Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə32/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

_____________Milli Kitabxana_____________ 
179 
 
Saqi, genə əyyam gülüstan oldu
Gül təxtə çıxıb, çəməndə sultan oldu, 
Hər rindü gəda deyir mənəm şahi-cahan, 
Hər qübbərə bir bülbüli-xoşxan oldu. 
 
Saqi, dolanım başına bu cun sənə qurban, 
“Yek badə bevayım xani sultun sənə qurban”. 
Gah türkiyü, gahi ərəbi, gah farsi, 
Gah tati, bu “neyçün azu vamun” sənə qurban. 
 
Saqi, gətir ol şərabi-bitəşvişi, 
Ol nəş’ə ilə məgər sovaq bu qışi, 
Ver faş bu Ərdəbildir, xam olma, 
“Xoş şəhrdir, öz vəkilidir hər kişi”. 
 
Ey mürğ, bu danə tərkini qıldın, qıl, 
Məstanə bu lanə tərkini qıldın, qıl, 
Ənqa kimi tut Qafi-qənaətdə məqam, 
Bu xəlqi-zəmanə tərkini qıldın, qıl. 
 
Saqi, dur əl at o badeyi-gülrəngə, 
Bir cam yetir bu mürği-xoşahəngə
Ta tərfi-gülüstanə açım bir pərü bal, 
Bu künci-qəfəs məni gətirdi təngə. 
 
Saqi, bu Nəbati niyə dəng oldu genə? 
Netdin ona, böylə şiri-cəng oldu genə? 
Bu badəni gör ki, pərri-tavus kimi, 
Bu qətreyi-dil hezar rəng oldu genə. 
 
Saqi, bu qədər xəyaldən hasil nə? 
Bu rəncü qəmü məlaldən hasil nə? 
Dur badə gətir gərdişə, bir cam yerit, 
Bu bihüdə qiylü qaldən hasil nə? 
 
Saqi belə kim, aradə dövran eylər, 
Çox aşiqi-biçarəni bican eylər. 
Bir cam ilə gər şad edə bu miskini
Allah bilir ki, yaxşı ehsan eylər. 


_____________Milli Kitabxana_____________ 
180 
 
Ey cani-həzin, bu nalədən bir əl çək, 
Qoy bəngi yerə, piyalədən bir əl çək, 
Sındır qələmi, dəvatın ağzın möhr et, 
Bu hamı yalan məqaldən bir əl çək. 
 
Saqi, bu gecə bəzmi gülüstan etdin, 
Bir dövr elədin ki, dövri heyran etdin, 
Allah səni hifz eləsin bəd gözdən
Daim ki, mənim dərdimə dərman etdin. 
 
Ey xacə, cəlal tərkini qıldın, qıl, 
Bu malü mənal tərkini qıldın, qıl, 
Çün axır olub cəlal bir xabü xəyal, 
Bu xabü xəyal tərkini qıldın, qıl. 
 
Ey şeyx, süal tərkini qıldın, qıl, 
Bu köhnə çuval tərkini qıldın, qıl, 
Getmə dəxi qapulərə, “ha-hu” etmə, 
Bu bangi-şəğal tərkini qıldın, qıl. 
 
Ey dust, şərab tərkini qıldın, qıl, 
Bu cəngü rübab tərkini qıldın, qıl, 
Çün rəncü məlal imiş meyin əncamı, 
Bu rəncü əzab tərkini qıldın, qıl. 
 
Iyd olsa, cahan xürrəmmü xəndan olacaq, 
Hər qətreyi-mey şişədə bir can olacaq, 
Bəh, bəh, genə dürdnuşlər bəzmində, 
Saqi, yıxılıb, piyalə qəltan olacaq. 
 
Saqi, mənə bir soraq ol Keydən ver, 
Ya bircə xəbər o Hatəmi-Teydən ver, 
Sevdayi-cünunə səmmi-qatildir mey; 
Qurban sənə, bir piyalə ol meydən ver. 
 
Meyxanələri həmişə abad istə, 
Sən əhlin onun sərv tək azad istə
Məscidlərə getmə, vaizin tərkin qıl, 
Nə ric’ətə ver qulaq, nə miad istə. 


_____________Milli Kitabxana_____________ 
181 
 
Lal etdi genə bir gül bu bülbüli-şeydanı, 
Küsdürdü genə məndən yüz qönçeyi-xəndanı, 
Bir turş, iki şirin – çox yaxşı müfərrəhdir, 
Bu xud ki, müsavidir, molla, biri bəs hanı? 
 
Əsrari-dilim xalqa nümayan oldu, 
Hər dilbərə istədim baxım qan oldu. 
Bu dəhri-dənidə bəs ki, möhnət çəkdim, 
Qəddim bükülüb, misali-çövkan oldu. 
 
Ta mürği-dil aşüfteyi-ol mu oldu, 
Qümri kimi kar-barı “ku-ku” oldu, 
Bəs ki, gecə-gündüz dedi “hey-hey”, “hu-hu”, 
Yahu kimi məcmu, bədəni “hu” oldu. 
 
Saqi, ətəşi-kəbabə ab eylər əlac, 
Mədquqə yəqin şərabi-nab eylər əlac, 
Ayineyi-dil zəngi-küdurət tutsa, 
Qıl təcrübə kim, qəndü gülab eylər əlac. 
 
Sübh olcaq açıldı könlümüz güllər tək, 
Tökdü üzə yar zülfü sünbüllər tək
Yahu kimi biz də başladıq ya “hu-hu”, 
Həm nalə çəkib çəməndə bülbüllər tək. 
 
Saqi, mənə bir cam o meydən ver, ver, 
Bir türfə xəbər o bəzmi-Keydən ver, ver, 
Mütrüb, dur əyağə, rəqs qıl məstanə, 
Dadi-dilimi nəvayi-neydən ver, ver. 
 
Saqi, qədəhi əz on meyi-dirinə, 
Bir cam də ver bu kafəri-bidinə. 
Fövt eyləmə eyşü işrəti fəsli-bahar, 
Bir ğülğülə sal bu günbədi-rənginə. 
 
Zahid, bu namaz tərkini qıldın, qıl, 
Bu rəsmi-məcaz tərkini qıldın, qıl, 
Təhtül-hənəki uzatma dəxi, bəsdir, 
Bu işvəvü naz tərkini qıldın, qıl. 


_____________Milli Kitabxana_____________ 
 
Məsnəvi 
Ey dilbəri mahmənzəri-mən
Ey eşqi-to cövr dər səri-mən. 
Öldürmə məni ki, binəvayəm, 
Bir aşiqi-zari mübtəlayəm, 
Yarəb, nə olur tərəhhüm etsən, 
Görcək məni bir təkəllüm etsən? 
Qoyma məni intizar gündə, 
Etmə məni xar, zar gündə. 
Qurbanın olum, gəl aşikarə, 
Salma məni böylə ah-zarə. 
Görməm çü səni, qərar qalmaz, 
Görcək səni, ixtiyar qalmaz. 
Çox da məni dilfikar qılma, 
Böylə məni xarü zar qılma. 
Hər bülbülə bir gül oldu həmdəm
Ondan bu cahanə gəldi adəm. 
Ey hur-liqavü mah-peykər, 
Yandırma məni fəraqə yeksər. 
Rəhm eylə məni yetir vüsalə, 
Bu xəstəni qoyma böylə qalə. 
Ey qönçədəhanü ənbərin-mu, 
Vey lalə-üzarü atəşin xu, 
Ey daş ürəkli, bağrı qarə, 
Gör böylə baxarmı yar yarə?! 
O mehrü məhəbbətin nə oldu? 
O lütfü şəfəqqətin nə oldu? 
Aya, nə günah eylədim mən? 
Mə’lum elə bir ki, neylədim mən? 
Ey afəti-canü cismü canım, 
Vey rahəti-cani-natəvanım, 
Razı deyiləm behiştə sənsiz, 
Qılmanü qüsurü hurə sənsiz. 


_____________Milli Kitabxana_____________ 
183 
 
 
 
Gəldi bahar, fəsli-tamaşa əcəb-əcəb! 
Etdi cahanı gör necə ziba əcəb-əcəb! 
Xürrəm olubdu daməni səhra əcəb-əcəb! 
Qümri edibdi sərvdə məva, əcəb-əcəb! 
 
Məsti-tərəbdi bülbüli-şeyda əcəb-əcəb! 
Susən gəlib nəzakətə, nərgiz olub xumar
Sünbül tökübdü gərdənə xoş zülfi-müşkbar, 
Saqi, nə durmusan ələ al cami-zərnigar, 
 
Səhravü baği badi-səba etdi laləzar, 
Xəndan olubdu vəh, güli-həmra əcəb-əcəb! 
Mütrüb, gəti çəğanəni, ver çəngə guşimal, 
Gərm eylə bəzmi sən də, ay oğlan, qavalı çal, 
 
Güllər çəməndə başdan ayağə geyinmiş al, 
Qoymaz könüldə saqiyi-dövran bu gün məlal, 
Gəldi arayə saqiyü səhba əcəb-əcəb! 
Vəh-vəh, olubdu baği-Irəm dəştü kuhisar 
Şaxi-gül üstə qönçə olub şahi-tacidar. 
MÜXƏMMƏSLƏR 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə