Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə30/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

_____________Milli Kitabxana_____________ 
167 
 
 
* * * 
Qurbanı olduğum oxun düz yayə, 
Bu xəstə canımı gözə, dər, gözə. 
Yaxşı gözlə, göz ürkütmə gözündən
Dürüst nişanəni gözə, dər, gözə. 
 
Genə işıq salıb ay nə dəstinə! 
Bəxtəvər üz sürtüb ayna dəstinə, 
Indi ki almısan iynə dəstinə, 
Bu şan-şan bağrımı gözə, dər, gözə! 
 
Sən bilməsən rəqib necə dağ elər, 
Məcnun tək seyr etdim neçə dağlər
Fələk məni səndən nə cüda qılar, 
Məgər göz olmuşdum gözədir gözə. 
 
Necə qıydın o tel darağa gedə? 
Belə gözlərimdən dür axa gedə. 
Qoyma cəbinindən tər axa gedə, 
Deyillər ziyandır gözə tər gözə. 
 
Heç kim Nəbati tək kam allanmadı, 
Eşq kitabından kamallanmadı, 
Dalına dar gəldi komalanmadı. 
Görüm mıx sancılsın gözə, dar gözə! 


_____________Milli Kitabxana_____________ 
168 
 
 
 
* * * 
Məcnunlar adını çəkən təhrirə, 
Nola sərdəftərə o, yaza məni. 
Deyirər bu idi zikri Məhmudun: 
“Durun, qurban edin Ayaza məni”. 
 
Genə sağ qalmışam, belə yarə, mən?! 
Kəlbin tək kuyunda yatam yerə mən, 
Gizlin sirrim gedim deyim yarə mən
Bir ağac götürə, ay əzə məni. 
 
Xoş nəğmədir nəğmələrdə Busəli 
Gül cəmalın gördüm min yol busəli, 
Ovçu tək istərəm yolun busalı, 
Gələ birdən keçə, ay aza məni. 
 
Saçı sünbül, üzü gül-gül, göz ala, 
Göz istəməz gözlərindən göz ala, 
Bu şan-şan bağrımı gül-gül köz elə, 
Qənaət vergilən o yaza məni. 
 
Nəbati tək dəryalərə üzəsən, 
Siyah zülfün əfşan eylə üzə sən
Qəmər tək buluddan bir çıx üzə sən, 
Çox da verməginən ayaza məni. 


_____________Milli Kitabxana_____________ 
169 
 
 
 
* * * 
Ala gözlüm, bu dərd məni öldürər, 
Sanma bu azardan ayılan məni. 
O zaman ki, əcəl gülüm soldurar, 
Qəbrim üstə oxu, ay ölən, məni. 
 
Müjgan oxun çək bir-bir at sinəyə, 
Mə’şuq gərək aşiqini sınayə. 
Deməginən dəxi gəlmə Sinayə, 
Edə bilməz səndən ayrı “Lən” məni. 
 
Heç görükmür şəfa üzü bu tərdə, 
Yox, əzizim, çarə yəqin bu dərdə
Qoyun, barı, can tapşırım bu dərdə, 
Indi ki, bilmisiz ay ölən məni. 
 
Eşq bu xərabı tutdu tabına, 
Məni saldın zülfün piçü tabına, 
Qurban olum ürəyinin tabına, 
Bir yada salmasan ay ilən məni. 
 
Zülfün bürci-əqrəb, bənzər yüz ayə, 
Belə gün var bərabərdir yüz ayə, 
Nəbati, çarə yox desən yüz ayə, 
Sancacaq bilmirəm ay ilan məni. 


_____________Milli Kitabxana_____________ 
170 
 
 
 
Pərü bali-bəstə darəm, 
Hələ ləng, ləng, ləngəm. 
Təni zarü xəstə darəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə mərizü, nə təbibəm, 
Hələ ləng, ləng, ləngəm. 
Nə həbibü, nə rəqibəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə gəlu, nə nay darəm
Nə xirəd, nə ray darəm, 
Nə beseyr pay darəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə sərəm, nə huş darəm, 
Nə kərəm, nə guş darəm, 
Nə bərəm, nə duş darəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə zibəlğəməm, nə sövda, 
Nə zixunəmü, nə səfra, 
Və nə əzmənəm, nə əzma, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə mükəddərəm, nə şadəm, 
Nə zixakəmü, nə badəm, 
Nə nihan, nə aşikarəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə zibadə sərxoşam mən, 
Nə ziğəm müşəvvəşəm mən, 
Nə ziabü atəşəm mən, 
Hələ ləng, ləng, ləngəm. 
FARSCA  ŞEİRLƏR 


_____________Milli Kitabxana_____________ 
171 
 
Nə çü qonçə dər şüküftəm, 
Nə qəməş bə dil nühüftəm, 
Nə nəəm, nə laşünüftəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə şərabiyəm, nə bəngi, 
Nə müğənniyəm, nə çəngi, 
Nə xəyaliyəm, nə rəngi, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə rəfiqi-bustanəm, 
Səgi-kuyi-dilsitanəm, 
Nə qərini-gülsitanəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə sitarəyəm, nə mahəm, 
Nə miyani-in dü rahəm, 
Nə gəda, nə padişahəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə zəmin, nə asimanəm, 
Nə diyari-laməkanəm, 
Nə əzinü, nə əzanəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə pəri, nə cin, nə insan, 
Nə fülanəmü, nə behman, 
Nə mələk, nə hurü qilman
Hələ ləng, ləng, ləngəm. 
 
Nə zikanü mə’dənəm mən, 
Nə “mən”əm, nə “mən mən”əm mən, 
Nə zigəncü məxzənəm mən, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə cəvanəmü, nə pirəm, 
Nə səğirü, nə kəbirəm, 
Nə kəmanəmü, nə tirəm, 
Hələ ləng, ləng, ləngəm. 


_____________Milli Kitabxana_____________ 
172 
 
Nə zilə’li-bibəhayəm, 
Nə zidürri-bisəfayəm, 
Nə nəva, nə binəvayəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə hüluliyəm, nə dəhri, 
Nə riyaziyəm, nə cəfri, 
Nə kənariyəm, nə bəhri, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə bexud müqəyyədəm mən, 
Nə zixud mücərrədəm mən
Nə Əli, nə Əhmədəm mən, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə müridəmu, nə ustad, 
Və nə bəndəəm, nə azad. 
Və nə Vamiqəm, nə Fərhad, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə mehəm, nə əzməhənəm, 
Nə kehəm, nə əzkəhanəm, 
Nə şahəm, nə əzşəhənəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə münəcciməm, nə kahin, 
Nə bəzarean gəvahin, 
Və nə sahiri-mədahin, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə əzizəmü, nə xarəm, 
Və nə nurəmü, nə narəm, 
Nə xəzanü, nə bəharəm, 
Hələ ləng, ləng, ləngəm. 
 
Nə Təhəmtənəm, nə Zaləm, 
Nə tülu’, nə zəvaləm, 
Nə Bəşirü, nə Bilaləm, 
Hələ ləng, ləng, ləngəm. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə