Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   30   31   32   33   34   35   36   37   38

_____________Milli Kitabxana_____________ 
190 
 
* * * 
 
Leyla təki yüz işvə ilə, ey büti-mövzun, 
Etdin məni Məcnun. 
Şeyda olubam eyləmişəm mənzili hamun. 
Ey gözləri məftun. 
Təbbali-qəza döydü mənim adıma axir 
Bu təbli-cünunu. 
Səhrayə salıb etdi məni kuhdə məskun, 
Bu gərdişi-gərdun. 
Gəl bir nəzər et halimə, ey afəti-canım, 
Yandım, nə deyim, ah! 
Çox da məni – biçarəni gəl etmə digərgun, 
Qoyma belə məhzun. 
Mə’şuq qılar cövrü cəfa aşiqə həqqa, 
Adətdir əzəldən. 
Amma nə deyim, görməmişəm mən belə qanun, 
Yox mən kimi məğbun. 
Izhar elədim dərdi-dilim cümlə təbibə, 
Dəm vurdu ölümdən. 
Fəryadıma yet sən özün, ey qadiri-biçun, 
“Bissad və binnun!” 
Dur, şəhri-fəna seyrinə get, tərki-vücud et, 
Ey aşiqi-müştaq. 
Tə’sir eləməz marə, bəli, ayətü əfsun, 
Ta olmasa məkfun. 
Eşq əhlinin əhvalına yet, eşqə düşəndən 
Biganə nə bilsin. 
Həddad bilir kim, necədir gərmiyi-kanun, 
Pərvaneyi-məscun. 
Bu atəşi-cansuzu elə sərdü səlamət, 
Mən acizə, yarəb. 
Səbrim kəsilibdir, görürəm bəxtimi varun, 
Çün taleyi-Qarun. 
Dörd canibidən nəfsü həva mərkəzi-ruhu 
Qılmışdı əhatə. 
Təsxir edəcək mülki-dili ləşkəri-Fir’on, 
Ku Musiyü Harun? 
 


_____________Milli Kitabxana_____________ 
191 
 
Ənqa kimi bəs dövr elədim çərxə müqabil, 
Yetdim bu məqamə. 
Haşa ki, əgər bir də olam aqilə məqrun, 
Mən saniyi-Məcnun. 
Ol qaibü məstur, gözüm, cümlə nəzərdən, 
Ol Xizr Nəbi tək. 
Ta hasil olub eyni-yəqin, kəşf ola məzmun, 
Həm “kaf” ilə həm “nun”. 
Ol dəm ki, sataşdı gözüm ol daneyi-xalə, 
Huş uçdu sərimdən. 
Saldın bu şərab içrə məgər sən necə əfyun
Oldum belə dilxun?! 
Çoxdandı qəbul eyləmişəm guşeyi-izlət, 
Məqsudimə yetmən. 
Bu meykədədə yoxdu məgər badeyi-gülgun, 
Bir sağəri-məşhun?! 
Yox nəş’eyi-sərşar cahan içrə, Nəbati, 
Əfsanə danışma! 
Get xirqəni çək başına manəndi-Fəlatun 
Kim, yox belə mə’cun! 


_____________Milli Kitabxana_____________ 
192 
 
* * * 
Ta oldu sənin mehri-rüxün sünbülə mülhəq, 
Ey mahi-mütəbbəq! 
Sandım ki, günəş əbrə girib, oldu mübərrəq, 
Can oldu mühərrəq. 
Mah üzrə düşən nöqteyi-xalın nə bəladır, 
Ey gözləri cadu! 
Heyrətdədi bu məs’ələdə cümlə müdəqqiq, 
Acizdilə mütləq. 
Bu dairədə nöqteyi-pərkar qalıb mat, 
Şətrəncdə çun şah. 
Girdabi-bəla içrə sınıb ləngəri-zövrəq, 
Hərdəm deyər “həq-həq”. 
Bir acizü dərvişə əgər mürşidi-eşqin 
Rüxsət verə, billah, 
Isbat edərəm böylə ki, hamı deyə səddəq, 
Həm ərşi-müəlləq. 
Faş eyləmənəm mən dəxi əsrari-nihanı, 
Yox, yox, qələt etdim. 
Get, get, qanını heç yerə tökdürmə bənahəq, 
Ey cahilü əhməq! 
“Bismillah”ı dərk eyləməmiş “həmd”ə yüyürmə, 
Ey zahidi-gümrah. 
Sərkərdəsiz aya görünüb bağlana sancaq, 
Ləşkər tapa rövnəq? 
Dəyməz iki dinarə sənin sövmü səlatın, 
Sallanma behiştə. 
Qəflətdən oyan, aç gözün, ol tazə müsəbbəq, 
Manəndi-Fərəzdəq. 
Keyfiyyəti-meyxanəni məsciddə kim anlar, 
Gəl, ol sözə vaqif. 
Aldatdı səni ciyfeyi-dünyayi-müzərrəq
Vur başına cün bəq. 
Hümmət elə, aç sinəmi, qıl nitqimi guya, 
Ey piri-xərabət. 
Bu leyli-düca içrə məni qoyma müğərrəq. 
Ey sübhi-müfəlləq. 
Bu ərseyi-xunxardə dəm vurma, Nəbati, 
Ol sakitü samit. 


_____________Milli Kitabxana_____________ 
193 
 
Guya sənə kəşf olmayıb əsrari-“ənəlhəq”, 
Sən bilmədin əlhəq. 
 
* * * 
Ey qaşı kəman, kipriyi ox, zülfü çəlipa, 
Ey gözləri şəhla, 
Billahi edər lə’li-ləbin mürdəni ehya, 
Manəndi-Məsiha. 
Çək pərdəyə rüx, gün kimi göstərmə cəmalın 
Hər bisərü payə. 
Rəhm eylə məni-acizə, ey sərvi-dilara, 
Ey dilbəri-ziba. 
Gəl mehrü vəfa üstə, unut cövrü cəfanı, 
Allahı sevərsən. 
Qurbanın olum, aşiqi gözdən belə salma
Təqsirimə qalma. 
Sən’an kimi təsbihü ridanı oda saldım, 
Tərsa dedin, oldum. 
Indi deyəsən dur oda gir, məndə nə yara, 
Mövquf bər iyma… 
Yarəb, kimə izhar eləyim razi-nihanım, 
Od tutdum alışdım?! 
Fikrim bu idi şəm’ə qılam razi-dil ifşa, 
Qəlbim dedi haşa. 
Ömrümdə əgər bir gecə mehmanım olaydın, 
Ey şəm’i-diləfruz, 
Məl’un idim etsəydim əgər qeyrə təmaşa, 
Bir özgə təmənna. 
“Əlminnəti-lillah” oxudum “elmi-lədünni” 
Ustadi-əzəldən. 
Feyzi-nəzəri etdi məni qabili-əsma, 
Çün Xizri-müəlla. 
Ver hüsnünə ziynət, geyin istəbrəqü sündüs, 
Ey nuri-mühərrəq. 
Turi-nəzərimdə elə bir ləhzə təcəlla, 
Ta məhv ola Musa, 
Əfsus ki, aləmdə deyil dağ çapan oğlan 
Fərhadi-hünərmənd, 
Tə’lim verəydim ona mən dərsi-”səme’na” 


_____________Milli Kitabxana_____________ 
194 
 
Ta ayeyi-övfa. 
Məcnun idi eşq əhlinin ustadı, həqiqət, 
Pirimdən eşitdim. 
Əfv eylə günahın sən onun, bari-xudaya, 
Üsləhu bi-Leyla. 
Hərçənd qaradağlıyam, yoxdu kəmalım, 
Müşküldü kəlamım, 
Hər fərddə məsturdu bir dürri-müsəffa, 
Yüz lö’lövü lala. 
Yandı ciyərim, bəsdi fəğan etmə, Nəbati, 
Bir ləhzə tut aram. 
Səhrayi-cünun içrə ol azadədil, amma 
Tut daməni-mövla. 
 
* * * 
 
Ey qönçədəhan, simbədən, dilbəri-tənnaz, 
Ey sərvi-sərəfraz! 
Öldüm dəxi, qurbanın olum, rəhm elə bir az
Bəsdir bu qədər naz. 
Yandım, külə döndüm, yanasan sən də mənim tək, 
Ey duxtəri-tərsa! 
O nakəs ilə olma dəxi həmdəmü həmraz, 
Vallah belə olmaz. 
Adəm kimi çoxdandı olub virdi-zəbanım, 
“Yarəbb zələmna”. 
Amma ki, nə hasil o cəfapişə inanmaz, 
Bir dəm mənə baxmaz… 
Sən böylə bilirdin ki, özün aşiq olubsan, 
Kül başına olsun! 
Dur, püflə ocağı, bu odun yaşdır, alışmaz, 
Özbaşına yanmaz, 
Min dağı əgər bir nəfəsə canıma qoysa, 
Bir “uf” demərəm mən. 
Amma onu gör, bircə məni yadına salmaz, 
Bir busəyə qıymaz. 
Qaldı dəxi çün məhşərə bu həsrəti-didar, 
Ey yari-vəfadar, 
Bari, hər iki ildə soruş halımı az-maz, 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə