Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

_____________Milli Kitabxana_____________ 
128 
 
 
 
Bir gözəl cavan istərəm haman 
Kim, bu sözləri eyləsin rəvan, 
Hardadır desin bir şəkərzəban 
Kim, bu söz mənə hamı tər gərək. 
 
Saqi, gəl məni cami-eşqdən 
Bir kərəm qılıb öylə məst qıl, 
Ta desinlə xəlq lal oturmağa, 
Bu Nəbati tək bəxtəvər gərək. 


_____________Milli Kitabxana_____________ 
129 
 
 
 
 
* * * 
 
Ey firiştəxu, dur əyağə gəl, 
Xalq içində yox, bir qırağə gəl. 
Çox da ucaya çıxma, ey qoçum, 
Balaxanadan bir aşağə gəl. 
 
Qönçə ağzını bircə açginən, 
Sən də bir danış, bir damağə gəl. 
Şad könlümü qılmısan məlul, 
Indi sözümü sal qulağə gəl. 


_____________Milli Kitabxana_____________ 
130 
 
* * * 
Dərdi-hicrdən hali-zarımı, 
Istəsən əgər, kəhrəbayə bax. 
Yoxlasan əgər zə’fi-cismimi, 
Məndə nitq yox, yengi ayə bax. 
 
Min kərə dedim, səgrəqib ilən 
Ixtilat edib olma aşina. 
Əyləşib genə, ol ləin ilə
Süst əhdi gör, bivəfayə bax. 
 
Olma gül kimi xarə həmqərin, 
Salma aşiqi suzi-eşqdən, 
Heç görüm üzün gülməsin sənin, 
Odladın məni, bir xudayə bax. 
 
Zahid, az danış, get gözümdən it! 
Eşqdən məni çox da danlama, 
Mən məgər əbəs olmuşam dəli, 
Bir o mimü dal, bavü rayə bax. 
 
Məndən əl götür, ey uzunqulaq! 
Zöhd satma çox ey himari-məhz! 
Dur ayağa bir, aç o kor gözün, 
Bir bu gözləri sürməsayə bax. 
 
Mən öləndə bir nə’şim üstə gəl, 
Bir nəzarə qıl daği-sinəmə, 
Dalə çək qələm, eyni caizə, 
Bir əlifdə min macərayə bax. 
 
Qıl mənə kərəm feyzi-lütfünü, 
Kərbəla tərəf çək inanımı. 
Xərc əzhəlal, çarpayi-yol, 
Həm rəfiqim ol, bu sədayə bax. 
 
Dövri-çərxdən olmuşam əlil, 
Dizdə taqətim, gözdə nur yox. 
Bir nəzər əya şahi-lafəta, 
Bu Nəbatiyi-binəvayə bax. 


_____________Milli Kitabxana_____________ 
131 
 
* * * 
Gəlmə, gəlmə, get yaxşı-yaxşı sən, 
Mən sənin kimi yarı istəməm. 
Öldü aşiqin, bircə gəlmədin
Indi sən edən zarı istəməm. 
 
Munca kim dedim: öldüm, öldüm ay! 
Sən gavur qızı bir inanmadın. 
Indii gəlmisən nə’şim üstünə, 
Dur ki, sən edən zarı istəməm! 
 
Hər nə ağladım, hər nə dağladım, 
Qoymadın görüm gül cəmalını. 
Tab vermə çox tari-zülfünə, 
Mən xəzinəsiz marı istəməm. 
 
Huri-cənnətin neylərəm sabah, 
Mən bugünkü gün yarı istərəm. 
Verməsən əgər doğru söz ki, mən 
Böylə rəhmsiz Tarı istəməm. 
 
Saqiya, gətir cami-xoşgüvar, 
Qış tükənmədi, gəlmədi bahar, 
Mən gül istərəm, bülbül istərəm, 
Bu soyuq qışı, qarı istəməm. 
 
Çarə əqldən olmaz aşiqə, 
Çox gözətlədim, etdim imtahan, 
Dur soyun genə rəxtü pəxtini
Mən bu qeyrətü arı istəməm. 
 
Dur ləbaləb et cami-zərkeşi, 
Bircə qətrəsi dammasın yerə, 
And verib mənə piri-meykədə, 
Mən piyaləsiz yarı istəməm. 


_____________Milli Kitabxana_____________ 
132 
 
 
 
Əl çək, ey rəqib, həq rizasinə, 
Bir hovurluğa yıxma ömrümü, 
Bir də gəlmərəm mən bu gülşənə, 
Dərmərəm gülün, xarı istəməm. 
 
Mən Nəbatiyəm, zarü binəva, 
Eşq müflisi, rindü mübtəla, 
Əl götürmüşəm malü mülkdən
Ol himar tək barı istəməm! 


_____________Milli Kitabxana_____________ 
133 
 
* * * 
Böylə bivəfa olma, ey pəri, 
Etmə çox cəfa, ey sənəm, sənəm! 
Gərdi-rahını çeşmi tarimə 
Eylə tutiya, ey sənəm, sənəm! 
 
Bəs ki çəkmişəm dərdi-firqətin, 
Tellərin kimi incələnmişəm. 
Rəngi alimi əşgi-laləgun 
Etdi kəhrəba, ey sənəm, sənəm! 
 
Sənsiz olmuşam zarü binəva, 
Hicr düşkünü, rindü mübtəla. 
Gəl bu dərdə sən lütf qıl özün, 
Eylə bir dəva, ey sənəm, sənəm! 
 
Ey fəriştəxu, yari-nazənin, 
Ey mələkliqa, mehri biqərin. 
Bircə busə ver bu qələndərə, 
Öldü binəva, ey sənəm, sənəm! 
 
Gərçi aşiqəm, rindü müflisəm, 
Boşdu kisəmiz ağça-mağçadan. 
Nəqdi-canımı xaki-payinə 
Eylərəm fəda, ey sənəm, sənəm! 
 
Lövhi-sinəmi nəxli-Tur edib, 
Afərin sənin şəm’i-ruyinə! 
Yengidən genə düşdü başıma 
Bir əcəb həva, ey sənəm, sənəm! 
 
Istərəm düşəm bəhri-heyrətə, 
Nitq çəkməyəm, əyləşəm xəmuş, 
Məşqi-eşqimi eyləyəm tamam, 
Bir sürəm səfa, ey sənəm, sənəm! 
 
Gəl Nəbatinin sidqü kizbini 
Sən bu babdə eylə imtahan, 
Gər danışmadı otdu bizəban, 
Söylə mərhəba, ey sənəm, sənəm! 


_____________Milli Kitabxana_____________ 
134 
 
* * * 
Heyf, bilmədim kim, bu bülbülü 
Şahi-gülrüxan istər, istəməz? 
Bu cəfakeşi, xəstə aşiqi 
Yari-cansitan istər, istəməz? 
 
Ey səba, bu dəm can fəda sənə, 
Ərzi-halımı yarə sən sölə. 
Bu səməndəri, bu qələndəri 
O şəkərdəhan istər, istəməz? 
 
Tez gətir xəbər, qoyma intizar, 
Etmə çox məni zarü biqərar. 
Kim, desin görüm, odda yanmağa 
Böylə Xançoban istər, istəməz? 
 
Yoxdu qasidim, göndərim pəyam, 
Yarə dərdimi eylədim əyan. 
Doğrusun desin, etməsin nəhan, 
Böylə xan çoban istər, istəməz? 
 
Dikmişəm yola çeşmi-əşkbar, 
Kuhi-Turə gəl, eylə bir güzar, 
Bir yetiş, məni ol vəfaşüar 
Böylə bizəban istər, istəməz? 
 
Üzdü canımı möhnəti-fəraq, 
Yaxdı cismimi nari-iştiyaq, 
Icz qıl, sölə ahü zar ilə 
Böylə canfəşan istər, istəməz? 
 
Söylə rahətim yoxdu bir zaman, 
Sübhü şam işim ahdır, aman. 
Tut xəbər, belə könlü pürfəğan, 
Çeşmi-xunfəşan istər, istəməz? 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə