31
şərti konslager məhbusları kimi
ikilik taxtaya oxşamaq yox, namuslu , ismətli, həyalı olmaq idi.
Onunçün də o zamanlar bizim arvadlar indikilərdən bir qədər gombul və bir xeyli abır-
həyalıydılar).
Nənəmlə bibimin özlərini dünyanın min cürə nazü-nemətlərindən məhrum eləməklərinin
səbəbi isə, qəribə də olsa, kiçik əmimin həbsxanada yatmağı idi.
Ətağa cəddi, istəsəm də yeyə bilmirəm, neyniyim, dadlı bir tikə ağzıma dəyən kimi,
türmədə palçıq kimi qapqara çörək yiyən qaqaşım gəlir diyanır gözümün qabağında, bütün
iştaham küsür, boğazım qupquru olur.
Feminizm xəstəliyinə yoluxmuş indiki xanımlar belə bir hərəkəti yəqin ki, lağa qoyarlar, öz
hüquqlarından bixəbər, avam bir qadının xəstə düşüncələrinin məhsulu hesab edərlər. Lakin bu
adət binayi-qədimdən Bakıda mövcud olub, yaxşı-pisliyi barədə isə sonra danışarıq.
Etiraf edim ki, nənəmlə bibimin bu qəribə hərəkətlərinin səbəbini uşaq vaxtı mən də başa
düşmürdüm. Hətta ürəyimdə onlara gülürdüm də.
Onu da deyim ki, təkcə mən yox, atamla babam də bu əcaib pəhrizin lazımsızlığını onlara
başa salmağa çalışırdılar – babam özünəməxsus Bakı yumoruyla, atam isə kommunist partbiletinə
məxsus qıpqırmızı həyasızlıqla.
– Yaxşı eliyirsən, ay Həsənağanın qızı, – babam zəfəranlı plov yeyəndən sonra yağa batmış
bığlarını tumarlayaraq mızıldanardı, - əslinə qalsa, heç mənim də boğazımdan tikə geçmir - bunu
deyən zaman bayaq dibinəcən siyirdiyi iri plov nimçəsinə oğrun-oğrun baxardı. - Tifil orda qara
çörəynən dolanır. Yazıq uşaq. Ancaq bir şey də var ki, mən yeməsəm, taqətdən düşərəm, gücüm
qalmaz ki, sizünçün pul qazanım. Onda hamımız möhtac olarıq o kamunistin əlinə (Babam
kommunist deyəndə atamı nəzərdə tuturdu). Onun da ki, özün bilirsən, ipinin üstünə odun
yığmaq olmaz.
Babam nəfəsini dərib, nəyisə xatırlamış kimi fikirli-fikirli başını yellədərdi, sonra da davam
edərdi.
- Arvad, o tifil türmədə qara çörək yeyir, sən də burda qızınla bir yerdə qara çörəynən
pendirdən başqa dilivizə heç nə vurmursuz. Əcəb eliyirsüz, işim yoxdu. Amma bir məsələ də var,
əgər əziz-xələfivizin yoluyla gedirsizsə, onda hər işdə onun kimi eliyin də.
- Qanmadım, neyniyim, gedim mən də türmədə yatım?- nənəm soruşardı.
- Yox, onu dimirəm. Sözüm odu ki, məhəllə uşaqları hər həftə türməyə sənin əziz-
xələfinçün üç-dörd karopka nəyşə ötürüllər. O da dilxorçuluqdan bala-bala tüstülədir özüyçün.
Diyirəm, indi ki, onun yediyinnən yeyirsiz, elə onun çəkdiyinnən də çəkin də. Alım bir-iki başdıq
nəyşə, qızınla bir yerdə ana-bala tüstülədin axşamacan. Ancaq elə eliyin ki, mən paddım
düşməyim.
Nənəm də gülümsünüb deyərdi ki, ay Kəblə Qulamın oğlu, mən razıyam, qara çörəyi mən
yeyim, o zəhrimarısa sən özün çək.
Hər ikisi gülərdi, sonra isə nənəm kiçik əmimi yadına salıb yenə dilxor olardı. Amma
gözləri dolmazdı. Nənəm, ümumiyyətlə, ağlayan adam deyildi. Bizim nəsildə binayi-qədimdən
ağlayan adam olmamışdı, bircə məndən başqa. Mən də yəqin ki, böyüyəndən sonra ağlamağın
daşını atacağam bir qırağa. Hətta, kiçik əmim on il iş alıb türməyə gedəndə də, nənəmin büzüşüb
balacalaşmış gözləri quru qalmışdı. Babam ona deyəndə ki, ay Həsənağanın qızı (babamla nənəm
heç vaxt biri-birini adlarıyla çağırmazdılar), heç olmasa ağla, ürəyin boşalsın, nənəm içini çəkib
32
cavab vermişdi ki, birdən kimsə məni ağlıyan yerdə görər, gedib o tifilə (yəni, əmimə)
xəbər çatar,
uşaq orda dilxor olar ki, evdəkilər mənə görə xiffət çəkillər. Qoy ürəyi narahat olmasın.
Sonra da kələğayısını boynuna dolayıb pıçıldayardı ki, goru çatlasın o vələdüzna
ərməninin, gül kimi balam düşdü onun ucbatından daş-divar arasına. Kopoyoğlu (yəni
köpəyoğlu), özü rahat, isti qəbirdə rahat yatır özüyçün, mənim balamsa soyuq türmələrdə
çürüyəcək.
Sinəm dar bir qəfəsdir, orda sevdalı ürək dustaq,
Qalıb biçarə bu zülmətdə müddətdir ki, tək dustaq.
Gözüm yaşın töküb ah eylərəm hicran otağında,
Nədir bu? Dörd divar içrə yağış məhbus, külək dustaq.
İlahi, hər duanın dövrəsin min-min günah tutmuş,
Ya qanundur tikan içrə ola hər bir çiçək dustaq.
Dayanma cismdə, sındır, dağıt bu məhbəsi, könlüm,
Azad olmaq ümidin gəsməsin heç vaxt gərək dustaq.
Mən iblisin əcəl zindanıyam ki, tanrıdan gizlin
İçimdə ahü-fəryad içrə minlərlə mələk dustaq.
Fələk zülmü kəsilməzsə bezib ruhlar qiyam eylər,
Bu aciz ruhlara bir gün olar çərxi-fələk dustaq.
Göyə baş vurmaq istərsən, buna, Fəhmi, gücün çatmaz,
Yerin tərkində əvvəl olmasan fəvvarə tək dustaq.
Nənəmin təbirincə, isti qəbirdə rahat yatdığına görə söyülən həmənki erməni o adamıydı
ki, mən dünyaya gələndə əmim onun ucbatından üç il idi ki türmədə yatırdı, hələ yeddi il də
yatacaqdı. Yəni, əmim o ermənini bıçaqlayıb öldürmüşdü, bundan sonra o kişi getmişdi qəbrə,
əsgərlikdən təzəcə gəlmiş iyirmi bir yaşlı əmim də on il iş alıb tullanmışdı şestoy kalona.
O vaxtlar Bakıda bir xeyli erməni vardı, heç kim də, onlara güldən ağır bir söz demirdi,
yerli camaata qaynayıb qarışmışdılar, arada heç bir milli münaqişə-filan yoxdu. Ancaq hərdən elə
hadisələr olurdu ki, bizim aramızdakı düşüncə fərqi özünü büruzə verirdi və belə hadisələrdən
biri də təzə çıxan «01» modelli «Jiquli»lərin Bakıya gələn vaxtında mənim əmimin başına
gəlmişdi.
Hadisə belə olmuşdu. Axşamtərəfi məhəllədəki cayıl-cuyul tində yığışıb söhbət eləyirmiş
və birdən yanlarından qıp-qırmızı təzə bir Jiquli keçib gedib. Qonşuluğumuzda yaşayan həmin
erməni gədəsi də batmaqda olan günün işığı altında par-par yanan bu maşının dalıyca baxıb