Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

_____________Milli Kitabxana_____________ 
117 
 
 
 
Mənim udum, mənim rudü sürudim, 
Mənim həm rahi-reyhanım Əlidir. 
Mənim bəzmi-nişatü eyşü nuşum, 
Mənim şəm’i-şəbistanım Əlidir. 
Mənim cami-meyü nöqlü kəbabım, 
Mənim salari-eyvanım Əlidir. 
Mənim mulküm, mənim malü mənalım, 
Mənim həm hökmü fərmanım Əlidir. 
Mənim təxtim, mənim tacü rəvaqım, 
Mənim baniyi-bünyanım Əlidir. 
Mənim əbrim, mənim bərqi-cəhəndim
Mənim rə’di-xüruşanım Əlidir. 
Mənim lə’lim, mənim dürri-xoşabım, 
Mənim barani-neysanım Əlidir. 
O şəhbazin əsiri mürği-canım, 
Mənim şahinü tərlanım Əlidir. 
Deyər daim dilində Xançobani: 
Mənim hər dərdə dərmanım Əlidir. 


_____________Milli Kitabxana_____________ 
118 
 
* * * 
Genə şuridə könlüm aşiqi-bir gül’üzar olmuş, 
Edər məşqi-cünun, divanələr tək dağdar olmuş. 
 
Olub Məcnun kimi sərməsti-cami-badeyi-vəhdət, 
Düşüb səhralərə, vəhşilər ilə həmqətar olmuş. 
 
Düşüb əşgim kimi mərdüm gözündən cismi-üryanım, 
Əzizi-Misir ikən gözlərdə, indi gör nə xar olmuş. 
 
Tutub ta mürği-dil məskən o çin-çin zülfi-müşkində, 
Işim bayqu kimi daim fəqanü ahü zar olmuş. 
 
Şücaət mülkünün saları kimdir? Həzrəti-Əbbas, 
Mənim şahim də bu meydan əra ol şəhsəvar olmuş. 
 
Kəsər, doğrar həsudin bağrını əş’ari-rənginim, 
Mənim tiği-zəbanım guiya bir Zülfiqar olmuş. 
 
Məni ol xali-hindudur edən müstəğrəqi-heyrət, 
Edən qan qönçə tək bağrım, o lə’li-abidar olmuş. 
 
Edib min aşiqi bican, töküb qanın güzərlərdə, 
Bu gün ol çeşmi-sərməstin əcəb gərmi-şikar olmuş. 
 
Tökən gözdən sirişgim dəmbədəm ol çeşmi-cadudur, 
Pərişan eyləyən halim o zülfi müşkbar olmuş. 
 
Səpib jalə güli-sürxə ərəq lö’lövü dürdür, 
Bu gün ol lalə rüxsarın əcayib nurbar olmuş. 
 
Xərabatü minacatı gəzib seyr eylədim hər yan, 
Bu küfrü din arasında o ənqa pərdədar olmuş. 
 
Məni bir məst qıl, saqi, aman, ey gözləri yaği, 
Şərabın yox, gətir aği, qulağın niyə kar olmuş? 
 
Məhəbbət şəhrinin sudü mətaın istə sən cana, 
Fənadır ya şəhadət izzü cahı çahsar olmuş. 


_____________Milli Kitabxana_____________ 
119 
 
Gətir, saqi, meyi-baqi, bu bəzmi eylə bir rövşən, 
Işıq dünya gözümə badəsiz, billah ki, tar olmuş. 
 
Məni bir cür’ə meydən ötrü böylə bağrı qan etmə, 
Dur, ey kafər, gətir sağər ki, başım çox xumar olmuş. 
 
Məni öldürdü qəm, ahım şərarı yetdi əflakə, 
Yatıbdır hansı küpdə bilmirəm, ol zəhrimar olmuş. 
 
Həmişə badeyi-gülgun həyati-tazədir ruhə, 
Xüsusən indi kim, vəqti-gülü fəsli-bahar olmuş. 
 
O çeşmi-pürxumarın həsrətindən, ey kəman əbrü, 
Ənisim bəççeyi-ahu, məqamım kuhsar olmuş. 
 
Gəhi şirü pələngü həm kəvəznü gurə yoldaşəm, 
Yatağım gah cəbəl, gah dəşt, gah bir künci-ğar olmuş. 
 
Görüb bir qəmzeyi-yaği olub heyranü müştaqi, 
Deyir hər dəm gəl, ey saqi ki, halım çox nəzar olmuş. 
 
Gətir ol rahi-reyhanı, tök ol cami-zərəfşanə 
Ki, suzi-atəşi-eşqim yenə çox şö’ləbar olmuş. 
 
Həras etməz cəhənnəmdən, yanan nirani-hicranə 
Ki, Ibrahim tək Azər ona bir laləzar olmuş. 
 
Dəxi əfsunə gəlməz hər kimi çalsa qara zülfün, 
Bu əf’inin ə’lacı tərki-xabü vəsli-yar olmuş. 
 
Düşübdür başına bir nazəninin şurü sevdası, 
Gedib əldən qərarı, məhv olub biixtiyar olmuş. 
 
Məhəmmədi-Qarabaği nə bəllər bu Qaradaği, 
Məgər o bülbül ovlaqi bu xoş gül-gül diyar olmuş. 
 
 
Əgər Məcnuna mailsən, niyə bəs böylə qafilsən, 
Buyur kim, xaki-əqdamın bizə bəs iftixar olmuş. 


_____________Milli Kitabxana_____________ 
120 
 
Bizim xübzi-şəirin ləzzətindən bir təməttö’ tap 
Ki, hər bir löqməsi bir şairi-şair şüar olmuş… 
 
Nə hasil şe’rbazlıqdan, edər məğzi-səri nabud
Xəyalü fikrü sevdadən dimağə bir qübar olmuş. 
 
Özün bəhri-xəyalə salma, bica qəsdi-can etmə, 
Rəfiq olma məcaninə, yeri, hey kamikar olmuş! 
 
Həzər qıl malxülyadən, bu sevdadən pəşiman ol 
Ki, ərbabi-cünunə şe’rü şairlik qərar olmuş. 
 
Əgər görsən məni, ibrət tutarsan hali-zarımdan, 
Vücudum zə’fdən guya ki, bir şəm’i-məzar olmuş. 
 
Müridi-əhli-təcridəm, qulami-xeyli-təfridəm, 
Kişi vəh-vəh, Məsihadı ki, həyyü payidar olmuş! 
 
Məni-aciz ki, dərvişəm, qələndərvar bikişəm, 
Nə oldum xeyrdə qaim, nə dinim ixtiyar olmuş. 
 
Nə tapdım əmri-mabeyni, nə oldum vaqifi-məzhəb, 
Belə biçarə molla tək, nə adəm, nə himar olmuş. 
 
Bu sözdən ötrü sən gəl, gör ki, gündən aşikaradır, 
Vəli, iblis tək külli-vilayətlərdə car olmuş. 
 
Yəqin bil kim, Nəbati çəkməz əl damani-minadən, 
Bu tərz ilə ki, o meyxanələrdə meyküsar olmuş. 
 
Zunestaş çömmə tut şe’ri-Nəvai cəmmi cuqunda 
Izan zon vil bəru huşmahru paludəvar olmuş. 
 
Xoşa ol aşiqi-sadiq ki, olmuş vəhdətə layiq, 
Tutub künci-xəfa bu xəlqi-aləmdən kənar olmuş. 
 
Bihəmdullah, rəqibin kövkəbi-bəxti olub varun, 
Əlində curə tərlanı dönüb bir sarı sar olmuş. 
 
Tutub nikbət giribanın, çəkib zindani-idbarə, 
Səmumi-rəhri iyzəddən əsası tarümar olmuş. 


_____________Milli Kitabxana_____________ 
121 
 
* * * 
Guşeyi-vəhdət nə əcəb ca imiş, 
Sirri-nihan onda hüveyda imiş. 
 
Aşiqi divanələrin mənzili, 
Rütbəyə bax, ərşi-müəlla imiş. 
 
Qafil idim bu dili-viranədən, 
Dil demə, oğlan, bu ki dərya imiş! 
 
Günbədi-əflakı deyirlər vəsi’, 
Şöhrəti-bicadı bu, böhtan imiş. 
 
Qabili-feyzü düri-şəhvari-eşq
Məzhəri-ənvari-təcəlla imiş. 
 
Məxzəni-əsrari-xudavəndigar, 
Mə’dəni-feyzi-şəhi-vala imiş. 
 
Mətləi-dibaçeyi-sultani-can 
Məqtəi-divani-şahənşa imiş. 
 
Nöqteyi-pərkari-münəqqəş əsas, 
Daireyi-mərkəzi-mina imiş. 
 
Məğfəri-gərdani-Təhəvtənmisal, 
Əfsəri-sərdari-sərara imiş. 
 
Məhbəti-əş’ari-cəvahir-nizam, 
Mənbəyi-ənhari-müsəffa imiş. 
 
Vəh, nə deyim mən ki, o müşkin nəfəs 
Mübtili-ə’cazi-Məsiha imiş. 
 
Ləfzdə bir tutiyi-xoşdasitan, 
Nəğmədə bir bülbüli-şeyda imiş. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə