Miras başliq header miras



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix15.03.2018
ölçüsü0,75 Mb.
#31967
1   2   3   4   5   6   7   8   9   10   ...   31

SENTYABR   SEPTEMBER     MİRAS 21

ARAŞDIRMA   RESEARCH

nəsx xətti ilə və miniatürlü olaraq 289 vərəqdir. “Şücaətnamə” 

nin digər Topqapı Sarayı Muzeyi Kitabxanası Revan 1301 in-

ventar saylı digər  nüsxəsi hərəkəli nəsx xətlə miniatürsüz olaraq 

qələmə alınmışdır. Nüsxə nəsr dibaçə və nəzm mətndən ibarət 

olub, 318 vərəqdir.

Asəfi  şeirlərindən  də  göründüyü  kimi,  əsərin  nəzm  hissəsini 

1586-cı  ilin  oktyabr  ayında,  nəsr  hissəsini  isə  1587-ci  ildə 

bitirmişdir. Əsər 3 hissədən ibarətdir: giriş, mövzunun işləndiyi 

bölmə,  xatimə.  Giriş  hissəsi  23  beytlik  bismillah  və  tövhid, 

6  beytlik  nət,  12  beytlik  dörd  raşidi  xəlifəyə  tərif,  27  beytlik 

Sultan III Murada mədhiyyə və Özdəmiroğlu Osman paşanın 

tərcümeyi-halından  ibarətdir.  Mövzusu  Özdəmiroğlu  Os-

man paşanın fəthlərini mədh etmək olan “Şücaətnamə” Çıldır 

döyüşü  ilə  Özdəmiroğlu  Osman  paşanın  ölümü  arasında  baş 

verən  hadisələri  təsvir  edir.  Lakin  Çıldır  döyüşündə  ordunun 

komandanı Lələ Mustafa paşa olduğu üçün əsərin ağazı-dastan 

hissəsi Çıldır qələbəsi ilə deyil, Osman paşanın sərdar kimi ilk 

qələbəsi  olan  Şamaxı  qələbəsi  ilə  başlanır.  “Şücaətnamə”nin 

xatimə hissəsində əsərin yazılışına, bitmə tarixinə dair məlumat 

verilir və əsər dua ilə başa çatır.

Azərbaycanda  ilk  dəfə  Dos.Dr.  Mehmet  Rıhtım  “Azerbaycan 

tarihi  için  kaynak  bir  eser:  Şecaatname  ve  XVI.  asırda  Bakü” 

məqaləsində əsər haqqında geniş məlumat vermişdir. Məqalədə 

Asəfinin həyatı və yaradıcılığı ilə yanaşı, əsərdəki Bakı qeydləri 

və miniatürləri işıqlandırılmışdır.

 

Qəbələnin təsviri

Əsərin  tarixi  əhəmiyyət  daşıyan  hissələrindən  biri  Qəbələ 

qalasının  təsviri  və  qala  ətrafında  baş  verən  hadisələrdir. 

Qəbələ qalasını qorumaq və təmir etdirməklə vəzifələndirilən 

Asəfi  adəti  üzrə  qala  haqqında  daha  əvvəllər  yazılmış  tarix 

kitablarından  məlumat  əldə  etdiyini  qeyd  edir.  Qaynaqlarla 

əlaqələndirilərək bəhs edilən qala 1582-ci ildə Asəfi tərəfindən 

sığınacaq kimi istifadə edilmişdir. Asəfi oxuduğu məlumatlarla 

qalanın  o  zamankı  vəziyyətini  müqayisə  edir,  oxuduqları  və 

gördükləri arasındakı ziddiyyətdən bəhs edir, qalanın bilindiyi 

kimi möhkəm olmadığını söyləyir. Əsir düşməsini qalanın pis 

vəziyyətinə bağlayan Asəfi hərbi baxımdan əlindən gələni etdiy-

ini də yazır. 

Asəfi tərəfindən Qızılbaş ordusunun hücumunu müşahidə edən 

Osman  paşa  Asəfini  sərdar  təyin  edir  və  sancaqbəylərindən 

Qayqı bəyi ona qoşub Qəbələ qalasına göndərir. Şair Qəbələyə 

göndərilməsini, dosta vəfanı, ona olan etibarı qələmə alır, sonra 

Qəbələ qalasının vəziyyətini təsvir edir, mənbələri araşdırdığını, 

amma  qalanın  tarixdə  yazıldığı  kimi  möhkəm  olmadığından 

bəhs edir.

Qəbələnin təsviri bu hissədən başlayır:

...Qələdir namı, vəli divarı yok

Küçə, yok divarı, amma darı çok...



troduction comprises 23-couplet bismillah (exclamation used in the 

beginning of any action ) and tohid , 6-couplet slowdown, 12-cou-

plet praise to 4-rashidi caliph, 27-couplet ode for Sultan Murad III 

and  biography  of  Ozdemiroghlu  Osman  pasha.  “Shujaetname”, 

the theme of which is to eulogize conquests of Ozdemiroglu Osman 

pasha describes the events happened between Childir fight and Oz-

demiroglu Osman pasha. But since the commander of the troop in 

Childir fight is Mustafa pasha, the story of the work begins not with 

Childir victory and Shamakhi victory, but the first victory of Osman 

pasha as the first viceroy. In khatima part of “Shujaetname” the in-

formation is given on writting style and end date of the work and the 

latter is over with the prayer.

Doc. Mehmet Rihtim gave wide information on the work in article 

“Source  for  Azerbaijani  history”:  Shujaetname  and  Baku  in16th 

century” for the first time in Azerbaijan. Along with life and creative 

activity of Asefi in the article, Baku notes and miniatures in the work 

are elucidated.

 

Description of Gabala

One of historically important parts of the work is description of Ga-

bala castle and the events happened around the castle. Asefi whose 

job was to protect and repair Gabala Castle notes he obtained infor-

mation on the castle via history books written on the castle previous-

ly. The castle which is dealt in connection with the sources was used 

in 1582 as shelter by Asefi. Asefi compared the situation of the castle 

of that time with the information he read; dealt with contradictions 

between what he read and saw; says the castle is not so strong. Asefi 

connecting his captivation with poor conditions of the castle writes 

he did his best from military scope.  

Osman pasha who observes the attack of Gizilbashlar army (mili-

tary class in history) with participation of Asefi,  declares the latter a 

viceroy and sent him to Gabala castle together with Gaygi bey from 

sanjagbeys. The poet describes his dispatch to Gabala, loyality and 

confidence to a friend, later situation of Gabala Castle; his explore 

of sources;  weakness of the castle unlike shown in the history:

The description of Gabala starts from this part:

It is a castle without the wall

Without street, but many doors.

Castle surrounded with water,

It is in the middle and water in every side.

Those who knew wrote this event,

How people came by the boat to the town.

1582 Gabala events 

When Asefi came to Gabala, he was engaged in the castle’s repair 

and tried to fortify the castle militarily. However, Sefevyds army en-


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə