Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə21/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

_____________Milli Kitabxana_____________ 
112 
 
Şah tə’rifi əcəb adəmi məğrur eylər
Əlləməllah ki, bu bir şairi-ğərra görünür. 
 
Bu əgər xəlq sözü həmpəri-simürğü deyil, 
Niyə bəs Qafdə bir bəççeyi-ənqa görünür?! 
 
Bu cünunun sözünə baxma get, ey əqli dayaz, 
Ki, bunun sözlərinin əksəri lovda görünür. 
 
Xidməti-piri-muğan qisməti-hər dun olmaz, 
Dəli mehtər genə bir mayeyi-qovğa görünür. 
 
Müddəti lal idi, indi kar olub, həmd olsun! 
Özü bədxu, sözü bəd, bir şələ sövda görünür. 
 
Dəli-divanə, nə qafil oturubsan hey-hey! 
Nə’reyi-seyheyi-Şəbdizi səmasa görünür. 
 
Bu, yəqin tərcümeyi-ayeyi-”mahaza”dır 
Ki, həzin canim əra mehri-Züleyxa görünür. 
 
Nə durubsan, dəxi pişvazə yügür, qıl tə’cil, 
Ilqa, kim təntəneyi mürşüdi-dana görünür. 
 
Kimdi bu şahi fərü şiri-nərü kuh şükuh, 
Dağü daş hamı bütün bangi-dəraya görünür. 
 
Yadıma düşdü genə ayeyi-”qulənküntüm”, 
Cismi zarımda genə bəhri-təvəlla görünür. 
 
Kimdi bu şəmsi-züha, bədri-düca, ərşi-sərir, 
Allah, Allah, genə bir nuri-təcəlla görünür! 
 
Bariləha, sən onun düşmənini eylə fəna, 
Şəhri-qəlbimdə genə qəhri-təbərra görünür. 
 
Zar könlümdə genə gərmdi həngameyi-eşq, 
Dəşti-iməndə genə atəşi-Sina görünür. 


_____________Milli Kitabxana_____________ 
113 
 
Mehtəri-Sədri-cahan bir gözü qan, bir bədməst, 
Bir çolax, bir gözü kor, bir dili lala görünür. 
 
Kimdi, yarəb, genə bu şəm’i-hüda, mehri-ziya, 
Mə’dəni-elmi-əla gənci-səraya görünür? 
 
Qəddi-şümşadını gördükcə unutdum sərvi, 
Çeşmi-cadu nigəhi-nərkisi-şəhla görünür. 
 
Hoqqeyi-lə’li-ləbi məxzəni-yaqutü əqiq, 
Dişinin hər biri bir dürri-müsəffa görünür. 
 
Daneyi-xali-siyəh mayeyi-hər sehrü füsun, 
Zülfi-mərğubi gözə əmbəri-Sara görünür. 
 
Bu necə dami-bəladır ki, xilas olmaq yox, 
Ey dil, əfsun oxu kim, zülfi-çəlipa görünür. 
 
Yoxdu bu dərdə dava gər desə naçar biri
Saqiyi-lalərüxü gərdəni mina görünür. 
 
Cö’di-müşkini burax, get sözünü eylə tamam, 
Ki, onun hər teli bir dami-bəlaya görünür. 
 
Künci-ixfayə çəkil bərqeyi-Deyləmdən keç, 
“Üqtülu-Yusifə” bu nəş’ədə inşa görünür. 
 
Qəm yemə çox da dəxi kəsrəti-ə’dadən hiç, 
Ələmi “nəsri minəllah fətəhna” görünür. 
 
Mənzilim oldu genə qəl’əçeyi-səmtü sükut, 
Genə bu qəl’ədə bir səxreyi-səmma görünür. 
 
“Əntə minni” dedi Səlmanə nəbi, eyb olmaz, 
Məndə “Allahü məək” gün kimi peyda görünür. 
 
Bəzmi-vəhdətdə məqam eyləyəni Tari bilir, 
Könlümün ayinəsi məzhəri əsma görünür. 


_____________Milli Kitabxana_____________ 
114 
 
Cami-Cəmşidi əcəb müft gətirdim əlimə, 
Lövhi-dil ayineyi-məzhəri-əsma görünür. 
 
Gəl bir az da vuralım Qaf kimi lafi-kəzaf
Hüsni-xəttimdə səfayi-yədi-beyza görünür. 
 
Aç fəsahət qapısın, ey “ənə əfsəh” nəsli, 
Səndə mirasi-şahənşahi-tədəlla görünür. 
 
Şəms Təbrizi kimi möhyiyi-əmvat oldun, 
Vəh, onun cilvəgəhi aləmi-bala görünür. 
 
Təb’i mətbuun edən Maniyü Ərjəngi xəcil, 
Rəşheyi-kilki-tərin sehri-həlala görünür. 
 
Bu nə pərvazdı, ey tairi-Simürğ-şikar, 
Təhti-balında genə fövqi-Sürəyya görünür. 
 
Sözü qıl şəhdü şəkər, ey “ənə əmləh” balası, 
Məhəki-dürri-süxən surəti-Sədra görünür. 
 
Canımı yaxdı bu od, oldüm, aman, ey saqi! 
Bircə bax, gör nə əcəb daməni-səhra görünür. 
 
“Ləntərani” demə çox, sağəri-zərrini götür, 
Nə əcəb səndə genə bu “ləmü ləmma” görünür. 
 
Bircə göstər üzünü, şad elə bu məhcuri
Ki, sənin mehri-ruxun dəf’i-bəlaya görünür. 
 
Şəddi-Bəğdad nədir, hicr günü çeşmi-tərim, 
Yaş tökəndə deyəsən mövceyi-dərya görünür. 
 
Şahi-mürğani-cahan hüdhüdi-xoşnəqşü nigar, 
Mərhəba söylə görüm, hovdəci-Leyla görünür. 
 
Eşq imiş kamil edən cümleyi-insani, bəli, 
Səbəbi-cəzbi-bəni hissi-həmira görünür. 


_____________Milli Kitabxana_____________ 
115 
 
Dəm çəkib dinmə dəxi, tut üzünə bərqeyi-naz, 
Dərdinə çarə sənin pərdeyi-ixfa görünür. 
 
Basma dişqarı qədəm künci-xəfadən, zinhar 
Ki, cahan içrə əcəb mə’rəkə bərpa görünür. 
 
Piri-gülrəng əgər etsə camalın zahir, 
Həq bilir kim, deyərəm Xizri-müəlla görünür. 
 
Hümməti-piri-müğan şamili-əhval oldu, 
Qasidi-şəhri-Səba zahirü peyda görünür. 
 
Həmdülillah ki, qəbul oldu düayi-səhərim
Əsəri-kəşməkeşi-Qənbəri mövla görünür. 
 
Həyy edər əzmi-rəmimi, nəfəsi-müşkini, 
Nitqi-şirini əra mö’cüzi-Isa görünür. 
 
Bu necə ləhcədi, ey tutiyi-suti-xətü xal, 
Çətri-əlvani-Süleymani-səmaya görünür. 
 
Afərin fal ki, tövfiq mübarək gəldi, 
Leylətül-qədr yanınca şəbi-yəlda görünür. 
 
Sözü şirin, özü çirkin Nəbati deyilən
Tari döysün ki, o, bir nəngi-əbaya görünür. 


_____________Milli Kitabxana_____________ 
116 
 
* * * 
Mənim aləmdə sultanım Əlidir, 
Mənim miri-cahanbanım Əlidir. 
Nə Dara tanıram mən, nə Skəndər, 
Mənim Fəğfurü xaqanım Əlidir. 
Behişti zahidə verdim sərasər, 
Mənim gülzari-rizvanım Əlidir. 
Əgər hər kimsənin bir şahi olsa, 
Mənim də şahi-şahanım Əlidir. 
Tutub hər mürğ bir gülşəndə məskən, 
Mənim də baği-bostanım Əlidir. 
Məni bu ismi-ə’zəm etdi natiq, 
Mənim məcmui-divanım Əlidir. 
Əgər xəncər çəkər düşmən, qəm etmə, 
Mənim də tiği-üryanım Əlidir. 
Mənim sərmayeyi-ömrümdü mövla, 
Mənim cismimdə bu canım Əlidir. 
Mənim yox ondan özgə zikr-fikrim
Mənim bu canda cananım Əlidir. 
Mənim kəştiyi-Nuhum Mürtəzadır, 
Mənim Musəyyi-Imranım Əlidir. 
Mənə zülmət yolun göstərmə, ey Xizr, 
Mənim yənbubi-heyvanım Əlidir. 
Mənim Ruhullahım oldu Yədullah. 
Mənim şahi-Süleymanım Əlidir. 
Nədir baği-cinunü nəxli-Tüba, 
Mənim sərvi-xuramanım Əlidir. 
Məni seyri-gülüstanə aparma, 
Mənim seyri-gulustanım Əlidir. 
Mənim piri-müğanım şahi-Mərdan, 
Mənim saqiyyi-məstanım Əlidir. 
Mənim ömrüm, mənim ruhi-rəvanım, 
Mənim mürği-süxəndanım Əlidir. 
Mənim ərşim, mənim fərşim odur, o! 
Mənim mehri-füruzanım Əlidir. 
Mənim lövhü qələm, kürsi, səririm, 
Mənim övrəngi-keyvanım Əlidir. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə