Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

_____________Milli Kitabxana_____________ 
106 
 
Doğrusu, yaylağının vəsfində aciz qalmışam, 
Bilmərəm, baği-Irəm, ya gülsitandır Üştibin. 
 
Bir-biri üstündə damlar, yaxşı ali köşklər, 
Bəs deyərsən Lənkəran, ya Salyandır Üştibin. 
 
Verginən dildarımı, et ahü zarımdan həzər, 
Rəhmə gəl, insafə gəl, bəsdir, amandır, Üştibin! 
 
Bir qonaq-nisbət Nəbati səndə beş gün əyləşib, 
Hörmətin saxla ki, o bir Xançobandır, Üştibin. 


_____________Milli Kitabxana_____________ 
107 
 
* * * 
 
Ey gözüm, gəl gözə bax, nərkisi-şəhla nəçidir! 
Zülfə bax, sünbülə bax, ənbəri-sara nəçidir! 
 
Daneyi-xalinə göz mərdüməkin qıl mənzil, 
Gunə bax, arizə bax, laleyi-həmra nəçidir! 
 
Düşdü Bijən quyuya görgəc o çahi-zəqəni, 
Ləbə bax, şəkkərə bax, şəhdi-müsəffa nəçidir! 
 
Dişləri gövhəri-nasüftə, dəhanı qönçə. 
Dilə bax, ləhcəyə bax, tutiyü mina nəçidir! 
 
Sədəfi-can elərəm navəki-müjganə hədəf, 
Taqi-əbrusinə bax, mənzəri-ə’la nəçidir! 
 
Nə deyim kim, nə bilir işvə nədir, qəmzə nədir, 
Bir gülümsün, qıya bax, gör bu müədda nəçidir! 
 
Cəbhəsin ay desəm, incini məndən Zöhrə, 
Əksi-Nurullahı gör, mehri-mücəlla nəçidir! 
 
Başinə sayə salıb bali-hüma tək kakil, 
Çıxmışam bir yerə kim, günbədi-xəzra nəçidir! 
 
Qoymuşam tərfi-bənaguşinə biganələri, 
Qol-boyun burda duran zülfi-çəlipa nəçidir! 
 
Oxşadan sinəsini qarə, get, ey gicü dəbəng! 
Donduran adəmi bu mənşəi-sərma nəçidir! 
 
Saqi, bir cam ilə dilşad elə bu qəmnaki
Nəçiyəm mən ki, deyəm sağərü səhba nəçidir! 
 
Nə çıxar ər’ərü şümşad uzun əhməqdən, 
Qəddə bax, qamətə bax, sərvi-dilara nəçidir! 


_____________Milli Kitabxana_____________ 
108 
 
Camı aldı əlinə, vəh, genə saqi, saqi! 
Məst-məstanə deyər: Xosrovü Dara nəçidir! 
 
Məhrəmi-xəlvəti-ünsüm hanı Saib, Saib? 
Ləhnə bax, nəğməyə bax, bülbüli-şeyda nəçidir! 
 
Hafizin şəhpərinin seytidi ya nə’reyi-rə’d? 
Dövrə bax, gərdişə bax bəççeyi-Ənqa nəçidir! 
 
Bu necə nəğmədi, mütrüb məni mədhuş elədi, 
Çək qələm Barbətə, sövti-Nikisa nəçidir! 
 
Qoyma bu pərdəni əldən çıxa, heyhat, heyhat! 
Saqidən bir xəbər al gör ki, bu mina nəçidir? 
 
Neyləyək Xızra nəsib oldu əgər abi-bəqa
Sən də sağəri tut gör qəmi-dünya nəçidir? 
 
Gəl bu gülzar tamaşasına bir, ey qafil, 
Qülleyi-kuh nədir, daməni-səhra nəçidir! 
 
Qorxuram inciyə Məcnun, küsə məndən,
 yoxsa, 
Deyərəm: Gəzgəzə həmta ola Leyla nəçidir! 
 
Yoxdur aləmdə belə dilbəri-sərmayeyi-naz, 
Şəkli-Şirini unut, nəqşi-Züleyxa nəçidir! 
 
Onu mə’şuq, məni aşiqi-müştaq deyin, 
Zikr edin adımızı, Vamiqü Əzra nəçidir? 
 
Mərhəba, kilki-şəkərrizü bədiül-əlfaz! 
Sözə bax, gövhərə bax, nitqi-Məsiha nəçidir? 
 
Hansı dəryayi-əmiqin dürüdür bu əş’ar? 
Lə’li sındırdı bu söz, lö’lövü lala nəçidir? 
 
Rəhm qıl canına, bir bəsdi, bu xəlvətdən çıx, 
Təngə gətdi məni, bu guşeyi-ixfa nəçidir? 


_____________Milli Kitabxana_____________ 
109 
 
Seyr qıl aləmi, bu şahü gədasın yoxla, 
Nikü bəd hansıdı gör, zişt ilə ziba nəçidir! 
 
Məscidü somiəvü bütkədəni bir-birə çal, 
Görginən Kə’bə nədir, deyrü kilisa nəçidir? 
 
“Qülhüvəllah əhəd”in kəsdi bu əğyarlərin, 
Qülzümi-vəhdətə cum, kəsrəti-ə’da nəçidir! 
 
Kafirü gəbrü nəsaravü müsəlmanə yetiş, 
Dinü məzhəb nədi gör, mö’minü tərsa nəçidir? 
 
Həqqinən batili çək bir məhəki-mizanə, 
Mustafa gör nə deyir, Isəvü Musa nəçidir? 
 
Gəz xərabatü münacatı, yetiş əhlindən, 
Od vuran aləmə bu nuri-təcəlla nəçidir? 
 
Gəl, Nəbati, dəxi üzdən bu niqabı götürək, 
Bir görək bu danışan aşiqi-risva nəçidir? 


_____________Milli Kitabxana_____________ 
110 
 
* * * 
 
Tərfi-gülşəndə genə bir güli-həmra görünür, 
Türfə xoş-rəngü tərü tazəvü ziba görünür. 
 
Baği-rizvandı bu ya səhni-gülüstani-Irəm, 
Dövr ta dövr hamı sərvi-dilara görünür. 
 
Laləvü gül qarışıb bir-birə, sübhanəllah! 
Baxasan hər gülə bir bülbüli-şeyda görünür. 
 
Lohəşəllah, görəsən cənnəti-Şəddadıdı bu 
Ki, cəmii dərü divarı mütəlla görünür?! 
 
Ən’əməllah ki, bu dərgahi-rəfiayə müdam, 
Rizişi-ne’mətü ən’am bəraya görünür. 
 
Qəsri-Firdövsə müqabildi bunun xərgahı, 
Təxti-tavus əcəb aliyü ə’la görünür! 
 
Həşmətü şövkətə bax üzmüdə xuddami-dəri, 
Hər biri Xosrovü xaqan ilə həmta görünür. 
 
Bu necə bəzmdi, yarəb, bu nə təmkinü vüqar 
Ki, həmə şərti-ədəb bunda hüveyda görünür. 
 
Həmd qıl iyzədə, torpağə düşüb üz yerə sürt
Binəva, bax göyə gör əfsəri-Dara görünür. 
 
Kimdi bu təxt-nişin səlli əla nami-xuda, 
Taci-xurşidi Məhəmməd, şahi Dara görünür. 
 
Başını sal aşağı, etmə təkəllüm əsla, 
Gözünü dik yerə gör tudeyi-ğəbra görünür. 
 
Baxma rüxsarına hərgiz ki, onun hər baxışı, 
Aşiq öldürməyə bir xəncəri-bürra görünür. 


_____________Milli Kitabxana_____________ 
111 
 
Çeşmi-bəddən bu şəhi saxla, sən ey şahi cahan 
Ki, bu şah aləmə bir lütfi-xudaya görünür. 
 
Afərin, bəh-bəh əzin şahi-ədalət güstər! 
Kainat üzrə genə rə’yəti-Kəsra görünür. 
 
Nəqli şirindi bu, ya qisseyi-Yusifdir bu 
Ki, tamam hərfləri lö’lövü lala görünür? 
 
Bu necə şəkldi, yarəb, bu nə sün’i-qüdrət, 
Sövləti-Heydəriyü heybəti-Musa görünür. 
 
Surəti-şiri-xudanı necə çəkdi nəqqaş! 
Ciqqeyi-əfsəri bir mehri-mücəlla görünür. 
 
Saqiya, ruzi-əzəl camına möhtac olalı, 
Xabə getdikcə, gözə sağəri-səhba görünür. 
 
Səhvdən saxla, dilin, ey dəli kəctabi-zəman 
Ki, sənin fər’i-ləbin əsl xətaya görünür. 
 
Kimdi bu miri-kərəm, sahibi-şəmşiri-düdəm 
Ki, minib Düldülə bir qatili-ə’da görünür? 
 
Dövr edər daireyi-ərşdə pərgar-sifət, 
Kimsə görməz ki, o bir bərqi-müşə’şa görünür. 
 
Şahi-islami, ilahi, bu şəhənşahə müin 
Eylə, sən kim, səbəbi-rahəti dünya görünür. 
 
“Rəbbi-ərni” – deyərəm ta nə qədər canım var, 
Mənbəi-cudü səxa bəhri-ətaya görünür. 
 
Qoy desinlər, bəli, məxluq təmami ki, əyan, 
Sayeyi, mərhəməti-qadiri, yekta görünür. 
 
Üştibində genə iqbali-şəhi-dövranə 
Bir duaguyi-kəmin bisərü bipa görünür. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə