurü qüsuru sənin olsun, zahid, 
Vəsəqi söyləmə, qoy dust mənə yar olsun. 
 
Pərü balinə dəyən aşiqi-biçarələrin
Görüm evdən eşiyə çıxmaq ona ar olsun! 
 
O pəri-çöhrə ki, daim məni bimar istər, 
Tarıdan istəmişəm bir də o bimar olsun. 
 
Nə duadır elədin yarə, Nəbati, bir utan, 
Rəsmdir aşiq olan gözdə gərək xar olsun. 


_____________Milli Kitabxana_____________ 
58 
 
* * * 
 
Sənsən genə bu Turi-dili nuri-nar edən, 
Sənsən genə bu Xançobanı məsti-yar edən. 
 
Sənsən genə bu qönçələrə rəngü bu verən
Sənsən genə bu gülşəni rəşki-bahar edən. 
 
Sənsən genə bu canimə müjgan oxun atan, 
Sənsən genə bu könlüm evin tarü mar edən. 
 
Sənsən genə bu acizi divanə eyləyən, 
Sənsən genə məni el-ulusdan kənar edən. 
 
Sənsən genə bu sineyi-suzanə od salan, 
Sənsən genə məni güdazə qoyub dağidar edən. 
 
Sənsən genə o nakəs ilə həmqərin olan, 
Sənsən genə bu bikəsi giryanü zar edən. 
 
Sənsən genə rəqib ilə həmduş olub duran, 
Sənsən genə bu canimi məcruhü xar edən. 
 
Sənsən genə niqab tutub, gizlənib keçən, 
Sənsən mənə bu bir nəzəri zəhrimar edən. 
 
Çoxlar sənə firib verib aşiqəm deyir
Olmaz sənə Nəbati kimi can nisar edən. 


_____________Milli Kitabxana_____________ 
59 
 
* * * 
 
Genə aşufteyi-bir nərgisi-şəhlayəm mən, 
Ondan ötrü belə aludeyi-səhbayəm mən. 
 
Olmuşam bir sənəmi-lalərüxün müştaqi, 
Bu səbəbdən dəli tək badiyə peymayəm mən. 
 
Etdiyim şamü səhər naləvü zarın səbəbi, 
Budu kimi, bəsteyi-bir zülfü çəlipayəm mən. 
 
Demə kim, neyçün olubsan belə bimarü zəif, 
Aşiqi-qəmzeyi-bir şuxü dilarayəm mən. 
 
Nə deyirsən genə, ey cahili-əfsürdəməzac, 
Külli-aləm bili ki, talibi-minayəm mən. 
 
Olmuşam Xızr sifət pərdeyi-ixfadə nihan, 
Genə bu aləm ara gün kimi peydayəm mən. 
 
Çox da göstərmə mənə böylə zərin kisəsini, 
Bu toru özgəyə qur, bəççeyi-ənqayəm mən. 
 
Məndə var bəhr kimi dürrü gühər ənbarı, 
Yoxsa bimayə sanırsan məni, dəryayəm mən. 
 
Etmişəm suzənimi rişteyi-Məryəmdən dur, 
Minmişəm tövsəni-gərdunə, Məsihayəm mən. 
 
Mö’cizati-həmə peyğəmbər olub məndə əyan, 
Bilmək olmaz məni, bir sirri-hüveydayəm mən. 
 
Istəsən kim, biləsən kimdi bu inşanı qılan, 
Gəzgəzəm, qaniçici duxtəri-tərsayəm mən. 
 
Hələ gör bəsdi, Nəbati, nə ənəlhəqdir bu? 
Dəxi bir yol deginən vahidü yektayəm mən. 


_____________Milli Kitabxana_____________ 
60 
 
* * * 
Ey qələndər, məni öldürdü bu əfyun, əfyun, 
Səni tari, mənə ver bir belə mə’cun mə’cun. 
 
Nəş’əsi yoxdu bu bəngin məni, Allah, Allah, 
Bizi, məl’un elədi gör necə məğbun, məğbun! 
 
Söylə Fərhadə ki, gəldi genə Şirin, Şirin, 
Səm’imə yetdi genə seyheyi-Gülgun, Gülgun. 
 
Qaldı köksümdə bütün bu acı alma, alma, 
Dur gətir qaçla yeyək bir-iki qavun, qavun. 
 
Təzədən gəldi genə başıma sevda-sevda, 
Xaneyi-əqli genə eylədi varun, varun. 
 
Şükrlillah ki, dolandı genə dövran-dövran, 
Oldu kamımca genə gərdişi-gərdun, gərdun. 
 
Məstü məstanə gəzər bəzmdə saqi, saqi, 
Beytül-əhzanım olub məclisi-Harun, Harun. 
 
Ev yıxan, ver mənə bir sağəri-ravəq, ravəq, 
Eylə bir cam ilə bu müflisi Qarun, Qarun. 
 
Allah, Allah, bu qədü qamətə əhsən, əhsən! 
Güli-həmradı bu, ya çöhreyi-gülgun, gülgun. 
 
Nə deyim, gözdü bu, ya nərgisi-şəhla, şəhla? 
Qoy görüm qönçədi bu, ya ləbi-meykun, meykun? 
 
Qaşların qövsi-qüzeh, navəki-müjgan, vəh, vəh! 
Xali-səbzindir edən Adəmi əfsun, əfsun. 
 
Həlqeyi-lə’ldi, ya sibi-zənəx, ya çəhi-çəh, 
Dürri-dəndandı bu, ya lö’löi-məknun, məknun. 


_____________Milli Kitabxana_____________ 
61 
 
Türreyi-zülfünə əl vurma, xətadır, hey-hey, 
Həlqeyi-damdır, ey aşiqi-Məcnun, Məcnun. 
 
Bağrımı xari-sitəm eylədi rövzən, rövzən, 
Sinəmi atəşi-ğəm eylədi kanun, kanun. 
 
Rəhm qıl halıma, ey dilbəri-tərsa, tərsa, 
Boşla zəncirimi bir, ey büti-mövzun, mövzun. 
 
Müttəsil şamü səba yekkəvü tənha, tənha, 
Künci-vəhdətdə qalıb xatiri-məhzun, məhzun. 
 
Yoxdu bir kimsə ilə ülfətü rəbtim, rəbtim, 
Söylərəm pərdədə cizlin belə məzmun, məzmun. 
 
Çox da axtarma Nəbatini, keç ondan, keç, keç! 
Dini yox, məzhəbi yox, gəbrdi məl’un, məl’un! 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə