Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

  

 

39



Əlbəttə ki, heç bir nəticəsi olmazdı bu söhbətlərin;  nənəmlə bibim yenə  də qara çörək 

yeyərdi, atam da əsl kommunist kimi onların bu hərəkətiylə yorulmadan mübarizə aparardı. Həm 

də    bircə bu adətlə yox. Məhərrəmlik, orucluq, nəzir-niyaz, fitrə-zəkat – belə  şeyləri təbii ki, 

atamın görməyə gözü yox idi,  

– Biz min cür əziyyətlə  işləyirik ki, bunların qarnı ac qalmasın, heç nəyə ehtiyacları 

olmasın, bunlar… – atam nənəmi, bibimi, hərdən də anamı  babama göstərib deyinərdi – …o 

pulları bizdən gizlin aparıb paylıyıllar pirlərə, məscidlərə, nəzir-niyaza. Gah yasin oxutdururlar

gah Quran tapşırtdırırlar, – sonra narazılıqla babama baxardı, hirsini onun üstünə yönəldərdi, – 

sənin də heç vecinə deyil, elə ara yerdə danışıb özünü hörmətdən salan mən oluram, 

– Arvaddara çox baş qoşma, onsuz da bildiklərini eliyəcəylər, – babam mızıldanardı  və 

yüngülvari qızarardı, atam əlbəttə ki, buna fikir verməzdi, çünki babamın yanağına çökmüş bu 

yüngül qızartının səbəbini bilmirdi.  Mənsə bilirdim. Bilirdim ki, babam hər ay Nərdaran pirinə

Buzovnadakı  Əli ayağına nəzir-niyaz göndərir, ölənləriyçün Quran oxutdurur, ancaq bütün 

bunları elə eliyir ki, kommunist oğlu xəbər tutmasın, yoxsa ateist çıxışlarıyla onun da baş-beynini 

aparar. 

Atam deyindikcə  nənəm balaca təsbehini çevirərdi, bibimsə onun böyrünə  qısılıb 

büzüşərdi, səsini çıxartmazdı. 

– Sən o qırmızı xaltanı (pioner qalstukunu deyirdi) boynuna salanda mən bildim ki, axırın 

yaxşı olmayacaq – atam ürəyini boşaldıb otaqdan çıxandan sonra nənəm onun ardıyca baxıb 

təəssüflə deyərdi. - Kiçik qardaşın səndən fərasətli çıxdı.  

Nənəmin belə deməsi, yəni savadsız, cüvəllağı əmimi kommunist atamdan üstün tutması 

mənə  əvvəllər çox təəccüblü gəlsə  də, sonradan fikirləşib görürdüm ki, arvad hardasa haqlıdır. 

Atam orta məktəbi pis oxumamışdı, ancaq bitirəndən sonra instituta girməyə gücü çatmamışdı, 

neft mədənlərində  işə düzəlmişdi, o vaxtdan da orada işləyirdi. Bununla bərabər, mədəndəki 

partiya özəyinin  ən fəal üzvlərindən idi, iclaslarda həmişə odlu-alovlu çıxışlar edərdi, 

nümayişlərdə bayraqların  ən yekəsini götürərdi, dövlət rəhbərlərinin televizordakı bütün 

məruzələrinə diqqətlə qulaq asardı,  ən  əsas da, feodalizm qalığı saydığı köhnə adət-ənənələrlə 

amansız mübarizə aparardı. Bir sözlə, əsl kommunist həyatı yaşayardı.  

Əmim isə on iki-on üç yaşından məktəbə getməyi tərgitmişdi, (hərçənd ki, məktəbin 

direktoru babamın köhnə dostu olduğundan,  əmimin adını  hər il sinifdən sinifə keçirdirdilər), 

məhəllənin başındakı avtoprafilaktoriyadakı  uşaqlara qoşulmuşdu, həmişə onların yanında 

sülənərdi, bu sülənməyin nəticəsi isə o olmuşdu ki, əmim on altı yaşında avtomobilin mühərrikini 

beş barmağı kimi əzbər bilirdi, gözüyumulu söküb yığırdı  və atam hələ  məktəbin komsomol 

iclaslarında acqarına  odlu-alovlu çıxış edən zamanda əmim artıq ayda filan qədər pul qazanırdı, 

bir hissəsini də təbii ki, nənəmə verərdi. 

Arvadın dediklərini düşünəndə, görürdüm ki, atamın on il məktəbə ayaq döyməyi, bəlkə 

də, artıq  şey imiş. Onsuz da təhsilini davam etdirməyə gücü çatmadı,  heç əvvəldən də buna 

həvəsi yox idi. Belə olan halda o da elə əmim kimi on iki-on üç yaşında əməlli bir işin qulpundan 

yapışsaydı daha yaxşı olardı. Hərçənd ki,  Şərqin geridə qalmış adətlərindən sayılan erkən nikaha, 

uşaq  əməyinə indi pis baxırlar, amma məsələnin kökünə diqqət etsək, başqa nəticəyə  gələrik. 

Məlum məsələdir ki, məktəbi qurtaran uşaqların yalnız otuz-qırx faizi normal savada malik olur, 

ali təhsil almağa gücü çatır, yerdə qalan «ortabablar», «zəiflər» gedir başqa sənətlərin dalıyca. 

Beləysə, həmin uşaqları boş-boşuna məktəbə gəlməyə niyə məcbur eləməliyik? Nənəm demişkən, 



  

 

40



qoy on-on iki yaşında gedib özünə istədiyi bir sənət öyrənsin, pul qazansın, on beş yaşında 

evlənsin ki, gözü açılan vaxtda da, gözü onun-bunun qızının dalıyca qalmasın, arvadbazdıq 

eləməsin, bilsin ki, evdə halal zövcəsi var. 

Yenə ailəmizə qayıdıb, qeyd edim ki, atam nə qədər deyinsə də nənəmlə aradakı pərdəni 

heç vaxt götürmürdü.  Aşura günləri evdə maqnitafon yandırmazdı, televizora baxmazdı, 

orucluqda evə  sərxoş  gəlməzdi, nənəm namaz qılanda məni otaqdan qovardı ki, səcdəyə 

gedəndə, arvadı qıdıqlamayım. 

Nənəm, ümumiyyətlə çox şeylərdə  mənim üçün nümunə olsa da bu, o demək deyildi ki, 

arvadın heç bir qüsuru, çatışmayan cəhəti yox idi. Qüsursuz bircə Allahdı, bir də  məsumlar. 

Əlbəttə, nənəmin də çatışmayan cəhətləri çox idi və onun xasiyyətindəki xoşagəlməz məqamların 

çoxu həyətimizə ilk rayonlu kirayənişin gələn zaman meydana çıxdı… 

Hə, deməli belə, mənim dünyaya gəlməyimdən təxminən on il əvvəl bizim həyətimizə 

rayondan gəlmiş ilk kirayənişin köçdü. Təzə gələndə cansız kölgəyə bənzəyirdi.   

 

 



            Məgər heyran olubdur hüsnünə, ey məhliqa kölgə 

            Ki ardınca sürünməkdən yorulmur binəva kölgə. 

 

 Bir 

aşiqdir ki, cismində təmamən dağsız yer yox, 

 Görənlər zənn edər düşmüş dalınca bir qara kölgə. 

 

            Həsəddən lalətək qan oldu bağrım görcəyin, ey şux, 

            Tutub daim ayağından öpür hey bihayə kölgə. 

 

            Nə qədri var idi dost-aşina, qeyb oldu dar gündə 

            Yanımda qaldı yalnız bir həqiqi aşina – kölgə. 

 

            Nə qədri dərdü-qəm vardırsa cismimdə çıxar ol dəm, 

            Bir anlıq başıma salsa əgər ol dilrüba kölgə. 

 

            Nədən rəngin dəyişmir, çıxmayır matəm libasından, 

            Yəqin ki, bir şəhidi-eşq üçün saxlar əza kölgə. 

 

            O qədri incəlibdir dərdü-qəmdən Fəhminin cismi, 

 Görənlər bilməyir ki, canlı məxluqdur bu, ya kölgə 

 

 

Dördüncü fraqment 

 

Hə, gəlib çatdıq Bakı tarixinin ən qıcıqlandırıcı, ruslar demişkən, «şipitilnı» məqamına, yəni 



bakılı və qeyri-bakılı kontaktlarına və bu kontaktlardan doğan qığılcımlara. 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə