Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

  

 

53



yadımdadır. Deməli, soyuq bir fevral axşamıydı  və bütün ailəmiz nənəmin yanında  yığışıb 

həyətdəki boş otaqlardan birini kirayə verib-verməmək barədə məşvərət keçirdirdilər.  

Həyətə kirayənişin buraxmaq ideyası atama məxsus idi. Ümumiyyətlə, bizim həyətdə iki 

boş otaq var idi, birində əvvəllər babamın atası yaşayırdı, o rəhmətə gedəndən sonra boş qalmışdı 

və kiçik əmim buranı özüyçün anbara döndərmişdi, çilingərlik alətlərini, maşınlarçün az tapılan 

ehtiyat hissələrini ora yığırdı.  Qarşısında uzun şüşəbəndi olan o biri boş otaq isə  əvvəllər 

babamın  əmisi Ağaverdinin idi, amma öncəki yazılarımda danışmışdım ki, hökumət onu Sibirə 

sürgün etmişdi və bundan sonra nənəm bu otağa beş-on dənə toyuq buraxmışdı ki, əlimiz aşağı 

olanda yumurtasından, ətindən yeyək.  

Atam da məhz bu otağı kirayə vermək fikrinə düşmüşdü. Neft daşlarında işlədiyi 

müddətdə Mirsəftər adlı bir oğlanla dostlaşmışdı. Bu Mirsəftər  hansısa rayondan gəlib burda 

AZİ-ni bitirmişdi, neçə il idi ki, atamla bir buruqda qazmaçı  işləyirdi, amma hələ hökumət ona 

mənzil verməmişdi, yataqxanada qalırdı. Evli adam idi, ailəvi yataqxanada min cür əziyyət 

çəkirdi və atam qərara gəlmişdi ki, nənəmin toyuq saxladığı  həmin otağı boşaldıb mənzil  

alanacan onlara verək. Ümumi həyətdə  nə  qədər narahatçılıq olsa da, yataqxana qədər olmaz, 

burda balaca da olsa öz mətbəxləri, öz soyuducuları, qaz plitələri olacaqdı. Bircə ayaqyolu ilə 

hamam ümumi qalacaqdı.  

Mirsəftərin özü atamın təklifinə çox sevinmişdi, amma atam onu da demişdi ki, sənin 

bizim həyətə köçməyinçün əvvəlcə gərək atamla anamın razılığını alım. Atam bir söz deyən deyil, 

amma anamın xasiyyəti bir az ağırdı, yola gətirmək asan olmayacaq. 

Atam düz deyirdi. Bizim ailədə heç kim həyətə  kənar adamın köçməyinə  etiraz etmirdi, 

üzdə lap açıq hiss elətdirməsələr də, daxilən hamısı razıydı. Atam öz yaxın dostunun mənzil 

şəraitini azca yaxınlaşdırmaqçün çalışırdı, onun kommunist vicdanı heç cür qəbul eləmirdi ki, 

dostu yataqxanada əziyyət çəkdiyi halda həyətdəki gül kimi otaqda toyuqlar məskunlaşsın 

(əlbəttə, əgər toyuqlar da Mirsəftər kimi kommunist olsaydılar, atam onların öz məskənlərindən 

dərbədər düşməyinə razı olmazdı, amma heyvanları kommunist partiyasına qəbul eləmirdilər və 

məlum məsələdir ki, əsl sovet vətəndaşı kimi, atamın nəzərində bakılı olmayan kommunist bakılı 

toyuqlardan daha üstün idi). Babam da Mirsəftərin həyətimizə köçməyinə etiraz eləmirdi,  bu 

yaxınlarda təqaüdə çıxmağa hazırlaşırdı, bilirdi ki, bütün günü evdə bekar oturacaq, onunçün də 

xam adam axtarırdı ki, darıxanda çənəsinin altına salıb  aramla, tələsmədən qədim xatiratından, 

nə bilim, Bakının keçmişindən, köhnə kişilərdən və s. belə şeylərdən danışıb vaxtını öldürsün. O 

da məlum məsələdir ki, qərib adam məskunlaşdığı yerin tarixinə, adət-ənənəsinə həmişə  maraq 

göstərir, nəyisə öyrənməyə çalışır,  ən azı ona görə ki, yerli camaata asan qaynayıb qarışsın, 

başqalarından çox da seçilməsin. Babam da bunları bilirdi və Mirsəftərə, bir növ, baş-qulaq 

aparmaqçün potensial namizəd kimi baxırdı. Bir az qabağa qaçıb onu da demək istiyirəm ki, bu 

mənada Mirsəftər babamın ümidlərini həqiqətən də doğrultdu, yerli camaatın artıq  əzbərdən 

bildiyi və qulaq asmaq istəmədiyi söhbətləri Mirsəftər çox həvəslə dinləyirdi, heç vaxt babamın 

sözünü kəsmirdi və  hərdən haqqında söhbət gedən hansısa adətin,  ənənənin öz rayonlarında 

hansı  şəkildə olması barədə informasiyalar da əlavə edirdi ki, bu da onların söhbətini xeyli 

maraqlı edirdi. Mən özüm də, uşaq olanda çox oturardım onların yanında. 

O ki qaldı kiçik əmimə, o da öz razılığını atama bildirmişdi, çünki ona da uyanda, keyfi 

kök olanda prikola tutub məzələnməkçün xam adam lazım idi, bilirdi ki, onların həyətində 

məskunlaşdığına görə kirayənişin onun hər cür prikoluna, zarafatına dözməli olacaq ( düzdü, bu 



  

 

54



zarafatlar heç vaxt ədəb-ərkan həddini keçməzdi, mənim özüm də  uşaq olanda həmişə 

kirayənişinimizə sataşardım, adını dəyişib Mirdəftər əmi deyərdim). Bu baxımdan, kiçik əmimlə 

babamın maraqları müəyyən mənada üst-üstə düşürdü.  

Bibimlə anam isə belə söhbətlərə heç vaxt qoşulmazdılar, abır-həyalı ev qadınları kimi 

böyüklərin dediyinə Allahın  əmri tək baxardılar, hansı  məsələ barəsindəsə öz fikirlərində israr 

etmək  adətləri yox idi. Anam bütün günü ev işləriylə məşgul olardi, bibim də bir küncə çəkilib 

sakitcə kitab oxuyardi. 

 

 



Gecə ruhumda yanan şam ki sönər sakitcə, 

Isti göz yaşı donub daşə dönər sakitcə. 

 

Tək buraxmam səni ölsəm də əgər, kölgən olub 

Daim ardinca xəyalım sürünər sakitcə. 

 

Sərsəri duygularım diqqəti cəlb etmək üçün  

Yenə şer adlı libasın geyinər sakitcə. 

 

Gecə göylərdə soyuqdurmu ki mən yandıqca 

Atəşim üstə mələklər isinər sakitcə. 

 

Bu qədər qəm yükünü çəksə də biçarə ürək 

Səsi çıxmaz, gecə-gündüz döyünər sakitcə. 

 

Nakam aşiqlərinin ruhudu, qar şəklin alıb 

Saçına qonmaq üçün göydən enər sakitcə. 

 

Kimsəsizlik soyugundan büzüşəndə Fəhmi 

Yenə eşq oduna, yarım, bürünər sakitcə.  

 

 



Hə, qalırdı bircə  nənəmin razılığı  və burda məsələ xeyli qəlizləşirdi.  Ümumiyyətlə

kirayənişin məsələsi ortaya çıxan kimi nənəmin davranışında, xasiyyətində  əmələ  gələn 

metomorfozalar ailə üzvlərimizin hamısı üçün gözlənilməz olmuşdu. Neçə illərdən bəri hamının 

tanıdığı mülayim, nurani, ağıllı arvad birdən-birə dönüb olmuşdu tərs və aqressiv bir məxluq. Elə 

bil içindəki hansısa knopkanı basmışdılar və üzü çönmüşdü arvadın.  Əlbəttə ki, istər dünyada, 

istərsə  də insan psixologiyasında səbəbsiz heç bir hadisə baş vermir və  nənəmin belə 

dəyişməsinin səbəblərini də mən çox-çox sonralar araşdırıb öz-özlüyümdə dərk edə bildim. 

Şəxsən mən bu dəyişikliyi bu cür başa düşürdüm. Arvad cəmi bircə  dəfə , on-on iki 

yaşında olarkən Abşerondan kənara çıxmışdı, atası onu hansısa rayona, bir dostugilə aparmışdı, 

qalan bütün ömrünü Bakıda yaşamışdı, buranın camaatına,  adət-ənənəsinə öyrəşmişdi və hətta 

öyrəşmək desəm az olar, məncə bütün qapalı mühitlərdə yaşayan insanlar kimi, onda da belə bir 

təəssürat formalaşmışdı ki, bütün dünya, nəinki dünya , bütün kainat elə Bakıdan və Bakı ətrafı 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə