Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

_____________Milli Kitabxana_____________ 
91 
 
Orda bax qüdrəti-eşqi hünəri-Fərhadə, 
Burda gör nəqşü nigari-güli-diba, diba. 
 
Ismi-səlma deyilən yerdə gərək Tur olsun, 
Bilmədim, əfv elə təqsirimi, yara, yara! 
 
Düşmüşəm süd gölünə ey necə xamuş olanı, 
Kəs dilin, yarə yet, ey aşiqi-risva, risva! 
 
Sənə qurban demişəm ruzi-əzəl bu canı, 
Gəl dönüm başına, ey dilbəri-ziba, ziba. 
 
Nə bilərdim ki, pənir hansıdı, ya mast nədir, 
Eylədin sən məni bir arifi-dana, dana. 
 
Hafizin ruhuna ixlas ilə bir fatihə ver
Çərx vur, dövrə gəl, ey bəççeyi-ənqa, ənqa. 
 
Tutiyi-baği-cinan, bülbüli-şaxi-Şiraz, 
Xaceyi-Şəms-ləğəb, şairi-ğərra, ğərra. 
 
Etdi pamal məni möhnəti-əyyami-fəraq, 
Qalmadı tabü təvanım dəxi ağa, ağa! 
 
Qoyma bu qulzümi-qəmdə məni, ey dürri-yətim, 
Sən də bir yol vecə gəl, ey şəhi-vala, vala. 
 
Rövzeyi-sərvəri-din şahi-Xorasanə baxın, 
Çərxi-ətləsdi bu ya günbədi-Xizra, Xizra. 
 
Neçə qəndili-bülurü neçə şəm’i-pürnur, 
Sanasan gündü çıxıb, ya məhi qumra, qumra. 
 
Çil-çırağın nə deyim yoxsa təcəlla budu, bu 
Nəxli-iməndi bu ya atəşi-Sina, Sina? 
 
Gülşəni-səhni-gülüstani-Irəm ya rizvan, 
Səqfi-eyvani-təla, aləmi-bala, bala. 


_____________Milli Kitabxana_____________ 
92 
 
Bir də ol rövzə təvafi mənə gər olsa nəsib, 
Çeşmi-tərdən edərəm mən onu dərya, dərya. 
 
Gövhəri-nəzmdi, ya silki-düri-lə’li-xoşab, 
Şe’ri-rəngindi bu ya lö’lövü lala, lala. 
 
Hər igid cür’ət edib bəhrdə qəvvas olmaz
Ey Təhəmtən, gəl aman, Bijəni hovla, hovla! 
 
Düşməsin başıma qoy zilli-hüma, istəmirəm, 
Saqi olsun gülüm ol sərvi-dilara ara. 
 
Şükr, səd şükr ki, səbz oldu muradım nəxli, 
Eylədi pir məni gör necə bürna, bürna! 
 
Hər tərəf cuşə gəlib sünbülü reyhan kimi xətt, 
Deyəsən xürrəm olub tudeyi-ğərra, ğərra. 
 
Güli-həmra, güli-rə’na, güli-suri, güli-nar, 
Susənü nəstərənü zənbəqü lala, lala. 
 
Böylə gül yasəmənü qönçeyi-tərdən nə çıxar? 
Pirə bax, bir danışır gör necə bərra, bərra! 
 
Cür’ətim yox ki, edim adını izharü bəyan, 
Xaceyi-Xizr-nəzər, mürşüdi-bina, bina. 
 
Sədri-afaq zəvilməsnədi-bəzmi-xaqan, 
Bədri-xərqahı-şəhənşahi-Skəndər, Dara. 
 
Piri-Isa-dəmü Musa-kəfü Davud-hünər, 
Şahi-Cəmcahü qədər qüdrətü şana, şana. 
 
Şahi-Key-təl’ətü Vüz-qamətü Bürzü bazu, 
Piri-xoştinətü xoşfitrətü Asəf-asa. 
 
Piri-gülrəngü giransənkü cəlilül-nəhmə, 
Şahi-mehrəfsərü məhməğfərü Keyvancaca. 


_____________Milli Kitabxana_____________ 
93 
 
Piri-dəryadilü qüdsigilü Şibli-xislət, 
Şahi-Tüğruldərü Fərruxfərü Kəsrarara. 
 
Piri-xoşrə’yü nikuxülqü həmidüs-sirə, 
Şahi-düşməngüşü xəsməfkənü Bəhmənzaza. 
 
Piri-dilzindəvü şəbxizü ülüvvül-ərkan, 
Şahi-Məhmudğəza miri-Süleyman nana. 
 
Məzhəri-zilli-iləh, Xosrovi-xurşidküləh, 
Qeysəri-nəcmi-süpəh, həmhuyü huhu haha. 
 
Pakü napakə yetər çünki onun ehsanı, 
Xançobani, göyə tut başını yaya-yaya. 
 
Saqiya, dur ki, gəlir rayiheyi-nəfxeyi-sur, 
Gör nə xoş dəmdi bu dəm, mən sənə qurban ka, ka! 
 
Bir dua eylə şahənşahi-əzimüş-şə’nə, 
Qibleyi-külli-üməm, səlli və va, va, va, va! 
 
Vacib eylə özünə şahi duasın daim, 
Müstəmirri yemək asan dəyi, baba, baba. 
 
Ey o kəs kim, səni hər kimsənə bərhəqq bilir, 
Çeşmi-bəddən sən özün bu şəhi saxla, saxla. 
 
Yeddi iqlimə ola su kimi əhkamı rəvan, 
Behəqi-sərvəri-Yasin, şəhi-Taha, Taha. 
 
Həşmətü şövkəti olsun günü-gündən əfzun, 
Cıqqası xəm yeməsin ta dura dünya-dünya. 
 
Nəçidir hatəmi-Tey, hümməti-şahənşəhə bax, 
Yayılıb xalqa, bütün aləmə ölka-ölka. 
 
Dolanıb başına, billah, belə şirin zad yox, 
Gənci-mövrusu təmam aləmə payla, payla. 


_____________Milli Kitabxana_____________ 
94 
 
Sahibül-əmr özüdür, ya da onun vəziri
Gəlməyib aləmə, hərgiz, belə adil şa, şa. 
 
Vəh, nə xoş zaddı ki, bir bəndəni Allah sevə! 
Nil çək alnına oğlun, xanım ana, ana. 
 
Bilmirəm adını, ey ləmyəlidü ləmyuləd, 
Hərə bir ad deyirlər sənə mən “lala, lala”. 
 
Rəxti, pəxti yerə qoy, futəni bağla belinə, 
Burdadır bəhri-mühiti-düri-yekta, yekta. 
 
Saxla yadında, Nəbati, dedim üç yol lala
Nə olur, küfr deyil, bir də de illa, illa. 
 
Yoxsa, Şəbdizi-səməkxiz lücamın qoparıb. 
Qoydu səhrayə üzün, çatladı heyvan fa, fa? 


_____________Milli Kitabxana_____________ 
95 
 
* * * 
Müjdə, ey dil ki, səni görməyə canan gəldi, 
Əlini çal ələ, “can-can” sölə ki, can gəldi. 
 
Eşidin, vaqif olun, cümlə, əya xürdü kübar! 
Çəkilin, kuçə verin, yanə durun, xan gəldi! 
 
Mərhəba, nami-xuda, qüdrəti-yəzdanə baxın, 
Deyəsən Misrə bu gün Yusifi-Kən’an gəldi! 
 
Sındırıb başda küləh, şur salıb dünyayə, 
Sünbülü susənə bax, telləri əfşan gəldi. 
 
Verib ayinə kimi arizi-zibayə səfa, 
Hüsnü gör, şövkətə bax, mehri-dirəxşan gəldi. 
 
Yaxşı çal daşə külüngü, alagöz Fərhadım, 
Geri dön, bir bəri bax, xosrovi-xuban gəldi. 
 
Təxti-tavus kimi zib verib Gülgunə, 
Bisütun dağına bir lə’li-Bədəxşan gəldi. 
 
Özü göyçək, sözü şirin, dəhəni qönçeyi-tər, 
Zülfü ənbər, boyu ər’ər gözü fəttan gəldi. 
 
Qaşları qövsi-qüzeh, kipriyi ox, incəmiyan, 
Xalı filfil, ləbi mül, arizi taban gəldi. 
 
Üzü gül yarpağı tək, sinəsi mərmərdən saf, 
Buxağı lö’löi-tər, gövhəri-rəxşan gəldi. 
 
Dişi dürdanə kimi, sibi-zənəxdanına bax, 
Ona əl dəymə ki, o aşiqə zindan gəldi. 
 
Aşiq öldürmək üçün qəmzəsi yaği, cəllad, 
Nazı çox, işvəsi xoş, püsteyi-xəndan gəldi. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə