Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

_____________Milli Kitabxana_____________ 
135 
 
 
 
Payimal edib adü sanımı, 
Eylədim xərab xanimanımı. 
Bilmirəm dəxi bundan artıcaq 
Halımı yaman istər, istəməz? 
 
Çün bu ərsədə çoxlar atını, 
Quyruğun düyüb, oynadıb, çapıb. 
Bu Nəbati də əsbi-laşəsin 
Çapdı bir inan, istər, istəməz? 


_____________Milli Kitabxana_____________ 
136 
 
 
 
Maşaallah, qadir Allah 
Gör necə dilbər yaradıb! 
Gül üzündə əfşan-əfşan 
Zülfi-müənbər yaradıb. 
 
Ağzı qönçə, ləbi püstə, 
Beli incə, boyu bəstə, 
Tökülübdür dəstə-dəstə 
Nə gözəl tellər yaradıb! 
 
Qaşı fitnə, gözü cadu, 
Üzü lalə, xalı hindu, 
Mina gərdən, saçı qarqu, 
Gül buxağın tər yaradıb. 
 
Gündən göyçəkdir camalı, 
Sərvi bənzər qəddi-dalı, 
Ləbin əmən neynər balı? 
Sözünü şəkkər yaradıb. 
 
Dili almas, dişi inci, 
Ağ sinəsi gövhər gənci, 
Vəsfə gəlməz nazü ğənci, 
Bunu əfsungər yaradıb. 
 
Müsəlmanlar, bir pərizad 
Məni etdi yaxşı Fərhad, 
Qəmzəsi bir yağı cəllad, 
Kipriyin xəncər yaradıb. 
 
Hər kimi xaliqi-davər 
Bir əmrə edib müqərrər, 
Onu bir şuxi-gülpeykər, 
Məni səməndər yaradıb. 
GƏRAYLILAR 


_____________Milli Kitabxana_____________ 
137 
 
 
O gün ki, yarandı insan, 
Qələm yazdı belə fərman: 
Səni bir şahi-gülruxan, 
Məni qələndər yaradıb. 
 
Edibdir saneyi-davər 
Hər kimi bir şahə çakər, 
Məni bir divaneyi-mehtər, 
Səni bir sərvər yaradıb. 
 
Əzəldən qadiri-biçun 
Özü qoymuş belə qanun. 
Səni bir dövlətli Qarun. 
Məni bi müztər yaradıb. 
 
Nə qılım, neyləyim, yarəb, 
Dolmuşam qəmdən ləbaləb, 
Səni bir şahi-müəddəb, 
Məni bir məsxər yaradıb. 
 
O dəm ki, rəbbiyəl-ə’la 
Aləmi etdi hüveyda, 
Səni bir şahi-lafəta, 
Məni bir Qənbər yaradıb. 
 
Bir tərzinən edib peyda
Səni bir mehri-mücəlla, 
Məni bir əxkər yaradıb. 
Gülrüxsarı neynər ğazə, 
 
Gəl bircə seyr eylə nazə, 
Bulbul, çox göz dikmə yazə, 
Gör nə gül peykər yaradıb. 
Nəbati, çək Əli, Əli, 
 
Könlün olsun cəli, cəli, 
Onu Allah, bəli, bəli, 
Bu dildə əzbər yaradıb. 


_____________Milli Kitabxana_____________ 
138 
 
* * * 
 
Genə fələklər ünüşdü 
Qurban-qurban sədasından. 
Məəttəl qalmışam, billah, 
Aşiqlərin ədasından. 
 
Mövcə gəldi gözüm yaşı, 
Alışdı bağrımın başı, 
Səs götürüb dağı-daşı 
Bu Məcnunun nəvasından. 
 
Getdi gözümün qarası, 
Getməz sərimdən havası, 
Elə bil tərlan balası 
Cüda düşüb yuvasından. 
 
Kəsildi könlümün zarı, 
Tükəndi səbrü qərarı, 
Bir yol öldür qurtar barı, 
Bu hicranın bəlasından. 
 
Gəldi Nəbati divanə
Kənar durun, qaçın yanə, 
Baxmaz o, xanü sultanə, 
Həzər qılın xətasından. 


_____________Milli Kitabxana_____________ 
139 
 
* * * 
Nə xoşlayıb xanım bilməm, 
Xərab Kürdəşdi, Kürdəşdi, 
Gəl Üştibnə təfərrüc qıl, 
Cənnət bağı Rəşti, Rəşti. 
 
Qoymayaydım qızıl kanda, 
Çəkəydim olsa hər xanda, 
Bina qılaydım Iranda 
Dini-Zərdüşti, Zərdüşt. 
 
Talayaydım o Bağdadı, 
Qalmıyaydı heçcə zadı, 
Alaydım qəsri-Şəddadı, 
Dolanaydım həşti, həşti. 
 
Alaydım bir mülki-Rumi, 
Əkəydim yerində qumi. 
Qalmıyaydı onda bumi, 
Olaydılar dəşti, dəşti. 
 
Nəbati, bu cismi-mürdə 
Aram tapdı bircə xırda. 
Saqi, çox olmuş əfsürdə
Dur mey gətir kəşti, kəşti. 


_____________Milli Kitabxana_____________ 
140 
 
 
* * * 
 
Sənə qurban, gətir saqi, 
Bircə piyalə, piyalə. 
“Qallu bəli”dəndir qismət 
Mənə nəvalə, nəvalə. 
 
Gəl, Allaha təvəkkül et, 
Ərənlərə təvəssül et, 
Hafizə bir təfə’ül et, 
Gör nə gəlir falə, falə. 
 
Meyxanələr abad olsun, 
Sakinləri dilşad olsun, 
Məscid görüm bərbad olsun! 
Saldı məni qalə, qalə. 
 
Gəl qoy başə sən bu tacı, 
Alginən eldən xəracı, 
Yad elə şahi-me’racı, 
Vilayəti, alə, alə. 
 
Nəbati, qəmdən bükülmə, 
Bərgi-xəzan tək tökülmə. 
Dəi sellər tək sökülmə, 
Çəkmə dəxi nalə, nalə. 


_____________Milli Kitabxana_____________ 
141 
 
* * * 
 
Abad olsun görüm, yarəb, 
Künci-meyxanə, meyxanə! 
Kim, yetişdi onda dərdim 
Yaxşı dərmanə, dərmanə. 
 
Şükr olsun, iyzədi-mənnan 
Eylədi dərdimə dərman, 
Qərq eylədi piri-muğan
Məni ehsanə, ehsanə. 
 
Durma, saqi, aman hey-hey! 
Dur gətir ver cami-mey, mey, 
Genə işim düşdü ey, ey, 
Şahi-mərdanə, mərdanə! 
 
Atı Düldül, qulu Qənbər, 
Zövci-Zəhra, babi-şəbbər, 
Gözəl adı verib zivər 
Çərxi-gərdanə, gərdanə. 
 
Nəbati, nə çəng olmusan? 
Yoxsa məsti-bəng olmusan? 
Niyə genə dəng olmusan? 
Dur ey, divanə, divanə! 


_____________Milli Kitabxana_____________ 
142 
 
* * * 
 
İşim, peşəm od yandırmaq, 
Qərib atəşpərəst oldum! 
Içdim südü, çəkdim bəngi, 
Əcaib şiri-məst oldum! 
 
Qoy əldən cami-şərabı, 
At getsin çəngü rübabı, 
Tez ol, çək şişə kəbabı, 
Mən ki, məsti-ələst oldum. 
 
Keçdim tamami-aləmdən, 
Süleyman ilə Xətamdən, 
Guya deyildim Adəmdən
Bir hübab idim, pəst oldum. 
 
Mərhəba kəmana, şəstə, bir tirə, 
Doqquz fələkləri tikdim bir-birə, 
Rüstəmi-dəstanı etdim bir-birə, 
Gör necə qəribə zəbərdəst oldum. 
 
Şikar istər ikən, damə düşdüm mən, 
Bir siyahməst olub camə düşdüm mən, 
Nəbati, sübh ikən şamə düşdüm mən, 
Bir əf’i ilana paybəst oldum. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə