Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

_____________Milli Kitabxana_____________ 
43 
 
* * * 
Ey gözüm, yatma dəxi, gəl dəxi bidar ol-ol, 
Xabi-qəflətdən oyan, bir gecə bidar ol-ol. 
 
Bu qədər qönçə kimi pərdədə qaldın bəsdir, 
Bir zaman həm açılıb şahidi-bazar ol-ol. 
 
Başla zülmət yolunu, abi-həyatı axtar, 
Yola düş, baxma dalı, get, yeri, rəhvar ol-ol. 
 
“Ləntərani” bir əcəb sözdü, əgər aşiqsən, 
Mənə bax, Turə yügür, talibi-didar ol-ol. 
 
Sal əsanı yerə, nə’leyni ayağından at, 
Yetəsən ta ki, təcəllayə səbükbar ol-ol. 
 
Tutasan ta ki, Məsiha kimi göylərdə məqam, 
Həqqi tut, xəlqi unut, zibi-səri-dar ol-ol. 
 
Əlli ildə bu qədər məscidə getdin gəldin, 
Oğlun ölsün, nə yatıbsan, dəxi bizar ol-ol. 
 
Şəkkü səhvi götür, vəsvasi çıxart könlündən, 
Qabili-məğfirəti-qadiri qəffar ol-ol. 
 
Qıl tamaşa, muğü muğzadəvü tərsalərə bax
Məstü mədhuş qalıb, surəti-divar ol-ol. 
 
Həqqi tapmaqdı əgər mətləbin, ey bir belə zad, 
Daxili-həlqeyi-rindani-qədəhxar ol-ol. 
 
Bu qədər guşeyi-mehrabə sığındın bəsdir, 
Bir də meyxanəyə gəl, faizi-ənvar ol-ol. 
 
Eşqi, aşiqliyi mən’ eyləmə, zahid, billah, 
Əqlini başına yığ, aşiqi-bir yar ol-ol. 
 
Dövrə gəldikcə qədəh, sən dəxi bir cam al iç, 
“Püf” de imanə, bəli sən dəxi xummar ol-ol. 


_____________Milli Kitabxana_____________ 
44 
 
Mənzilim küp dibi, amma ki, verən yoxdu mənə
Ey Nəbati, bu əcəb halə xəbərdar ol-ol. 
 
* * * 
Düşəli eşqə xarü zar oldum, 
Şəm’ tək dudi-ahə yar oldum. 
 
Yandırıb xirqəni, ridanı tamam, 
Şeyx Sən’anə nəngü ar oldum. 
 
Dedilər adımı Xərabati, 
Xəlqə bir küfri-aşikar oldum. 
 
Təngə gətdi məni məlamətlər, 
Sakini-dəştü kuhsar oldum. 
 
Dərdi-hicranə tapmadım çarə, 
Künci-vəhdətdə bərqərar oldum. 
 
Eylədim malü dövləti bir-pust, 
Nə əcəb şahi-tacidar oldum! 
 
Çün Nəbati unutdu dünyanı, 
Mən də bu xəlqdən kənar oldum. 


_____________Milli Kitabxana_____________ 
45 
 
* * * 
 
Görəsən mən niyə, yarəb, belə nalan oldum? 
Qələt etdim ki, sənə valehü heyran oldum! 
 
Oda yaxdın məni-biçarəni pərvanə kimi, 
Acığın gəldi məgər aşiqi-insan oldum? 
 
Sudü sərmayəmi məcmu’ əlimdən aldın, 
Niyə kim, zahid olub məscidə dərban oldum. 
 
Şeyx Sən’an kimi boynuma saldım zünnar, 
Indi gəl, gör ki, kəlisalərə rəhban oldum. 
 
Etdim ol dilbəri-tərsayə bu gün bir səcdə
Indi bildim ki, yəqin mən də müsəlman oldum. 
 
Lilləhülhəmd ki, mən küfrdə bildim iyman, 
Gəldim iymanə, nə hasil ki, pəşiman oldum. 
 
Gəl, Nəbati, dolanım başına, bəh-bəh, nə gözəl! 
Can verib yarə, vəfa rahinə qurban oldum. 


_____________Milli Kitabxana_____________ 
46 
 
* * * 
 
Məstü sərxoş bir büti-hərrafı gözlər gözlərim, 
Əbrə beldə, bir qəba zərbafı gözlər gözlərim. 
 
Xatirim istər ola sirr-”ənəlhəq” məzhəri, 
Kəlleyi-dar üzrə bir culafı gözlər gözlərim. 
 
Dürdnuşəm, rindlərtək kasəsin içmək işim, 
Indi amma şişədən bir safı gözlər gözlərim. 
 
Küfri-zülfün şərhini yazmaqda aciz qalmışam, 
Üqdeyi-müşküldü, bir kəşşafı gözlər gözlərim. 
 
Rah müşkül, rəhnüma yox, Xızr qaib, mən qərib, 
Rəhmi çox bir sahibi-əltafı gözlər gözlərim. 
 
Bikəsü bimar düşmənlər kəsib ətrafımı, 
Bir şəhi-xunxar, bir səyyafı gözlər gözlərim. 
 
Ruzü şəb dəryayi-jərfi-fikrə qəvvas olmuşam, 
Axtarıb bir gövhəri-şəffafı gözlər gözlərim. 
 
Afitabi-arizin min yoldan artıq görmüşəm
Mə’dəni-müşki-Xütən bir nafı gözlər gözlərim. 
 
Tökmüşəm meydanə dürrü, gövhəri təll etmişəm, 
Bir əcəb sahib-nəzər sərrafı gözlər gözlərim. 
 
Lohəşəllah, mərdi-əbləh, aşiqi-şeydayə bax, 
Müştəri yanımda mən, ətrafı gözlər gözlərim. 
 
Vurmuşam anbarə arpa-buğdanı bihəddü həsr, 
Bir sələmxor, bir də bir əllafı gözlər gözlərim. 
 
Yüz yük əbrişəm çüvalı pənbə bardanı kimi, 
Tökmüşəm bazarə, bir şərbafı gözlər gözlərim. 


_____________Milli Kitabxana_____________ 
47 
 
 
Qabili-zilli-hüma etməm səri-üryanımı, 
Həmdəmi-viranə bir xəttafı gözlər gözlərim. 
 
Baği-cənnətdir yerin, zahid, xoşa əhvalına! 
Mən ki, əhli-duzəxəm, ə’rafı gözlər gözlərim. 
 
Bəndeyi-piri-muğanəm, mənzilim deyri-muğan
Bir bərəhmən sufiyi-səvvafı gözlər gözlərim. 
 
Gümrəhi-tihi zəlaləm, qərqi-bəhri-mə’siyət 
Bir müsərrif arifi-ərrafı gözlər gözlərim. 
 
Gəlmişəm mülki-ədəmdən şəhri-imkan seyrinə, 
Zadi-rahim kəmdi, bir zəyyafı gözlər gözlərim. 
 
ah Nəbati adını, gah Xançobani söyləyən, 
Bir Koroğlu və’z, bir gəzzafı gözlər gözlərim. 


_____________Milli Kitabxana_____________ 
48 
 
* * * 
Yol busub, bir dilbəri-əyyarı gözlər gözlərim. 
Şux kaman, bir gözləri xunxarı gözlər gözlərim. 
 
Bir büti-simin bədən, bir dilbəri-şirinsüxən, 
Bir füsunkar mahi-xoşgüftarı gözlər gözlərim. 
 
Bir mələk-mənzər, vəfa-güstər, nigari-nazənin
Bir müəttər zülf, bir əttarı gözlər gözlərim. 
 
Xatiri-məhzunimi şad eyləsin qəmdən, məgər, 
Bir şəkərləb, yari-gülrüxsarı gözlər gözlərim. 
 
Haşəlillah, tövbəkarəm, mən hara, məscid hara? 
Rindi-məstəm, xaneyi-xummarı gözlər gözlərim. 
 
Ta məgər təsxir edəm şol şuxi bir cadu ilən, 
Axtarıb bir nafeyi-tatarı gözlər gözlərim. 
 
Çahi-Babil, məskəni-Harutü Marut hardadır? 
Zülməti-hicranda bir səhharı gözlər gözlərim. 
 
Vəslə çatmaz hiç aşiq, ta ki, candan keçməsin, 
Tutmuşam can əldə, bir dildarı gözlər gözlərim. 
 
Salmışam bəhri-fənadə ləngəri-səbrü səbat, 
Müttəsil bir gövhəri-şəhvarı gözlər gözlərim. 
 
Könlümün ayinəsi zəngi-küdurət bağlamış, 
Guşeyi-vəhdətdə bir gülzarı gözlər gözlərim. 
 
Hər gecə bidar oturmaq vəchi ondadır müdam, 
Əşki-xunin, ahi-atəşbarı gözlər gözlərim. 
 
Qarət eylər ömrü hər bidərdə dərdi söyləmək, 
Qəm yükün açmağə bir qəmxarı gözlər gözlərim. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə