Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü



Yüklə 360,15 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix06.02.2018
ölçüsü360,15 Kb.
#25983
1   2   3   4   5   6   7   8   9   ...   14

olunublar.  Hökumət  MHŞT-nin  tətbiqi  prо-

sеs inin  işlənib  hаzırlаnmаsı,  mоnitоrinqi  və 

qiymətləndirilməsində vətəndаş cəmiyyətinin də 

fəаl iştirakını təmin etmişdir. 



MhŞt-nin hesabatlılıq 

mexanizmi 

MHŞT  üzrə  hesabatları  tutuşdurmaq  üçün 

QAM-in  hər  üç  tərəfinin  təmsilçilərindən  ibarət 

olan  Çoxtərəfli  Qrup  (ÇQ)  tərəfindən  nüfuzlu 

beynəlxalq audit şirkəti seçilir. Hesabatlar ildə iki 

dəfə açıqlanırdı: illik və yarımillik. 2011-ci ildən 

etibarən, hesabatlar illik əsasda açıqlanır. Hər he-

sabat dövrü üçün yeni audit şirkəti seçilir. Auditor 

hökumətin  və  şirkətlərin  təqdim  etdiyi  hesabat-

lardakı rəqəmləri tutuşdurur və öz rəyini verir. 



azərbaycan və MhŞt-nin  

idarə edilməsi 

Azərbaycan  yüksək  səviyyəli  müxtəlif  sammit 

və  konfranslarda  iştirak  etməklə,  habelə,  təbii 

sərvətlərlə  zəngin  olan  digər  ölkələrlə  təcrübə 

mübadiləsi yolu ilə dünya üzrə MHŞT prosesinin 

idarə edilməsində fəal iştirak edir. 

2005-ci ilin martında Londonda keçirilmiş MHŞT 

üzrə II beynəlxalq konfransda MHŞT-nin gələcəyi 

ilə  bağlı  təkliflərin  müəyyənləşdirilməsi  və 

14



təkmilləşdirilməsi  üçün  MHŞT  üzrə  Beynəlxalq 

Katibliyin  işinə  bələdçilik  edilməsi  məqsədilə 

MHŞT  üzrə  Beynəlxalq  Məsləhətçi  Qrup  (BMQ) 

yaradılmışdır. Bu sahədə ilk olması və MHŞT-nin 

tətbiqində mühüm təcrübə qazanması nəzərə alı-

naraq,  Azərbaycanın  təmsil  edilməsi  məqsədilə 

ARDNF-nin  icraçı  direktoru,  Azərbaycan  MHŞT 

üzrə Komissiyanın sədri BMQ-nin üzvü seçilmiş-

dir.

2006-cı  ilin  oktyabrında  Osloda  keçirilmiş 



MHŞT  üzrə  III  beynəlxalq  konfransda  MHŞT-nin 

beynəlxalq səviyyədə idarə etmək və MHŞT prin-

sip  və  meyarlarının  gələcəkdə  tətbiqinə  nəzarət 

etmək  məqsədilə  MHŞT  üzrə  Beynəlxalq  İdarə 

Heyəti  yaradılmışdır.  Azərbaycanın  MHŞT-nin 

tətbiqi sahəsində nümayiş etdirdiyi liderlik nəzərə 

alınaraq, konfransda Azərbaycan yekdilliklə İdarə 

Heyətinə üzv seçilmişdir. 

Azərbaycanın  iki  ildən  bir  seçilən  MHŞT  üzrə 

Beynəlxalq İdarə Heyətinin üzvləri sırasına daxil 

edilməsi  ölkənin  MHŞT-nin  tətbiqində  aparıcı 

rolunu  sübut  edir.  ARDNF-nin  icraçı  direktoru, 

MHŞT  üzrə  Komissiyanın  sədri  İdarə  Heyətində 

Azərbaycan hökumətini təmsil edir.

MHŞT  prosesinə  güclü  təkan  vermək  və 

beynəlxalq  səviyyədə  təşəbbüsü  dəstəkləmək 

üçün Azərbaycan hökuməti MHŞT-ni dəstəkləyən 

qətnaməni  Birləşmiş  Millətlər  Təşkilatının 

Baş  Assambleyasında  (BMT  BA)  irəli  sürmüş 

və  bu  qətnamə  2008-ci  il  sentyabrın  11-də 

yekdilliklə qəbul edilmişdir. Şəffaflığı dəstəkləyən 

qətnamənin  BMT  BA-da  irəli  sürülməsinə  əsas 

səbəb  Azərbaycanın  şəffaflığın  davamlı  inkişa-

fında  əhəmiyyətli  rol  oynamasına  böyük  inamı 

və  MHŞT  bəyan  edildikdən  bəri  ölkənin  həmin 

təşəbbüsdə fəal iştirakı olmuşdur.

2009-cu ilin fevralında qətərin 

paytaxtı doha şəhərində mhŞT 

üzrə ıv beynəlxalq konfransda 

azərbaycanda mədən hasila-

tı ilə məşğul olan şirkətlərin 

hökumətə ödənişləri və 

hökumətin şirkətlərdən daxi-

lolmaları barədə məlumatların 

müntəzəm olaraq ictimaiyyətə 

açıqlandığı və dərc edildiyi

azərbaycanın mhŞT-yə qoşu-

lan ölkələr tərəfindən mhŞT 

prinsip və meyarlarının tam 

tətbiq edildiyini təsdiqləyən 

qiymətləndirmə prosesindən 

keçən ilk ölkə olduğu nəzərə 

alınaraq və qiymətləndiricinin 

azərbaycanda mhŞT prose-

sinin qiymətləndirilməsinə 

dair hesabatına əsaslanaraq, 

mhŞT üzrə beynəlxalq idarə 

heyəti azərbaycanın “mhŞT-

nin Tamhüquqlu üzvü” statu-

sunu təsdiq etdi. bununla da 

azərbaycan mhŞT-ni tətbiq 

edən “Tamhüquqlu üzv” 

statusu almış ilk ölkə oldu. 

azərbaycanın “namizəd” sta-

tusundan “Tamhüquqlu üzv” 

statusuna keçməsi mhŞT-nin 

tətbiqində mühüm mərhələdir.

15

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü





azərbaycan “MhŞt-nin 

tamhüquqlu üzvü” statusu  

alan ilk ölkədir

MHŞT  hasilat  sənayesində  şəffaflıq  üzrə  beynəl-

xalq  brend  kimi  tanınır  və  bu  beynəlxalq  brendi 

qorumaq  üçün  Qiymətləndirmə  prosesinə  başla-

nılmışdır. Qiymətləndirmə MHŞT prosesinin mü-

hüm elementidir və Təşəbbüsün beynəlxalq stan-

dart olaraq qəbul edilməsinin özəyini təşkil edir.

Qiymətləndirmənin vəzifəsi MHŞT-ni tətbiq edən 

ölkələrin Təşəbbüsün tətbiqi zamanı əldə etdikləri 

biz mhŞT Prosesini 

hamımızı — hökuməT, 

ŞirkəTlər və vəTəndaŞ 

cəmiyyəTini — TərəfdaŞ-

lıq ruhunda birgə 

iŞləməyə həvəsləndirən 

bir kaTalizaTor kimi görü-

rük. inanırıq ki, bu birgə 

iŞin nəTicəsində TəŞəbbüs 

öz PoTensialını Tam 

Şəkildə reallaŞdıracaq.

ARAZ yUsUBov

BP, Şəffaflıq və ictimaiyyətə hesabatların  

verilməsi qrupunun rəhbəri,  

Azərbaycan-Gürcüstan-Türkiyə regionu, 

MhŞT üzrə ÇQ-nin üzvü

irəliləyişlərin  qiymətləndirilməsi  və  daha  yaxşı, 

sürətli  irəliləyişə  nail  olmaq  üçün  həyata  keçi-

riləcək  tədbirlərin  müəyyənləşdirilməsini  təmin 

etməkdir. 

MHŞT  üzrə  ilkin  tələblərə  cavab  verdiyinə 

görə,  2007-ci  ilin  sentyabrında  Osloda  keçiril-

miş  Beynəlxalq  İdarə  Heyətinin  III  iclasında 

Azərbaycan “MHŞT üzrə Namizəd” statusunu al-

mışdır. İdarə Heyətinin qərarına əsasən, “MHŞT-

nin  Tamhüquqlu  üzvü”  statusunu  almaq  üçün 

Namizəd  ölkələr  Qiymətləndirmə  prosesindən 

keç məlidirlər.

Azərbaycan  rəsmi  olaraq  2008-ci  ilin  martın-

dan  Qiymətləndirmə  prosesinə  başlamışdır. 

Azərbaycanda  Qiymətləndirmə  prosesini  həyata 

keçirmək  üçün  “Coffey  International  Develop-

ment”  şirkətinin  (IPAN  və  PKF-nin  əməkdaşlığı 

ilə)  rəhbərlik  etdiyi  konsorsium  qiymətləndirici 

seçilmişdir. Azərbaycanın  bu  prosesi  MHŞT  üzrə 

Beynəlxalq  İdarə  Heyəti  tərəfindən  müəyyən 

edilmiş  müddətdə,  9  mart  2010-cu  ilədək  başa 

çatdırması  nəzərdə  tutulsa  da,  Azərbaycanda 

MHŞT  prosesinin  tətbiqinin  qiymətləndirilməsi 

bir  il  tez  —  2009-cu  ilin  yanvarında  başa  çatdı-

rılmışdır.  “Coffey  International  Development” 

şirkəti Azərbaycanda Qiymətləndirmə prosesinin 

nəticələrinə  dair  yekun  hesabatını  müsbət  rəyi 

ilə  birgə  MHŞT  üzrə  Beynəlxalq  İdarə  Heyətinə 

təqdim etmişdir.

2009-cu  ilin  fevralında  Qətərin  paytaxtı  Doha 

şəhərində  MHŞT  üzrə  IV  beynəlxalq  konfrans-

da Azərbaycanda mədən hasilatı ilə məşğul olan 



Yüklə 360,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə