Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

Xəyalında arzuladığı qızı burada tapır. Bu qız gürcü knyazının qızı Xumardır. O, müridləri

Ərəbistana qaytarır. Xumarın atası ondan müsəlmanlıqdan çıxmağı, boynuna xaç taxmağı, şərab

içməyi tələb edir. O, iki ildən sonra Xumara qovuşmaq şərti ilə onun donuzlarını otarır. Lakin o,

xristian keşişinin təhriki ilə Sənana verdiyi vədindən dönür. Nəhayət, Xumar hər şeyi atıb Sənanın

dalınca gedir, hər ikisi özünü Kürə atır. Şeyx Sənan müqəddəs David dağında dəfn olunur.

Azərbaycanın görkəmli şairi Hüseyn Cavid həmin əsatir əsasında «Şeyx Sənan» pyesini və «Şeyx

Sənan» şeirini yazmışdır.

TÜRBƏSİ ÖNÜNDƏ

Oyan, ey piri-xoşdil! Qalx, ayıl bir xabi-rahətdən!

Qiyamətdir, qiyamət!.. Qalx, oyan, zövq al bu

fürsətdən.

 

Mələklər göydən enmiş, feyz alırlar xaki-pakindən,



Seçilməz şimdi əsla məqbərin gülzari-cənnətdən.

 

Donanmış hər tərəf pürşölə ulduzlarla... caizdir



Ki, Tiflis ərş pürəxtərlə dəm vursun rəqabətdən.

 

Ayıl, ey şeyxi-vəcdavər! Ayıl, bax gör nə aləmdir?



Cahan sərməst olub rəqs eyliyor şövqü şətarətdən.

 

Uyub sən bir mələk simayə satdın dini, imanı;



Atıb ehkami-quranı, uzaqlaşdın təriqətdən.

 

Fəqət, xoş bir təriqət qoydun, əsla məhv olub



getməz,

Cahan durduqca parlar, yüksəlir, düşməz

təravətdən.

 

Ziyarətgahını gülbusələr təzyin edər hər an,



Sən əhli-eşq için bir kəbə yapdırdın məhəbbətdən.

 

«Nədir mənası eşqin?!» söyləyənlər nerdə?



Bir gəlsin,

Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən.

 

Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz heçdir;



Məhəbbətdir əvət, məqsəd şu pürəfsanə xilqətdən.

 

Mirzə Cəlil öz xatirələrində bu barədə yazır:



«Bunu lazım bilirəm deyəm ki, o vaxtlar mən Tiflisdə gürcü məhəlləsində Şeyx Sənan küçəsində

olurdum.


Rusca həmin küçənin adı David küçəsi (idi). Çün xaçpərəstlər istilahında müqəddəs Davud - Şeyx


Sənan deməkdir. Bizim məhəllə dağ ətəyində idi. Və bizdən yuxarı, dağın şəhərə enən tərəfində

müqəddəs Davudun məbədgahı da vardır. Şeyx Sənan gürcü qızına aşiq olduğu yer haman yerdir».

Muxrangilin və ya knyaz Muxranın məhəlləsi – Bu məhəllə indiki Barataşvili küçəsinin aşağı

hissəsində yerləşirdi. Şəhər qala barısının şimal tərəfdəki divarının darvazası həndəvərlərində

mövcud olan bürc yaxınlığında knyaz Muxranın sarayı tikilmişdi. Vaxuşti Baqrationinin «Meydan

qapısı» adlandırıldığı darvaza sonralar Muxran qapısı adını almışdı. 18-ci əsrdən başlamış ətraf

sahələr də knyaz Muxranın əlinə keçir. Bir neçə qədim Tiflis adları da – «Muxran körpüsü», «Muxran

körpüsünün bərəsi», «Muxran qapısının körpüsü» bununla izah olunur.

 

 

Naməlum rəssam. Knyaz N.Baqration-Muxranski ailəsi ilə birlikdə.



19-cu əsrin 60-cı illəri

 

 



Muxran küçəsi. 1900-cü illərin əvvəllərinin fotosu.

1843-cü ildə bu adı almışdır. Ona qədər «Qala bulvarı» adlanırdı.

Hazırda Barataşvili küçəsi adlanır.

 

Baqration-Muxranskinin sarayının xarabalıqları.



1860-cı illərin fotosu

 

Müctəhid – XIX əsrin 30-cu illərində Kürün sol sahilində böyük bağın adıdır. Bu bağ İrandan



Gürcüstana mühacirət edən, şiə məzhəbinin başçısı Mir Fəttah Ağa Seyid Müctəhidə məxsus idi. O,

kim idi?


General İ.Paskeviçin komandanlığı altında rus ordusu 1827-ci ildə İrana hücuma keçərək Abbasabad,

Sərdarabad, Naxçıvan, İrəvan qalalarını və digər qalaları almışdır. Sonra isə Təbrizə doğru hərəkət

etmişdir. Təbriz o vaxtlar Cənubi Azərbaycanın siyası və inzibati mərkəzi idi. Şahın varisi – Abbas

Mirzənin iqamətgahı da burada yerləşirdi. Təbriz qalası İranın ən güclü istehkamlarından biri idi.

Şah Təbrizin müdafiəsini kürəkəni, birinci vəziri Allahyar xana həvalə edir. Belə ki, ona kifayət

qədər qoşun ayrılır. General Eristavi başda olmaqla rus qoşununun Təbrizə hücum etməsi barəsində

Allahyar xanın etibarlı mənbələrdən məlumatı var idi. Odur ki, o şəhər əhalisini də silahlandırmaq

istəyir. Elə bu zaman şiə məzhəbinin başçısı Mir Fəttah Ağa Seyid Müctəhid Təbrizli tamamilə

gözlənilmədən İran hökumətinə qarşı çıxır. O deyir: «Əgər İran qoşunu Sərdarabadda və İrəvanda

olduğu kimi düzənlikdə, qala arxasından ruslara qarşı çıxa bilmirlərsə, onda dinc əhaliyə əlinə silah

götürməsi lazım gəlmir».

 

 



Müctəhid bağı. Əsas xiyaban.

XIX əsrin fotosu

 

Elə ki, rus qoşunları Təbrizə yaxınlaşır, müştəhid Allahyar xanın iştirakı ilə meydanda nitq söyləyir.



O camaata Qacarın amansızlıqlarını, qəddarlıqlarını xatırladır. Eyni zamanda Güney Qafqaz

xanlıqlarında, o cümlədən, İrəvan və Naxçıvanda rus üsul-idarəsini tərifləyir.




Müctəhidin çıxışı mömin şiələrə çox böyük təsir göstərir.

Onun bu hərəkəti rus ordusunun bir müqavimət olmadan Təbriz şəhərinə soxulmasına kömək edir.

İranla müharibə zamanı İ.Paskeviç A.Qriboyedovun köməkliyi ilə şiə məzhəbinin başçısı, Rusiyaya

xoş məram göstərən Müctəhidin – Mir Ağa Fəttahın simasında arzu olunan namizədi tapır.

Müctəhid niyə şaha qarşı çıxmışdır? Onun dediyinə görə, Şah Qacar şiələrin gözündə qeyri-qanuni

hökmdar idi. İmam nəslindən deyildi. Şiələrin teokratik nəzəriyyəsinə görə, Əlinin nəslindən

olanların şah taxtına mənsub olmaq üçün tam hüquqları var idi.

Təbiidir ki, Müctəhidin bu hərəkəti İranın hakim dairələrinin xoşuna gəlməzdi. Buna görə də onun

həyatı təhlükədə idi.

General İ.Paskeviç Müştəhidin Rusiya torpağına köçməsinə icazə verilməsinə söz verir. Onun

zərərini ödəmək məqsədi ilə 2 000 çervonluq pensiya təyin edilməsinə razılaşır. Eləcə də imkan

daxilində Güney Qafqaz əyalətlərinin birində ona mülk ayrılmasına naıl olur.

1828-ci il martın 7-də Müctəhid Təbrizi tərk edir.

İ. Paskeviç Müctəhidə böyük rəğbət bəsləyir. Onun hökumətdən qızıl imperator gerbi ilə təltif

olunmasını xahiş edir. Bu da ki, o vaxtlar çox nadir hal idi. Bundan başqa Müştəhid hökumətdən

Şirvan əyalətində 15 kənddən ibarət mülk, illik gəliri 5 360 manat gümüş pul ilə birgə 2 000

çervonluq pensiya alır.

Hökumət namusla rusa xidmət etdiyinə görə Müctəhidə Şirvandakı mülkündən başqa Tiflisdə Kürün

sol sahilində 50 desyatin (1 desyatin 1,092 hektardır, yəni hektardan bir azca artıq) yer verilir. O

burada bağ salır ki, həmin bağ da bu günədək mövcuddur.

1845-ci ildə İranda siyasi iqlim dəyişdikdən sonra, yəni Abbas Mirzə və Fətəli şahın ölümündən

sonra Müctəhid üçün İranda normal şərait yaradıldığından, o öz oğlu ilə bərabər İrana köçür, 1892-ci

il oktyabrın 24-də də orada vəfat edir.

Naduknar – Azərbaycanca «dükan olan yer» mənasını verir. Ortacala meşə təsərrüfatı ərazisində,

Telet küçəsində yer. Əvvəllər bu yol ayrıcında dükan olub.

Naftulluq – Şahzadə Vaxuşti bu yerlərdə neftin mövcud olduğunu yazırdı. Məlumdur ki, bu köhnə

kəndin və bu gün Tiflisin geniş məhəlləsinin adı bu yerlərdə neftin olması ilə izah olunur. Bu «lıq»

şəkilçisi bizim dildə işlənən sözdüzəldici şəkilçidir, neftin olduğu yeri göstərir. Burada ta qədimdən

quyular qazmaqla neft çıxarılırdı.

Məlumdur ki, II İrakli Tiflisin fortifikasiya sistemini və şəhərin girəcəklərini möhkəmləndirmək üçün

geniş miqyaslı işlər görmüşdür. Naftulluqda qalanın tikilməsi bu tədbirlərdən biridir. Caamat

arasında bu qala İraklinin qalası adlandırılmışdır. 1772-ci ildə Rusiya Elmlər Akademiyasının

akademiki İohan-Anton Qildenştedt Naftulluğu və İrakli qalasını xatırlayır. Həmin vaxtlar kənddə 50

ev varmış. Qildenştedtin yazdığına görə dördbucaq qalanın uzunluğu 80 addım idi və ona yumru bürc

gözəllik verirdi. İraklinin çarlığı dövründə Naftulluq kəndi dağılmışdır. O, qalanın tikilməsi ilə

yanaşı əhalinin yenidən burada məskunlaşması qayğısına qalmışdır.

Nağarxana – Çarın əmələsinə məxsus binanın adı idi ki, bu da Tiflisin əsas meydanlarından olan –

Çar meydanının cənub hissəsində yerləşirdi. Pupliya Orbelianinin verdiyi məlumata görə, burada

«Axşam-sabah dəf və qoşa nağara çalınırdı».

Nalbəndlərin cərgəsi – Tatar (indiki Qorqasal) meydanında nal satan peşəkarların cərgəsi.

Narınqala – Üst qala, Şurissixe, Tiflis qalası (Qala), Əsas qala, Ana qala, Yüksək qala... Tiflisin

müsəlman əhalisi onu İsgəndər qalası da adlandırırdılar. «Narın» sözü monqol mənşəli sözdür. Elə

bizim dildə də işlədilir: kiçik, xırda mənasını verir.



Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə