Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü



Yüklə 360,15 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix06.02.2018
ölçüsü360,15 Kb.
#25983
1   2   3   4   5   6   7   8   9   ...   14

şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm 

olaraq  ictimaiyyətə  açıqlandığı  və  dərc  edildiyi,  Azərbaycanın  MHŞT-yə  qoşulan  ölkələr  tərəfindən 

MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən Qiymətləndirmə prosesindən keçən ilk 

ölkə olduğu nəzərə alınaraq və qiymətləndiricinin Azərbaycanda MHŞT prosesinin qiymətləndirilməsinə 

dair hesabatına əsaslanaraq, MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın “MHŞT-nin Tamhüquqlu 

üzvü” statusunu təsdiq etdi. Bununla da Azərbaycan MHŞT-ni tətbiq edən “Tamhüquqlu üzv” statusu 

almış ilk ölkə oldu. Azərbaycanın “Namizəd” statusundan “Tamhüquqlu üzv” statusuna keçməsi MHŞT-

nin tətbiqində  mühüm mərhələdir.



Mükafatlar

 

— 2007-ci ildə ARDNF MHŞT-nin uğurlu tətbiqinə görə “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin 



və məsuliyyətin artırılması” üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. ARDNF 

Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında dövlət idarəçiliyi sahəsində ən nü-

fuzlu mükafat sayılan “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən ilk dövlət qurumudur.

 

— Azərbaycana  MHŞT  prinsip  və  meyarlarına  tam  cavab  verən  ölkə  olması  və  MHŞT-nin  tətbiqi 



sahəsində əldə etdiyi nailiyyətlərə görə “2009-cu il MHŞT mükafatı” təqdim edilmişdir.

18



19

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




2011-cİ İlDƏ 

azƏrbaycan 

resPublİkasınDa 

MakroİqtİsaDİ 

vƏzİyyƏtİn 

tƏhlİlİ


2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 

tərəfindən  həyata  keçirilən  iqtisadiyyatın  sürətli  modernləşdirilməsi 

və diversifikasiyası ilə bağlı iqtisadi siyasətin nəticəsi olaraq, dünyanın 

maliyyə  və  əmtəə  bazarlarında  qeyri-sabit  vəziyyətin  hökm  sürdüyü, 

bir çox qabaqcıl ölkələrin suveren borc problemi ilə üzləşdiyi və kapital 

axınlarının azaldığı dövrdə milli iqtisadiyyatın bütün sektorlarında iqti-

sadi artım müşahidə edilmişdir. İl ərzində dünya bazarlarında xam nef-

tin qiymətinin artması ölkənin ixrac potensialının və dövlət gəlirlərinin 

artmasına öz müsbət töhfəsini vermişdir. Bundan əlavə, qeyri-neft sek-

torunun inkişaf etdirilməsi, daxili və xarici investisiyaların artması və 

bu kimi digər amillər də iqtisadi artıma müsbət təsirini göstərmişdir.

real sektor. 2011-ci ildə neft hasilatının azalması ilə əlaqədar neft sek-

torunda real artım tempi 9,3% azalmış, qeyri-neft sektorunda, xüsusilə 

də,  kənd  təsərrüfatı,  tikinti  və  xidmət  sahələrində  artım  olmuşdur. 

ÜDM-nin həcmi mütləq ifadədə ötən ilə nisbətən 17,9%-ə qədər arta-

raq 50,1 milyard manat həcmində olmuş, bunun da 48,3%-i qeyri-neft 

ÜDM-si təşkil etmişdir.



Neft və qeyri-neft sektorunun 

ÜDM-də payı

Mənbə: ARİİN

Qeyri-neft sektorunun ÜDM-də payı

62,2


%

54,7


%

50,3


%

49,7


%

51,7


%

48,3


%

45,3


%

37,8


%

2008


2009

2010


2011

Neft sektorunun ÜDM-də payı

21

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




ÜDM-nin sahə strukturu (2011)

Mənbə: ARİİN

ÜDM-nin sahələr üzrə strukturunda əsas yeri neft və qaz sənayesi tutmuş və bu sahənin ÜDM-də çəkisi 

50,2%-ə bərabər olmuşdur. ÜDM-nin istehsal sahələri üzrə bölgüsü aşağıdakı qrafikdə göstərilmişdir:

Əhaliyə xidmətlərin göstərilməsi

Nəqliyyat və anbar təsərrüfatı

Emal sənayesi

Dövlət idarəetmə və müdafiə; sosial təminat

Tikinti

Təhsil


Digər sahələrdə xidmətlərin göstərilməsi

Ticarət; nəqliyyat vasitələrinin təmiri

Kənd, meşə və balıqçılıq təsərrüfatı

3.9%


4,2%

4,8%


6,4%

7,1%


8,0%

13,2%


14,5%

37,9%


6,0

%

3,7



%

5,5


%

Məhsula və idxala xalis vergilər

Xidmətlərin istehsalı

Tikinti sənayesi

Qeyri-neft sənayesi

Kənd, meşə və balıqçılıq təsərrüfatı

Neft və qaz sənayesi

26,3


%

50,2


%

8,3


%

22



Kənd,  meşə  və  balıqçılıq  təsərrüfatının  xari-

ci  bazarlarda  rəqabət  qabiliyyətinin  artması  ilə 

əlaqədar  ixrac  gəlirlərində  payı  artmışdır.  Belə 

ki,  bu  sahənin  ÜDM-də  çəkisi  5,5%-ə  çatmışdır. 

Ötən il ilə müqayisədə  kənd, meşə və balıqçılıq 

təsərrüfatında  5,8%,  tikinti  sektorunda  20,0%, 

xidmət  sektorunda  6,5%-ə  bərabər  real  artım 

müşahidə olunmuşdur. Adambaşına düşən ÜDM-

in həcmi 7 min ABŞ dollarını ötmüşdür.

Əhalinin gəlirləri. 2011-ci ildə əhalinin gəlirləri 

təxminən 19,6% artaraq 30633,5 milyon manata, 

nominal  orta  aylıq  əmək  haqqı  isə  9,5%  artaraq 

363 manata bərabər olmuşdur. Yoxsulluğun azal-

dılması  ilə  bağlı  görülən  işlərin  nəticəsi  olaraq, 

yoxsulluğun  səviyyəsi  7,6%-ə  qədər,  işsizliyin 

səviyyəsi 5,4%-ə qədər azalmış, məşğul əhalinin 

sayı  ötən  ilə  nisbətən  1,1%  artaraq  4375,2  min 

nəfərə  çatmışdır.  BMT-nin  hesablamalarına  əsa-

sən, Azərbaycan insan inkişafı indeksinə görə 187 

ölkə arasında “Yüksək insan inkişafı” qrupuna da-

xil olmaqla 91-ci sırada yer almışdır.



Ümumi məşğulluğun strukturu (2011)

Mənbə: ARİİN

23

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




Yüklə 360,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə