Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

_____________Milli Kitabxana_____________ 
96 
 
Görəsən bülbüli-miskin niyə xamuş oturub, 
Deyin ol qafilə kim, fəsli-gülüstan gəldi. 
 
Dur, gəl, ey aşiqi-biçarə, çırağın yandı, 
Qəm yemə, çox da dəxi, dərdinə dərman gəldi. 
 
Açılıb laləvü gül, aləm olub baği-Irəm, 
Səhni-gülzarə əcəb sünbülü reyhan gəldi! 
 
Deginən saqiyə, alsın əlinə cami-şərab, 
Genə qan içməyə ol gözləri qan-qan gəldi. 
 
Bilmirəm gündü, münəvvər eləyib dünyanı, 
Ya bizim külbəyə ol sərvi-xuraman gəldi? 
 
Harda qalmış, görəsən, ol dəli-divanə Fəzi, 
Dur, yüyür, gəl, dediyin afəti-dövran gəldi. 
 
Şulum oğlu nə xəbərdir, dur oyan, aç gözünü, 
Bixəbər, bir nəzər et, gör necə insan gəldi! 
 
Həvəsin vardır əgər lə’li-ləbindən öpəsən, 
Qorxma, öp, söylə ki, həqdən belə fərman gəldi. 
 
Belə gəldi, belə getdi – demə çoxdur, qaç, gəl, 
Adam ol, bir söz eşit, gör odu, Qurban gəldi. 
 
Uçurub qatırı məl’un, odunu çöldə salıb, 
Balta çiynində köpək, arxada palan gəldi. 
 
Çox əcəb vaqeədir, xeyrdir, inşaallah, 
Budu tə’biri bunun kim, sizə mehman gəldi. 
 
Dediyin pərdədəki gizli sözün tə’biri, 
Budu kim, yer üzünə bir əcəb oğlan gəldi. 
 
E’tibar eyləməyin çox da Nəbati sözünə 
Ki, əzəldən ona qismət belə həzyan gəldi. 


_____________Milli Kitabxana_____________ 
97 
 
* * * 
Aşiqi-divanə, bir zümzümə bünyad qıl, 
Xatirimi qüssədən bir nəfəs azad qıl. 
 
Həlqeyi-zənciri bir silkələ, səslən genə, 
Eşq ilə bir “hay-hu”, şur ilə bir dad qıl. 
 
Müddəti axır bu ev bəzmgəhi-yar idi, 
Heyfdi bu mənzili yıxma, gəl abad qıl! 
 
Mahəsəli-məqsədin yar idi məqsud əgər, 
Başini bu damdə daneyi-səyyad qıl. 
 
Ruzi-əzəl aşiqə qismət olub xunui-dil
Bax mənə bir sədrini kureyi-həddad qıl. 
 
Yoxdu bizim sazımız, tari-xoş avazımız, 
Tök üzə əşki-rəvan, naləvü fəryad qıl. 
 
Mahi-bəni-həaşim ol həzrəti Abbasdən, 
Istə mədəd xaməni tişeyi-Fərhad qıl. 
 
Muğbəçeyi-mütrübün burda yeri yox hənuz, 
Ah çəkib dəmdəbəm, növhəvü bidad qıl. 
 
Yetdi nida səm’imə hatifi-lareybdən, 
Mətləbin oldu rəva xatirini şad qıl. 
 
Munşiyi-divani-həqq yazdı bu fərmanı kim, 
Bu neçə əbyati də dəftərə irad qıl. 
 
Laf vurub eşqdən, adinə aşiq demə, 
Ya bu ki, bu rahdə canını fulad qıl. 
 
Bu misi-qəlbi ərit buteyi-iflasdə
Vur ona iksiri-eşq, qabili-nəqqad qıl. 


_____________Milli Kitabxana_____________ 
98 
 
Nisfi-şəb olduqca dur əl-üzünə ver səfa, 
Yatma dəxi, sübhədək şövq ilə övrad qıl. 
 
Ta ki, sənə ram ola hirsi-səgi-nəfsi-dun, 
Qəmkədeyi-izlətə təb’ini mö’tad qıl. 
 
Şərbəti-təcriddən başına bir cam çək, 
Get özünü daxili-həlqeyi-övtad qıl. 
 
Ta ki, sənə fəth ola qıfli-tilismati-eşq, 
Xəlq üzünə qapını şeşdəri-nərrad qıl. 
 
Tuşeyi-rahi-fəna bircə, təvəkküldü bəs
Su yerinə gözlərin Dəcleyi-Bəğdad qıl. 
 
Əşhəbi-sər-sər xuram gərçi inanın qırıb, 
Getmə, dur, ey biədəb, hörməti-ustad qıl. 
 
Şamü səhər müttəsil həm belə ixlas ilə, 
Ta nəfəsin var isə ruhun onun şad qıl. 
 
Yar ətəyindən əlin üzmə, budur rahi-eşq, 
Gözlə onu, aləmi-tabei münqad qıl. 
 
Vəsvəseyi-Əhriman gər səni gümrah edə, 
Xatirini zikrdən cənnəti-Şəddad qıl. 
 
Bir də Nəbati, əgər meyli-səyahət edə
Başın onun tö’meyi-xəncəri-cəllad qıl. 


_____________Milli Kitabxana_____________ 
99 
 
* * * 
Şəhrbəndi-dildə bir sultanı gözlər gözlərim, 
Bir şəhi-zərrin kəmər xaqanı gözlər gözlərim. 
 
Qurmuşam dami-həvəs, səyyadi-şahinbaz tək, 
Başlayıb xoş nəğmə, bir tərlanı gözlər gözlərim. 
 
Əşhəbi-sərsər-xurami hər tərəfdən səyridib, 
Gəlmişəm cövlanə, bir ceyranı gözlər gözlərim. 
 
Nalə bünyad eyləyib, gözdən töküb rüxsarə əşg, 
Vamiqi-biçarə tək Əzranı gözlər gözlərim. 
 
Cəzbəsiz aşiq həqiqətdə cəmadi-məhz imiş, 
Dəm çəkib, bir cəzbeyi-sübhani gözlər gözlərim. 
 
Bir sitəmgər dilbəri-Leyli-vəşin Məcnuniyəm
Düşmüşəm səhrayə, bir üryanı gözlər gözlərim. 
 
Afitabi-eşqimi salmış ziyadən qürbi-vəsl, 
Mahi-növ tək zülməti-hicranı gözlər gözlərim. 
 
Dürri-guşimdir mənim: “Xeyrül kəlami qəllə dəll”, 
Məhv edib siparəni, Qur’anı gözlər gözlərim. 
 
Gah təlavət eylərəm “Səb’ül məsan”, gah “Həl’əta”, 
Gah “Yasin”, gah “Ərrəhman”ı gözlər gözlərim. 
 
Qisməti-əhli-səfadir sureyi-”Tövhidi-pak”, 
Mən ki, daim badeyi-reyhanı gözlər gözlərim. 
 
Saqiya, bir cür’ə ver şahi-Xorasan eşqinə, 
Ruzü şəb ol nayibi-mövlanı gözlər gözlərim. 
 
Ya Əli, ya övliya, ya Bülhəsən, ya Butürab! 
Şiri-həqq bir qüdrəti-yəzdanı gözlər gözlərim. 


_____________Milli Kitabxana_____________ 
100 
 
Lafəta, illa, Əli, laseyf, illa, Zülfüqar 
Seyheyi-Düldül-fələkcövlanı gözlər gözlərim. 
 
Pərtövi -xurşidi-dərya əks zərrin nə’l mix, 
Bədri-növ, ya peykəri-Cövzanı gözlər gözlərim. 
 
Təşneyi-cami-visaləm, arzuməndi-visal, 
Bir Əlliyi-aliyi-ə’lanı gözlər gözlərim. 
 
Xosrovi-gərdun-sərurü padişahi-binəzir, 
Bəhri-şövkət, bir mələk dərbanı gözlər gözlərim. 
 
Mə’dəni-fəzlü kəramət, mənbəyi-cudü kərəm, 
Şahi-aləm, xaceyi-Səlmanı gözlər gözlərim. 
 
Ey ərrənlər sərvəri, ya şahi-dəryadil Əli, 
Mehri-rəxşan, bir məhi-tabanı gözlər gözlərim. 
 
Qüvvəti-bazunu gör, şəmşiri-cövhərdarə bax, 
Qan tökən bir gözləri qan-qanı gözlər gözlərim. 
 
Bəççeyi-türkəm, dilim türki, kəlamım həcv, məcv, 
Xançobani can alan, can-canı gözlər gözlərim. 
 
Qoyunu yüz eylədim, bu çöldə qışlaq etmənəm, 
Zinəti-mülki-Muğan Ultanı gözlər gözlərim. 
 
Fışqırıq çalıb çəkib hey-hayi-hu-hu dəmbədəm
Ağkəmər, Dərgəc, Telazmanı gözlər gözlərim. 
 
Çalkərə, Saqqırkərə, Qumral, Qəmər qoç gəldi qaç, 
Yüzbasar, Dartantutan, Qaplanı gözlər gözlərim. 
 
Məst olub saqi yıxıldı, etdi qəltan şişəni, 
Mən hənuz ol sağəri-səhbanı gözlər gözlərim. 
 
Bəndeyi-piri-Muğanəm, həmdəmim cami-şərab, 
Munisim Hafiz, o xoş əlhanı gözlər gözlərim. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə