Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə35/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   30   31   32   33   34   35   36   37   38

_____________Milli Kitabxana_____________ 
195 
 
Ya bircə kağız yaz. 
Tuti kimi fəryad elərəm xəstəvü rəncur, 
Bu künci-qəfəsdə. 
Bir püstə ilə kimsə məni yadına salmaz, 
Bir könlümü almaz, 
Ey bülbüli-biçarə, fəğan etmə dəmadəm
Səbr eylə, tut aram. 
Daim ki, qış olmaz, həmişə belə qalmaz, 
Əlbəttə, gələr yaz. 
Azdırma məni, seyri-gülüstana aparma, 
Ey həmdəmi-cani. 
Yüz fəsli-bahar olsa, mənim könlüm açılmaz, 
Bu kefdən ayılmaz. 
Yarım genə məndən küsübən acıq edibdir, 
Ox, ox, aman Allah! 
Bilməm nə qılım, çarə nədir, bir üzün açmaz, 
Bir kəlmə danışmaz! 
Könlüm evini ləşkəri-qəm eylədi viran, 
Saqi, sənə qurban! 
Dur, ver ki, bu sısqa bir-iki cam ilə doymaz, 
Ta düşməsə qanmaz. 
Sal ğülğülə bu günbədi-əflakə, xüruş et, 
Ey dəfzəni-çapuk. 
Mütrüb, dəxi sən şədd elə bir nəğmeyi-şahnaz
Ey mürği-xoşavaz! 
Hər nə deyəcəksən, deginən, canıma xoşdur, 
Ey zahidi-bədkiş! 
Dəryayə daş at, ya qaya sal, zərrəcə daşmaz, 
Hərgiz ki, bulaşmaz. 
Baxma ki, belə acizü miskindi Nəbati, 
Ey hey, həzər ondan! 
Mövla bili yoxdur özü tək rindü nəzərbaz, 
Əyyari-çəpəndaz. 
 


_____________Milli Kitabxana_____________ 
196 
 
 
* * * 
 
Saqi, tut əlim kim, yetəsən ömri-kəmalə, 
Ver bircə piyalə. 
Düşdüm genə qəvvas kimi bəhri-xəyalə
Girdabi-məlalə. 
Könlüm quşu pərvazə gəlib, dövrə çıxıbdır, 
Qalxıbdı həvayə. 
Aya görəsən harda şikar eyləyə, qalə, 
Ya kim tora salə? 
Dövr eylə, qanad çal, nəzər et, eylə tamaşa, 
Ya bəççeyi-ənqa! 
Şayəd nəzərin uğraya bir türfə qəzalə, 
Bir hur misalə. 
Getdi, dəxi fəryad eləmə, huylama, gəlməz, 
Vəhşidi bu şahbaz. 
Düşdü görəsən hansı dağa, uçdu nə dalə, 
Ya qondu nə lalə? 
Bilməm nə qılım, çarə nədir, qalmışam aciz, 
Müşkül işə düşdüm. 
Huşum dağılıb, əql məəttəldi bu halə, 
Düşdüm əcəb alə. 
Çox cövr eləmə, tökmə gözün yaşını hər dəm, 
Ey mürği-səhərxiz, 
Dur ki, düyün açıldı, bərat oldu həvalə, 
Gəldi vecə nalə. 
Tökdü çiçəyin, verdi səmər nəxli-ümidin, 
Səbz oldu muradın. 
Əqd etdi mələklər səni ol qürsi-hilalə, 
Möhr oldu qəbalə. 
Bu ne’məti-üzma sənə gər olsa müyəssər, 
Ey aşiqi-məcnun! 
Əhd eylə, qonaq eylə məni bir kasa balə
Ya bircə piyalə. 
Saqi, mənə bir cam də ver, dövrü tamam et, 
Dur, qılma təəllül. 
Sübh oldu, gül üzrə saçılıb qətreyi-jalə, 
Gəlməkdədi lalə. 


_____________Milli Kitabxana_____________ 
197 
 
Divanə könül, qəm yemə bundan belə bir də, 
Həmd eylə xudayə. 
Əlminnəti-lillah ki, rəqib oldu izalə, 
Cüft oldu şəğalə. 
Yatma, dur oyan, aç gözünü, etmə şəkərxab, 
Ey bülbüli-sərməst. 
Torpağə döşən, ərzini qıl badi-şimalə, 
Ol müşk-xisalə. 
Sinəmdə genə şö’lə çəkib nari-məhəbbət, 
Istər məni yaxsın. 
Həsrətdi yanıq təşnə kimi abi-zülalə, 
Maildi vüsalə. 
Yarəb, görəsən lövhə yazıb katibi-qüdrət
Kim, vəslə yetəm mən? 
Əlbəttə ki, qadirdi xuda külli-fəalə, 
Hər əmri-məhalə. 
Əl çəkmə, Nəbati, nə qədər var isə canın, 
Mövla ətəyindən, 
Sal aləmi gözdən, yapış ol bəhri-cəlalə, 
Təyy oldu məqalə. 


_____________Milli Kitabxana_____________ 
198 
 
* * * 
 
Etdi məni qəm tapdağı bir gözləri xummar, 
Bir dilbəri-əyyar. 
Saqi, mənə ver lütf ilə bir sağəri-sərşar, 
Qəmdən məni qurtar. 
Yox qayəti təqrir eləsəm mim gecə-gündüz 
Şərhi-qəmi eşqi. 
Payanə yetişməz, nə qılım dərdi-dil izhar, 
Min gizli sözüm var. 
Etmün məni Məcnunə bərabər, sizi tari
Ey əhli-xərabat! 
Gördü neçə yol yarını ol aşiqi-cərrar, 
Ol sakini-kühsar. 
Allah bilir, mən kimi bir aşiqi-məhrum 
Dünyadə tapılmaz. 
Şahiddi bu əhvalə iki dideyi-xunbar, 
Həm ahi-şərərbar. 
Həmdəm dilərəm çarə əcəldən qəmi-hicrə 
Gəlməz ki, nə hasil. 
Qaldım belə bir dərd ilə bimunisü qəmxar, 
Biyarü mədədkar. 
Ey eşqə düşən aşiqi-biçarə, yəqin bil 
Kim, dadə yetən yox! 
Mən eyləmədim, doğrusu, Allahıma iqrar 
Xoşdur mənə zünnar. 
Məsdud olub çar tərəfdən mənə, yaran. 
Əbvabi-fütuhat. 
Guya kəsilibdir mənə bir məhrəmi-əsrar 
Bir yari-vəfadar. 
Əfsunü füsunun əsəri olmadı hərgiz 
Ol türfə nigarə. 


_____________Milli Kitabxana_____________ 
199 
 
Asan işimi virdü dua eylədi dişvar, 
Qaldım belə naçar. 
Nə əqldə kam oldu müyəssər, nə cünunda, 
Ey arifi-salik. 
Sən məndən eşit, bir gülə ol talibi-didar, 
Əyləş belə bikar. 


_____________Milli Kitabxana_____________ 
200 
 
Faş etməginən sirrini hər cahili-xamə, 
Ol aşiqi-kamil. 
Sən olmaginən mən kimi hicranə giriftar. 
Məhcurü diləfkar. 
Hicran demiş oldum, qələm od tutdu alışdı 
Ahım şərərindən. 
Bir xəncəri-xunriz gətir, bağrımı bir yar, 
Bir gör ki, nələr var! 
Zəhr eylədilər bu iki gün dirliyi, billah, 
Mən acizi-zarə! 
Gör etdi məni cövr ilə bu çərxi-sitəmkar, 
Candan necə bizar! 
Çox etmə şikayət sitəmi-çərxdən, ey dil, 
Xoş şivə deyil bu. 
Istərsən əcər görməyəsən tə’neyi-əğyar, 
Ah eyləmə zinhar! 
Ol səng-dilin başinə çox dönmə, Nəbati, 
Vallah ki, yanarsan! 
Tök qanlı sirişkin, deginən sidq ilə təkrar 
Ya Heydəri-kərrar! 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə