Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə16/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

  

 

33



ağzının suyunu axıdaraq demişdi ki, ara, adam belə maşına görə  arvadını da satar, ana-bacısını 

da. 


Bu kəlmə yazığın dilindən bayıra tullanan kimi, qəfildən hiss eləmişdi ki, elə bil kimsə 

onun qarnını yüngülcə  qıdıqladı. Hətta azca gülümsəmişdi də. Sonra fikir verib görmüşdü ki, 

qıdıqlamaq olsaydı, dərd yarıydı, bu mənim kiçik əmimin həmişə üstündə  gəzdirdiyi bıçaqdı, 

onun qarnından girib az qala belindən çıxıb və  bıçağın ebonit dəstəyində yonulmuş ilan da, bu 

biqeyrət erməninin üzünə baxıb məğrur-məğrur hırıldamaqdadı. 

Bəlkə də hadisə heç belə olmamışdı. Lakin mən məhz bu cür təsəvvür edirdim. Əmim özü 

atama demişdi ki, o söz oğraşın (yəni erməninin) ağzından çıxan kimi heç özüm də bilmədim 

necə oldu, bir də gördüm ki, uje yortmuşam onu. 

Bəlkə də əmimin qəzəbini ona görə qəfildən belə coşub ki, həmin erməninin bacısı babamın 

yaxın dostlarından birinin gəliniydi, bəlkə  də başqa səbəb vardı, hər nədisə, fakt öz faktlığında 

qalırdı, - o vaxtdan bəri neçə il idi ki, həmin erməni, nənəm demişkən, isti qəbirdə rahatlıqla  

yatırdı, əmim isə soyuq türmədə, çirkli döşəyin üstündə narahatlıqla qurcuxurdu. 

Əmim tutulandan sonra babam hər ay o erməninin arvadına  iki yüz rubl pul (indiki pula 

təxminən 200-300 dollar) göndərirdi ki, iki yetim uşağını saxlamaqda çətinlik çəkməsin. Özünün 

dediyinə görə  bu iki yüz manatlar bizim ailə büdcəmizi xeyli kasadlaşdırsa da babam heç vaxt 

buna heyfslənmirdi, heç bircə  dəfə  də olmamışdı ki, o iki yüz manatı könülsüz göndərsin. Bu 

məbləğə ödənilməsi vacib sayılan  dövlət vergisi kimi baxırdı  və bu fikri onun beyninə salan 

nənəmə bircə dəfə də, şikayət eləməmişdi.  

Eləcə səsini çıxartmadan  qara çörəklə pendiri yeyə-yeyə oğlunun yolunu gözləyirdi. 

 

 



Yollarda qalıbdır ala gözlər, səni gözlər, 

 Yaş töksə də hər gün yenə gözlər səni, gözlər 

 

Ey qəmli könül yelkəni, durma daha üz get, 

 

Həsrətli ürəklərdə  dənizlər səni gözlər. 

 

 Gül 

çöhrəni seyr etmək üçün növbə çəkirlər

 Ay 

gecə, günəş isə günüzlər səni gözlər. 

 

 

Sanma ki, çəməndə bu qədər lalədi, şahım, 

Al, qırmızı örpəyli kənizlər səni gözlər 

 

 Görcək səni diz çökməmək olmur mələyim, gəl, 

 Qatlanmağa hazırdır bu dizlər, səni gözlər 

 

Ey ruhuma həmdəm qələmim, bəsdi dayandın 

 

Qəlbdən süzülən qüssəli sözlər səni gözlər 

 

 

Sən gəldiyin o yolları bu Fəhmi həvəslə  

 Göz 

yaşı ilə gündə təmizlər, səni gözlər.  


  

 

34



 

 

 



Bu adət də bizim bakılıların qəribəliklərindəndi, vaxt çatanda bunun da üstündə 

dayanacağıq. 

Bizim nəslimizdə bu cür hadisə artıq neçənci dəfəydi ki, baş verirdi. Misalçün, ailədə 

eşitdiyim söhbətlərdən bilirdim ki, nənəmin atasını babamın əmisi öldürmüşdü. 

– ...Biz onda dəstə  qız idik, on iki-on üç yaşımız ancaq olardı. Bacılarımla həyətdə palaz 

yuyurduq, - nənəm bu söhbəti mənimçün tez-tez edərdi, - birdən gördüm ki, qonşumuz 

Nisəxanım arvad özünü təngnəfəs içəri salıb anamın otağına cumdu, elə o saat da evdən vay-

şüvən,  şaxsey-vaxsey  səsi gəldi. Bizə  əvvəl heç nə demədilər. Axşama yaxın bildik ki, 

Çəmbərəkənd qəbristanlığının altında mənim atam Həsənağayla sənin babavın böyük əmisi 

Ağaverdinin sözləri çəp gəlib, Ağaverdi bıçağını  çıxarıb soxub atamın ürəyinə. Atam da elə 

yerindəcə canını tapşırıb. Elə  həmin axşam babovun rəhmətlik atası  Kəblə Qulam Bakının o 

vaxtkı hörmətli ağsaqqallarıyla yığışıb gəldilər bizim böyüklərin yanına, üzrxahlıq elədilər, qan 

bahası verdilər, axırı Qurana barmaq basdılar ki, daha bundan sonra düşmənçilik eləməsinlər.  

Babavın əmisi Ağaverdini elə həmin gün hökümət tutub basdı Sibirə, sonra heç ölüsü-dirisi 

də gəlmədi, itdi-batdı yazıq (atasını öldürən adama nənəmin «yazıq» deməsi, ona ürəyi yanması 

mənə lap qəribə gəldi). Atam Həsənağanı dəfn-kəfən eliyəndən sonra babovun atası Kəblə Qulam 

bizim külfətin bütün yükünü götürdü boynuna. Özününkülərin boğazından kəsib bizimçün 

göndərirdi düyüsündən, yağından, unundan, imkan düşəndə  ətindən, toyuğundan – heç acdıq 

vaxtlarında da biz çox kasaddığ  çəkməmişdik. Anam hər cümə axşamı  həm atamçün, həm də 

Kəblə Qulamın ölənləriyçün yasin oxuyardı. Biz böyüyəndə də, Kəbleyi imkan vermədi ki, özgə 

qapılara düşək. Yetim atasız qızlar idik, nə bilirsən, kimin evinə düşəcəkdik, necə baxacaqdılar 

bizə. Kəblə Qulam böyük bacımı bir dostunun oğluna aldı, məni də öz oğluna, yəni sənin babana. 

– Nənə, sən deyirsən ki, anan həm atançün, həm də babamın ölənləriyçün yasin oxuyurdu, 

– mən soruşurdum, - bəs o Yasinin bir hissəsi də gedib atanı öldürən adama, yəni babamın 

qardaşına çatmırdı? 

– Anam yasini öz qudasının ölənləriyçün oxuyurdu, babovun qardaşıyçün rəhmət 

göndərəndə də fikirləşmirdi ki, bu, ərimi öldürən adamdı, fikirləşirdi ki, qudamın, həm də çörək 

verənimizin qardaşıdı. – Nənəm  uzun nimçədə arıdığı düyü dənələrini barmaqlarının arasında 

oynadıb cavab verərdi.  -    Ta  ölənəcən hər dəfə süfrədən duranda, əllərini göyə açıb deyirdi ki, 

Allah Kəblə Qulamın ömrünü uzun eləsin, külfətini qada-bəladan saxlasın.  

– Nənə, olmazdı ki, babamın  əmisi Ağaverdi heç sənin atanı öldürməzdi, sizi də elə öz 

atanız böyüdərdi, -mənim yenə dilim dinc durmazdı. 

– Yox olmazdı - nənəm elə qətiyyətlə cavab verərdi ki elə bil özü haçansa kişi olub və Dağlı 

məhəlləsinin, ya da İçərişəhərin qaranlıq küçələrində beş-altı  dəfə adam bıçaqlayıb - olmazdı. 

Ölüm haqdı, allahın  əmridi.  Əgər həmin gecə  mənim atamın  əcəli çatmışdısa,  Çəmbərəkənd 

qəbristanlığı olmasın, Həmişəri palan olsun, Ağaverdi olmasın, ayrı bir adam olsun, fərqi yoxdu, 

atam ölməliydi. Allahın yazısına pozu yoxdu.   

– Nənə, bir söz də soruşum də, deyəsən, bezdirirdim arvadı  uşaq-uşaq suallarımla. 

Neyləyim ki, onda bu suallar mənə çox ciddi gəlirdi, çünki nənəm də onlara çox ciddi şəkildə 

cavab verərdi. – Nənə, dünən atamın padvalda qoyduğu tələyə siçan düşəndə, mən o saat 

fikirləşdim ki, yazıq siçanın balaları yetim qaldı, görəsən, onları kim yedizdirəcək bundan sonra? 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə