Miras başliq header miras



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix15.03.2018
ölçüsü0,75 Mb.
#31967
1   2   3   4   5   6   7   8   9   ...   31

14 MİRAS   SENTYABR   SEPTEMBER

xƏBƏR   NEWS

MİraS  Mədəni  İrsin  Öyrənilməsinə  Kömək  İctimai  Birliyi 

Orta  əsr  Ağsu  şəhəri  arxeoloji  turizm  kompleksi  layihəsi 

çərçivəsində  Mədəni  irs  düşərgələri  təşkil  edir.  Düşərgədə 

iştirak edənlər əsasən MİraS-ın üzvləridir. Onlar həftə ərzində 

arxeoloji tədqiqatlarla tanış olur, əşyaların və tikili qalıqlarının 

konservasiyasını öyrənir, sənədləşdirmə və fotoların çəkilməsi 

işinə bələd olurlar. Düşərgənin sonunda iştirakçıların bilikləri 

yoxlanılır və onlara düşərgədə olduqlarını təsdiq edən sertifikat-

lar təqdim olunur.

İlk düşərgə 07-11 avqust tarixində baş tutub. Tarixçi, iqtisadçı 

və  musiqiçi  ixtisaslarına  sahib  olan  magistr  və  tələbələr  (Al-

bina  Rzayeva,  İlqar  Babayev,  Ayşən  Mehdiyeva  və  Ruslan 

Adıgözəlov)  Azərbaycanın  türk-islam  mədəniyyətinin  nadir 

qalıqlarından  olan  Ağsu  şəhərindəki  islam  maddi-mədəniyyət 

nümunələri  ilə  tanış  olmuş,  bəzi  qeydlər  götürmüşlər. 

Qazıntıdan  yenicə  aşkar  olunmuş  metal  sikkələrin  bərpaçı-

rəssam  Vüqar  Quliyev  tərəfindən  təmizlənməsini  izləyən 

iştirakçılar,  V  qazıntı  sahəsindəki  evlərdən  birinin  həyəti  ilə 

birlikdə konservasiyasında da yaxından iştirak etmişlər.

Sonuncu  gün  Orta  əsr  Ağsu  şəhərində  MİraS  musiqi  qru-

pu  Həmzə  Nigarinin  qəzəllərindən  ibarət  kompozisiyanın 

məşqlərini etmişdir. Məşqləri qazıntıda çalışan işçilər maraqla 

izləmişlər. 

MİRAS MƏDƏNİ İRS 

DÜŞƏRGƏLƏRİNƏ BAŞLAYIR

 

MIRAS LAUNCHES CULTURAL HERITAGE CAMPS




SENTYABR   SEPTEMBER     MİRAS 15

xƏBƏR   NEWS



MIRAS  Social  Organization  in  Support  of  Studying  of  Cul-

tural Heritage arranges cultural heritage camps within the scope 

of project of archaeological tourism complex of medieval Agsu 

town. Mainly members of MIRAS Social Organization partici-

pate at the camp. They familiarize with archaeological explora-

tions for a week, study conservation of things and construction 

remnants; and master closely documentation and photography. 

The participants’ knowledge is examined in the end and certifi-

cates confirmed their participation were granted to them. 

The first camp took place on 7-11 August, 2012. Post-graduates 

and  students  on  historian,  economist  and  musician  specialties 

(Albina Rzayeva, Ilgar Babayev, Ayshen Mehdiyeva and Ruslan 

Adgozalov) had been in Agsu town, unique remnant of Turkic-

Islamic culture of Azerbaijan and got acquainted with Islamic 

artifacts and made some notes. The participants who followed 

newly-revealed metal coins’s clearance by art restorer Vugar Gu-

liyev took close part in conservation of house and yard of 5th ex-

cavation site. 

On last day MIRAS Music Group made trainings of the com-

position of Hamza Nigari ghazals (a kind of eastern poem) in 

medieval Agsu town. The workers, who excavated watched the 

trainings with interest. 


BAŞLIQ   HEADER

16 MİRAS   SENTYABR   SEPTEMBER

Agsu Archaeological Expedition of Institute of Archaeol-

ogy and Ethnography of National Academy of Sciences of 

Azerbaijan conducts explorations in medieval Agsu town 

since March, 2010 with support of MIRAS Social Orga-

nization in Support of Studying of Cultural Heritage. The 

expedition which was led by Doctor of Historical Sciences, 

Gafar Jabiyev studied 15000 sq/ms archaeological site till 

now and revealed numerous unique artefacts on last medi-

eval history of Azerbaijan.

Treasure of golden coins disseminated next to one another 

was uncovered upon excavations in the 7th excavation site, 

called  provisionally  at  08:30am  on  22  June,  2012.  The 

site  being  cleansed  from  the  rabbleness  accurately  under 

the  scientific  staff’s  control  and  taken  photos,  the  coins 

were  drawn  up  a  report  on-site  by  the  expedition  board 

and taken. Total number of the coins is 37. One of them 

was minted in 1781, the other-1786, three coins- 1787, the 

other one 1796, the rest 31 units were minted in 1800. All 

displayed golden coins are almost in good condition.

It is notable that, the coins of this treasure  are Holland 

trade gold ducat. Alloy of coins 986, diameter-21,8 mm, 

thickness-1,3  mm,  weight  legal  3,49  gms,  shape-round, 

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafi-

ya  İnstitutu  Ağsu  arxeoloji  ekspedisiyası  MİraS  Mədəni  İrsin 

Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə 2010-cu ilin 

mart  ayından  başlayaraq  Orta  əsr  Ağsu  şəhər  yerində  tədqiqat 

aparır.  Tarix  elmləri  doktoru  Qafar  Cəbiyevin  rəhbərlik  etdiyi 

ekspedisiya  bu  günədək  15000  kv.m.-ə  qədər  sahəni  arxeoloji 

cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair 

çoxsaylı nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarmışdır. 

22 iyun 2012-ci il tarixdə saat 08.30 radələrində şərti olaraq VII 

qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri davam etdirərkən 

bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə 

nümunələrindən  ibarət  dəfinə  aşkara  çıxmışdır.  Elmi  heyətin 

nəzarəti  altında  sahə  diqqətlə  tör-töküntüdən  təmizləndikdən 

və  fotosu  çəkildikdən  sonra  sikkələr  ekspedisiya  rəhbərliyi 

tərəfindən yerindəcə aktlaşdırılaraq götürülmüşdür. Sikkələrin 

ümumi sayı 37 (otuz yeddi) ədəddir. Onlardan bir ədədi 1781, 

bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, otuz bir ədədi isə 

1800-cü ildə zərb olunmuşdur. Aşkar olunmuş qızıl sikkələrin 

demək olar ki, hamısı yaxşı vəziyyətdədir.

Məlumat üçün bildirək ki, dəfinəyə daxil olan sikkələr Holland 

istehsalı  olan  qızıl  dukatlardır.  Sikkələrin  əyarı  986,  diametri 

21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qr., forması dairəvi, 

Şirvan xəzinəsinə aparan yollar Ağsudan keçir

Arxeoloqlar qızıl dəfinəsi 

aşkar etdilər!

  

Roads to Shirvan treasury Pass through Agsu 



  Archaeologists revealed gold treasure


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə