Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   30   31   32   33   34   35   36   37   38

_____________Milli Kitabxana_____________ 
201 
 
* * * 
 
Ey qaməti şümşad, boyu sərvi-sənubər
Ey şuxi-sitəmgər! 
Aya görəsən var bu cahan içrə sərasər, 
Bir gül sənə bənzər? 
Görcək səni mən, ey üzü gül, türrəsi sünbül, 
Əl hamıdan üzdüm. 
Gər hurü pəri ruyi-zəmini tuta yeksər, 
Könlüm səni istər. 
Ol dəm ki, sənin mehri-rüxün etdi təcəlla, 
Eşq oldu hüveyda. 
Əvvəl mən idim can edən ol atəşə məcmər, 
Məndən sora Azər. 
Səndən yetişib Xizr-Nəbi sirri-nihanə, 
Oldu mənə sabit. 
Billah, sən idin nazili-ayati-peyəmbər, 
Cibrilə müsəvvər. 
Almış əlinə məş’əli-xurşidi Məsiha, 
Gərdişdədi daim. 
Hər dəm çağırır sidq ilə, ya saqiyi-kövsər, 
Ya xaceyi-Qənbər. 
Musa kim idi göstərə xəlqə yədi-beyza, 
Ey şahidi-ğeybi? 
“Hu-hu” deginən zahirü batində müqərrər, 
Ey rindi-qələndər. 
Qorxum budur amma ki, əgər saqiyi-gülrəng, 
Dövr etsə müsəlsəl, 
Ariflərin əhvalın edən aləmə əzhər
Ol badeyi-əhmər. 
Mənsur-sifət şamü səba zikri-”ənəlhəq” 
Olmuş mənə adət. 
Mə’lum ki, yazmaz qələmi-xaliqi-əkbər 
Bir əmri mükərrər. 
Qaçmaq gərək ahəstə bu meydani-bəladən, 
Bir künci-nihanə. 
Bu ərsədə baş qoydu bəsa mərdi-dilavər, 
Çox sahibi-əfsər. 
Gör eşqi ki, ğəvvasi-bühar oldu Nəbati, 


_____________Milli Kitabxana_____________ 
202 
 
Bifənni-səbahət. 
Dəryaləri seyr eylədi bir ləhzədə yeksər, 
Bihadiyü rəhbər. 


_____________Milli Kitabxana_____________ 
203 
 
* * * 
 
Saqi, nə durubsan, elə bir rəqsi-hesabi, 
Ver badeyi-nabi. 
Azad elə bir cam ilə bu məstü xərabi, 
Pak eylə hesabi. 
Yaran, nə qılım ğəm günü bir qeyr əlacım, 
Yox badədən özgə. 
Bu qanı içib yad edərəm qönçə türabi, 
Ol ətrü gülabi. 
Od tutdu təmami bədənim yandı sərasər 
Bu nari-fəraqə. 
Mən neyləmişəm kim, çəkirəm munca əzabi, 
Bu cövrü itabi? 
Saqi, hələ bədməstlik etmək belə dəmdə 
Hərgiz deyil insaf. 
Yıxdın evimi, bir də at ol tiri-şəhabi, 
Ol bərqi-ləhabi. 
Ey mütrübi-xoşxan, elə bir rəqsi-müxalif, 
Canım sənə qurban. 
Tök zülfünü, əfşan elə ol çətri-qübabi, 
Ver kakilə tabi. 
Hər vəqt ki, düşər yadimə ol nərgisi-məxmur, 
Ey lalə üzarım. 
Ləbriz edərəm qan ilə bu çeşmi-pürabi, 
Bu mənzili-xabi. 
Ey vadiyi-vəhdətdə qalan aşiqi-məhcur, 
Sərkəştəvü rəncur, 
Meyxanədə get rəhn elə Qur’anü kitabi, 
Qaldır bu hicabi. 
Qoyma məni, müşküldü, qallam zarü pərişan, 
Ey məzhəri-bari. 
Göstər mənə öz nurin ilə rahi-səvabi, 
Fəth eylə bu babi. 
Məndən sora billəm ki, qalır başına dağlar, 
“Məcnun” deyər, ağlar! 
Ax, yadimə saldın genə əyyami-şəbabi, 
Çək-çək bu tənabi! 


_____________Milli Kitabxana_____________ 
204 
 
Bu mülki-Qəradağdə bir aşiqi-üryan 
Həmvarə gərəkdir. 
Nə bəngi ola, nə ola yaquti-müzabi, 
Nə cami-şərabi. 
Hər aşiqi gördüm, elədim dərdimi izhar, 
Əhvalimə yandı. 
Bir ah çəkib, çaldı yerə çəngü rübabi, 
Verdi bu cavabi: 
Hərçənd ki, bimari-qəmi-eşqə dəva yox, 
Bir söz deyim əmma, 
Yeydir bu mərizə genə behdanə lüabi 
Ya şərbəti-abi. 
Təftiş edə bir kimsə ki, bu aşiqi-üryan 
Sakindi nə yerdə. 
Gəl Üştibinə, tıx üzümü, nari, doşabi, 
At taxçıya qabi! 
Bəsdir bu qədər ağlama, biçarə Nəbati, 
Dildardən ayrı. 
Zikr eylə dəmadəm genə bu ərşcənabi 
Bir Xizr-niqabi. 
Qəm dəf’inə, saqi, mənə bir cami-ləbaləb 
Qıl lütfü inayət. 
Xunab yedirmə mənə, çək şişə kəbabi, 
Ver cami-şərabi. 
Ol guşeyi-çeşmində olan xali-siyahın 
Düşməndi bu canə. 
Qoysan yeyərəm mən bu dəm ol nəhs ğürabi, 
Çox çoxdu səvabi. 


_____________Milli Kitabxana_____________ 
205 
 
 
Mənbəyi-çeşmeyi-hər kəlmə ki, cari ola bir nitq-bəyan ya ki, lisandan adıdır o 
bizim Allahi-əzimin ki, onun mərhəməti, lütfü üzündən yaranıb növ’i-bəşər, əqlü 
hünər, qüvvətü idrak, üzündə iki göz, həm iki qaş, üz necə üz, misli-qəmər, qaməti 
bir sərv, beli tük kimi bir incə kəmər, baş kasası əql, bəsirət yeri, huş mərkəzi, onda 
eşidib duymağa bir cüt də qulaq, sonra dodaq, ləb necə ləb, lə’li-Bədəxşan, xəti də 
ənbəri-reyhan, çəkilibdir iki səf kipriyi bir güclü qoşuntək gözün ətrafını hifz 
etməyə, bir püstə kimi qönçeyi-xəndan bir ağız ki, nə deyim vəsfini, gövhər kimi 
dişlər düzülüb hər biri bir lə’l ilə mərcan, hələ o gərdənə bir bax, ola bilməz ona 
tay, heç də sürahi, nə  də mina, o boyu, qaməti rə’na, tökülüb çiyninə geysuləri 
zəncir kimi, sünbül kimi, bəh-bəh, belə bir ətr, təravət və  nəzakətlə  qəra rəngi o 
yəlda gecəsindən də gözəldir, deyək  əhsən elə bir xaliqə ki, xəlq eləyibdir onu, 
həm də  nə görürsən bu cahanda tək onu sən’ətinin, qüdrətinin hasilidir, bir bu 
qədər lö’lövü yaquti-Yəmən, lə’li-Bədəxşan, bütün çöl və biyaban və ümman 
yetirib bəsləyə  hər gövhəri-rəxşan, hamısı, lö’lövü şəhvar onundur, nəzər et 
hikmətə, əsrarə, yeri, məskəni yoxdursa da, əmrilə dönür çərxi-fələk, nur saçır ay 
və günəş, göydəki hər bürcü qəmər, gah iti, gah yavaş, gah soyuq, gah da ki isti, 
gecə-gündüz dolanır, gah sönür, gah da yanır, xəlq edəni bircə o Allah ki, elə Allah 
xəlq etdi iki aləmi, dünyanı, nə var, cinni-bəşər Adəmü Həvvanı və ya Rühüləmin 
Cəbraili, bir də Mikaili, o Musa ilə Isanı kərəm etdi Məsihaya, nəfəs verdi diriltsin, 
ölünü, digərinə verdi təcəlla ki, onun nuru ilə  dərk olaq mö’cüzi-Sə’ban. Uca 
günbədi-ə’lavü səmavatü hicabatü məqamatü kəramət və lahut və nasut ki, burda 
hamısı oldula məbhut, gələnlər hamısı cinnü pəri, adəmü insan, bütün gəbrü 
müsəlman, bütün hurüyü qılman qələtdir, nə deyim, kaş olaydı  mənə bir 
məhrəmiəsrar, açaydım ona öz sirrimi, ancaq ki, bu sirri birinə söyləməyib saxlaya 
pünhan, ikimiz əldə qədəh, qarşıda bir sağəri-səhba, eləyib eyş ilə işrət, necə işrət 
ki, edib rəqs biləydik belədir aləmi-fani, nə edim söyləmək olmur, bu kimi sirri nə 
cür şərh eləyim, ya ki edim mən ona 
BƏHRİ-TƏVİL 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə