Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü



Yüklə 360,15 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix06.02.2018
ölçüsü360,15 Kb.
#25983
1   ...   6   7   8   9   10   11   12   13   14

39

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




Bakıda Norveç 

Krallığının vəliəhdi 

hokonun iştirakı ilə 

seminar keçirilib 

2011-ci il iyunun 7-də Bakı şəhərində ARDNF-nin 

və Norveç Krallığının Azərbaycandakı səfirliyinin 

təşkilatçılığı  ilə  “MHŞT:  neft  gəlirlərinin  idarə 

edilməsində  şəffaflıq,  hesabatlılıq  və  yaxşı 

idarəçilik”  mövzusunda  seminar  keçirilmişdir. 

40



NoRveÇ KRAllığıNıN vƏlİƏhdİ hoKoN: 

“azərbaycan və norveç mhŞT-ni həyata keçirib və hər iki ölkə onun qlobal 

norma kimi qəbul olunmasının tərəfdarıdır. mədən sənayesində şəffaflığın 

və məsuliyyətin təkmilləşdirilməsi gəlirlərin düzgün idarə edilməsinin təmin 

olunması üçün mühüm bir vasitədir. mhŞT hökumətlər, neft şirkətləri və 

vətəndaş cəmiyyəti arasında olan dialoq üçün platforma yaratmışdır. bir 

çox əlaqədar tərəflərdən ibarət olan struktur Təşəbbüsün müvəffəqiyyəti 

üçün fundamental əsaslardandır. vətəndaş cəmiyyəti də bu məsələlərdə 

bərabər rola malik olmalıdır.

hər iki ölkə qaz və neft gəlirlərinin idarə olunmasında aparıcı rol oynayan 

milli neft fondlarını təsis etmişdir. bu səbəbdən təcrübənin paylaşması 

üçün mükəmməl özülümüz və toplanmış təcrübəmiz var. biz bu sahədə 

əməkdaşlığımızın genişlənməsini müzakirə edə bilərik.

...dövlət neft fondunun yaradılması təqdirəlayiq haldır. norveç 

ölkələrimizin qarşılıqlı faydası naminə regional təhlükəsizlik və sabitlik, in-

san hüquqları, demokratiya kimi müxtəlif məsələlərlə bağlı azərbaycanla 

davamlı dialoqu səmimiyyətlə arzulayır. hasilat sənayesində Şəffaflıq 

Təşəbbüsü çərçivəsində norveçlə azərbaycan arasında əməkdaşlıq məndə 

məmnunluq doğurur. ölkələrimiz şəffaflığın və yaxşı idarəçiliyin təmin 

edilməsi sahəsində birgə çalışırlar. ən ilkin mərhələdə azərbaycanın bu 

Təşəbbüsə qoşulmasını və bu sahədə mühüm nümunə olmasını alqışlayırıq”. 

41

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




Seminarda Norveç Krallığının vəliəhdi Hokonun başçılıq etdiyi nümayəndə heyəti, ARDNF-nin icraçı 

direktoru Şahmar Mövsümov, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri, Azərbaycan Respub-

likasının hökumət nümayəndələri, ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin 

və  qeyri-hökumət  təşkilatlarının  nümayəndələri  iştirak  etmişdir.  Seminarda  MHŞT-nin  əhəmiyyəti,  

Azərbaycan və Norveçdə bu sahədə təcrübələr və əldə edilən nailiyyətlər barədə çıxışlar dinlənilmişdir.

42



Müstəqilliyin 20-ci  ildönümünə həsr edilmiş 

neft konfransı təşkil olunub 

2  noyabr  2011-ci  il  tarixində  ARDNF  tərəfindən  Azərbaycan  Respublikasının  müstəqilliyinin  20-ci 

ildönümünə  həsr  edilmiş “Milli  neft  strategiyasında  Dövlət  Neft  Fondunun  yeri  və  rolu”  mövzusun-

da  konfrans  keçirilmişdir.  Konfransda “Dövlət  Neft  Fondu  milli  neft  strategiyasının  ayrılmaz  hissəsi 

kimi”, “Neft Fondunun investisiya siyasəti: əsas prinsiplər, mövcud istiqamətlər və gələcək prioritetlər”, 

“Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr: məqsəd və nəticələr”, “Mineral Ehtiyatların Hasilatı 

ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi: nailiyyətlər və gələcəyə 

baxış” kimi mövzular müzakirə olunmuşdur. 

43

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




Konfransda  Azərbaycan  hökumətinin  nümayəndələri,  Azərbaycanda  fəaliyyət  göstərən  xarici  ölkə 

səfirləri,  beynəlxalq  təşkilatların,  neft-qaz  hasilatı  sənayesində  fəaliyyət  göstərən  xarici  və  yerli 

şirkətlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil xarici ekspertlər iştirak etmişdir.

təcrübə mübadiləsi

Qana nümayəndə heyətinin  

Azərbaycana səfəri

MHŞT-ni qeyri-neft mədən sənayesi sahəsində (qı-

zıl, almaz və s.) tətbiq edən Qana son illər ərazisində 

neft yataqlarının kəşfi ilə əlaqədar bu Təşəbbüsə 

neft sektorunu daxil etmək qərarına gəlib. Bunun-

la əlaqədar olaraq, MHŞT-ni uğurla həyata keçirən 

və Təşəbbüsün tamhüquqlu üzvü olan ölkələrdən 

birinin  təcrübəsini  öyrənmək  ehtiyacı  yaranıb. 

Azərbaycanın  Şəffaflıq  Təşəbbüsü  istiqamətində 

əldə  etdiyi  uğurlar  Qananın  Çoxtərəfli  Qrupunu 

2011-ci il noyabrın 19-27 tarixlərində beynəlxalq 

GIZ  təşkilatının  nümayəndəsi  ilə  birgə  ölkəmizə 

gətirib. Səfər zamanı nümayəndə heyətinin üzvləri 

Azərbaycanda mədən hasilatı sahəsində fəaliyyət 

göstərən şirkətlərin, MSŞA Koalisiyasının üzvləri, 

ARDNF  rəhbərliyi, Azərbaycanda  MHŞT  hesabat-

larını  tutuşdurub  təhlilini  həyata  keçirmiş  audit 

şirkətlərindən  biri  olan  “Moore  Stephens”in  və 

MHŞT üzrə Katibliyin nümayəndələri ilə çoxsaylı 

görüşlər keçirmişlər. Bu görüşlərdə Azərbaycanda 

neft  və  qaz  sektoru  sahəsində  mövcud  situasiya, 

milli  strategiya,  neft  gəlirlərinin  idarə  edilməsi, 

MHŞT-nin Azərbaycanda tətbiq mexanizmi və ko-

ordinasiya strukturu, bu sahədə mövcud çətinliklər 

və perspektivlər, MHŞT-nin ölkə üçün əhəmiyyəti 

və  s.  aspektlər  barədə  ətraflı  müzakirələr  aparıl-

mışdır. 

44



2011-ci il 5 noyabr tarixində “iqtisadi forum” televiziya verili-

şində (ans televiziyası) mhŞT üzrə beynəlxalq katibliyin başçısı 

J.moberq, azərbaycanın mhŞT üzrə katibliyinin nümayəndəsi 

f.fərzəliyev və msŞa koalisiyasının nümayəndələri s.bağırov və 

ə.nuriyevin iştirakı ilə mhŞT ilə bağlı müzakirə aparılmışdır.

Səfərin  yekununda  nümayəndə  heyəti  dünya-

nın  ən  böyük  inteqrasiya  edilmiş  neft  və  qaz 

emalı  terminallarından  biri  olan  Səngəçal  ter-

minalında  olmuşdur.  Bakıdan  55  km  cənubda 

yerləşən  Səngəçal  terminalı  Azərbaycanın  neft 

və  qaz  sənayesində  həyati  əhəmiyyətə  ma-

lik  obyektlərdən  biridir.  Səngəçal  terminalı 

Azərbaycanın  Xəzər  dənizindəki  yataqlarından 

hasil olunan xam nefti və qazı qəbul edir, texnolo-

ji emaldan keçirir, saxlayır və ixrac edir.

45

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




Yüklə 360,15 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə