Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   2   3   4   5   6   7   8   9   ...   38

_____________Milli Kitabxana_____________ 
12 
 
Şükuhi, Mirzəli xan Ləli kimi yazılı ədəbiyyat nümayəndələrinin yaradıcılığına, habelə xalq 
aşıq  şeirinə qüvvətli təsir göstərmiş, onun haqqında müxtəlif rəvayət və dastançalar 
yaranmışdır. 
Görkəmli  ədəbiyyatşünas Firudin bəy Köçərli Nəbatinin Azərbaycan  ədəbiyyatı 
tarixində mövqeyindən bəhs edərkən onu Şərqin Hafiz, Şəms Təbrizi və  Cəlaləddin Rumi 
kimi böyük şairləri ilə müqayisə edib yazmışdır: “Seyid Əbülqasim Azərbaycan türklərinin 
Xacə  Şəmsəddin Hafizi, Şəms Təbrizisi və  bəzi məqamlarda Mövlana Cəlaləddin Rumisi 
mənziləsindədir. Necə ki, Hafiz fəsahət və bəlağətdə (yəni gözəl və incə danışmaqda – Z.Ə.) 
Fars şairlərinin başçısı olub, həmçinin Nəbati də Azərbaycan şairlərinin fəsihraqıdır”. 
Klassik  ənənələrə uyğun olaraq, həm doğma Azərbaycan türkcəsində, həm də fars 
dilində yazıb-yaradan Seyid Əbülqasim Nəbatinin  əsərləri pərakəndə olsa da, hələ öz 
sağlığında divan şəklinə salınmış,  şairin ölümündən sonra bu divan Təbrizdə daşbasma 
üsulu ilə çap olunmuşdur. 1935-ci ildən başlayaraq Nəbati irsi “Seçilmiş  əsərlər” adı ilə 
Bakıda bir neçə  dəfə oxucuların ixtiyarına verilmişdir. XX əsrin 60-cı illərində  Nəbatinin 
“Əsərləri” müxtəlif əlyazma nüsxələri və çap kitabları əsasında tərtib olunaraq Azərbaycan 
Elmlər Akademiyası  Nəşriyyatında daha mükəmməl  şəkildə  nəşr edilmiş (1968), həmin 
kitab 1985-ci ildə “Yazıçı” nəşriyyatında cüzi dəyişikliklə  təkrar buraxılmışdır.  Şairin 
əsərləri XX əsrdə son dəfə 1993-cü ildə Təbrizdə nəşr olunmuşdur. 
Oxuculara təqdim olunan bu kitab Nəbatinin 1968 və 1985-ci illərdə Bakıda çıxmış 
“Əsərləri” (tərtibçi: Əbülfəzl Hüseyni) əsasında hazırlanmış, həmin kitablarda yol verilmiş 
bəzi imla xətaları aradan qaldırılmış, klassik üslubun qorunmasını  təmin etmək üçün isə 
şeirlərdə apostrof işarəsinin saxlanılması məqsədəuyğun bilinmişdir. 
 
Zaman Əsgərli 


_____________Milli Kitabxana_____________ 
13 
 
 
 
 
Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva 
Ki, gördüm onda nagəh bir əcayib surəti-ziba. 
 
Müsəlsəl zülf çiynində, mürəssə tövq boynunda, 
Firəngi ətləs əynində, başında mə’cəri-həmra. 
 
Mələkmənzər, pəripeykər, süxəngüstər, vəfapərvər, 
Büti-məhrü, güli-xoşbu, sözü-şəkkər, gözü şəhla. 
 
Səmənrüxsar, müşkinmu, şəlayin qaməti-dilcü, 
Sərasər fitnəvü cadu, sərapa şurişü qovğa. 
 
Görən saətdə zövqümdən yıxıldım məstü layə’qil, 
Dağıldı əql başımdan, alışdı atəşi sevda. 
 
Pərişan oldu əhvalım, tükəndi səbri aramım, 
Giriban çak edib durdum yerimdən valehü şeyda. 
 
Məni görcək bu halətdə o sərvi-baği-dilbəndi, 
Gəlib yanımda əyləşdi əlində sağəri-mina. 
 
Kərəm qıldı mənə bir cam, alıb mərdanə nuş etdim, 
Durub opdüm ayağından, dedim: ey saniyi-Leyla! 
 
Əgər görmək dilərsən surəti-Məcnuni-şeydanı, 
Uzaq gəzmə, tamaşa qıl, budur ol aşiqi-rüsva! 
 
Şikəstə-xatirü məhzun, sözü aşüftə, digərgun. 
Tutub nəqşi-rəhi-Məcnun, gəzər vəhşi kimi səhra. 
 
Nəbati, həmd qıl Allahə, min şükrü səna eylə 
Ki, Məcnunun məqamatın sənə ruzi edib mövla. 


_____________Milli Kitabxana_____________ 
14 
 
* * * 
 
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda 
Ki, salsın bu gülüstanə genə bir şurişü qovğa. 
 
Tutubdur qəm mətaım aləmi, amma nə hasil kim, 
Tapılmaz bir nəfər adəm ki, çalsın bircə pul sövda. 
 
Məni bir muy ilə zəncirə çəkmiş bir pəri təl’ət, 
Dəhanı qönçeyi-xəndan, buxaqi lö’lövü lala. 
 
Biyabani-cünunu ləşkəri-eşqim tutub hər yan, 
Bu taci-səltənətdən əl götürrəm bir də mən haşa! 
 
Fəna mülkün tutub, seyr eylərəm iqlimi-təcridi, 
Dəlilim zikri-”əlhafiz”, rəfiqim hümməti-mövla. 
 
Nə olsun, bundan artıq lütfi-həqq bir bəndəyə, şamil, 
Ənisin şahidi-qüdsi, məqamın sayeyi-Tuba. 
 
Nədən məst eyləməz, bilməm, məni bu badeyi-gülgun 
Ki, mədhuş eyləyib çoxdan məni bir gözləri şəhla. 
 
Libası-fəqrdən bəsdir mənə bu xirqeyi-pəşmin, 
Təni-üryanimə uymaz mənim bu ətləsi diba. 
 
Edib mülki-Qəradaği mənim bu təb’i-sərşarım, 
Qəradağ əhlinə bir bağrı dağlı laleyi-həmra. 
 
Götür bir baş məzarından, dur, ey Məcnuni-biçarə, 
Gözün aç , bir tamaşa qıl, budur gör sən deyən Leyla? 
 
Əcəb tutdun, Nəbati, barəkallah, eşq damanın, 
Yeri , gözlə, itirmə bu yolu, çək hay-hu ilqa! 


_____________Milli Kitabxana_____________ 
15 
 
* * * 
 
Düşdüm genə meyxanədə xoşhənglər içrə, 
Gördüm genə bir rəng ilə gülrənglər içrə. 
 
Səd şükr ki, imdad qılıb bəxti-hümayun, 
Bir diz yeri tapdım özümə şənglər içrə. 
 
Ey meydən edib tövbə, edən bənglə ülfət, 
Divanə kimi düşmə əbəs dənglər içrə. 
 
Nə nəql, hekayətdi, nə əfsanəvü əfsun, 
Bu büxlü həsəddir ki, düşüb yengilər içrə. 
 
Ey sahibi-şəmşiri-düdəm, şahi cahanbəxş, 
Ey küştələri püştə qılan cənglər içrə. 
 
Bu mülki-Qəradağdə bimunisü qəmxar, 
Fəryadimə yet, qoyma məni nənglər içrə. 
 
Məcnun kimi üryanü dil-azürdəvü məhzun
Dağdan dağa Gəzgəz gəzərəm sənglər içrə. 
 
Eşq əhli sanıb salik ilə həmsəfər oldum, 
Gəzdim bir-iki şamü səhər lənglər içrə. 
 
Bu kuçeyi-eşqin, bilirəm, qayəti yoxdur, 
Biçarə Nəbati qalacaq tənglər içrə. 


_____________Milli Kitabxana_____________ 
16 
 
* * * 
Olu yarəb ki, düşə daməni-canan əlimə, 
Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə. 
 
Çalaram daşə külüngü belə şirin-şirin, 
Cami-eşqi verə gər Xosrovi-xuban əlimə. 
 
Edərəm daireyi-Misri gühərdən ləbriz
Düşsə gər lə’li-ləbi-Yusifi–Kən’an əlimə. 
 
Tövsəni-təb’i–səbaseyri doyunca çaparam, 
Tuta bəxtim, gələ bir sahəti-meydan əlimə. 
 
Qoşaram atı ilən atımı dil kəsməkdən, 
Əhd qıldım düşə gər rayici-dövran əlimə. 
 
Saqi, dur, ver mənə bir gür’ə o qan olmuşdan, 
Çarə qıl dərdimə, ver bir tikə dərman əlimə. 
 
Təngə gəldim, dəxi bir pəncə yetirrərm çərxə, 
Gələ gər qaimeyi-günbədi-dövran əlimə. 
 
Ey Züleyxa, məni çox etmə cəfa tapdaği, 
Belə qalmaz, gəli bir guşeyi-zindan əlimə. 
 
Künci-ixfadə əgər rəxti-iqamət salsam, 
Verməz əl onda dəxi Rüstəmi-dastan əlimə. 
 
Odumu qurdalama, ey dili kəc əbrani
Yaxşı rəng çəkdi mənim çaki-giriban əlimə. 
 
Həq bilir kim, edərəm mövci-fəna ğərqabı, 
Düşsə gər dideyi-tər ləcceyi – ümman əlimə. 
 
Çəkərəm xəncəri-əlmas, özümü öldürrəm, 
İgid ölmüş, yola gəl, yaxma mənim qan əlimə. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə