Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə37/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   30   31   32   33   34   35   36   37   38

_____________Milli Kitabxana_____________ 
206 
 
min şükr, əta sayəsi hər yerdə düşür başlara, sən qüdrətə bax ki, qara torpaqda necə 
ne’məti əlvan gətirib zahirə, çaylar və ağaclar və bulaqlar necə dağlar, necə bağlar, 
necə ləzzətli və dadlı və şirin meyvə və meyvə! Nə deyim mən necə sünbül, necə 
güllər, nə çəmənlər, bu çəməndə necə qümri, necə bülbül, necə cəh-cəh, necə səslər 
ki, olur hər eşidən məst, gəlir naləvü əfğanə ya da valeh olub tərk edir əhvalı, gedir 
eşq çəmənzarinə seyr etməyə bir başqa cahanı, gəl onu durma, könül, cahil olub 
tərk eləmə, sən belə bir baği-gülüstanə  nəzər sal, negə gör şaxədə quşlar oturub 
oldu qəzəlxan, belə halət, belə bir yaz bizim aləmdədi, heç yerdə tapılmaz, çalışıb 
badeyi-reyhani yerə qoyma bu şərt ilə ki, bir yari-müvafiq tapıb öz halinə, birlikdə 
çəkil guşəyə, güllər arasında keçir öz ömrünü azadə, məbada yaramaz şəxs ilə 
yoldaş olasan ki, içə o badəni axirdə qıra daşla sənin camini, bil ha! Nə edim, sən 
məni  əfv et ki, çıxıb riştəsi  əldən sözümün keçdi hüdudi, elə ki, gülşənə  gəldin, 
gözünü aç, ayıq ol, eylə nəzər, gör ki, necə hər ağacın yarpağı gəlmiş dilə, söylər 
özünün sirrini sübhün yelinə bəlkə tərəhhüm edə bir an, apara ərz edə dildarinə, icz 
ilə deyə, ey büti-xunxar, cəfakarü dilazar, xəzanlar bizi incitdi, fəqət vəslin ümidilə 
gəlib görməyə bir qorxulu vadidə durub müntəzirlik hər birimiz. Bəlkə də qismət 
ola didar, bizə rəhm elə, ey kaş, nə olsun ki, gərək bir dəfə bir an səni, bircə soruş 
halımızı, dərdimizi, lütf ilə  dərman elə, tainki yetişdi bura söz qadiri-yektani 
bacardıqda bir az mədh elədik, növbə çatıb indi böyük oğlu o Adəm babanın hansı 
ki, xilqəttək onun xatirinə  xəlq olunub tapdı bu cür rövnəqü ziynət. O, nəsəbdə 
hamıdan ali onun şə’ni, cəlali, kərəmi tə’rifə sığmaz, nə deyim mən ki, necə elmü 
hünər dəftərinin mətlə’i olmuş onun o pak adı, olmazdı bu aləm o əgər aləmə 
qoymazdı qədəm, bil və yəqin et nə cəmadat, nə nəbatat, nə bu ərşü səmavat, nə 
firdövs, nə  cənnət, nə  cəhənnəm, nə  xərabat, nə münacat, nə  də lövhü qələmü 
kürsiyü əflakü kəvakib, bu ay-ulduz, gecəgündüz, nə bu günlər, nə bu aylar, nə bu 
illər, nə payızlar, nə  də yazlar – hamısı  təkcə onun xatirinə  xəlq olunub gəldi 
vücudə, o gözəl mehri-nübüvvət, bütün ümmət, hamıya etdi səxavət, odur, otəkcə 
əgər gəlsə qiyamət, hamıya rəhm eləyib, qurtara min dərdü  əzabdan, adıdır 
Əhmədi-Məhmud  Əbulqasim, o xeyrül-bəşərü Seyyidi-gövneyn Məhəmməddir, 
Əlinin əmisi oğlu, Əli hansı Əli, Heydəri-Səfdər, o Əlidir ki, dayanmış qapısında 
ona Qənbər də qul oldu, nə deyim mən hələ Səlman Əbülmö’cinü Miqdadü Əbuzər 
baş əyər, hörmət edər 


_____________Milli Kitabxana_____________ 
207 
 
Türkü Əcəm şahi-Xətavü Xütənü hind ilə Çin hakimi bunlarla bərabər, bilirik bir 
də o Qeysər və Buxara, bütün aləm bü Nəbati eləyir vəsf sənintək bir… ey 
məhiənvər, necə  tə’rif qılım, yoxdu şəbihin bu lətafət, bu şərafət, bu cahan üzrə 
pəri-hurilər olmaz, nə deyim, qalmışam aciz bu vəcahət, bu məlahətdə Züleyxa 
nədi, Leyla nədi, Əzra nədi, Səlma nədi, billəh ki, üzün tək ola bilməz güli-həmra, 
habelə yoxdu qədin tək çəməni-dəhrdə bir sərvi-dilaravü nə şümşadü nə ər’ər, nə 
sənubər, hanı zülfün kimi sünbül, üzünü kim gülə oxşatdı xəta etdi, qələtdir, hanı 
bu rəngdə gül bəs nə deyim eylə ləbi mül, arizi gün ya məhi-taban dilim yox, deyə 
bilməm ləbinə  lə’li-Bədəxşan, dişinə gövhəri-rəxşan, nə  əcəb vəqtdə, nə saətdə 
səni xəlq eləyib qadiri-mənnan, hanı çeşmi-xumarın kimi bir nərgizi-şəhla, nə olur, 
ey büti-tənnaz, xoşavaz ki, gəhgah bu biçareyi-dilxəstəyə bir rəhm edəsən, yoxsa 
məgər bilməmisən kim, sənə  mən aşiqəm, ey yari-cəfakar, dilazar, sitəm-pişəvü 
birəhmü mürüvvət, nə xoşundur ki, çəkim mən belə zillət, səni Tari, dəxi əl çək bu 
cəfadən ki, gümanım budu bu vəz’də gər görsə məni rəhm eləyə gəbrü nəsara, belə 
gəldi belə getdi, belə baxdı, necə baxdı ki, göz axdı, canımı odlara yaxdı, yeri get, 
dəng eləmə, bir elə göz ta ki, deyim mən belə  gəldi, belə baxdı, nə bilim kim 
deyəcəklər ki, bu əfsanədi kim, ol belə  gəldi , belə getdi, o nə  Məcnundu, nə 
Leylavü nə  məxfidi, nə peydavü nə Vamiqdi, nə  Əzra, nə  Nəbatidi, nə Hafiz o
müdəbbirdi ki, tədbir elədi, etdi məni aşiqi şeyda. 


_____________Milli Kitabxana_____________ 
208 
 
LÜĞƏT 
 

 
Badiyeyi-tih – sərgərdanlıq səhrası 
Badiyəpeyma – çöldə gəzən 
Baği-cinan – cənnət bağı 
Bak – qorxu 
Bang – səs 
Barigəh – imarət, saray 
Baz – qartal 
Befəzli-xuda – Allahın mərhəməti 
Bəççeyi-Ənqa – Ənqa quşunun balası; 
vüqarlı, təmkinli 
Bədgu – çuğul 
Bədkiş – əyri yollu, pis adam 
Bəhəmdillah – Allaha şükür 
Bər – quru – çöl 
Bəraya – aşkar 
Bərəhman – şər qüvvə 
“Bərgi-nəxli-imən” – Əmin-amanlıq 
ağacının kölgəsi – yarpağı (cənnətdəki 
Tuba ağacına işarədir) 
Bərk – yarpaq 
Bərra – təmiz, aydın 
Bihəmta – misilsiz 
Bikiş – yolsuz, məqsədsiz 
Bipərva – qorxusuz, qorxmaz 
Buteyi-hicr – ayrılıq butəsi – qızıl, 
gümüş və s. əritmək üçün gildən 
qayrılmış kiçik qab 
Büxl – paxıllıq 
Bülənd-pəst – alçaq-uca 
Büti-hərraf – danışan büt 
 

 
Canfəza – ruh dincəldən; gözəl 
Cəli – aşkar 


_____________Milli Kitabxana_____________ 
209 
 
Cəlilülnəhmə – əzəmətli 
Cö’di-müşk – qara zülf 
Cuybar – arx kənarı 
Cüqd-bum – bayquş 
Cür’ə – bir qurtum, bir içim (su, şərab 
və s.) 
 
Ç 
 
Çahi-məzəllət – bədbəxtlik quşu 
Çəlipa – qarışıq, dağınıq 
 

 
Dağidar – dağlanmış, qəmli, qüssəli 
Deyr – təriqətçilərin məskəni 
Dəbiri-nüktədan – arif, çox bilən 
mirzə 
Dəd – vəhşi heyvan 
Dəmdəmə – meydan, sahə 
Dənglər – dəng olmuşlar 
Dəriğ – heyif 
Dilazürdə – ürəyi incimiş 
Dirəxşan – nurlu, parlaq 
Düca – qaranlıq 
Düxtəri-rəz – üzümün qızı (şərab) 
Dürdnuş – şərab xıltı içən 
Dürdnuşi-Hafizəm – Hafizin təriqətinə 
tabeyəm 
Dürri-nab – təmiz, parlaq gövhər 
 
Ə 
 
Əbrani – tayfa adı 
Əbrə – xüsusi kəmər, qurşaq 
Əbülhəsən – Əhsənin atası Əli 
Əbyat – beytlər 
Ə’da – düşmən 
Əfsər – tac 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə