Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə20/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

  

 

41



Bu yerdə bir çox ağıllı adamlar deyə bilərlər ki, bakılı, yaxud, ümumiyyətlə «filan yerli» 

terminini işlətmək məntiqi baxımdan düzgün deyil. Heç bir tayfa, icma, qövm yarandığı gündən 

ta indiyəcən eyni coğrafi məkanda  yaşamayıb, burdan ora köçüblər, ordan bura qaçıblar, biri-

birinə qarışıblar, sonra yenə ayrılıblar, zaqsa gedib evləniblər, məhkəməyə gedib boşanıblar, yəni 

yer kürəsi etnik baxımdan «həsənsoxdu dəyirmanı» olub.  

Tamamilə  razıyam və onu da əminliklə  bəyan edirəm ki, bu mənada bakılılar da istisna 

təşkil etmir, «bakılı» termininə  də,  əlbəttə ki, nisbi yanaşmaq lazımdır. Məhz bu səbəbdən də 

«bakılı və qeyri-bakılı münasibətləri»nə keçməmişdən əvvəl,  bakılıların mənşəyinə  ötəri də olsa 

nəzər salmaq pis olmazdı. 

Mənşə deyəndə, məlumdur ki, ilkin yaradılışı  nəzərdə tuturam və bu xüsusda ilk olaraq 

onu deyə bilərəm ki, bakılılar meymundan əmələ gəlməyib, yüz faiz. Əgər kimsə buna inanmırsa, 

onunçün Allaha da and içərəm, kişi kimi «sən öl» də vuraram.  

Hərçənd ki,  nə Allaha, nə kişiliyə, nə  də «sən öl»ə inanan müasir qərblilər özlərinin və 

bütün bəşəriyyətin meymundan əmələ gəldiyini bəyan edirlər, bu fikri sübut etməkçün çoxsaylı 

dəlil-sübutlar da gətirirlər. Fəqət, biz müsəlmanlar Allah adamı olduğumuzçün belə fikirləri 

əlbəttə ki, qəbul edə bilmərik, çünki ilahiyyat elminin rəsmi versiyasına görə, insan elə insandan 

əmələ  gəlib, yəni Allah əvvəl Adəmi yaradıb, sonra onu cənnətdən götürüb vızıldadıb bu 

dünyaya, beləliklə, bəşəriyyətin yaradılışına start verilib. Və yenə də Allah adamı oduğumuzçün 

heç vaxt artıq suallar vermirik, soruşmuruq ki, əgər bütün bəşəriyyət bircə adamdan peyda 

olubsa bəs onda bu üç irq hardan peyda olub, yaxud, yekə-yekə okeanlarda itib-batmış  xırda 

adalara adamlar hardan gedib çıxıb, irqlər necə yaranıb və s və i. Bəli, soruşmuruq və soruşmaq 

da istəmirik. Sual vermək elə vələddüzna xislətdi ki, adamı bu dünyada türməyə, o biri dünyada 

da qır qazanına aparıb çıxarar. Beləliklə, biz Adəmdən  əmələ  gəlmişik, qərblilər demişkən, 

meymundan yox. 

Burda, bir məsələ  də meydana çıxır; hər bir tayfa özü öz əcdadını başqalarından yaxşı 

tanıyır və  əgər müasir qərblilər meymundan əmələ  gəldiklərində israrlıdırlarsa, deməli, onların 

sözündə az da olsa həqiqət zərrəsi mövcud olmamış deyil. Kim bilir, bəlkə elə doğrudan da 

meymundan  əmələ  gəliblər? Hər halda, son yüzillikdə    müasir  qərb sivilizasiyasını bütün 

dünyaya təlqin elədiyi «sürətli hərəkət», «sürətli inkişaf», «sürətli həyat tərzi»  bayaq dediklərimi 

dolayı yolla da olsa təsdiq edir. Məlum məsələdir ki, insanla müqayisədə meymun daha sürətli, 

daha cəld, bakılılar demişkən, daha becid məxluqdu və  qərblilər nəfəs dərmədən sürətlərini 

artılmaqla bəlkə  də, elə öz əcdadlarına çatmaq istəyirlər, yəni bizim şairlərin diliylə desək, 

«özlərinə qayıdırlar».  

Maraqlısı odur ki, son illərdə bizdə  də  qərb sivilizasiyasına inteqrasiya etmək, onun bir 

parçasına çevrilmək barədə qızğın mübahisələr, söhbətlər gedir, bu istiqamətdə çoxsaylı cəhdlər 

edilir. Biz də onlar kimi sürətlə inkişaf etmək, surətlə irəli getmək, bir sözlə, sürətlə yaşamaq və 

nəhayətdə, sürətlə ölməyə çalışırıq.  

Məncə, bu cəhdlərin hamısı əvvəlcədən uğursuzluğa məhkumdur.  Ona görə ki, nə qədər 

çalışsa da Adəm övladı meymun övladından surətli ola bilməz və biz özümüzü cırsaq da, 

teleekranlara çıxıb  meymun kimi ağız-burnumuzu əysək də, toylarda meymun kimi atılıb düşsək 

də, bütün həyatımızı meymun kimi yalnız nəfsimizin şəhvani istəklərini ödəməyə həsr etsək də 

xeyri olmayacaq, yəni heç vaxt əsl qərbli ola biləyəcəyik, çünki təkrar edirəm, meymundan əmələ 

gəlməmişik. 



  

 

42



İndi isə qayıdaq yazımızın əsas süjet xəttinə. Bəli, təkrar edirəm ki, bakılılar  meymundan 

əmələ gəlməyib. 

Yaxşı,  bəs onda hardan peyda olub bakılılar?  Göydənmi düşüblər? Yerdənmi bitiblər? 

Dənizdənim çıxıblar? Yox, dənizdən çıxmaq heç yerinə düşmür. Əgər belə olsaydı gərək bakılılar 

balığa oxşayardı, bu isə  həqiqətə  qətiyyən uyğun deyil. Bakılılar  balıq yeməyi çox sevsələr də, 

balığa bənzəməzlər, yəni sürüşkən olmazlar. 

Bakılılar Allahın yaratdığı adamdan əmələ  gəliblər, hərçənd ki, öz yaradılışlarına görə 

müəyyən mənada dənizə borcludurlar, konkret olaraq isə, Xəzər dənizinə. 

Bir çoxları belə hesab edir ki, Bakının  ən qədim adı Badi-kubə olub.   Savadlı adamlarsa 

bilir ki, «Badi-kubə» (küləklər şəhəri) termini bizim ərazidə  islam formalaşandan sonra yaranıb. 

Bəs  ərəblərdən qabaq buralarda məgər  şəhər-filan olmayıb? Olub, niyə olmayıb, qoz kimi 

şəhərimiz vardı islamdan qabaq. Elə qabığı da qoz kimi möhkəm olub – qala divarlarını deyirəm. 

Eh, o qədər padşahlar, sərkərdələr bu qozu sındırmaq istəyəndə dişlərindən məhrum olublar ki. 

Heç sayı-hesabı yoxdu. Axırda on səkkizinci  əsrdə rus imperatriçəsi Yekaterinanın göndərdiyi 

kəmilərin topları bu qozun qabığından bir az qopartsalar da, yenə tam sındıra bilmədilər.  Qozun 

içi kifləndi, çürüdü, dağıldı, amma qabığının böyük bir hissəsi bizim dövrümüzə  qədər gəlib 

çatdı. Buna da şükür. Heç olmasa indi bu qala divarlarına baxanda bakılılar qürur duyurlar, 

fikirləşirlər ki, nə  vaxtsa bizim də möhkəm qabıqlı qozumuz olub. Nə isə, söhbəti uzatmayım.  

Bakılıların mənşəyi barədə söhbət açmaq istəyəndə istər-istəməz adamın qarşısına belə bir 

maraqlı sual çıxır: birinci Bakı yaranıb, yoxsa bakılılar? Amma bu sual, «birinci toyuq yaranıb, 

yoxsa yumurta?» sualı kimi cavabsız göründüyünə görə onun üstündən tullanmalı olacağıq. Belə 

hesab edək ki, birinci bakılılar yaranıb və qeyd etdiyimiz kimi bu yaranışlarına görə müəyyən 

mənada dənizə borcludurlar. Dənizə və əlbəttə ki, nöyütə.  

Tfu, zəhrimar, bu zəhləmgetmiş nöyütün əlindən heç yaxa qaçırtmaq olmur. Bakı tarixinin 

hansı deşiyinə baş soxursansa burnuna nöyüt iyi gəlir, hansı otağına ayaq qoyursansa 

ayaqqabının altına nöyüt yapışır.  Əməlli-başlı  dəhşətdir, qap-qara, qır-saqqız kimi dəhşət. 

Cəhənnəm bundan yaxşıdır. Ümumiyyətlə, mən belə hesab edirəm ki, Bakı  ərazisi cəhənnəmin 

yer səthinə daha çox yaxın olduğu  yerdir.  

Hə, deməli, baklılar öz yaranışlarına görə  dənizə  və nöyütə borcludurlar. Necə?  İndi 

necəsini də danışaram. 

Bakının ərazisi nə əkin-tikin, nə də maldarlıq üçün yararlı olmadığından burda insanların 

məskunlaşması bir qədər gec başlayıb. Yəni, gəmiçilik və atəşpərəstlik yaranandan sonra. 

Ömründə heç olmasa bircə  dəfə  də olsa xəritəyə baxanlar bilir ki, Bakının yerləşdiyi 

Abşeron yarımadası Xəzər dənizinin, türkün məsəli, ortasındadı və İrandan Rusiyaya, Rusiyadan 

da  İrana üzən tacir gəmiləri yolun ortasında dincəlmək fikrinə düşəndə, yaxud tufan qopanda  

daldalanacaq bir liman yeri axtararkən, nəzərlərini bizim  buxta cəlb edib, bura yan alıblar, 

dincəliblər, istirahət ediblər, sonra da yollarını davam ediblər.  Bir müddət sonra isə, o vaxtlar da 

dünyada kifayət qədər olan işbaz adamlar fikirləşiblər ki, coğrafi cəhətdən çox uğurlu yerdə  

məskən salmış bu buxtadan yaxşı pul qazanmaq olar və beləliklə, buxtanın yerində liman peyda 

olmağa başlayıb. Ağıllı adamlar bu limanda tacir gəmilərini təmir etməkçün doklar, matrosların 

dincəlməyiyçün karvansaralar tikdirib, lap sonra isə ağıllarına gəlib ki, İrandan Rusiyaya və geri 

üzməyə heç lüzum yoxdur, uğurlu yerdə  məskən salmış bu limanı maldəyişmə  məntəqəsinə 

döndərsələr lap sərfəli olar.  



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə