Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə15/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

_____________Milli Kitabxana_____________ 
80 
 
* * * 
Ey bivəfa, gətirmə çox əfğanə könlümü
Yandırma bunca atəşi-hicranə könlümü! 
 
Bir dəm götür o məh kimi rüxsardən niqab, 
Ey səngdil, yetirmə belə canə könlümü! 
 
Bir cür’ə meydən ötrü məni etmə dilkəbab, 
Döndərmə, saqi can, bu qədər qanə könlümü! 
 
Qıl lövhi-sinəmi hədəfi-navəki-bəla, 
Bir şad qıl bəlalərə həmxanə könlümü! 
 
Ver badə, məst qıl, sal özün xüm əyağına, 
Dəşti-cünunə salma bu divanə könlümü! 
 
Ey dilbəri-sitəmgərü, vey yari-tündxu
Saldın əcəb çahi-zənəxdanə könlümü! 
 
Dövri-rüxündə həlqə vuran zülfi-xəmbəxəm, 
Oldur çəkən kəmənd ilə zindanə könlümü. 
 
Rəhm eylə bir bu gözdən axan qanlı yaşıma, 
Bir et nişan o navəki-müjganə könlümü! 
 
Bu mürği-dil ki, daneyi-xalın əsiridir, 
Qalmış yuva o zülfi-pərişanə könlümü. 
 
Cəllad gözlərin susayıb yaxşı qanıma, 
Istər ki, qəmzədən edə viranə könlümü! 
 
Bilməm mənə nə sehr oxudu məst gözlərin, 
Məcnun kimi tutuşdu biyabanə, könlümü. 
 
Sən’anə yar qıldı məni zülfi-pürxəmin, 
Nəqşi-üzarın etdi sənəmxanə könlümü. 


_____________Milli Kitabxana_____________ 
81 
 
Heyran olan cəmalına güldən nə kam alır, 
Bica aparma seyri-gülüstanə könlümü! 
 
Bir gül’üzarə aşiq olub, salmışam əcəb 
Pərvanə tək bir atəşi-suzanə könlümü. 
 
Hicrin axıtdı bəs ki, gözümdən sirişgi-al, 
Qorxum budur ki, qərq edə tufanə könlümü. 
 
Iş bitməz oldu zöhdü riyadən, Nəbatiya, 
Cami-tərəbdən eyləmə biganə könlümü. 


_____________Milli Kitabxana_____________ 
82 
 
* * * 
Sənsiz, ey gül, könlümün bir dəm qərarı yoxdu, yox! 
Səndən özgə neyləsin, bir qəmküsarı yoxdu, yox! 
 
Dərdi-hicrin çarəsin hərçənd bildim səbr imiş, 
Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox! 
 
Leyli! Leyli! – söyləyib çoxlar deyir kim, aşiqəm, 
Leyk Məcnun tək onun bir dağdarı yoxdu, yox! 
 
Hər xəzanın bir baharı onsuz olmaz, olmasın, 
Bu çöl olmuş gülsitanın bir baharı yoxdu, yox! 
 
Gülləri, bülbülləri, abü havası çox gözəl, 
Heyf kim, bu gülşənin bir gül’üzarı yoxdu, yox! 
 
Hiç eybin yox, gözəllik hamı səndə cəm’dir, 
Neyləyim amma ki, əhdin e’tibarı yoxdu, yox! 
 
Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzü şəb? 
Mən bu dağı çox dolandım, bir şikarı yoxdu, yox! 


_____________Milli Kitabxana_____________ 
83 
 
* * * 
Məstəbeyi-eşqdə badeyi-minayə bax! 
Saqiyi-gülrəngi gör, sağərü səhbayə bax! 
 
Həlqeyi-rindanə gəl, deyri-müğan seyrin et, 
Əhli-xərabat əra, mö’minü tərsayə bax! 
 
Zövqi-meyi-eşqdən cuşə gəlib şir tək, 
Hey-heyi-məstanı gör, şurişü qovğayə bax! 
 
Şə’şəeyi-badədən şəms olub münfəil, 
Ləm’eyi-cami-bülur halə vurub ayə, bax! 
 
Nəğmeyi-çəngü rübab, şahidü şəm’ü şərab, 
Həmhəmeyi-sazı gör, zümzümeyi-nayə bax! 
 
Bülbüli-təb’im genə özgə nəva başlayıb, 
Der ki, gül olmuş xəzan bu xəbəri-vayə bax! 
 
Qəm yemə, şad ol, könül, olma bu sözdən məlul, 
Səbr elə, sən bir zaman qüdrəti-mövlayə bax! 
 
Əmrinə müşkil deyil kim, edə piri cəvan, 
Eylə, gözüm, e’tiqad bircə Züleyxayə bax! 
 
Çəkdi sözün riştəsi, bir büti-Leyli-xüram, 
Saldı məni çöllərə, ah, bu səhrayə bax! 
 
Ey, səni Tari, genə etmə pərişan məni, 
Bir də mənə söyləmə zülfi-çəlipayə bax! 
 
Hiçü əbəs könlümü etdi bu sözlər təbah
Axir olub hasilim qəm yükü, sevdayə bax! 
 
Incimə, dur, çal qələm, mən sənə qurban olum! 
Qoyma sözü natamam, tə’neyi-ə’dayə bax! 


_____________Milli Kitabxana_____________ 
84 
 
Yoxsa yoruldun məgər, hardasan, ey kahilə, 
Məscidi-Əqsadı bu, ərşi-müəllayə bax. 
 
Qorxma, deyil əjdaha, billah, əsadır, əsa, 
Museyi-Imran kimi sən yədi-beyzayə bax! 
 
Bərq-sifət qıl güzər, cümlə hicabatdən 
Fövqi-Sürəyyayə çıx, mənzəri-ə’layə bax. 
 
Şahi-ərəb Lafəta versə muradım əgər, 
Nəzmi-dürərbarı gör, gövhəri-inşayə bax! 
 
Külbeyi-əhzanımız oldu münəvvər genə. 
Aç gözün, ey binəva, yari-məhasayə bax. 
 
Zülfi-şikən dər-şikən, türreyi-pür piç-piç
Navəki-müjganı bir gözlə, o şüx yayə bax. 
 
Çox da sözü aşikar etmə, danış pərdədə, 
Səndə həya yox məgər? Aşiqi-rüsvayə bax?! 
 
Nöqteyi-xalın genə saldı məni heyrətə, 
Məndə dəxi nitq yox, kilki-şəkərxayə bax. 
 
Tairi-fikrim genə həmpəri-Simürğ olub, 
Seyr qılır Qafdə bəççeyi-ənqayə bax. 
 
Dağlara sal “hay-huy”, səslə, de Məcnun, haray! 
Aşiqi-divanə, gəl, hövdəci-Leylayə bax. 
 
Canı nisar etməyə yarə Nəbati fəqir, 
Indi bu qəmxanədə ha şəbi-yəldayə bax. 


_____________Milli Kitabxana_____________ 
85 
 
* * * 
Ey könül, etmə şurü qovğa hiç! 
Çəkmə bihudə rənci-sevda hiç! 
 
Bivəfa ömrə e’tibar etmə, 
Olma aludə fikrə əsla, hiç! 
 
Xak olur aqibət fəqirü qəni, 
Hasili-malü mülki-dünya hiç! 
 
Arif ol, arif, olma zahidi-xüşk, 
Ixtiyar etmə zöhdü təqva hiç! 
 
Mübtəla olma nəş’eyi-bəngə, 
Meyi-gülfam, cami-mina hiç! 
 
Hümmət et, olginən yəqin əhli
Küfrü din bəhsi etmə, qət’a, hiç! 
 
Ey Nəbati, səninlə həqdir yar, 
Qəm yemə, aləm olsa ə’da, hiç! 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə