Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü



Yüklə 360,15 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix06.02.2018
ölçüsü360,15 Kb.
#25983
1   ...   6   7   8   9   10   11   12   13   14

Azərbaycan MHŞT-də hesabat 

sisteminin ümumi xarakteristikası

Cədvəl 1


MhŞt hesabatının əhatə olunduğu dövr 

 

2003+

Hesabatlar tutuşdurulur 

Deloitte/Moore Stephens/ 

Mak Azerbaijan 

Ödənişə məsuldur

Dövlət/Şirkətlər

7

 



Şirkətlərin fərdi hesabatlılığı 

Yoxdur 


Ödənişlərin fərdiliyi 

Vardır 


Tam audit 

Yoxdur 


Göstəricilərin tutuşdurulması

Vardır


Hesabat verən şirkətlərin sayı 

31 


Bütün şirkətlər könüllü hesabat verirlərmi? 

Bəli 


  7. 2011-ci ildən başlayaraq açıqlanan hesabatların tutuşdurulmasına görə auditor xərcləri yalnız ARDNF tərəfindən  

həyata keçirilir.

Auditor şirkət adından hazırlanan Müstəqil Müha-

siblərin Rəyi (MMR) ÇQ yaranana qədər, yəni 2010-

cu ilədək Memorandum tərəflərinin ümumi yığınca-

ğında açıqlanırdı. Hazırda MMR ÇQ-nin İş planında 

nəzərdə tutulduğu dövrdə onun iclaslarında təqdim 

olunur. Rəy qəbul edildikdən sonra tərəflər bununla 

əlaqədar olaraq birgə press-reliz hazırlayaraq yayır. 

Hökumətin hesabatı və MMR ARDNF-nin və MHŞT-

nin İnternet səhifələrində yerləşdirilir. 

Bundan  sonra  MSŞA  Koalisiyasında  formalaş-

mış  Analitik  Qrup  tərəfindən  MMR  və  hesa-

batlar  təhlil  olunaraq  ona  ən  geci  1  ay  ərzində 

Koalisiyanın  Alternativ  Rəyi  hazırlanır.  Rəy 

ilk  növbədə  MSŞA  Koalisiyasının  Şura  iclasın-

da  müzakirə  edilib  qəbul  olunduqdan  sonra  

ÇQ-nin  iclasında  MSŞA  Koalisiyası  adından 

təqdim olunur. Bu təqdimatda əsas diqqət MSŞA 

Koalisiyasının rəyində əksini tapmış tövsiyələrə 

yetirilir  və  hər  bir  tövsiyə  üzrə  MHŞT  üzrə  Ko-

missiya  üzvlərinin  və  Şirkətlər  Qrupunun  təm-

silçilərinin  mövqeyi  səsləndirilir.  Rəydəki  irad 

və  təkliflərə  tərəflər  münasibət  bildirdikdən 

sonra onun əsasında növbəti hesabat dövrü üçün 

müəyyən təkliflər hazırlanır və yaxud da həmin 

təkliflərin  hazırlanması  və  müzakirəsi  üçün 

tərəflərin  təmsilçilərinin  iştirakı  ilə  İşçi  qrup 

formalaşdırılır.   

Azərbaycanda MHŞT-nin tətbiqi zamanı ödənişlər 

üzrə  açıqlamalar  fərdi  xarakter  daşıyır.  Belə  ki, 

mövcud  hesabatlar  bonus,  dividend,  mənfəət 

vergisi,  mədən  vergisi,  mənfəət  neftindən  və 

qazından  əldə  edilmiş  pay  barədə  məlumatları 

özündə  əks  etdirir.  Son  illər  ərzində  hesabatlar-

da  öz  əksini  tapan  ödənişlərin  daha  detallaşdı-

rılması  ilə  əlaqədar  olaraq  bir  sıra  dəyişikliklər 

baş  verib.  Belə  ki,  əvvəllər  bir  yerdə  olan  səmt 

qazının  təbii  qazdan  ayrılması,  digər  vergilərin 

tərkibinin açıqlanması, qızıl və gümüş hasilatında 

hökumətin payı və sair göstəricilər üzrə hesabat-

ların təkmilləşdirilməsi ilə bağlı işlər görülüb.

Beləliklə,  Azərbaycanda  hesabatların  təqdimatı 

sahəsində  mövcud  olan  vəziyyəti  xarakterizə 

edən aşağıdakı cədvəli təqdim edirik (Cədvəl 1).

49

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




Cədvəl məlumatlarından göründüyü kimi, Azərbaycanda MHŞT-yə neft-qaz, qızıl və gümüş sektorun-

da çalışan bütün şirkətlər qoşulub. Hazırda onların sayı 30-u keçib, halbuki, Azərbaycan bu Təşəbbüsə 

qoşulanda ilk dəfə olaraq MHŞT üzrə hesabatını açıqlayan şirkətlərin sayı 21 olub. MHŞT-yə qoşulan 

bütün şirkətlər könüllü olaraq hesabat verməkdə davam edirlər. Azərbaycan təcrübəsində hesabatların 

yoxlanılması beynəlxalq nüfuzlu auditor şirkətləri tərəfindən aparılsa da, MHŞT hesabatları yalnız tu-

tuşdurularaq yoxlanılır və lazım gəldikdə (kənarlaşmalar aşkar edildiyi halda) isə müvafiq təhqiqatlar 

aparılır. Bu, tam audit  (maliyyə, əməliyyat və s.) yoxlaması məqsədi daşımır.

Azərbaycanda MhŞT hesabatlarının 

göstəricilər sistemi, onun  keyfiyyət 

qiymətləndirilməsi və kəmiyyət təhlili 

Azərbaycanın  MHŞT  hesabatlarına  daxil  olan  gös-

təricilərini 3 qrupda təsnifatlaşdırmaq mümkündür:

 

— Azərbaycan  hökumətinin  neft-qaz  və  qızıl-



gümüş  hasilatında  olan  payını  ifadə  edən 

göstəricilər; 

 

— Azərbaycanın  mədən  sənayesində  yerli  və 



xarici  şirkətlər  tərəfindən  ödənilən  əsas 

növ  (mənfəət,  royalti,  torpaq  vergisi  və  s.) 

vergilər;

 

— Qeyri-vergi  ödənişləri  (bonuslar,  qiymət 



fərqindən daxilolmalar, dividendlər, lisenziya 

və konsessiya haqları və s.)

Bu  göstəricilər  üzrə  adətən  Azərbaycan  höku-

mətinin  hesabatında  (C  saylı  hesabat)  ona  çatan 

pay,  vergilər  qrupu  üzrə  mənfəət,  royalti  və  sair 

vergilər, qeyri-vergi ödənişləri bölməsində isə bo-

nuslar göstərilir. 

Azərbaycanın MHŞT hesabatlarında əks olunmuş 

göstəricilərini  ölçü  vahidlərinə  görə  2  qrupda 

təsnifatlaşdırmaq olar:

 

— natural  ifadəyə  malik  olan  neft,  qaz,  qızıl 



və  gümüş  hasilat  sənayesində  formalaş-

mış  məhsulda Azərbaycanın payı ilə əlaqəli 

göstəricilər;

 

— dəyər  ifadəsində  olan  vergi  və  qeyri-vergi 



ödənişləri ilə bağlı göstəricilər.

Azərbaycanın MHŞT hesabatlarının kəmiyyət təh-

lilindən  əvvəl  onun  göstəricilər  üzrə  keyfiyyət 

təhlili  ilə  tanış  olaq.  Bunun  üçün  MHŞT  hesa-

batlarının  qiymətləndirilməsinə  dair  indikatorlar 

əsasında aşağıdakı formada analitik cədvəl tərtib 

edək (Cədvəl 2):

50



Yüklə 360,15 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə