Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə23/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

_____________Milli Kitabxana_____________ 
122 
 
Hüsndə bir Yusifi-gül-pirəhən, 
Işvədə bir türfə Züleyxa imiş. 
 
Tur-sifət atəşi-eşq içrə ğərq
Aşiq evin yıxmağa Səlma imiş. 
 
Gah olur Vamiqi-şirinsüxən, 
Gah deyərsən ki, bu Əzra imiş. 
 
Faidə verməz ki, qaradağlısan, 
Narə deyər kim, əcəb heyva imiş. 
 
Xatiri-üşşaqı pərişan edən 
Şanəkeşi-türreyi-Leyla imiş. 
 
Kimdi bu “mən, mən” deyən oğlan genə, 
Bizdən o daim niyə ixfa imiş? 
 
Kar deyilsən ki, o şirinzəban, 
Bu güləşən Baqiri-bürna imiş. 
 
Şübhəsi yoxdur ki, çobandır, çoban, 
Bəstə o bir naleyi-surna imiş. 
 
Danışa bilməz, dili yox, laldır, 
Ru dediyin bir belə lala imiş. 
 
Afərin, ey qülhüvələh, mərhəba! 
Xeyr, o bir bəççeyi-ənqa imiş. 
 
Sən de, görüm bəs nədi, hay tapmışam, 
Püsteyi-gül, ya güli-rə’na imiş. 
 
Anladın indi ki, “ənəlhəq” deyən, 
Şeyxdəki rəbbiyəl-ə’la imiş? 
 
Əqli dayaz, dağ çapan oğlanə bax! 
Durdu yerindən ki, nə heyha imiş. 


_____________Milli Kitabxana_____________ 
123 
 
Seyheyi-Şəbdizi-səmək cəstxiz, 
Nə’reyi-Gülguni-səmasa imiş. 
 
Başını çox çalxama Şapur tək
Mən nə bilim, uf ki, bu bənna imiş! 
 
Xosrovun əhvalını Şirin bilir 
Kim, ona həmkasəvü xərga imiş. 
 
Yetsə əlim, qisseyi-Şirini mən 
Nəql edərəm Xosrovə həmra imiş. 
 
Dəng eləmə, qoy, sözü əldən çıxar, 
Tanrı bilir ki, bu nə qovğa imiş. 
 
Xosrovə Şirini edirlər ərus, 
Bangi-döhül, sövti-neyü na imiş. 
 
Dəxi inandım, bəli Fərhadsən, 
Əlləri var, yaxşıca usta imiş. 
 
Saqi, deməkdən nə gərək, türküsü, 
Mətləbimiz badeyi-həmra imiş. 
 
Sən bicə bir o dəli Məcnuna bax, 
Adı nə üçün belə rüsva imiş?! 
 
Aşiq olan kimsə məgər ur olur, 
Çatmadı zehnim, bu müəmma imiş? 
 
Mən niyə, yarəb, belə bədfitrətəm, 
Anlamadım mən bu nə əmma imiş? 
 
Dəşti-cünun seyrinə getmişdi o, 
Yoxsa məgər, adəti-səhra imiş? 
 
Ta ki, desinlər ki, özündən çıxıb, 
Ya ki, bu izhari-təbərra imiş. 


_____________Milli Kitabxana_____________ 
124 
 
Qaideyi-şəhr fənadır, fəna, 
Bu sifət ol mülkdə bərpa imiş. 
 
Səhv danışdım, nə bilim, bilmədim, 
Bu necə müşgülcə müəmma imiş?! 
 
Şəhri-fəna, məhri-məna bilmənəm, 
Mən deyirəm təşneyi-mövla imiş. 
 
Öz sözünü söylə sən axir, gözüm! 
Xeyr, o bir gövhəri-yekta imiş. 
 
Cür’əkeşi-meykədeyi-Hafizəm, 
Vəh, nə əcəb gövhəri-ğərra imiş! 
 
Bağrı qəra, qanlı könül xanəsi, 
Ah ki, bir külxəni-sevda imiş! 
 
Nami-xuda, təb’i-əcibül-xəyal, 
Sözdü bu ya lö’lövü-lala imiş? 
 
Izzü əla, kilki-müsəlsəlrəqəm, 
Xətdi bu ya ənbəri-Sara imiş? 
 
Lö’bəti-surətgəri-Ərjəngi-Çin, 
Ya nəməti-xətti-çəlipa imiş. 
 
Kağəzi diba kimi gülgun edib, 
Cümlə hünər bunda mühəyya imiş. 
 
Guş verib nəğmeyi-tavusi-ərş, 
Şəhpər açıb ki, bu nə tüğra imiş! 
 
Kilki-süxənsəncü şəkərrizə bax, 
Gündü bu ya gövhəri-inşa imiş? 
 
Nöqtələri hər biri bir qit’ədir, 
Hərfləri hər biri pira imiş. 


_____________Milli Kitabxana_____________ 
125 
 
 
Bu həbəşizadə midadi-siyah, 
Aləmə bir ne’məti-üzma imiş. 
 
Söz bəzəməkdə yədi-beyzası var, 
Sehrdi bu ya yədi-beyza imiş? 
 
Göyçək olur xameyi-sürxü sifid, 
Sevdiciyim bu büti-ziba imiş. 
 
Haşimiyəm, varisi-fəxrül-kəlam, 
Bizlərə bu şiyveyi-aba imiş. 
 
Onda imiş vəsli-cəmii-şüun
Baniyi-bünyani-bu dünya imiş. 
 
Padişahi-ərzü səmadır qələm, 
Taci-səri-Xosrovü Dara imiş. 
 
Bu qələmi-silsilə mudur ki, bu 
Həmdəmi-bir arifü dana imiş. 
 
Zöhdü səlahi çölə sal, Gəzgəza, 
Mövsimi-eyşü meyü mina imiş. 
 
Xançobani adı, Nəbati özü, 
Bir üzü qırxıq, bığı burma imiş. 


_____________Milli Kitabxana_____________ 
126 
 
 
Get dolanginən, xamsən hənuz, 
Püxtə olmağa çox səfər gərək. 
Mürği-Qaf ilə həmzəban olub, 
Dövrə qalxmağa balü pər gərək. 
 
Kuhi-eşqə gəl getmə bidəlil
Quli-dəng tək düşmə çöllərə. 
Ta ki, salikə rəhnümun ola, 
Xizri-rəh kimi rahbər gərək. 
 
Yox, yalan dedim, hərzə söylədim, 
Vazehin deyim, doğru söyləyim, 
Həqqə arifi vasil etməyə 
Bir dodaqları gülşəkər gərək. 
 
Zülfü ənbərin, xalı nazənin, 
Qönçə tək dəhan, qaşı cansitan, 
Şahi-gülrüxan, mahi-biqərin, 
Nəstərən kimi simbər gərək. 
 
Lalə tək üzü al yanaq ola
Tazə gül kimi tər-buxaq ola, 
Ağ-ayaz üzü aydan ağ ola, 
Qaşları ona həm süpər gərək. 
 
Həminan ola mehrü mah ilən, 
Həmzəban ola nuri nar ilən, 
Zülfi bəhs edə şahmar ilən
Gənci-sinəsi pürgühər gərək. 
 
Həqqə aşina, xəlqdən cüda, 
Eyləmiş ola nəfyi-masəva, 
ÇARPALAR 


_____________Milli Kitabxana_____________ 
127 
 
Tərk edə bütün yardən əda, 
Ol Məsih tək bipədər gərək. 
 
Qoyginən qədəm deyrə lacərəm, 
Nəqşi-bütdə gör sirri-vəhdəti. 
Bu çigunədən vaqif olmağa 
Bir cünuni-həq mərdi-ər gərək. 
 
Az danışginən, olginən xəmuş, 
Etmə aləmə sirri-eşqi faş, 
Burda durma çox, keç bu vərtədən, 
Bu məqulə söz müxtəsər gərək. 
 
Mən, qılmayın çox da zahidi
Üzrü var onun, aşiq olmayıb, 
O əbəs yerə xəlq olunmayıb, 
Bağbanə bir kəlləxər gərək. 
 
Ciddü cəhd qıl, arif ol, gözüm, 
Elmi-eşqdən olma binəsib, 
Cum bu bəhrə bir, tap o gövhəri, 
Aşiqəm deyən tərki-sər gərək. 
 
Rah pürxətər, bəxt vajgun, 
Zülfi-yar tək şəb siyahgun, 
Indi qeybdən Xançobanına 
Nəxli-Turdən bir şərər gərək. 
 
Hər xəsisə, gəl etmə iltica
Olmaz özgədən hacətin rəva, 
Müşkül açmağa şahi-lafəta, 
Əntər öldürən şiri-nər gərək. 
 
cavahirin yoxdu qiyməti, 
Açginən gözün, yaxşı seyr qıl, 
Hər biri dəyər Çin xəracına, 
Müftə vermərəm, simü zər gərək. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə