Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü



Yüklə 360,15 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix06.02.2018
ölçüsü360,15 Kb.
#25983
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Şahdəniz-I üzrə qiymət fərqindən daxilolmalar

128,1 (0.7%)

BTC layihəsi üzrə dividendlər

84,5 (0.4%)

Bonus ödənişləri

20,0 (0.1%)

Tranzit gəlirlər

9,5 (0.1%)

Digər gəlirlər və daxilolmalar

1,8 (0.009%)

Akrhesabı ödənişlər

1,7 (0.008%) 

Vəsaitlərin idarə edilməsindən gələn gəlirlər

  

224,8 (1.1%)



29

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




ÇoXtƏrƏflİ 

qruP


tarix. Azərbaycan MHŞT-yə qoşulan ölkələr sıra-

sında təşəbbüs, prinsip və meyarların tam tətbiq 

etdiyini təsdiqləyən Qiymətləndirmə prosesindən 

keçən  ilk  ölkə  olmuş,  Qiymətləndirmənin  nəti-

cələrinə əsaslanaraq MHŞT üzrə Beynəlxalq İdarə 

Heyəti  Azərbaycanın  “MHŞT-nin  Tamhüquqlu 

üzvü”  statusunu  təsdiq  etmişdir.  Bundan  sonra 

qiymətləndirici  Azərbaycanda  MHŞT  prosesini 

daha da gücləndirilməsinə dair tövsiyələr vermiş-

dir. Bunu nəzərə alaraq, Azərbaycanda Memoran-

dum  çərçivəsində  daimi  formada  tətbiq  olunan 

MHŞT prosesini daha da təkmilləşdirmək, prosesin 

inkişafı  üzərində  daha  güclü,  səmərəli  çoxtərəfli 

nəzarəti  və  idarəetməni  təmin  etmək  niyyəti 

ilə  2010-cu  ildə  Memorandumun  tərəflərindən 

(Şirkətlər Qrupu, MSŞA Koalisiyası və MHŞT üzrə 

Komissiya) ibarət olan Çoxtərəfli Qrup (ÇQ) yara-

dılmışdır. MHŞT-nin Azərbaycanda tətbiqinə dair 

ÇQ-nin  təşkili  və  fəaliyyəti  haqqında  Razılaşma 

imzalanmışdır.



strukturu.  Tərəflərin hər biri ÇQ-yə eyni hüqu-

qa malik olan 3 əsas və 1 əvəzedici üzv təyin edir 

(ümumilikdə 9 əsas üzv + 3 əvəzedici üzv). Komis-

siyanın sədri Azərbaycan hökuməti tərəfindən ÇQ-

yə üzv olur və onun iclaslarına sədrlik edir. MHŞT 

üzrə hesabatların açıqlanması ÇQ-nin iclaslarında 

həyata keçirilir. Şirkətlər Qrupu tərəfindən ÇQ-yə 

Şirkətlər Qrupunun koordinatoru kimi BP şirkəti 

seçilmişdir. ÇQ-nin iclasları ildə ən az dörd dəfə 

keçirilir. Qrupun 5-i 2011-ci ildə olmaqla 11 iclası 

keçirilmişdir. 

31

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




çoxTərəfli qruPun funksiyaları:

•  mhŞT üzrə iş planını hazırlayır və təsdiqləyir;

•  mhŞT üzrə hesabat formalarını təkmilləşdirir və təsdiqləyir;

•  qarşılıqlı anlaşma memorandumuna dəyişikliklər və əlavələr üzrə 

təkliflər hazırlayır;

•  mhŞT üzrə hesabatları tutuşduran (və ya yoxlayan) audit şirkətini 

və ölkədə mhŞT-nin vəziyyətini qiymətləndirən şirkəti (validatoru) 

seçir və təsdiq edir; 

•  Təşəbbüsün inkişafı və təkmilləşdirilməsi barədə təkliflərlə çıxış 

edir, mhŞT iştirakçılarına, beynəlxalq təsisatlara müraciətlər edir 

və tövsiyələr hazırlayır.

Çoxtərəfli qrupun fəaliyyəti 

 

— 2010-cu  il  fevralın  4-də  ÇQ-nin  ilk  iclası 



keçirilmişdir.  İclasda  qrup  üzvləri  ÇQ-nin 

2010-cu  il  üçün  İş  planını  təsdiq  etmişlər. 

MSŞA  Koalisiyası  hökumətin  MHŞT  üzrə 

2009-cu ilin ilk 6 ayını əhatə edən hesabatı 

və  Müstəqil  Mühasiblərin  Rəyi  ilə  bağlı  öz 

rəyini açıqlamışdır. 

 

— 2010-cu  il  mayın  14-də  baş  tutmuş  ic-



lasda  MHŞT  üzrə  Komissiya  “Moore  

Stephens”  audit  şirkəti  tərəfindən  yoxlanıl-

mış Azərbaycan hökumətinin mədən hasilatı 

sənayesində  əldə  etdiyi  məcmu  daxilolma-

ları barədə 2009-cu il üzrə hesabatını açıq-

lamışdır.  Hesabata,  eyni  zamanda,  hasilat 

sənayesində  fəaliyyət  göstərən  şirkətlərin 

təqdim  etdikləri  fərdi  hesabatların  təhlili 

əsasında  audit  şirkətinin  verdiyi  rəy  də  da-

xildir.


32


2009-cu ili əhatə edən hesabatda ilk dəfə olaraq azərbaycanda neft-

qaz hasilatı ilə məşğul olan şirkətlərin məlumatlarından əlavə qızıl və 

gümüş hasilatı sahəsində fəaliyyət göstərən şirkətin də məlumatları 

öz əksini tapmışdır.

hesabatda əvvəlkilərdən fərqli olaraq səmt və təbii qaz ayrılıqda, 

eləcə də, vergilər müxtəlif növlər üzrə təqdim edilmişdir. bu da hesa-

batın təqdim etdiyi məlumat bazasının genişlənməsinə səbəb olmuş-

dur. 


iŞçi qruP 

2004-cü ildə mhŞT tərəfləri arasında qarşılıqlı anlaşma memorandu-

mu (5 əlavəsi daxil olmaqla) imzalanmışdır. həmin dövrdən etibarən, 

azərbaycanda mhŞT-nin tətbiqi sahəsində təkmilləşmələr və dəyi-

şikliklər baş vermişdir. hesabatlılıq sistemində dəyişikliklər olmuş

mhŞT üzrə hesabatlarda açıqlanan məlumatların təsnifatı yüksəlmiş, 

Təşəbbüsə qoşulan şirkətlərin sayı artmış, o cümlədən, qiymətli me-

tal hasil edən şirkət Təşəbbüsə daxil olmuş (indi hesabatlarda digər 

məlumatlarla yanaşı qızıl və gümüş üzrə məlumatlar da açıqlanır), il-

lik iş planları tərtib edilmiş və onların tətbiqinə başlanılmış, həmçinin, 

çq yaradılmışdır. mhŞT-nin azərbaycanda tətbiqini tənzimləyən 

əsas sənəd olan memorandumda bütün dəyişikliklər əks olunmadığı 

üçün onun yeni redaksiyada hazırlanmasına ehtiyac yaranmışdır və 

bu məqsədlə çq üzvlərindən ibarət (msŞa koalisiyasından 2 nəfər, 

Şirkətlər qrupundan 2 nəfər, mhŞT üzrə komissiyadan 1 nəfər) işçi 

qrup yaradılmışdır. mhŞT üzrə katiblik işçi qrupun fəaliyyətini ko-

ordinasiya edir. işçi qrupun 2011-ci il ərzində çoxsaylı görüşləri keçi-

rilmişdir. mütəmadi aparılan müzakirələr nəticəsində yeni memoran-

dumun ilk layihə versiyası hazırlanmışdır. bu istiqamətdə işlər davam 

etdirilir.   

33

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




Yüklə 360,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə