Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   2   3   4   5   6   7   8   9   ...   38

_____________Milli Kitabxana_____________ 
17 
 
Gedərəm dadə əlindən sənin, ey düşməni-can, 
Düşsə gər barigəhi-şahi-Xorasan əlimə. 
 
Görüm, ey eşq, səni görməyəsən hiç məlal, 
Tari bilsin ki, gəlib küfrdə iyman əlimə. 
 
Dəm çəkib, guşədə xamuş oturmum, neylim? 
Bixəbər, gör ki, düşüb gövhəri-Qur’an əlimə. 
 
Rudi-Nilə necə qərq eyləmərəm Fir’onu 
Ki, gəlib mö’cizeyi-Musiyi-Imran əlimə. 
 
Hu çəkib, mərqədi-Məcnunə yetirrəm peyğam, 
Gələ gər dəmdəmeyi-tərfi–biyaban əlimə. 
 
Etmişəm canı nisar etməyə hazır yarə, 
Nola birdən gələ bu müjdeyi-fərman əlimə. 
 
Xançobani genə lal oldu, qələm açdı zəban, 
Dur, Nəbati ki, gəlib mürği-süxəndan əlimə. 


_____________Milli Kitabxana_____________ 
18 
 
* * * 
 
Billəm ki, edər axir ol nərgisi-məstanə 
Bu aşiqi şeydanı Məcnun kimi divanə. 
 
Yox hacəti gülgunə, ol arizi gülrəngə, 
Bir şanə gərək naçar ol zülfi-pərişanə. 
 
Sən görməmisən axir tərsa qızın, ey kafir
Imanə gəl, ey zahid, tə’n eyləmə Sən’anə. 
 
Hər nə deyəcəksən de, hər… yiyəcəksən, ye! 
Bir gün sənə mən çallam bir zərbəti-xəsmanə. 
 
Dur get, göz önündən it, çox başımı ağrıtma, 
Hər yanə gedirsən get, gəlmə dəxi bu yanə! 
 
Qurbanın olum, saqi, səndən nə təğafüldür, 
Mən zahidə tuş gəldim, sən dövr elə məstanə! 
 
Məst olmamışam, billah, bu nəş’əni xam etmə
Tök ver mənə bu meydən bir sağəri-rindanə. 
 
Sən görmə rəva məndən bu suzi-dil əskilsin, 
Istərsən əgər qoy-qoy yansın oda pərvanə! 
 
Dur ki, cigərim yandı, məcmər kimi odlandı, 
Az qaldı gözüm yaşi versin məni tufanə. 
 
Gər etsə tələb könlün vəsli-ləbi-canani, 
Gəl sən də Nəbati tək qoy başını meydanə. 


_____________Milli Kitabxana_____________ 
19 
 
* * * 
 
Gülğülə saldım genə nöhfələki-əxzərə, 
Etdi mədəd taleim, yetdi əlim sağərə. 
 
Div, bəfəzli-xuda oldu pəridən cüda, 
Müjdə apar, ey səba, ol büti-siminbərə. 
 
Şamü səhər, müttəsil, şüğlüm olub məşqi-eşq, 
Gözlərimi dikmişəm lövhi-rüxi-dilbərə. 
 
Bir yükə kim, dözmədi gavi-fələk, sirrə bax, 
Götdü belindən onun, çatdı məni-kafarə. 
 
Tari bilir, odlaram xirqəvü səccadəni, 
Saqi , bu qan kasəsin qoyma əlindən yerə. 
 
Qasidi-əhli-niyaz, hüdhüdi-aşiqn-əvaz, 
Lütf ilə bu naməni bağla o xoş şəhpərə. 
 
Durma, dönüm başına, mən sənə qurban olum, 
Hümmət elə, ver səfa şövq ilə balü pərə. 
 
Bircə tamaşa elə dideyi-xunbarimə, 
Söyləginən halimi ol məhi-xoş-mənzərə. 


_____________Milli Kitabxana_____________ 
20 
 
* * * 
 
Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə, 
Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə. 
 
Bir özgə hacətim yoxdur, vəli mütaqi-didarəm, 
Nolur bax bir nəzər bu aşiqi-Məcnuni-şeydayə. 
 
Şəbi-yəlda deyib, həsrət çəkib, qan-yaş tökən zahid, 
De, eşşək, kor deyilsən, baxsan ol zülfi-çəlipayə! 
 
Əgər arifsən, anlarsan, nə lazım kəşfi-hal etmək, 
Məni bir gözləri cadu salıb bu şurü qovğayə. 
 
Sizə məndən əmanət, ey cavanlar, mən ki ta getdim, 
Vəlakin siz heyifsiz, düşməyin bu qanlı sövdayə. 
 
Nəbati, çox cəfa çəkdin, muradın olmadı hasil, 
Yeri, pirindən al hümmət, yapış damani-mövlayə. 


_____________Milli Kitabxana_____________ 
21 
 
* * * 
Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə! 
O cami-lə’lfam ilə bu xamı bir xumar eylə! 
 
Irəm bağın tamaşa eylədim deyri-müğan içrə, 
O darül-eyşi sən, yarəb, həmişə laləzar eylə. 
 
Vərə, vaxtı deyil, zahid, bu təsbihi qoy əldən bir, 
Gətir səcaddəni, ver meyfüruşə bir qərar eylə! 
 
Ləbi-meyguni-saqi, sağər ilə həlqeyi-rindan
Bu cə’min içrə, yarəb, sən məni bir meygüsar eylə. 
 
Qüruri-ruzə xüşk etmiş səni, zahid, nə qafilsən, 
Bu təzvirü riyadən keç, xudadən bircə ar eylə. 
 
Bəhəmdillah, gözün var, kor deyilsən, cənnət istərsən, 
Qədəm qoy xərabatə səhərdən, bir nahar eylə. 
 
Nəbati, aşiqəm mən rindlər bəzmindəki halə, 
Bəli, billah, bu qövmün itlərinə can nisar eylə. 


_____________Milli Kitabxana_____________ 
22 
 
* * * 
Sərməst yıxıldım genə meyxanələr içrə, 
Oldum genə rüsva neçə fərzanələr içrə. 
 
Yaxdım oda səccadəvü dəstarü ridanı, 
Bir ad elədim mən dəxi pərvanələr içrə. 
 
Ey şuxi-pəritəl’ətü,ey sərvi-güləndam, 
Gəzmə, səni tari, belə biganələr içrə. 
 
Ol nərgisi-məstin nə füsungərdı, xudaya, 
Saldı məni Məcnun kimi divanələr içrə. 
 
Gəl, ver mənə bir cam də, ey saqiyi-gülfam, 
Ta məst yazım bu sözü əfsanələr içrə. 
 
Billah, bu büti-lalərüxün yoxdu nəziri, 
Baxdım neçə min surətə butxanələr içrə. 
 
Ol gənci-xəfidən bir əsər bilmədim axir
Canım çürüdü heç yerə viranələr içrə. 
 
Ey kövsər üçün ah çəkən zahidi-əbləh, 
Meyxanədə gəl gör onu peymanələr içrə. 
 
Qəvvas kimi qutə vurub bəhrə Nəbati, 
Ol gövhəri istər tapa dürdanələr içrə. 


_____________Milli Kitabxana_____________ 
23 
 
* * * 
 
Düşə bir də nəzərim mehri-rüxi-cananə, 
Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə. 
 
Bu nə sözdür ki, mənim eşqimi tərk eyləmisən, 
Allah, Allah, sözə bax, seyr elə bir böhtanə! 
 
Tövbə qıl, Tariyə bax, bir də çevirmə üzünü, 
Baxma düşmən sözünə, lə’n elə bir şeytanə. 
 
Hanı zahid ki, gələ bir görə tərsa qızını, 
Özünü zəbt eliyə, tə’nə vura Sən’anə. 
 
Istərəm, ətləsü diba geyəsən qamətinə, 
Məst tavus kimi çətr urasan hər yanə. 
 
Belinə tirmə sarıb, ucların əfşan edəsən, 
Açılıb gül kimi, minnət qoyasan hər canə. 
 
Nəzərində düzülə, səf çəkə xüddamü kəniz, 
Sən özün təxtə çıxıb əyləşəsən xaqanə. 
 
Eşq odun doğru imiş, gizləmək olmaz, billah, 
Alışıb öz-özünə, düşdü sözüm dastanə. 
 
Yazığım gəldi, Nəbati, sənə, yandı ürəyim, 
Heyfsən, çox da dəxi gəzmə belə divanə. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə