Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

  

 

55



kəndlərdən ibarətdir. Ünsiyyətdə olduğu adamlar da, elə öz qonşularımız, qohumlarımız, bir də 

toyda, yasda gördüyü yerli camaat idi.  

Əslində  cəmiyyətdəki dəyişikliklər Bakıda rus hökmranlığı qurulandan bəri artıq tam 

sürətlə gedirdi, lakin onu da demək lazımdır ki, nə çar hökuməti, nə  də Sovet quruluşu Bakı 

kəndlərinə və şəhərin yerli əhali yaşayan köhnə məhəllələrinə çox da nüfuz edə bilməmişdi, yəni 

bu zonalar ta altmışıncı illərə qədər öz qayda-qanunlarına, adət-ənənələrinə uyğun yaşayırdılar, 

şəhərin başqa hissələrindəki dəyişikliklər müəyyən mənada bu məhəllələrdən, burda yaşayan 

camaatdan,  ələlxüsus da yaşlı sakinlərdən yan keçirdi. Nənəm də bu cür həyat yaşayan köhnə 

bakılılardan idi və birdən-birə bu qapalı mühitə tamam kənar bir şəxsin daxil olması  və  nəinki 

daxil olması, lap onun qabırğasında, qaldığı otağın divarının o biri üzündə məskunlaşması fikri 

ona qorxulu bir şey kimi görünürdü. Bu qorxu isə onunla bağlıydı ki, dediyim kimi, cəmi bircə 

dəfə Bakıdan kənara çıxan arvadın rayon yeri, rayon camaatı barədə  təəssüratı bir o qədər də 

xoşagələn olmamışdı ( bu barədə də onun öz dilindən eşidəcəyik) və onunçün heç bir dəxli yox 

idi ki, bunlar o vaxt uşaq olan , hər  şeyi öz uşaq təfəkkürünün prizmasından keçirən bir qızın 

təəssüratlarıydı. Nənəmin beynində rayon deyilən  şey, məhz  həmin yeganə  səfəriylə, orda 

gördüyü adamlarla, mühitlə qeyri-ixtiyari assosasiya yaradırdı və ona elə gəlirdi ki, bütün əyalət 

camaatı eyni cür tipdədirlər, ayrı cür ola da bilməzlər. Bütün deyilənlərə onu da əlavə edək ki, 

artıq həmin ərəfələrlə Bakıya əyalətdən böyük axın başlamışdı və orda-burda az-çox rastına çıxan, 

hələ Bakının davranış qaydalarına alışmağa macal tapmamış  əyalət adamlarının bir çox 

hərəkətləri təpədən dırnağacan konservator olan nənəmin heç xoşuna gəlməmişdi. Beləcə, əslində 

arvadın psixoloji vəziyyətində əmələ gələn dəyişikliyi anlamaq bir o qədər də çətin deyil.  

Onun qəfil aqressivliyinin bir səbəbi də, məncə qorxu faktoruyla bağlıydı. Çünki, onun 

fikrindən keçənlər o zamanlar nəinki bizim o biri ailə üzvlərimizin, hətta deyərdim ki, bütün Bakı 

camaatının fikrindən keçmişdi, amma nənəmdən fərqli olaraq bir çoxları başa düşürdü ki, 

qarşılaşdıqları proseslər, yəni bir məkandan başqa bir məkana kütləvi axın, kimlərinsə  gəlməsi, 

kimlərinsə getməsi, hansısa mədəni auranın dağılması , onun yerinə başqa bir auranın 

yaranması– bütün bunlar hamısı  təbii prosesdir, heç nə dünya durduqca öz ilkin formasını 

olduğu kimi saxlamır, dəyişiklik labüddür. Nənəmsə artıq yaşı keçdiyindənmi, ya həddən ziyadə 

qapalı mühitdə böyüyüb ömür sürdüyündənmi, ya nədənmi, bütün bunları anlamaq istəmirdi və 

bu səbəbdən də içində belə bir şüuraltı qorxu yaranmışdı ki, bu gəlmələr bizim bütün həyat 

tərzimizi korlayacaqlar, adət-ənənəmiz, abır-həyamız ayaq altında qalıb məhv olacaq, əvvəlki 

cənnət Bakıdan heç nə qalmayacaq. Buna görə iradəsindən asılı olmayaraq arvadda 

özünümüdafiə instinkti yaranmışdı və həyətimizdə əyalət adamının məskunlaşmasına bacardıqca 

mane olmağa çalışırdı. 

– Burnuvuzdan gəlsin o yumurtalar. – Nənəm azca qəzəblənsə  də, bu kəlməni demək 

tərzindən anlayırıq ki,  məqsədi heç də bizim bütün ailə üzvlərimizin burnundan toyuq 

yumurtalarının gəlməyini, yaxud çıxmağını seyr etmək deyil, sadəcə arvad onun toyuqlarının 

məskəninə qəsd elədiklərinə görə ürəyini boşaldır. 

– Əşi, guya yumurta qəhətdi başımıza, - atam dillənir, – dükanlar doludu yumurtaynan, nə 

qədər istəsən al bişir də. 

Nənəmin elə bil atasını söyürlər. Ya da yox, elə bil onun hansısa qiymətli bir qızıl əşyasını 

dəmir-dümürlə müqayisə edirlər.  




  

 

56



– Çox sağ ol. – Əcayib bir tərzdə deyir. – Sən o içi ağappaq inqubator yumurtalarını mənim 

gül kimi toyuqlarımın qoyduğu sapsarı yumurtalarnan bir tutursan? Elə o peçattdı 

yumurtalardan yemisən ki, indi üzümə ağ olursan da.  

Nənəm düz deyirdi o vaxtkı camaatın çoxunun yadına gələr ki, hökumət fermalarının 

yumurtalarına keyfiyyət nişanı adlanan balaca bir möhür vururdular. Amma hamıya məlumdur 

ki, biçarə sovet höküməlinin xalqın xeyrinə  nəzərdə tutduğu bütün qərarlar  əks effekt verirdi. 

Məsəlçün,  camaat yumurtanın üstündə  həmin bu keyfiyyət nişanı deyilən göy rəngli möhürü 

görən kimi anlayırdı ki, inkubator yumurtasıdı, içindəki sarısı da heç ağından fərqlənmir, özü də 

kapron kalqotka dadı verir.  

-Sən də, ay Həsənağanın qızı, çox da zilə qaldırma bu yumurta söhbətini, – babam öz 

mülayim səsiylə aranı soyutmağa çalışır. – Guya sənin o cüllütə oxşuyan toyuqların olmaseydi 

acınnan öləceydik. Maşallah, hələ  mən də  işdiyirəm, uşaqların da əli çöreyə çatıb. Ala-babat 

dolanırıq də. Boşalt o otağı , qoy o rayonnu tifil hökumətdən ev alaneycən gəlib bir-iki il qalsın 

burda. Sakit oğlandu, beş-altı dəfə bura da gəlib, özün görmüsən. Həm də gədənin dostudu da. 

Fərri adam olmasa uşaq məsləhət bilməz ki. 

– Bu ya? – Nənəm təəccüb və bir az da kinayəylə atamı göstərir. – Sən diyirsən mən indi 

bunun sözünə etibar eliyim? Adə, bu sabah murdar urusun birini də götürüb salar boğazımıza ki, 

bunu yidizdirib içizdirün, qəmsəmoldu, nə bilim, piyanardu. Bunun ipinin üstünə odun yığmağ 

olar?  

– Yox da, sən də bizim camaatı urus ərməniynən nöş tay eliyirsən? Noolsun ki bakili döyül. 



– Babam uzun müddət dəmiryolunda bələdçi işləmişdi, bütün rayonlarımızı gəzmişdi, onun üçün 

də bilirdi ki, mahiyyət etibariylə bizim camaat elə bizim camaatdı, istər rayonda yaşasın, istər 

şəhərdə. Fərq olsa olsa bir-iki adətdə, ənənədə olacaq. 

– İstəmirəm, - nənəm müqavimət göstərir, – lazım döyül mənə onnarın ayda verdiyi otuz 

manat. İstəmirəm gətirdiyləri pay-puçu. Mən öz toyuqlarıma öyrəşmişəm. Həm də, nə əziz-xələf 

olub süzünçün bu rayonnı balası. Ciyərparavuzdu bəyəm? 

-Dostumdu da, – atam səsini bir az yumşaldır, – ay məmə, hesab elə ki, bu saat sənin köhnə 

padruqan, - atam bu sözü deyəndə azca gülümsünür, – Molla Məsməxanımın evi yandı, ya ayrı 

şey oldu, düşdü küçələrə. Sən indi ona o boş otağı  qıymıyaceysən ki, nə var-nə var toyuq 

saxlıyırsan orda? Mən də elə  də. Dostumdu, can-ciyərimdi, görürəm obşejitdə  əziyyət çəkir

istəyirəm bir az kömək eliyim də.  

– Adə, mənə bax, - nənəmin qaşları  yığılır. – Sən Molla Məsməxanımı o  qurumsağa tay 

eliyirsən?  O ağzıdualı, orucdu, namazdı arvaddı,  əlinnən Quran düşmür. Molla Məsməxanım 

evsiz qalsa, toyuqların evinə köçürdmərəm, Onu öz otağıma salıb özüm köçərəm toyuqların 

yanına. – Sonra da dodağaltı deyinir: – qurumsağın danışığına bax. Gör kimi kimnən bir tutur. – 

yenə nəyisə xatırlayıb ürəyi açılır. – Adə, Molla Məsməxanımın duaları olmasa, Allah bilir, hansı 

dərədə,  harda olarduz hamuvuz. Hər ay süzün salamatdığıvuzçün filan qədər nəzir-niyaz 

verirəm ona, Quran oxutdururam. Çoxsağoluvuzdu mənə? 

Atamın yaralı yerinə dəydilər elə bil. 

– Hə  də. Zülümnən qazandığımız köpük-quruşu bizdən gizdin apar tök Molla 

Məsməxanımın qabağına, o da yedizdirsün o avara gədəsinə.  

Nənəm ah çəkir, bir az kövrəlir və övlad sarıdan bəxti gətirməyən «padruqasını» fikirləşir. 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə