Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü



Yüklə 360,15 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix06.02.2018
ölçüsü360,15 Kb.
#25983
1   2   3   4   5   6   7   8   9   ...   14

Azərbaycan Respublikasının xəritəsi

9

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




azƏrbaycan 

vƏ Mİneral 

ehtİyatların 

hasİlatı 

İlƏ MƏŞğul 

olan sƏnaye 

sahƏlƏrİnDƏ 

ŞƏffaflıq 

tƏŞƏbbüsü  


MhŞT-nin yaranması və prinsipləri 

mhŞT 2002-ci ilin sentyabrında yohannesburqda dayanıqlı inkişaf 

üzrə dünya sammitində bəyan edilmişdir. 2003-cü il iyunun 17-də 

londonda, lankaster hauzda keçirilmiş mhŞT üzrə ı beynəlxalq 

konfransda mhŞT-nin prinsiplər toplusu qəbul edilmişdir. bu 12 prinsip 

iki əsas şərt üzərində müəyyənləşdirilmişdir:

1.  “ödədiyini dərc etdir” — hasilat sənayesində fəaliyyət göstərən 

xarici və yerli şirkətlər üçün.

2.   “aldığını dərc etdir” — hasilat sənayesi ilə məşğul olan ölkələrin 

hökumətləri üçün.

bu prinsiplər ölkənin təbii sərvətlərindən onun bütün vətəndaşlarının 

faydalanmalı olduğunu əks etdirir.

11

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




Azərbaycan və MhŞT

2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT 

üzrə  I  beynəlxalq  konfransda  Azərbaycan  Res-

publikasının  Prezidenti  İlham  Əliyev  Azərbaycan 

hökumətinin  MHŞT-yə  qoşulması  qərarını  və  ha-

silat  sənayesində  şəffaflığın  təmin  olunmasına 

yönəldilmiş  beynəlxalq  səyləri  dəstəklədiyini  bəyan 

etmişdir. Azərbaycan MHŞT-nin tətbiqində pilot ölkə 

olmağı könüllü olaraq öz üzərinə götürmüşdür.

Konfransda aşağıdakı üç hesabat forması qəbul edil-

mişdir:

1.  Hasilat  sənayesində  fəaliyyət  göstərən  xari-



ci  və  yerli  şirkətlərdən  hökumətin  əldə  etdiyi 

ödənişlərlə bağlı hesabat;

2.  Hasilat sənayesi ilə məşğul olan xarici şirkətlərin 

fəaliyyət göstərdiyi ölkədə hökumətə ödənişləri 

ilə bağlı hesabat; 

3 .  Hasilat sənayesi ilə məşğul olan yerli şirkətlərin öz 

ölkəsinin hökumətinə ödənişləri ilə bağlı hesabat. 

MHŞT üzrə Lankaster Hauz Konfransında Azərbaycan 

hökumətinin  MHŞT-yə  qoşulması  qərarı,  hasilat 

sənayesində  şəffaflığın  təmin  olunmasına  yönəl-

dilmiş beynəlxalq səyləri dəstəkləməsi və pilot ölkə 

olması  bəyan  edildikdən  sonra  prezident  İlham 

Əliyev  konfransda  qəbul  edilən  öhdəliklərin  həyata 

keçirilməsi üçün MHŞT üzrə idarələrarası komissiya 

yaradılması haqqında göstəriş vermişdir. Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü 

il tarixli 224 nömrəli sərəncamı ilə MHŞT üzrə Komis-

siya yaradılmışdır.

Komissiyaya dövlət orqanlarının, dövlət şirkətlərinin 

və dövlət mülkiyyətində olan digər qurumların əldə 

etdikləri gəlirlər (xarici və yerli şirkətlərin ödənişləri 

12



hesabına  əldə  olunan  gəlirlər  daxil  olmaqla) 

barədə məlumatların toplanması və hökumət  he-

sabatının tərtib edilməsi həvalə olunub.

Komissiyaya ARDNF-nin icraçı direktoru sədrlik 

edir. Bundan əlavə, icraçı direktor Neft Fondunda 

yerləşən  Azərbaycanın  MHŞT  üzrə  Katibliyinin 

işinə nəzarət edir. Katiblik Azərbaycanda MHŞT-

nin  gündəlik  fəaliyyətinə  cavabdehdir.  MHŞT 

üzrə  Katiblik  MHŞT-nin  Azərbaycanda  tətbiqi 

məqsədilə ölkənin mədən sənayesində fəaliyyət 

göstərən  xarici  və  yerli  şirkətlərlə,  hökumət 

təşkilatları, eləcə də, qeyri-hökumət təşkilatları 

ilə  sıx  əlaqələr  qurub  və  yaxından  əməkdaşlıq 

edir.


qarşılıqlı anlaşma 

Memorandumu

Azərbaycan  Respublikasında  MHŞT-nin  tətbi-

qi  məqsədilə  2004-cü  il  noyabrın  24-də  əhə-

miyyətli addım atılmışdır. MHŞT üzrə Komissiya, 

yerli və xarici hasilat şirkətləri və qeyri-hökumət 

təşkilatlarının  MSŞA  Koalisiyası  arasında  MHŞT-

nin  Azərbaycanda  tətbiqi  mexanizminin  həyata 

keçirilməsinə  dair  Qarşılıqlı  Anlaşma  Memoran-

dumu (QAM) imzalanmışdır. Bu, dünyada ilk belə 

sənəddir.  Bu  gün  MSŞA  Koalisiyasının  160-dan 

artıq üzvü MHŞT-nin tətbiqi prosesinin iştirakçı-

sıdır.


MhŞt üzrə hesabatlar 

mütəmadi açıqlanır

2005-ci  il  martın  15-də  MHŞT  üzrə  Komissi-

ya  müstəqil  auditor  olan  “Deloitte  and  Touche” 

şirkətinin  yoxladığı  ilk  hökumət  hesabatlarını 

açıqladı.  Bu  sənəd  dünyada  nəşr  olunan  bu  tipli 

ilk hesabatdır.

Azərbaycanda MHŞT-nin tətbiqi dayanıqlı proses-

dir.  Azərbaycan  hökuməti  tərəfindən  müntəzəm 

olaraq  şirkətlərin  hökumətə  ödədiyi  neft,  qaz 

və mədən hasilatı üzrə bütün ödənişlər və eləcə 

də,  hökumətin  neft,  qaz  və  mədən  hasilatı  ilə 

məşğul olan şirkətlərdən əldə etdiyi gəlirlər geniş 

ictimaiyyət üçün açıq, ətraflı və aydın şəkildə dərc 

edilir.  Ödənişlərin  və  gəlirlərin  tutuşdurulması 

beynəlxalq audit standartlarını tətbiq etməklə nü-

fuzlu, müstəqil beynəlxalq audit şirkəti tərəfindən 

həyata  keçirilir  və  tutuşdurmanın  nəticəsi  (hər 

hansı  bir  fərq  аşkаr  еdilsə,  o  da  dахil  оlmаqlа) 

barədə auditor rəyi açıqlanır. 

Qeyd  edək  ki,  hasilat  sənayesində  fəaliyyət 

göstərən  bütün  şirkətlər,  o  cümlədən,  dövlət 

müəssisələri  MHŞT-nin  tətbiqi  prosesinə  cəlb 

2004-cü ildə qarŞılıq-

lı anlaŞma memoran-

dumunun imzalanması 

vəTəndaŞ cəmiyyəTi, 

hökuməT və özəl sekTor 

arasında konsTrukTiv 

üçTərəfli dialoqun qu-

rulmasının Təsdiqi idi. 

PrakTiki olaraq, bu üç 

Tərəfi orTaq məxrəcə 

gəTirmək adəTən çəTin, 

bəzi hallarda isə həTTa 

mümkünsüz olsa da, 

Şəffaflıq TəŞəbbüsü he-

sabına onları bir masa 

arxasına ToPlayaraq 

müsbəT və əhəmiyyəT 

kəsb edən nəTicələr 

əldə edə bilmiŞik. mən 

deyərdim ki, bu dialoq 

digər sahələr üçün də 

yaxŞı Təcrübə mənbəyidir.

ŞAhMAR MÖvsüMov 

MhŞT üzrə ÇQ-nin sədri

13

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




Yüklə 360,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə