Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə16/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

_____________Milli Kitabxana_____________ 
86 
 
* * * 
Ah, bilməm ki, neçün bizdən genə yar incimiş
Boy ayaq altında qalmış, sanki şahmar incimiş. 
 
Bənd edib tərfi-bənaguşunda müşkin zülflərin, 
Yoxsa bad əsmiş, dağılmış lalə rüxsar incimiş. 
 
Qoymadın bir dəm baxım ol çeşmi-məstin dövrünə, 
Biz nə qıldıq ta ki, bizdən çeşmi-dildar incimiş?! 
 
Hardasan, ey binəva Məcnun, eşit avazımı, 
Gəl dəxi bəsdir ki, səndən dəştü kühsar incimiş. 
 
Künci-xəlvətdən ayaq dışqarı basma bir də sən, 
Qoy gülü əldən ki, səndən səhni-gülzar incimiş. 
 
Tərki-ümmid et təmami-aşinavü dustdən, 
Bil yəqin vazeh ki, səndən yarü əğyar incimiş. 
 
Bu nə məzhəbdir, nə ayin, ey Nəbati, bir utan, 
Sən nə kafərsən ki, səndən cümlə küffar incimiş?! 


_____________Milli Kitabxana_____________ 
87 
 
* * * 
“Səqahüm rəbbühüm cami” məni sərməsti yar etmiş
Bu viran könlümü gəl gör necə rəşki-bahar etmiş. 
 
Süxən saz eylərəm gəh-gəh Nizami kimi Xosrovdan, 
Irəm bağında bir laçın nə xoş Şirin şikar etmiş! 
 
Məni aləmlərə faş eylədi o saniyi-Leyli, 
Məni ol dilbəri-şirinsüxən Məcnuni-yar etmiş. 
 
Mürüvvətdi, aman, yarəb, səbəb noldu ki, bu gərdun 
Məni ol dilbəri-məstin gözündə böylə xar etmiş?! 
 
Gətir, saqi, meyi-rəngin, məni azad qıl qəmdən, 
Bu gün piri-müğan bu külbəni darül-qərar etmiş. 
 
Edib tərhi-binayi-bəzmi-işrət bu xərab evdə, 
Məni-biçarəni məsti-şərabi-xoşgüvar etmiş. 
 
Mən indi eşqdən laf urmanam, ol xosrovi-xuban, 
Məni ruzi-əzəldən aşiqi ol gül’üzar etmiş. 
 
Əgər ki, aşiqə cövr eyləmək mə’şuqə adətdir, 
Məni ol nazənin dilbər əcayib dağidar etmiş. 
 
Dəvayi-dərdi-hicran səbr imiş, etdim yəqin, amma 
Nəbatinin şikənci-tari-zülfi biqərar etmiş. 


_____________Milli Kitabxana_____________ 
QƏSİDƏLƏR 
Bircə bax gör açılıb o güli-həmra, həmra, 
Ki, belə valeh olub bülbüli-şeyda, şeyda. 
Mərhəba arizi-gülərəng, budur baği-behişt! 
Nə əcəb sərvədi bu ya qədi-rə’na, rə’na. 
Türki-xunrizdir, ol çeşmi-siyəhdən həzər et 
Kim edər dinü dilü məzhəbi yəğma, yəğma. 
Verdi can, aldı könül türreyi-zülfündə məqam, 
Həmdülillah, birə min tutdu bu sövda, sövda. 
Daneyi-xaldı bu, ya vətəni qümrüyi-dil, 
Taqi-əbrudu bu, ya mənzəri-ə’la, ə’la? 
Cəbheyi-mehri-müşə’şədi bu ya nuri-xuda, 
Şəcəri-Turdu bu ya yədi-beyza, beyza? 
Nisbəti yox pəriyə Gəzgəzin, Allah bilir, 
Mələkin həddi nədi, huridi, hura, hura! 
Müjə səf-səf çəkilib hər biri bir tir atır, 
Cö’di-müşkindi bu ya ənbəri-sara, sara? 
Mənə bu nəş’eyi-sərşardə saqi odur, o! 
Ney kimi məndə nə var? Bir quru qovğa, qovğa. 
Biri səhbadan olub məst, biri minadən, 
Məni divanə qılıb bir gözü şəhla, şəhla. 
Küfrdür qafiyədə bir sözü təkrar demək, 
Mən mükərrər deyirəm: dur gəti mina, mina, 


_____________Milli Kitabxana_____________ 
89 
 
Saqi, adinə dolandı şəbi-məstan gəldi, 
Dövrə gəlməzmi nədən sağəri-səhba, səhba. 
 
Bilmərəm səc’i nədir, qafiyəni anlamanam, 
Ey, qaradağlıyam, ver mənə xurma, xurma. 
 
“Möhtərəm oğlu” deyirlər mənə, adım Məcnun, 
Bir adım Xançobanı, bir bığı burma, burma. 
 
Nə qələndərdi, nə dərviş, nə natiqdi, nə lal, 
“Ma ərəfnak” ki deyirlər, budu həqqa, həqqa. 
 
Bacı qardaşı deməz, ata-anasın bilməz, 
Deginən bir ayı ya, bir dədi-səhra, səhra. 
 
Tərk edib yarü rəfiqi, çəkilib pünhanə, 
Gecə-gündüz oturub vahidü tənha, tənha! 
 
Sənə qurban olum, ey Xızra verən abi-həyat, 
Guşeyi-çeşmlə bir bax mənə, şaha, şaha! 
 
Lütf qıl könlünü bir şad elə bu bərhəminin, 
Gəl bu viranəyə bir ey bütü tərsa, tərsa. 
 
Haqq bilir virdi-zəbanım gecə-gündüz sənsən, 
Səndən özgə mənə mövla ola haşa, haşa! 
 
Qənbərə çakər olan Qeysərə baş endirməz, 
Nəçidir mehtər ola Düldülə Dara, Dara? 
 
Tutiyi-nitqin edib ismi-əzimi əzbər, 
Gah edər zikri cəli, gah edər ixfa, ixfa. 
 
Zahid, əl çək, səni tari, yeri get, dəng etmə, 
Sənə Allah gərəkdir, mənə mövla, mövla! 
 
Içərəm qanını qəndab kimi, vallahi, 
Tökərəm cəmdəyini itlərə şılta, şılta! 


_____________Milli Kitabxana_____________ 
90 
 
Bilmirəm harda idim, hansı çəmən seyrində, 
Gəldilər xatirimə Vamiqü Əzra, Əzra. 
 
Hədəfi-tiri-məlamətdi həqiqət Feyzi, 
Heç salır gör məni bir yadına əsla, əsla! 
 
Feyzi, tap yoldaşını hayla de molla Dadaşa, 
Ey beli tirməli oğlan, donu xara, xara. 
 
Nə təpirsən bu qədər çitü qədək dükkanə? 
Ver dəyər-dəyməzə, al ətləsi-kimxa, kimxa. 
 
Başını yırğala, bir silkələ balü pərini, 
Həmlə qıl şir kimi, yuzi tək ovla, ovla. 
 
Pırsıma kilkə toyuq tək, gözünü lap-lap aç, 
Rəng çək, xalqı bütün hamını tovla, tovla. 
 
Bəndi-rumi yerinə piçü xəmi zülf kimi, 
Dörd tərəf yağı yatağı, şəbi-yəlda, yəlda. 
 
Eşşəyi bizlə görək, sür yetişək yoldaşə, 
Yatma, həmmam deyil, çöldü bu, molla, molla! 
 
Qınama çox da onu əsli qaradağlıdır, 
Gördü ənciri, dedi: hay budu alma, alma. 
 
Məst qıldın məni, sərriştə əlimdən getdi, 
Deyər idim qılaram indii nə inşa, inşa. 
 
Həqdi Məcnuna qılam tə’nə, vəli, insafən, 
Onu divanə qılan həqdi, nə Leyla, Leyla. 
 
Ey minən Rəf-Rəfi, cövlan eləyən göylərdə
Qabi-qövseynə yetən leyleyi-əsra, əsra. 
 
Bisütun dağına get, ordadı Şirin, Şirin, 
Üştibin bağına gəl burdadı Səlma, Səlma. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə