Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü



Yüklə 360,15 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix06.02.2018
ölçüsü360,15 Kb.
#25983
1   2   3   4   5   6   7   8   9   ...   14
    Bu səhifədəki naviqasiya:
  • Ərazi

Şəffaflıq bizim uğurumuzun əsas səbəblərindən 

biri olacaqdır. bilirsiniz ki, azərbaycan beynəlxalq 

Şəffaflıq TəŞəbbüsünə qoŞulmuŞdur. bu bizə imkan 

verəcək ki, gələcəkdə nefTdən əldə olunan gəlirlər 

səmərəli idarə olunsun və hər bir azərbaycan 

vəTəndaŞı bunu öz gündəlik həyaTında hiss eTsin.

İlhAM Əlİyev

Azərbaycan Respublikasının Prezidenti

6



Ön söz

Azərbaycanın  tarixi  qədim  vaxtlardan  neft  və 

qazla  bağlı  olaraq,  ona  “Odlar  Yurdu”  adını  qa-

zandırıb.  Müxtəlif  dövrlərdə  bu  misilsiz  sərvət 

ölkənin  inkişafında  əvəzolunmaz  rol  oynayıb. 

Lakin  XX  əsrin  sonlarında  müstəqilliyini  bərpa 

etdikdən  sonra  maliyyə  və  texniki  imkanların 

zəif  olması  Azərbaycanın  neft  və  qaz  ehtiyatla-

rının  genişmiqyaslı  istismarına  imkan  vermirdi.

Bu  şəraitdə  ölkəyə  xarici  investisiyaların  cəlb 

edilməsi  Azərbaycan  dövləti  qarşısında  du-

ran  ən  önəmli  vəzifələrdən  biri  idi.  1993-cü  ildə 

hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər 

Əliyevin  peşəkar  fəaliyyəti  sayəsində  ictimai- 

siyasi sabitlik təmin edildi. Bundan sonra ölkənin 

daxili imkanları səfərbər olundu, zəngin neft eh-

tiyatlarının  Azərbaycan  xalqının  rifahı  naminə 

səmərəli istifadəsini təmin etmək məqsədilə Milli 

Neft  Strategiyası  məharətlə  həyata  keçirilməyə 

başlandı. 

Milli Neft Strategiyasının ilkin addımı olaraq iri xa-

rici neft şirkətləri Azərbaycana dəvət edildi. 1994-

cü  il  sentyabrın  20-də  Xəzər  dənizində  yerləşən 

“Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə 

dünyanın  7  ölkəsinin  11  məşhur  neft  şirkəti  ilə 

Hasilatın Pay Bölgüsü Sazişi — “Əsrin müqaviləsi” 

imzalandı.  Məhz  bu  müqavilədən  sonra  inki-

şaf  etmiş  dünya  dövlətlərinin  Azərbaycana, 

Azərbaycanda  cərəyan  edən  proseslərə  marağı 

artdı, ölkədə uğurlu islahatların bünövrəsi qoyul-

du. 

Milli  Neft  Strategiyasının  növbəti  mərhələsində 



ölkənin  neft  yataqlarının  xarici  şirkətlərlə  birgə 

işlənməsindən əldə edilən neft gəlirlərinin topla-

naraq  səmərəli  idarə  edilməsi,  həmin  vəsaitlərin 

öncül  sahələrin  inkişafına  və  sosial-iqtisadi  ba-

xımdan mühüm əhəmiyyət kəsb edən layihələrin 

həyata  keçirilməsinə  yönəldilməsi  nəzərdə  tutu-

lurdu. Bu məqsədlə 1999-cu ildə Heydər Əliyevin 

qərarı ilə Dövlət Neft Fondu yaradıldı. 

“Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, 

özü  də  təkcə  indiki  nəslə  deyil,  həm  də  gələcək 

nəsillərə  mənsubdur”  deyən  ulu  öndər  Heydər 

Əliyevin  iqtisadi  və  sosial  inkişaf  strategiyası  bu 

gün  prezident  İlham  Əliyev  tərəfindən  uğurla 

davam  etdirilir.  Məhz  cənab  prezident  2003-cü 

ildə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan 

Sənaye  Sahələrində  Şəffaflıq  Təşəbbüsü  (MHŞT) 

üzrə  Londonda  keçirilmiş  I  beynəlxalq  kon-

fransda  Azərbaycan  hökumətinin  MHŞT-yə  qo-

şulma qərarını və hasilat sənayesində şəffaflığın 

təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri 

dəstəklədiyini  açıqlamışdı.  Bu  Təşəbbüsə  qoşul-

muş  Azərbaycanda  MHŞT-nin  tətbiqi  üzrə  qısa 

zamanda  həyata  keçirilən  tədbirlərə  beynəlxalq 

miqyasda  yüksək  qiymət  verilmiş  və Azərbaycan 

bu  sahədə  nümunəvi  ölkələrdən  biri  olmuşdur. 

Belə  ki,  MHŞT-nin  tətbiqi  prosesinin  aparıcısı 

olan  Azərbaycan  Dövlət  Neft  Fondu  2007-ci  ilin 

iyunun da  MHŞT-nin  tətbiqinə  görə  “BMT-nin 

Dövlət  Qulluğu  Mükafatı”na  layiq  görülmüşdür. 

2009-cu  ildə  MHŞT  üzrə  Qiymətləndirmədən 

uğurla  keçmiş  Azərbaycan  Şəffaflıq  Təşəbbüsü 

üzrə  ilk  Tamhüquqlu  üzv  olmuş  və  “2009-cu  il 

MHŞT mükafatı” ilə təltif edilmişdir. 

2011-ci ildə Parisdə MHŞT üzrə keçirilmiş V Qlo-

bal  Konfransda  MHŞT  üzrə  yeni  qaydalar  qəbul 

olunmuşdur. Həmin qaydalara əsasən, Təşəbbüsü 

tətbiq edən ölkələr MHŞT-nin tətbiqi barədə illik 

hesabat  dərc  etməlidirlər. Azərbaycanda  belə  bir 

sənədin  ilk  dəfə  tərtib  edildiyi  nəzərə  alınaraq, 

2011-ci  ildə  görülmüş  işlərlə  yanaşı  hesabatda 

MHŞT-nin  fəlsəfəsi,  Azərbaycanda  tətbiqi  tarixi, 

Çoxtərəfli Qrupun fəaliyyəti, açıqlanmış 15 MHŞT 

hesabatının  təhlili  və  əldə  edilmiş  na iliyyətlər 

barədə  məlumatlar  əks  olunmuşdur.  Hesabatda 

MHŞT  iştirakçılarının  —  Hökumət  Komissiyası, 

Mədən Sənayesində Şəffaflığın Artırılması Koali-

siyası  və  Şirkətlər  Qrupunun  nümayəndələrinin 

rəyləri  də  verilmişdir.  Əminik  ki,  hər  il  dərc 

ediləcək  bu  tip  hesabatlar  MHŞT  sahəsində  top-

lanmış  təcrübənin  daha  da  təkmilləşdirilməsi 

üçün  lazım  olan  faydalı  məlumat  mənbələrinin 

tərkib hissəsinə çevriləcəkdir. 



Ş. Mövsümov 

ARDNF-nin icraçı direktoru

MHŞT üzrə Komissiyanın sədri

7

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




Azərbaycan Respublikası

Ərazi:   

86,6 min kv.km 



Əhalinin sayı:  9235,1 min nəfər 

Paytaxt:  

Bakı  


Dövlət dili: 

Azərbaycan  



Pul vahidi: Manat 

 

Azərbaycan Respublikasının Dövlət bayrağı



Azərbaycan 

Respublikasının  

Dövlət  

gerbi


8


Yüklə 360,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə