Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü



Yüklə 360,15 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix06.02.2018
ölçüsü360,15 Kb.
#25983
1   ...   6   7   8   9   10   11   12   13   14

46

MhŞt üzrƏ 

hesabatların  

tƏhlİlİ  

(2003-2010-cu 

İllƏr)


Azərbaycanda Mineral ehtiyatların hasilatı 

ilə Məşğul olan sənaye sahələrində Şəffaflıq 

Təşəbbüsü üzrə hesabatlılıq sistemi və onun 

qurulması 

2011-ci il dekabrın 1-nə olan məlumata görə, dün-

yanın  təbii  sərvətlərlə  zəngin  ölkələrindən  35-i 

MHŞT-yə  qoşulub.  Bunlar  arasında  Təşəbbüsün 

yerinə  yetirilməsi  üzrə  Qiymətləndirmə  mər-

hə  ləsi ni  başa  çatdıran  26  ölkədən  12-si  Təşəb-

büsün “Tamhüquqlu  üzv”  statusuna  sahib  olub

1

 . 


Azərbaycan  MHŞT-nin  tətbiqi  tarixində  ilk  dəfə 

hesabat  açıqlayıb  və  eyni  zamanda,  Qiy mət lən-

dirmədən  keçərək  ilk “Tamhüquqlu  üzv”  statusu 

qazanıb.


Hazırda  MHŞT-yə  Tamhüquqlu  üzv  ölkə  olan 

Azərbaycan hələ 2003-cü ildə bu qlobal Təşəbbüsə 

pilot ölkə kimi qoşularaq bu sahədə ən çox - 8 il-

lik  təcrübə  əldə  edib.  Azərbaycan  MHŞT  üzrə 

indiyədək  15  ümumiləşdirilmiş  hesabat  açıqla-

yıb  ki,  onlardan  8-i  illik  hesabat  olub

2

.  Bu  hesa-



batlar  2003-cü  ildən  2010-cu  ilədək  olan  dövrü 

əhatə  edir.  Ölkədə  ilk  hesabat  2005-ci  ildə  açıq-

lanıb.  Bu,  MHŞT  tarixində  ilk  hesabatdır.  Həmin 

vaxtdan  2011-ci  ilədək  tərəflər  arasında  mövcud 

olan  razılaşma  əsasında  hesabatlar  ildə  2  dəfə 

açıqlanırdı

3

.  İlk  hesabat  mərhələsi  2003-cü  ili 



bütövlükdə  və  2004-cü  ilin  6  ayını  əhatə  edib. 

Birinci  dövr  hesabatlılıq  sisteminə Azərbaycanın 

neft  və  qaz  sənayesində  fəaliyyət  göstərən  21 

şirkət qoşulub

4

. Sonradan 2005-ci ilin hesabatını 



22 şirkət təqdim edib. Hazırda MHŞT-nin icrasına 

qoşulan şirkətlərin sayı 31-dir və onların mənsub 

olduğu  fəaliyyət  sektoru  neft-qaz  sənayesindən 

1. Bax : www.eiti.org    

2. Bu tədqiqatın tamamlanma dövrü 1 may 2012-ci ili əhatə edir.

3. 2010-cu ildə Çoxtərəfli Qrupun qərarı ilə hesabatlar ildə 2 dəfə (6 aylıq və illik) deyil, yalnız 1 dəfə (illik) açıqlanır. 

4. Həmin dövrə 5 şirkət hesabat təqdim etməyib.

5. Digər qeyri-neft sənaye sahəsi kimi Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkət 2009-cu il fevral ayının 25-də 

Qarşılıqlı Anlaşma Memorandumuna imza atmaqla MHŞT-yə qoşulduğunu bəyan edib.

6. Yalnız 2008-ci ildə hesabatın tutuşdurulmasına “Mak Azerbaijan” Birgə Müəssisəsi cəlb olunub.

dağ-mədən  sənayesinədək  genişlənib

5

.  İqtisa-



diyyatın  hər  iki  (neft-qaz  və  dağ-mədən)  sekto-

runda  fəaliyyət  göstərən  şirkətlərin  hamısı  bu 

Təşəbbüsə cəlb olunub. 

Tərəflər  arasında  qəbul  edilmiş  və  2004-cü 

ildə  imzalanmış  Memoranduma  əsasən,  Azər-

baycanda MHŞT hesabatlarının tutuşdurulması-

na  yalnız  nü fuz lu  beynəlxalq  audit  şirkəti  cəlb 

olunmalıdır.  Birinci  hesabatın  tutuşdurulması 

“Deloitte  &  Touche”  şirkətinə  həvalə  olunub. 

Şirkətin apar dığı audit yalnız tutuşdurma xarak-

teri  daşıyır.  Açıqlanmış  hesabatların  1-i  istisna 

olmaqla  hamısı  “Deloitte  &  Touche”  və  “Moore  

Stephens”  şirkətləri  tərəfindən  tutuşdu ru lub

6

 .  



2006,  2007,  2009  və  2010-cu  illərin  hesabatları 

“Moore Stephens” şirkətinə həvalə olunub.

47

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü




Hesabatlara  görə  ödəniş  hökumət  və  şirkətlər 

arasında növbəlilik prinsipi üzrə aparılırdı. İlk he-

sabatın  ödənişini  Azərbaycan  hökuməti  adından 

ARDNF həyata keçirib. 

Azərbaycan  MHŞT  üzrə  QAM-ə  görə,  hesabatla-

rın tutuşdurulması üçün tərəflərin təmsilçiliyi ilə 

2010-cu ilədək Auditorun Seçim Qrupu (SQ) for-

malaşdırılırdı. SQ üzvləri Memorandumun tələb-

ləri  əsasında  növbəti  hesabat  raundunun  başla-

ması ilə əlaqədar olaraq müsabiqə anonsu verir və 

auditor şirkətlər bu müsabiqəyə dəvət edilirdi. Bu-

nunla əlaqədar olaraq, ölkədə fəaliyyət göstərən 

beynəlxalq səviyyədə tanınmış və nüfuzlu auditor 

şirkətlərə bildirişlər göndərilirdi. Sonra müsabiqə 

qaydalarına  və  müddətinə  müvafiq  şəkildə  bu 

müraciətə cavab verən auditor şirkətlərinin seçim 

proseduruna start verilirdi. 

Hazırda bu prosesi ÇQ aparır və onun üzvlərinin 

iştirakı  ilə  təkliflər  paketi  açıldıqdan  sonra 

hər  bir  təklif  ayrıca  olaraq  bir  neçə  meyar  üzrə 

qiymətləndirilir. Yekun qiymətləndirmə əsasında 

qalib  şirkət  müəyyənləşir.  Bu  barədə  rəsmi  bil-

diriş  həmin  şirkətə  çatdırıldıqdan  sonra  auditor  

şirkət  ayrılmış  müddət  ərzində  (illik  hesabatlar 

növbəti  ilin  mart  ayının  15-dək  təqdim  olun-

malıdır)  şirkətlərdən  və  hökumətdən  hesabat-

ları  alır.  Şirkətlərdən  daxil  olmuş  hesabatlar 

ümumiləşdirildikdən sonra hökumətin hesabatı ilə 

tutuşdurularaq  müqayisə  olunur.  Kənarlaşmalar 

qeydə alındığı  halda auditor şirkət onu aydınlaş-

dırmaq məqsədilə tərəflərə müraciət edir və on-

ların  verdikləri  izahat  əsasında  kənarlaşmaların 

şərhini  hazırlayır.  Yekunda  Müstəqil  Mühasiblər 

adından auditor şirkətin rəyi açıqlanır.  

audiTor və validaTor 

ŞirkəTlərin 

azərbaycandakı 

fəaliyyəTi bizi qane edir. 

bu ŞirkəTlər beynəlxalq 

nüfuza malik, iŞlərinin 

keyfiyyəTinə görə 

seçilən ŞirkəTlərdir. 

odur ki, mhŞT-nin TəTbiqi 

Prosesində msŞa 

koalisiyası ilə həmin 

ŞirkəTlərin normal 

münasibəTləri müŞahidə 

olunur. 


QUBAd İBAdoğlU

MsŞA Koalisiyasının və ÇQ-nin üzvü

Tədbirləri həyaTa 

keçirən eksPerTlər 

uğurlu nəTicələrin 

olduğunu bildirirlər. 

arTıq insanlar mhŞT-nin 

PrinsiPləri, meyarları, 

Tələbləri haqqında daha 

çox məlumaTlıdırlar, 

Şəffaflıq TəŞəbbüsü 

sahəsində biliklərə 

malikdirlər və 

Tədbirlərdə daha akTiv 

iŞTirak edirlər. 

sevİl yüZBAŞevA

MsŞA Koalisiyasının Şura  

əlaqələndiricisi

48



Yüklə 360,15 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə