Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə13/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

_____________Milli Kitabxana_____________ 
68 
 
* * * 
 
Mənim bu təb’i-məcnunim genə bəzmi-şərab istər, 
Əlimdə sağəri-zərrin, gözüm məxmuri-xab istər. 
 
Rəfiqim bir büti-ziba, ənisim sağəri-səhba, 
Əsasi-eyş pabərca, könül çəngü rübab istər. 
 
Gəhi mütrib nəvasından fərəh bulsun dili-zarım, 
Gəhi saqi əyağından ləbim şəhdi-müzab istər. 
 
Bahar olcaq, müsəlmanlar, mənim bu gərdişi-könlüm 
Özün meyxanə küncündə yıxıb məstü xərab istər. 
 
Sənəmlər səcdəsi qılmaq Nəbati pişəsi olmuş, 
Özün bütlər ayağında təkəllüfsüz türab istər. 
 


_____________Milli Kitabxana_____________ 
69 
 
* * * 
Meydə nə lütf, ey pəri, nəş’ə odur ki, səndə var, 
Abi-həyat ləzzəti ləblərini əməndə var. 
 
Etmə nəzarə sünbülə, sal yerə müşkü ənbəri, 
Tabü təravət istəsən, zülfi-şikən-şikəndə var! 
 
Qönçə nədir ki, mən ona nisbət edim dəhanına, 
Əhməri-gül-üzün kimi lalə nə, hər çəməndə var. 
 
Qəddini sərvə oxşadan əhməqi gör, kəmalə bax, 
Sərvdə böylə xoş yeriş, ya belə işvə, xəndə var? 
 
Qəm yemə çox da, ey cünun, yoxdu nəziri dilbərin, 
Bu deyilən nişanələr, hamısı Gəzgəzində var. 
 
Qılma nəzər zümürrüdə, qədri nədir zəbərcədin
Incə, sədəf dişin kimi lə’l nə hər dəhəndə var! 
 
Hansı gülün şəbahətin etmək olur cəmalına? 
Harda bu tövr ab-rəng, susənü nəstərəndə var? 
 
Navəki-çeşmi-məstini etmə driğ bəndədən, 
Şuri-şərabi-eşqə bax, naləni gör ki, məndə var! 
 
Sən mənə ruhi-tazəsən, göydə Məsihi neylərəm? 
Billah, onun kəraməti sən kimi gülbədəndə var! 
 
Çox da uduzma əqlini, qənd deyil, şəkər deyil, 
Mən deyirəm ki, ol gülün, halına bax, özündə var! 
 
Aşiq olan dözər məgər mən bu sözü desəm ona, 
Kim, nə əcəb nəzakəti ol sənəmin çəmində var. 
 
Kim nə bilir ki, Azəri saldı nə halə eşq odu? 
Olsa xəbər bu qissədən, eşq oduna düşəndə var! 


_____________Milli Kitabxana_____________ 
70 
 
Eşq sözün nə anlasın çöldə gəzən o lənglər, 
Yüz min əcib güftüku bu özünü biləndə var. 
 
Məndə hanı o eşq kim, bülbüli xarə yalvarım, 
Təşneyi-zövqi-ətri-gül seyrə çıxıb dərəndə var! 
 
Badi-şimal, saqiya, getdi bu dəm bəhardən, 
Dur ki, səfa bu fəsldə məst oluban düşəndə var. 
 
Alma qulağa vaizin pəndini, etmə ictinab
Qüvvəti-ruhü cismü can mütribi-xoşsuxəndə var. 
 
Çareyi-dərdü qəm bu dəm gərdişi-cami-meydədir, 
Sən biləsən nə ləzzəti bir neçə cam içəndə var! 
 
Çəkdi sözün nəhayəti bir yerə kim, yetişməz əl, 
Hanı dilim deyim, bu mey cami-Əbulhəsəndə var. 
 
Gövhəri-taci-”innəma”, sərvi-riyazi-”Həl’əta”, 
Xətmi-Rəsul Əhmədin göydə yolun kəsəndə var. 
 
Rəzm günündə düşmənin həddi nədir davam edə, 
Heybəti-şəkli-əjdəha tiği-düsər dəmində var. 
 
Sanma Nəbati hər kəsə üz tutub, iltica edə, 
Tari bilir ki, gözləri bircə onun gözündə var. 


_____________Milli Kitabxana_____________ 
71 
 
* * * 
Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir! 
Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir! 
 
Od tutub canım sərasər yandı, amma bilmədim 
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir? 
 
Bilmədim ömrümdə heç bir küfrü iyman hansıdır, 
Əhmədi-Məhmud kimdir, Musiyü Isa nədir? 
 
Şahbazi-övci-vəhdət, vahidü həyyü qədim, 
Xaliqi-ərzü səma ol fərdü bihəmta nədir? 
 
Sədri-eyvani-cəlalət, şəm’i-bəzmi-kainat, 
Afitabi-ərşi-izzət “lafəta illa” nədir! 
 
Türrəhatı qoy kənarə, rəqsə gəl divanəvar, 
Gəl, xərabat içrə gör bu şurişü qovğa nədir! 
 
Dürdi-safi gözləmək vaxtı deyil, saqi, aman! 
Şişə ver, peymanə ver, sağər nədir, səhba nədir! 
 
Dur, gözün qurbanıyam, məstanə gəl, rindanə ver, 
Çox demə Cəmşiddən, Isgəndərü Dara nədir! 
 
Lövhəşəllah, kimdi bilməm, eşq divanın yazan, 
Aşiqü mə’şuq kimdir, Vamiqü Əzra nədir! 
 
Şahidi-xəlvətnişinim etdi rüxsarın əyan, 
Aşiqi-divanə, gəl gör zahirü ixfa nədir! 
 
Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin, 
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir? 


_____________Milli Kitabxana_____________ 
72 
 
* * * 
Nə şahü nə gədayəm, nə yesir, başımda halət var, 
Nə qəmlə aşinayəm, nə fəna bəzmimdə rahət var. 
 
Könül, amma məhəbbət bəhrinə min gəz səfər vardı, 
Bilir təb’i-vücudimdə səri-eşqə məhəbbət var. 
 
Əgər Şirin üçün dağ dəldi derlərsə Fərhadə, 
Vəli, hər gündə min dağdələr Fərhadə nisbət var. 
 
Nəbati mey içər, məhbub sevər derlərsə, gerçəkdir, 
Kəmal əhli gözəl sevməkdə bir başqa həlavət var. 


_____________Milli Kitabxana_____________ 
73 
 
* * * 
Bilsəm əgər xoş gəlir ol güli-xəndanə rəqs
Tari bilir, eylərəm mən necə məstanə rəqs. 
 
Həddi nədir mütribin rast qıla qəddini, 
Orda ki, istər edə aşiqi-divanə rəqs. 
 
Pərdə üzündən əgər salsa mənim dilbərim, 
Ariz olur ərşdə mehri-dirəxşanə rəqs. 
 
Kimdi bu şirinsüxən bülbüli-xoşdastan, 
Zümzüməsindən düşüb səhni-gülüstanə rəqs. 
 
Ol büti-mövzun əgər, əzmi-gülüstan edə, 
Nəxli-qədindən düşər, sərvi-xuramanə rəqs. 
 
Nami-xuda, mərhəba, arizi-tabanə bax, 
Şə’şəəsindən düşüb şəm’i-şəbistanə rəqs. 
 
Harda qalıbdır genə saqiyi-gülpirəhən, 
Ta sala bir cam ilə həlqeyi-rindanə rəqs. 
 
Gərm elə həngaməni, gəl genə bir gərdişə, 
Ta eləsin dəmbədəm sağərü peymanə rəqs. 
 
Hümməti-piri-müğan hər kimə yar oldu, ol 
Düşdü xərabat əra, eylədi mərdanə rəqs. 
 
Saqi, bu əldən əgər versə şərab, et yəqin, 
Məst olu, meydən edər aqilü fərzanə rəqs. 
 
Sövti-neyü naydən, aləm olub pürsəda, 
Naleyi-dəfdən gəlib mütribi-xoşxanə rəqs. 
 
Təl’əti-Leyli əyan oldu genə dağdən, 
Gülğüli-Məcnun verib şiri-biyabanə rəqs. 
 
Dağyaran oğlan hanı, noldu o Fərhadi-div, 
Tişə səsindən düşə günbədi-gərdanə rəqs. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə