Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

axırdı.

İndi onun yerində sahil yolu salınmışdır. Bu körpü Aleksandr bağını Mədətov adası ilə birləşdirirdi.

Buradan da çox aşırımlı körpü Kukiya məhəlləsinə salınmışdı. 1938-ci ildə Kürün qolu qurumuş və

ada yox olmuşdur. Körpü isə qalmış və sahil küçəsinə keçir. Məhz elə Kürün qolu quruyandan sonra

ona quru körpü adı verilmişdir. 1851-ci ildə italyan Covanni Skudiyerin layihəsi əsasında körpü

yenidən salınmışdır. Yonulmuş daşlardan tikilmiş 32 metrlik aşırıma malik bu tikili o vaxtlar maraqlı

texniki formanı təşkil edirdi.

 

 



Qünib Meydanı. Solda canişin sarayı, ortada arsenal,

sağda gimnaziya

 

 

 



 

Qünib – Şeyx Şamilin evi

Qünib meydanı – Bu meydan indiki Gürcüstan hökuməti binasının olduğu yerdə idi. Bu ad rus

qoşunları tərəfindən 1859-cu il martın 25-də Dağıstanın Qünib qalasının alınmasını qeyd etmək üçün

bu meydana verilmişdir. Bu qala imam Şamilin son sığınacaq yeri idi. Meydanın mövcudluğuna

1897-ci ildə son qoyulmuşdur. Belə ki, bu yerdə Aleksandr Nevski adına hərbi məbəd tikilmişdi.

 

Rastabazar – Çarşı (Yaxın Şərqdə və Güney Qafqazda örtülü bazar və yaxud uzun bazar) II İrakli



meydanı ilə Tatar bazarı arasında yerləşirdi. Burda sənətkar və tacirlərin cərgəsi cəmləşmişdi. Bu

cərgələr də fars mənşəli sözlərdən əmələ gəlmişdir. Bəzzazxana, Zərgərxana, Liləxana, Sirəcxana və

sair. Bundan başqa küçənin adını ticarət-emalatxanaların cərgəsinin yerləşməsi qaydası da müəyyən

edirdi. Rastabazar da fars mənşəli sözdür və bir zolaq boyu, bir xətt boyu ticarət obyektlərinin

yerləşməsini nəzərdə tutur. Bu bazar Sion küçəsindən başlayır, Çar meydanı (indiki İrakli meydanı)

yaxınlığında başa çatırdı. Jan Şarden bu bazarı Uzun bazar adlandırır (gürcü sənədlərində bu bazar

Rastabazar kimi qeyd olunur). Bazarın sonunda darvaza var idi ki, bu da axşamlar bağlanırdı.

 

Riğe (Çaylaq) – Kürün sol sahilində bu günkü Barataşvili və Metex körpüsü arasında olan ərazi.



1809-cu il Tiflis planında Orbeliani adası yaxınlığında (indiki Petrisi küçəsi) qeydə alınmışdır. XIX

əsrin 20-ci illərində Kürün qolu daraldı, sonra isə tamamilə yox oldu. Bu ərazidə tezliklə evlər

tikildi. Kürün bu qolunun axdığı köhnə yer Riğe, yəni çaylaq adlandı. Burada məskunlaşan ruslar onu

Peski adlandırırdılar. Burada çoxlu dükan, müxtəlif emalatxanalar var idi. 1972-ci ildə böyük daşqın

zamanı sel bütün bu yerləri yuyub apardı. Köhnə Riğedən əsər-əlamət qalmadı. Sonralar burada bir

neçə resto-ran, benzin doldurma məntəqəsi salındı. Bunlar da bu yaxınlarda şəhərin ümumi

mənzərəsinə xələl gətirdiyindən aradan götürülmüşdür.

 

Qədim Tiflis. Peski küçəsi. 1890-cu illər



 

 

Qədim Tiflis. Peski. 1860-cu illər




 

Qədim Tiflis. Şərab yoxuşu və Riğe küçəsi.

1896-1897-ci illərin fotosu

 

Rus bazarı – Soldat bazarı – İndiki Kolxoz bazarının o zamankı adı belə olmuşdur. Əvvəllər burada



köhnə şeylər satılırdı. Satıcılar əsasən əsgərlər idi. Elə ad da bununla əlaqədardır. 1886-cı il Tiflis

planına daxil edilmişdir.

Saburtalo – Əvvəllər bu yerlər geniş düzənlik olub. Bəzi gürcü tədqiqatçılarının qeyd etdiyinə görə,

bura düzənlik olduğu üçün müxtəlif idman yarışları, top oyunu da («Burtaoba») keçirilirmiş. «Burti»

gürcü dilində top deməkdir.

Şahzadə Vaxuştinin yazdığına görə, Saburtaloda qədimlər bağlar var imiş. Bunlar da ki, Vera

çayından çəkilən arxla suvarılırmış. Bu yerlər düzənlik olduğundan «tala» da adlana bilərmiş. Tala

türk dilində, eləcə də bizim dilimizdə işlədilən sözdür, düzənlik, açıqlıq mənasını verir. Bu

toponimin tala ilə bağlı olması, bizcə daha inandırıcıdır.

Sacoq calası – Locin dərəsi yaxınlığında yer. Çar VI Vaxtanq şerlərinin birində xatırlayır:

Sacoq calasına gəldilər onlar,

Ocağın alovu göyə yüksəlsin.

(sətri tərcümə)

 

 



Çariça Darecanın (Daryanın) sarayı – Saçino. 1776-cı il

 

Saçino – II İraklinin arvadı Daryanın (Darecan – M.M.) sarayı, Siracxanada, Şərab yoxuşunda



yerləşir. 1776-cı ldə tikilmişdir.

Salağbo (Lağlağı yeri) – Çar meydanının şimal-qərbində (indiki II İrakli meydanı bağçasının üst

tərəfində) II İrakli top-mərmi tökmə zavodu inşa etdirmişdir. Ağa Məhəmməd şah Qacarın 1795-ci il

Tiflisə hücumu zamanı iranlılar zavodu dağıtmış və yandırmışlar. Bu yerdə yenidən tikinti

aparılmamış və burada kiçik bir meydança əmələ gəlmişdir. Belə ki, burada, bu meydançanın

yaxınlığında yaşayan tavadlar toplanır, söhbət edərdilər. Ölkədə baş verən hadisələrdən söhbət açar,

öz fikirlərini söyləyərdilər. Məhz elə buna görə tiflislilər bu yeri «lağlağı» yeri, «gap yeri»

adlandırmışlar.

Samqor – Tarixi Samqor hazırda Muxrovan təsərrüfatının olduğu yerdədir. 1951-ci ildə Qavırrı

çayının suyu Samqor arxı ilə Tiflisə doğru axıdılandan sonra və Tiflis gölü yaranandan sonra Samqor

adı müxtəlif qəsəbələrə, o cümlədən Tiflisin yeni qəsəbəsinə qoyuldu.

Toponimin mənşəyi barəsində bir əfsanə mövcuddur. Həmin əfsanəyə görə, Vaxtanq Qorqasalın

başçılığı ilə gürcü qoşunu hücum edən farsları qəti məğlubiyyətə uğratdı. Bu döyüşdə çoxlu gürcü

həlak oldu. Qələbə çalanlar həlak olan döyüşçü dostlarını üç qəbirdə dəfn etdilər və sonra

döyüşçülərin qəbirlərinin üstünə hər biri bir ovuc torpaq tökdü. Buradan da üç dağ əmələ gəldi və

onlar arasında yerləşən çölü Samqor adlandırdılar.

Sandıqçılar məhəlləsi (cərgəsi) – Əvvəllər Riğedə, yəni çaylaqda yer. Burada sandıqlar hazırlanırdı,

1724-cü il «Nasğidoba» kitabında xatırlanır.

Seyidabad – Hamamlar məhəlləsi və onun həndəvərindəki ərazi 17-ci əsrdə Seyidabad adlanırdı.

Seyid sözü fars mənşəli sözdür. Bizim dildə də işlədilir. Vaxuşti Baqrationinin verdiyi məlumata




Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə