Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   30   31   32   33   34   35   36   37   38

_____________Milli Kitabxana_____________ 
184 
 
* * * 
 
Yek kolahi-nəmədü xerqeyi-pəşmi-doməni, 
Pişe mən beh zi dosəd gövhəri-dürri-Ədəni. 
Lifi-xurma kəmərü rəxtü qəba yek kəfəni 
Nola aləm görə bu vəz’də bir kərrə məni 
Bir dua eylə səni saxlasın Allah qəni. 
 
Ali et hümmətini, seyr elə bu dünyani, 
Nə gözəldir deyələr xəlq sənə seyrani, 
Kimdi bu çərxi-kühən sən olasan dərbani? 
Bibina olduğu mə’lum, hanı bünyani? 
Ol mücərrəd ki, məgər qurtarasan bu bədəni. 
 
Artmamış qalü məqalın, çək özün bir yanə, 
Xeyri yoxdur bu cahanın, geri dur mərdanə, 
Cami-təcridi götür, başına çək məstanə, 
Intəha kim, deyələr seyyid olub divanə
Nədi fikrin, məgər etmiş biri məhkum səni? 
 
Bülbülə vurmuş əgər gül neçə zəxmi-kari, 
Kim görübdür ki, edə qeyr gülə izhari? 
Bəsdi, xamuş otur, ver özünə dildari, 
Görücək hər kimi faş etmə ona əsrari, 
Özünə məhrəm elə sərvü güli-yasəməni. 
 
Çün bahar oldu çəmən tapdı həyati-tazə, 
Nə tağafüldü, dur, ey bülbüli-biəndazə! 
Bal açıb tərfi-gülüstanə, götür əndazə, 
Gör Nəbati necə şur ilə gəlib avazə
Məhv edib vəcdü sima’ ilə tamam əncüməni. 


_____________Milli Kitabxana_____________ 
185 
 
 
Ey xösrövi-məhruyan, 
Gəl bircə gülüstanə, 
Ta mehri-rüxət pərtöv, 
Salsın gülü reyhanə. 
 
On nərkisi-caduyət, 
Saldı məni səhrayə, 
Əbruyi-kəmandarət, 
Etdi məni divanə. 
 
Saqi, zi kərəm cami, 
Lütf eylə məni-zarə, 
Dər dövri-sərət gərdəm, 
Bir dövr elə məstanə. 
 
Bərxizü xuraman kün
Ol qaməti-dilcuyət. 
In aşiqi-Məcnunra 
Bircə dolu peymanə. 
 
Bügzər bəsəri-Leyli, 
Bu dinü bu məzhəbdən, 
Xaki-rahi-rindan şo, 
Ol xadimi-meyxanə. 
 
Duş əz qəmi-dil yek dəm 
Bir dağə güzar etdim, 
Oftad rəhəm nagəh 
Bir türfə biyabanə. 
 
Qurbani-sərət, saqi, 
Bax bir məni-məxmurə, 
Billahi, qümil əccil, 
Döndü ürəyim qanə. 
MÜLƏMMƏ 


_____________Milli Kitabxana_____________ 
186 
 
Xali-həbəşirəngət 
Etdi günümü qarə, 
On lə’li-şəkərpaşət 
Bir rəhmə gəlir ya nə? 
 
Ey bülbüli-qəmdidə, 
Gəldi yenə fəsli-gül
Bərxizü bezən çəh-çəh, 
Gəl şur ilə əfğanə. 
 
Şirini-şəkər ləb key 
Dışqarı çıxar evdən. 
Ta ğülğülə əndazəd 
Bu günbədi-gərdunə. 
 
Dər rixtəni-xunəm 
Tə’cil eləmə çox da, 
Nahəqküşi, xunrizi 
Layiqdimi sultanə? 
 
Ey kafəri-səngindil, 
Bir pərdə götür üzdən. 
Ta tə’nə zənəd hüsnət 
Xurşidi-dirəxşanə. 
 
Rəftən zi səri-kuyət 
Bir əmrdi çox müşkül. 
Haşa ki, coda əz şəm, 
Hərgiz ola pərvanə. 
 
Əz tari-xəmi-zülfət 
Sal boynuma zənciri, 
Dər guşeyi-əbruyət 
Saldı məni zindanə. 
 
On sağəri-zərrinra 
Saqi mənə versin bir. 
Tainki zənəm payi 
Bu mülki-Süleymanə. 


_____________Milli Kitabxana_____________ 
187 
 
 
Məstanə biyavər mey, 
Sərgərm elə üşşaqi, 
Yek dəm bekün ehsani 
Bu cəm’i pərişanə. 
 
Bərxiz Nəbatira, 
Bir cam ilə qıl sərməst, 
Ongah tamaşa kün 
Bu mürği-xoşəlhanə. 


_____________Milli Kitabxana_____________ 
188 
 
 
 
Ey sünbüli-tərdən üzünə pərdə tutanım, 
Ey qönçə dəhanım. 
Pərvanə kimi başına qoy bircə dolanım, 
Ey ruhi-rəvanım. 
Etdin bu qədər cövrü cəfa bu neçə ildə, 
Heç bircə dedim uf? 
Indi dəxi, billah, üzülüb tabü təvanım, 
Qalmıb dəxi canım! 
Yandırma məni atəşi hicranə, yazıqsan, 
Ahım səni odlar! 
Sənsiz gecələr ərşə çıxıb ahü fəğanım, 
Ey qaşı kamanım. 
Görgəc məni bir tünd keçib, bir geri baxsan, 
Ollam genə məcnun. 
Vəhşi kimi kuhi oluram, budu gümanım, 
Artar genə şanım. 
Bilsəm ki, yəqin verməmisən kami-rəqibi, 
Durram, itin ollam, 
Amma görürəm vermisən, artıq nə inanım? 
Qanım ki, inanım. 
Əhdim bu idi dərdi-dilim eylədim izhar 
Hər vəqt səni görsəm. 
Çünki səni gördüm, qurudu, qalmadı qanım, 
Lal oldu zəbanım. 
Fikrim budu kim, eyləyəsən bir oxa qurban 
Bu aşiqi-zari. 
Yerdən yerə çırpım özümü, xakə bulanım, 
Al qanə boyanım. 
Tökdün pərü balimi mənim, indi qovursan, 
Insafına qurban. 
Qoy künci-qəfəsdə məni bir rahət uzanım, 
Öz halıma yanım. 
MÜSTƏZADLAR 


_____________Milli Kitabxana_____________ 
189 
 
 
Rindani-xərabatə nə lazım edəm izhar, 
Mən dərdimi, yarəb! 
Mə’lumdur onlarə bütün sudü ziyanım, 
Hər razi-nihanım. 
Dərdi demək asandır, əgər olsa Ərəstu, 
Loqmanü Fəlatun. 
Indi ki, olar yox, bir utan, kəsmə amanım, 
Ey əşki-rəvanım. 
Loqmanü Fəlatunü Ərəstu edə bilməz 
Bu dərdə müdava 
Azdırdı məni bu qələmi-mişkfişanım, 
Döndərdi inanım. 
Etsə edəcək sərvəri-küll sahibi-Düldül
Oldum genə bülbül. 
Gəldikcə nəfəs mədh eləsəm, vardı bəyanım, 
Açıqdı lisanım. 
Qurtar məni bu möhnətü qəm, dərdü ələmdən, 
Ey miri-hidayət! 
Bir guşeyi-çeşm et mənə, ey şahi-cəhanım, 
Ey ərşüməkanım, 
Sərf etdi rəhi-eşqə təmam ömrü Nəbati 
Bu dari-fənadə. 
Bir yol demədi, ey canı daş, heyfdi canım, 
Gəl-gəl bir usanım! 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə