Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə19/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

_____________Milli Kitabxana_____________ 
101 
 
Nöqli-məclis, şəm’i məhfil, hardasan, gəl, ey Hüseyn! 
Bir qəzəlxan bülbüli-xoşxanı gözlər gözlərim. 
 
Iştiyaqın çox çəkər bu Şah Xətai bəhri, gəl, 
Dərdiməndəm, neyləyim, dərmanı gözlər gözlərim. 
 
Xizrə qismət oldu, olsun çeşmeyi-abi-bəqa, 
Mən də zövqi-badeyi-həmranı gözlər gözlərim. 
 
Gənci fəth etdim, tilismin eylədim zirü zəbər, 
Onda amma bir qəvi Sə’banı gözlər gözlərim. 
 
Yetmək olmaz gəncə, ta öldürməyincə əjdəri, 
Acizəm, bir Museyi-Imranı gözlər gözlərim. 
 
Əlhəzər bu əjdəhanın sətvətindən, əlhəzər! 
Bir mühərriq atəşi-suzanı gözlər gözlərim. 
 
Bilmişəm, axır bu köz dəryası qərq eylər məni, 
Çarə yox, bir gövhəri-qəltanı gözlər gözlərim. 
 
Bir qaranlıq evdə mənzil tutduğum bica deyil, 
Xizr tək bir çeşmeyi-heyvanı gözlər gözlərim. 
 
Başımın sevdası tüğyan eyləyib çox-çox genə, 
Bir gözəl, göyçək, əcəb oğlanı gözlər gözlərim. 
 
Mərhəba at oynadan oğlan, zəhi çapuksəvar! 
Mehtəri-divanə bir Xanxanı gözlər gözlərim. 
 
Səhl sandım eşqi əvvəl, bəs dedim baziçədir, 
Indii gəl gör, mövceyi-tufanı gözlər gözlərim. 
 
Vadiyi-fəqrü fənadə qalmışam heyranü mat, 
Həlqeyi-zəncir tək zindanı gözlər gözlərim. 
 
Fariğəm şahü gədadən, künci-vəhdət mənzilim, 
Bir nəməd, bir pust, bir qəlyanı gözlər gözlərim. 


_____________Milli Kitabxana_____________ 
102 
 
Tərk edib islamı, tutdum məzhəbi-Ruhullahı, 
Səcdə qıldım xaçə, bir rəhbanı gözlər gözlərim. 
 
Din nədir, məzhəb nədir, mən aşiqi-divanəyəm
Eylərəm məşqi-cünun, cananı gözlər gözlərim. 
 
Məsti-cami-Sədr-afaqəm, qələndər məşrəbəm, 
Zibi-Iran xütteyi-Tehranı gözlər gözlərim. 
 
Kaşifi-”elmi-lədünni”, alimi-”mafiz-zəmir”, 
Vaqifi-sirri-əzəl Mirzanı gözlər gözlərim. 
 
Rövnəqi-bəzmi-şahənşahi-Süleyman dəstgah, 
Xizr-məqdəm, mürşidi-dananı gözlər gözlərim. 
 
Çakəri-Qənbər, qulami-Heydəri-Düldülsəvar, 
Bir, Nəbati, rindi-bipərvanı gözlər gözlərim. 


_____________Milli Kitabxana_____________ 
103 
 
* * * 
Əyləşib bir xosrovi-afaqı gözlər gözlərim. 
Büdpərəstəm, qibleyi-üşşaqı gözlər gözlərim. 
 
Döndərib üz əhli-dünyadən, ümumən hər nə var, 
Ne’məti-biminnəti-rəzzaqı gözlər gözlərim. 
 
Bağrımı qan eylədi bu möhnəti-hicran, aman! 
Saqican, bir sağəri-rəvvaqı gözlər gözlərim. 
 
Ey xuda, sən bu Züleyxanın əzizin xar qıl, 
Saldırıb zindanə bir dustağı gözlər gözlərim. 
 
Tövbə, gər meyl eyləyim hər dilbəri-zibayə mən
Yarə bir əhd etmişəm, misaqı gözlər gözlərim. 
 
Baxmanam, hərgiz əgər, xurşidi-aləmtab ola, 
Öz nigarım yari-siminsaqı gözlər gözlərim. 
 
Ənbərin-geysu, kəman-əbrü, şəlayin-nazənin, 
Məhcəbin bir duxtəri-Oymağı gözlər gözlərim. 
 
Sinəsi qəndi-mükərrər, ləbləri şəhdü şəkər, 
Nar püstan, bir çanaq qaymağı gözlər gözlərim. 
 
Dövrə qalxmış mürği-dil çərxi-fələk dəvvar tək, 
Hər budağə düşməz o, bir taqı gözlər gözlərim. 
 
Güllər açıldı, bahar oldu, səfa sürmək gərək
Bir bulaq başı sərin yaylağı gözlər gözlərim. 
 
Xoş çəmən, bir səbzi-xürrəm, bir neçə həmdəm rəfiq, 
Gülyetərdə bir kabab yarmağı gözlər gözlərim. 
 
Çeşmeyi-Mövlaəlidən su içib seyran üçün, 
Selbasar başında bir gəzmağı gözlər gözlərim. 
 
Ildə bir dəf’ə təvafi-qəbri-seyyid Cəbrəyil, 
Çox mübarək, orda bir müştaqı gözlər gözlərim. 


_____________Milli Kitabxana_____________ 
104 
 
Astmal çayı səfası binəhayətdir, vəli, 
Barı bağlarında bir ovlağı gözlər gözlərim. 
 
Təkağac qaldı, Murad yurdun fəramuş eyləmə, 
Orda bir də bir səfa sürmağı gözlər gözlərim. 
 
Çaldı daşə dırnağın, ləng oldu Şəbdizi-xəyal, 
Rəxşi-gülgun, bir dəmir-dırnağı gözlər gözlərim. 
 
Təngə gəldim bu qəfəs küncündə, bağrım çatladı, 
Aləmi-balayə bir uçmağı gözlər gözlərim. 
 
Yazmayıb kilki-qəza, yarəb, şəbi-hicranə sübh 
Üz tutub dərgahə, bir fəllaqı gözlər gözlərim. 
 
Eyləsin bu dərdə çarə yoxdu bir haziq təbib, 
Hakimi-hökmi-ələl-itlaqı gözlər gözlərim. 
 
Məşqi eşqin məhv olub, sərməşqi yadımdan çıxıb, 
Lövhi-məşqim əldə bir məşşaqı gözlər gözlərim. 
 
Sərvəri-şəbzindədaran rindü əyyarü dilir, 
Əmrü Mehtərbaşı bir sərraqı gözlər gözlərim. 
 
Murşidi-sahibnəzərsən, mən də gözdən düşmüşəm
Bu fəqirə bir nəzər baxmağı gözlər gözlərim. 
 
Köhnəlib, əldən düşüb, bu cism nə’şi-gəbr tək 
Atəşi-suzanə bir yaxmağı gözlər gözlərim. 
 
Bir cavanmərd görmürəm bu əmrə iqdam eyləsin, 
Göz salıb hər yanə bir qoççağı gözlər gözlərim. 
 
Narü nurin mə’dənin get Xançobanından soruş, 
Tut xəbər, gör, orda bir hərraqı gözlər gözlərim. 
 
Doğrusun söylə, səni kim Xançobani eylədi? 
Adı yoxdur, bir böyük xəllaqı gözlər gözlərim. 
 


_____________Milli Kitabxana_____________ 
105 
 
Çatladı Gülgun, Nəbati, böylə çapmazlar atı, 
Çatlasın, bir kürreyi-toxmağı gözlər gözlərim. 
 
* * * 
Səfheyi-aləmdə bir dürri-nihandır Üştibin, 
Vəznə gəlməz, çəkmək olmaz, çox girandır Üştibin. 
 
Baş çəkib ərşi-bərinə dörd tərəfdən dağlər, 
Filhəqiqət ləngəri-kövnü məkandır Üştibin. 
 
Səddi-Isgəndər kimi hər bürcü bir hisni-həsin, 
Dideyi-bədxahə bir tiri-kəmandır Üştibin. 
 
Xoşsəliqə hər yeri, xəlqi sərasər mehriban
Dilləri tati, vəli, şirinzəbandır Üştibin. 
 
Allah abad eyləsin, abü havası canfəza, 
Qalibi-insanə bir ruhi-rəvandır Üştibin. 
 
Hakim olmuş onda ta Mirzə Səlimi-kamikar, 
Ol səbəbdən xəlqə bir darül-əmandır Üştibin. 
 
Maşaallah, gör nə yaxşı boy çəkmiş sərvlər, 
Cənnəti-Şəddad ya baği-cinandır Üştibin. 
 
Narının hər danəsi yaqut, ya lə’li-Yəmən, 
Müxtəsər, bir gənc ya bir bəlli kandır Üştibin. 
 
Suyunu hər kimsə içsə, istəməz abi-həyat, 
Ondan ötrü Xizr tək gözdən nihandır Üştibin. 
 
Görmüşəm həm Əskəranı, Qırçını, Ağdamları, 
Onların yanında bir sultanü xandır Üştibin. 
 
Gəzmişəm Hindarxını, həm Bərdəni seyr etmişəm
Hər biri bir çöl, vəli, bir busitandır Üştibin. 
 
Vermərəm külli-cahanə bir Hərasın seyrini, 
Qıl təmaşa, gör nə göyçək, xoş məkandır Üştibin! 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə