Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   2   3   4   5   6   7   8   9   ...   38

_____________Milli Kitabxana_____________ 
24 
 
* * * 
Xədəngi-tiri-müjganın əsər qılmış dilü canə, 
Şikənci-türreyi-zülfün salıbdır rəxnə imanə. 
 
Dilim yansın, neçün aşiq dedim oldum sənə, ey gül, 
Məni sən beylə yaxdın atəşi-ənduhü hirmanə. 
 
Budur pərvərdigarə daimən ərz etdiyim hacət, 
Görüm didarını, qurban edim bu canı cananə. 
 
Xəbər tut, vermişəm məşşatəyə yüz rişvəti-batin, 
Məbada əlləri dəysin o zülfi-əmbər-əfşanə. 
 
Məni pamal edər muri-xəyalın mari-zəxmi tək, 
Yəqin etdim ki, düşməndir məhəbbət növ’i-insanə. 
 
Damağ-əfsürdəyəm, saqi, gətir bir sağəri-ləbriz, 
Ki, inşad eyləsin təb’im bu şe’ri məstü məstanə. 
 
Xumar-aludəyəm, vermə mənə dürdi-təhi-xümdən
O meydən ver mənə kim, döndərir muri Süleymanə. 
 
Yaman göz görməməkdən ötrü tök bir cürə torpağə, 
Əgərçi vermərəm bir qətrəsin yüz lə’li-rümmanə. 
 
Kərəm qıl, küfri-zülfündən məni bir dəm xilas eylə, 
O zalim döndəribdir qəlbimi bir kafiristanə. 
 
Xəta etdim, rəhi-eşqində kafər olmağım yeydir, 
Təəhhüd eylədim kim, yandırım bir xirqə rəhbanə. 
 
Gözün qurbanıyam, saqi müsəlsəl gəz bu dövrani 
Ki, düşsün bu sədadən həlqeyi-zəncirə divanə. 
 
Əgər bu ruzigar əhli xəbərdar olsa da məndən, 
Yəqinimdir ki, min yol şükr edərlər küfri-Sən’anə. 


_____________Milli Kitabxana_____________ 
25 
 
Əgər aləm ümumən düşmən olsa, qılca bakim yox, 
Mənəm bu xirqeyi-pəşmin, mənəm bu künci-viranə. 
 
Xuda şahiddi, səndən dönmərəm ta canda canım var, 
Nisari-xaki-rahındı, əgər baş getsə fərmanə. 
 
Əgər məqdur ola vəslin mənə ruzi-qiyamətdə, 
Gözüm çıxsın əgər baxsam behiştü hurü qılmanə! 
 
Hücumi-ləşkəri-eşqin təvana qoymayıb məndə, 
Vəli yüz zə’f ilə gətdim səməndi-fikri cövlanə. 
 
Götür üzdən niqabın, ta görünsün şəm’i-rüxsarın, 
Yolunda nəqdi-can versin Nəbati mərd-mərdanə. 


_____________Milli Kitabxana_____________ 
26 
 
* * * 
Satiya, dur dolanım başına, gəl dövranə, 
Cami-zərrini götür, bircə dolan məstanə. 
 
Tari-zülfün kimi sən ki, məni bican elədin, 
Gətir ol ruhi-rəvan ilə məni bir canə. 
 
Görməsin özgə gözəllər məni Məcnuni məgər
Salıb ol kafəri-birəhm məni zindanə. 
 
Eşqdən gör nə əcəb nəf’ə yetişdim, vəh, vəh! 
Aqili-əsr ikən etdi məni divanə. 
 
Qorxma nirani-fəraqın şərərindən, ey gül, 
Sidqilən tut üzünü bircə şahi-Mərdanə. 
 
Ismi-ə’zəm deyilən ismi-Əlidir, billah, 
Gəzmə bica yerə Nəsnas kimi hər yanə. 
 
Etməz iqrar, Nəbati, bu sözə zahidi-dun, 
Gəlməz imanə yəqin and içəsən qur’anə. 


_____________Milli Kitabxana_____________ 
27 
 
* * * 
 
Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz, 
Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz. 
 
Hardadır abi-bəqa, çeşmeyi-zəmzəm nəçidir, 
Kövsərin adın eşit, badeyi-reyhan gəz-gəz. 
 
Alma firuzəni, yaqutü zəbərcəddən keç, 
Dürri-nasüftə nədir, lə’li-Bədəxşan gəz-gəz. 
 
Almanam bir pula mən bir qutu mirvaridi
Səni tari, təkə cum, gövhəri-rəxşan gəz-gəz. 
 
Hər gözəl tiri-nəzər nəsb edə bilməz yayə, 
Aşiq öldürməyə bir gözləri qan-qan gəz-gəz. 
 
Nə bilir nazü nəzakət nədi hər göyçək olan, 
Hüsnü xoş, xülqü gözəl, bir ləbi-xəndan gəz-gəz. 
 
Getdi Şirinü Züleyxa, ələ gəlməz Leyli, 
Indi bu əsrdə kim, afəti dövran gəz-gəz. 
 
Mümkün olmaz bu vəcahətdə gözəl dünyadə, 
Rüb’i-məskuni dolan, aləmi hər yan gəz-gəz. 
 
Tapmasan dəxi Nəbati kimi əfsanə deyən
Əlinə şəm’ götür, gün kimi yan-yan, gəz-gəz. 


_____________Milli Kitabxana_____________ 
28 
 
* * * 
 
Eşq camından içən kimsənə huşyar olmaz, 
Nə bu dünyadə, qiyamətdə də bidar olmaz. 
 
Qorxu bilməz, eləməz şahü gədadən pərva, 
Məst-məstanə gəzər, kağəzü tumar olmaz. 
 
Buteyi-hicrdə bülbül kimi əfğanə gəlir, 
Qeysi-biçarə kimi vəslə xəridar olmaz. 
 
Tərk edər ləzzəti-dünyanı, keçər canından, 
Sikkəni dağ qılar, talibi-dinar olmaz. 
 
Göstərər mehrü vəfa yarinə, gördükcə cəfa, 
Zilləti fəxr bilər, zərrəcə bizar olmaz. 
 
Alışı şəm, kimi, odlaşı pərvanə kimi, 
Can verər yarə, Nəbati kimi biar olmaz. 


_____________Milli Kitabxana_____________ 
29 
 
* * * 
 
Nədən ol büti-pərivəş bir bu yanə gəlməz, 
Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz? 
 
Nə qılım, edim nə çarə o nigari-nazəninə
Boyanıb cahan sözündən, özü bir əyanə gəlməz. 
 
Başına dönüm, dolanım, o boyun bəlasın alım, 
Niyə türki-çeşmi-məstin oxu bu nişanə gəlməz? 
 
Döşənib əbir zülfün nə xub al yanağın üzrə, 
Niyə bəs o qarğı saçın uzanıb dabanə gəlməz? 
 
Ləbi-lə’li-ruhbəxşin gələ gər tərəhhüm üstə, 
Dirilir bu xəstə, billah, demə kim, bu canə gəlməz. 
 
Demə çox gözəldi Leyla, nəçidir uzun Züleyxa
Belə dilbəri füsunkar dəxi bu cahanə gəlməz. 
 
Mən onun qadasın allam, mən onun fədası ollam, 
O nədir ki, yoxdu sanı, o bu sözdü, sanə gəlməz. 
 
Desə gündə əlli min yol bu sözü əgər zəbanım, 
Genə der ki, bir də söylə, yorulub əmanə gəlməz. 
 
Məni çox da mən’ qılma bu fəğanü hay-hudən, 
Od içində bəs üzərlik nə qılar, fəğanə gəlməz? 
 
Çağırın Hüseyn Balanı, oxusun bir xoş kəlamı, 
Ələ bir də dəxi, billah, belə xoş zəmanə gəlməz. 
 
Sənə dərdi-hicri yeksər edərəm hekayət, amma, 
Qələm əldə sız-sızıldar ki, bu söz bəyanə gəlməz. 
 
Hanı bəs, görən nə oldu, məni dərdü qəm tükətdi, 
Niyə gəlmədi, yubandı, nə edib bəhanə, gəlməz? 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə