Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   2   3   4   5   6   7   8   9   ...   38

_____________Milli Kitabxana_____________ 
10 
 
daşıyır; o, bir tərəfdən həmişə gizlində qalan, gözə görünməyən, ilahi nurdur. Aşiq həmişə 
vəh- 
 
dət küncündə oturub onun görünməsini arzulayır. Lakin istəyinə çata bilmir və buna görə 
daima iztirab çəkir, həyəcan keçirir. İkinci tərəfdən isə məşuqə real insandır, öz işvə-nazı ilə 
aşiqi haldan çıxaran gözəl bir qızdır.  Şair onun həm daxili, həm də zahiri gözəlliklərini – 
boy-buxununu, yerişini, ətrini, hətta geyimini, üz bəzəyini təbii boyalarla təcəssüm etdirir: 
 
Görüm, ey şux, səni xürrəmi xəndan olasan, 
Qönçə gül tək açılıb, zibi-gülüstan olasan. 
Geyəsən əyninə hər həftədə bir dəst libas
Bərq urub aləmə bir mehri-dirəxşan olasan. 
Tirmə başında, ayağında firəngi başmaq, 
Sona kəklik kimi hər yanə xuraman olasan. 
Vəsmə qaşında, gözün surmədə, zülfün üzdə, 
Hər tərəfdən tökülə sünbülü reyhan olasan. 
Olmaya şəngü qəşənglikdə də bir tay sənə, 
Hamı dilbərlərə sən sərvəri-xuban olasan. 
 
Nəbatinin yaradıcılığında sufiyanə fikirlərə, “vəhdəti-vücudçuluğa teztez təsadüf olunur. 
Onun bir sıra  şeirlərində lirik qəhrəman özünü Həllac Mənsura oxşadaraq, gecə-gündüz 
“ənəlhəq” söylədiyini bildirir (“Mənsur sifət şamü səba zikri-ənəlhəq olmuş mənə adət”). O, 
həyatda çətinliklərlə qarşılaşdıqda Piri-Muğana müraciət edib, qəlbini eşq ilə nurlandırmaq 
istəyir. 
Şairin lirik qəhrəmanı  həqiqi xoşbəxtliyi,  əsil zövqü maddi aləmdən kənarda, mənəvi 
ucalıqda, yaxud “vəhdət məqamında” görür. O, dünya nemətlərinin və həyat gözəlliklərinin 
mənbəyini “vücudi-mütləq”-in adı ilə, yəni Allahla bağlayır. Hətta eşqin də  səbəbini 
Allahda görür. Əsərlərində tez-tez təsadüf olunan mey, aşiq, saqi, bənövşə, cam, xumar, arif, 
dildar və s. sözlərin rəmzi-fəlsəfi mənası vardır. Şairə görə yalnız eşqi-ilahi ilə məst olanlar 
əsrar və xilqət pərdəsini kəsib haqqa çata bilərlər. Onun fikrincə meyxana – müqəddəs 
yerdir, dərin mənalar evidir. Oraya girmək – mənəvi cəhətdən tamamilə  təmizlənmək, 
saflaşmaq və beləliklə, ilahi aləmə – vəhdətə yaxınlaşmaq deməkdir. Elə buna görə şair bir 
sıra əsərlərində meyxanaya abadlıq diləyir: 
 
Meyxanələri həmişə abad istə, 
Sən əhlini də sərv tək azad istə
Məscidlərə getmə, vaizin tərkin qıl, 
Nə ric’ətə ver qulaq, nə miad istə. 


_____________Milli Kitabxana_____________ 
11 
 
Beləliklə, Nəbatinin yaradıcılığında dünyəvi hisslərlə ilahi duyğular, maddi həyatla 
mənəvi aləm, real məhəbbətlə sufiyanə  eşq qovuşuq  şəkildə  təsvir olunur. Şair həyatda 
istədiklərinə nail ola bilməyəndə ümidini vəhdət aləminə bağlayır, gözəli tərənnüm etməklə 
ilahi eşqə – “vəhdəti-yekta”ya qovuşacağına səmimiyyətlə inanır və müasirlərini də daxili 
saflığa, mənəvi ucalığa, “püxtə və arif” olmağa çağırır. 
Məzmunca zəngin olan Nəbati şeirləri bədii forma, sənətkarlıq keyfiyyətləri baxımından 
da zəngin və orijinaldır. O, əsərlərində fikrin incə və təsirli deyilişinə xüsusi diqqət yetirmiş, 
sözün müxtəlif məna çalarlarından istifadə etməklə onu daha da cilalayıb poetikləşdirmişdir. 
Şair həm əruz, həm də heca vəznində yazdığı əsərlərdə bədii məcazlardan istifadə etməklə 
həqiqi sənət nümunələri yaratmışdır. 
Onun yüksək şairlik istedadını təsdiq edən əsas  əlamət yığcamlıq, fikir aydınlığı, vəzn 
ahəngdarlığı, qafiyə  sərrastlığı, nitqin axıcılığı, nəhayət, işlətdiyi bədii təsvir və ifadə 
vasitələridir.  Şair fikri bitkin vermək, təsvir obyektini canlı göstərmək, ifadəni 
qüvvətləndirmək üçün tez-tez istiarə (metafora), təkrir, poetik sual və mübaliğələrdən 
istifadə edir. Xüsusilə təkrirlər onun əsərlərinə güclü bir axıcılıq və oynaqlıq gətirir: 
 
Bu necə nərgizdir, bu necə gözdür? 
Bu necə lalədir, bu necə üzdür? 
Bu necə şəkərdir, bu necə sözdür? 
Nə belə lə’l olur, nə belə gövhər! 
 
Bədii sual tərzində qurulmuş bu bənddə eyni zamanda qüvvətli bir istiarə  və  təkrir 
yaradılmışdır. Məlumdur ki, klassik sənətkarlar çox zaman gözü nərgizə, üzü laləyə, sözü 
şəkərə, dodağı lələ, danışığı – nitqi gövhərə bənzətmişlər. 
Nəbati də həmin üsuldan istifadə edir. Lakin sələflərindən fərqli olaraq o, “nərgiz göz”, 
yaxud “lalə üz” söyləmir; qarşılaşdırılan anlayışları (nərgiz – göz, lalə – üz, şəkər – söz, ləl 
– dodaq, gövhər – nitq) sinonim anlayışlar kimi verir və fikri sual formasında qurmaqla 
aşiqin gözəllik qarşısında heyrətini daha da qüvvətləndirir. Ikinci tərəfdən o, misralarda 
“bu” və “necə” sözlərini tez-tez təkrar etməklə şerin axıcılığını, şirinliyini artırır. 
Şairin qoşma və  gəraylılarında müşahidə olunan sənətkarlıq məharəti  əruz vəznində 
yazdığı  qəzəl, qəsidə, rübai, müxəmməs və saqinamələrində  də asanlıqla görünür. Belə 
şeirlərində o, klassik üslubun ənənələrini davam etdirməklə bərabər, həm də yeni təşbeh və 
istiarələrdən, seçmə qafiyə  və  rədiflərdən,  əruz vəzninin xoş avaz yaradan ahəngdar 
bəhrələrindən istifadə edir. 
Nəbati Azərbaycan türk dilinin zənginliklərindən məharətlə istifadə edən sənətkar 
olmuşdur. Onun həm heca, həm də əruz vəznində yazdığı şeir- 
lərində klassik ədəbiyyatdan gələn ərəb-fars mənşəli söz və ifadələr bəzən Azərbaycan türk 
dilinin öz doğma sözlərinə qaynayıb qarışır. Ancaq həmin sözlər  şairin ana dilinin poetik 
qanunlarına uyğunlaşdırılır. Xüsusilə qoşma, gəraylı  və  təcnislərində  Nəbati xalq danışıq 
dilində çox işlənən söz və deyimlərdən geniş istifadə edir. 
Beləliklə, Nəbati XIX əsr Azərbaycan  ədəbiyyatı tarixinə  həm  əruz, həm də heca 
vəznində gözəl şeirlər yazan, bədii fikrimizi ideya-fəlsəfi məzmun və estetika – sənətkarlıq 
baxımından zənginləşdirən görkəmli bir söz ustadı kimi daxil olmuşdur. O, Mirzə Mehdi 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə