Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

Qala – Tiflisin hasarla çəkilmiş qədim hissəsi, Savkis çayının sol sahili, Narınqalanın aşağısı belə

adlanır.


Şəki qalasının adı da Narınqaladır. Salnaməçi yazır ki, «çar Tiflisə və Qala – qəsrə gəldi». Sonralar

bu adla Tiflisin hasarla əhatələnmiş əsas hissəsi adlandırılmışdır. Cənub-şərqdən hasar Savkis çayı

boyu uzanırdı (Çayın həmin hissəsi indi borular ilə axır) və dağ relyefində yerləşən fortipikasya

sistemi vasitəsi ilə Narınqalanın qala divarlarına birləşirdi. Narınqaladan divar qırıq xətt ilə şərqə

doğru, Sololak təpəsinə doğru gedirdi. Şahtaxtı yanında hasar kəskinliklə şimala doğru baş alırdı və

dağ ətəyində pillə-pillə enərək bu günkü Dadiani və Puşkin küçələri xəttinə çıxırdı. Sonra isə hasar

kəskinliklə istiqamətini dəyişir və Kürə doğru baş alırdı. Hasarın bu hissəsinin fraqmentləri

Barataşvili küçəsinin genişləndirilməsi zamanı aşkar olundu. Məhz elə burada şəhərin şimal və qərb

divarlarının birləşdiyi yerdə şəhər darvazalarından biri qoyulmuşdu – Diğom qapısı (həmin yerdən

indi Versxli küçəsi başlanır). Vaxuşti Baqrationinin Tiflisin 1735-ci il planında bir-birinə yaxın iki

darvaza göstərilmişdir: «Körpü ilə birlikdə meydan qapısı və körpü ilə birlikdə aşağı qapı». Tiflisin

sonrakı planlarında isə yalnız birincisi «Muxran körpüsü» adı ilə göstərilir. Göründüyü kimi, aşağı

qapı ötən əsrdə fortipikasiya tikililərinin təmiri zamanı aradan götürülmüşdür. Şəhərin mühüm

qapılarından biri – Kocor qapısı Qalanın Qərb divarında, indiki Leselidze küçəsinin Azadlıq

meydanına daxil olduğu yerdə yerləşirdi. Şəhər hasarının daha iki qapısı əks tərəfdə idi: Hamamlar

qapısı Hamamlar məhəlləsindən bilavasitə Qalaya gedirdi. Gəncə qapısı isə şəhərin cənubunda

Narınqalanın ətəyində idi. Odur ki, Qalaya cənubdan Gəncə qapısı, şərqdən Hamamlar qapısı,

qərbdən Kocor qapısı, şimal-qərbdən Diğom qapısı və nəhayət, şimaldan Muxran qapısı ilə daxil

olmaq mümkün idi.

Feodal Tiflisin şəhərsalma strukturunu dəqiq əks etdirən ilk qrafik sənəd şahzadə Vaxuşti tərəfindən

tərtib olunmuş plandır. Doğrudur, şahzadə Vaxuşti küçələrin dəqiq şəbəkəsini göstərmir, lakin o hər

halda bəzi küçələri müəyyən edir ki, göründüyü kimi, həmin küçələr də birinci dərəcəli əhəmiyyətə

malik imiş. Qalada iki meydan var idi. Qala (Tatar) və Çar meydanı. Çar meydanının əhəmiyyəti bu

meydanın hər tərəfində çar Rostomun (Xosrov Mirzənin) yeni saray tikməsindən sonra artmışdır.

Son feodal dövrünün Qala küçələri şəbəkəsinin xarakteri barəsində XVIII əsrin sonunda və xüsusən

1800-cü ildə tərtib edilmiş Tiflis planları aydın təsəvvür yaradır. Bu planlarda şəhər magistralları

açıq-aydın göstərilmişdir. Onlardan biri Diğom qapısından başlayıb bu günkü Versxli küçəsi boyu

gedir və sonra Sion küçəsi ilə Tatar (indiki Qorqasal) meydanına doğru istiqamət götürürdü.

Digər belə bir magistralı Kocor qapısından başlayan yol təşkil edirdi. Söhbət Azadlıq meydanından

Versxli küçəsi ilə kəsişənədək indiki Leselidze küçəsindən gedir.

Məhz elə bu küçə Qalanı aşağı və yuxarı məhəllələrinə ayırırdı. Buna görə də ona «Orta bazar»

deyirdilər. Aşağı və yuxarı məhəllə relyefin xüsusiyyətinə görə deyil, məhəllələrin Kürün axarı

istiqamətində yan-yana yerləşməsinə görə adlanmışdır. Yuxarı məhəllədə şəhərin əsas tikililəri:

saraylar kompleksi, karvansaralar (çarın, Tbilelinin, məlikin), gürcü kilsələri (Sion, Ançisxat,

Kvirasxovel, Məryəm ana və s.), katolikos və yepiskopun yerləşdiyi yerlər, knyazların (Amilaxvari,

Muxran, Ksan eristavisi Orbelianilərin, Sisişvililərin, Zedqenidze, Abaşidze və başqalarının) evləri

yerləşirdi. Bu məhəllənin əksər sakinlərini gürcülər təşkil edirdi. Yalnız 18-ci əsrin əvvəllərində

Yuxarı məhəllədə yeganə erməni kilsəsi – Surp Nişan tikilmişdir. Aşağı məhəllədə gürcülərdən başqa

böyük miqdarda azərbaycanlılar və ermənilər məskunlaşmışdı. Bu məhəllədə gürcü və erməni

kilsələri və müsəlman məs-cidlərindən başqa katolik kilsəsi də («Fransızların dayağı») mövcud idi.

Katolik kilsəsinin yerləşdiyi küçə «Fransızların dayağı» küçəsi adlanırdı (indiki 1 may küçəsi).



Aşağı və yuxarı məhəllələr Tiflisin əsas rayonları idi. Onlar öz-özlüyündə bir çox kiçik məhəllələrə

bölünürdülər. Bu və ya digər məhəllənin adı əhalinin çoxluğunun milli tərkibini əks etdirirdi.

Ağa Məhəmməd şah Qacarın qoşunları Qalanın böyük hissəsini dağıtmış, yerlə-yeksan etmişlər.

Tikililəri nəzərə alma-saq, qalanın bu günkü tikililəri (yaşayış evləri) tamamilə 19-cu əsrdə inşa

olunmuşdur, halbuki zirzəmilər bir çox hallarda əvvəlki vaxtlarındır. Belə ki, dağıdılmış yerlərin

bərpası köhnə təməllərdən istifadə etməklə həyata keçirilirdi.

T.Beridze «qala» sözünün yaranması barəsində müxtəlif fikirlərin olduğunu qeyd edir. Özünün

dediyinə görə, «qala» sözü qaya, daş deməkdir. Belə ki, Tiflis qalasının qayalı yerdə yerləşdiyini

nümunə gətirir.

Daha sonra onun qeyd etdiyinə görə, «qala» sözü Tiflisin yer adından silinmiş, Qalanın yamaclarında

əmələ gəlmiş yaşayış məntəqəsi «Kldisuban» adlanmışdır.

Bu yerdə «qala» sözünün mənşəyinə də toxunmaq istəyirik. Gürcüstanda şəhərlər necə əmələ

gəlmişdir? K.Raçvelişvili özünün «Gürcüstan feodalizminn tarixi» kitabında yazır:

«Bir çox başqa dillərdə olduğu kimi «qalaqi» sözünün gürcü dilində də müəyyən əhəmiyyəti vardır.

O, Suriya dilindəki «qala» sözündən götürülmüşdür ki, bu da qəsr, istehkam, hasar mənasını verir

(qorod, oqoroditğ rus sözlərini müqayisə edin). Məlumdur ki, ilk dövrlərdə şəhər istehkam qurulmuş,

möhkəmləndirilmiş qəsr olub. Bu qəsrdə ilk dəfə təkcə «çar» ola bilərdi (Ksenofont tərəfindən

mossiniklərin çarının yaşadığı yerin qələmə alınmasını xatırlayın). Hər şeydən öncə bu, güman ki,

bütün tayfaların asan gedə bildiyi yol ola bilərdi. Bu yerin ətrafında yavaş-yavaş mamasaxlisin

(kəndxudanın) qohum-əqrəbaları, onun nökərləri, xidmətçiləri toplanırdılar. Odur ki, bu hasarlanmış,

möhkəmləndirilmiş yer - inzibati mərkəzə çevrilirdi».

Mirzə Adıgözəl bəy «Qarabağnamə» əsərində Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir

tərəfindən qalanın – Şuşa şəhərinin necə salınmasını yazır:

«O, Qarabağ vilayətinin Cavanşir oymağına gəldi. Şir qüvvətli cavan baxtı ona yar olub, çox

varlandı... Çox dövlət və nüfuz sahibi olduğuna görə, onun başına bir çox gəlib-keçən, naxırçı,

muzdur, xidmətçi, çoban və ilxıçı toplandı və böyük bir oba oldu».

XI əsrin salnaməçiləri Leonti Mroveli və Cavanşir öz əsərlərində ilkin dövrlərin Tiflisini həmişə

qəsr ilə birlikdə xatırlayırlar. Lakin bu salnaməçilərin hekayətləri bir-birindən fərqlənir. Leonti

Mroveli Tiflis qəsrini hər hansı bir xüsusi adı olmadan, yəni Tiflis qəsri kimi qeyd edir. Cavanşir isə

Tiflis qəsrini «Qala» adlandırır.

X əsrin ərəb tarixçisi Ət-Təbəri yazır: «O, (Kür çayı) Bağdaddakı Asaranın bənzəri, böyük çaydır,

çox böyük çay. O, (Kür çayı) şəhərin içi ilə axmır. Tiflis onun qərb sahilindədir. Soğdebil isə - şərq

sahilində».

Qala məhəlləsi – İndiki Yeniyetmələr sarayı, Tarix muzeyinin həndəvərlərindəki ərazi belə adlanıb. O

vaxtlar Tiflis məhəllələrə bölündüyündən onlardan biri də Qala məhəlləsi olub. D.Qvritişvili və

Ş.Mesxia «Tiflisin tarixi» kitabında Qalauban, Qala məhəlləsi sözünün məhz elə Qala sözündən

düzəldildiyini qeyd edir. Əziz Şərifin, Abdulla Şaiqin xatirələrində bu yer Qala məhəlləsi kimi

göstərilir.

Qaraçılar məhəlləsi – Ətraf məhəllədə yerləşirdi. İndiki Barataşvili küçəsi ərazisində. Burada əsasən

qaraçılar məskunlaşmışdı. Avlabarda eyni adlı qəsəbə də var idi. (Bazar yaxınlığında əsasən

Xaraqaul küçəsi ərazisində). Lotkin təpəsində də qaraçılar məhəlləsi vardır.

Qareuban – Feodal dövründə Tiflisin qala barısı ilə əhatələnmiş hissələri Qala və İsan-Avlabarın

həndəvərlərində ətraf məhəllələr: Qalanın cənub-şərq hissəsində Hamamlar məhəlləsi və Seyidabad,



Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə