Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

İsanın şimalında Qıraq Avlabar, Qalanın şimalında və qərbində Qareuban mövcud idi.

Qareuban bu günkü Azadlıq meydanının həndəvərləri, Barataşvili küçəsi, Rustaveli prospekti,

Corciaşvili küçəsi ilə Kür arasında olan ərazini əhatə edirdi. Vaxuştinin planına uyğun olaraq

Qareubanda əhali sıx yaşayıb. Başqa-başqa məlumatlara görə, XVIII əsrdə Qareubanda adlı-sanlı

şəxslərdən knyaz Muxranın, Amilaxvarın, Abaşidzenin, Xerxeulidzenin, Tumanişvilinin evləri olub.

Osmanlıların hücumundan sonra Qareuban darmadağın edildi. Əhali şəhərin qala barısında sığınacaq

tapdı. 1770-ci ildə qara yara epidemiyası da dərdin üstündə dərd artırdı. XVIII əsrin 70-ci illərindən

sonra Qareuban yenə dirçəldilməyə başladı.

Qarpız meydanı – (Arbuznaə plohadğ) – Kür çayının sağ sahilində, kükürdlü hamamların yanında

yerləşirdi. İndiki 300 araqviyalı adına bağda olub.

Qeybullanın bağı – Kürün sağ sahilində Kaşvet kilsəsinin cənub-şərq hissəsində olub.

Qəhvəxana – Metex qalası yaxınlığında qədim Şeytanbazarda bir neçə qəhvəxana var idi. Çay, meyvə

qurusu və şirin çörəklərdən başqa müxtəlif ləziz Şərq xörəkləri ilə qəlyanaltı etmək istəyənlər bura

gələrdilər. Bura aşıqlar da çox gələrdi. Aşıqların toplaşdığı yerlərdən biri də bura idi. Həmişə

burdan musiqi səsi ucalardı. Aşıqlar çalıb oxuyardılar. Saz-söz həvəskarları bura çox gəldiyindən

qəhvəçilər aşıqların deyişmələrini təşkil edərdilər. Aşıq poeziyasının vurğunu şair-akademik İosif

Qrişaşvili bu barədə yazır:

«Aşığın biri bir vərəqə şeir şəklində bir bağlama yazardı. Bu vərəqi əl ilə, qızıl və gümüş saplarla

toxunmuş bahalı Kirman şalının və ya ipək Bağdad kəlağayısının üstünə yapışdırar, qəhvəxananın bir

yerindən asardılar. Bu qəhvəxanaya başqa-başqa yerlərdən aşıqlar toplaşar və hər gecə mərəkə

olardı: mübahisə, çalıb-oxumaq və bağlamanın cavabını axtarmaq.

Bu deyişmələrdə kənar adamlar da iştirak edərdilər və, şübhəsiz üzüağ da çıxırdılar.

Qəhvəxana camaatla həmişə dolu olardı, aşıqları coşdurmaq üçün onların bəxşişlərindən başqa çoxlu

pul da səpələyərdilər və bu pulları orijinal şəkildə şalın üstünə yapışdırardılar. Belə ki, bir az

keçəndən sonra (hərdən bu deyişmə bir həftə də davam edərdi) şalın üstü kağız pullarla dolu olardı

və çox vaxtlar bu toplanan pul iyirmi və otuz tüməndən artıq da olardı.

Bu pul bağlamanı açanın olmalı idi. Pul ilə birlikdə şal da qalib gələn aşığa məxsus idi. Divardan

şalı alıb qalibin qoltuğuna soxar, ya da hörmət əlaməti olaraq boynundan asardılar. Əgər bu

bağlamanı heç kim aça bilməsəydi, onda bu şal da, bu toplanan pul da bağlamanın müəllifinə qalardı.

Bu bağlama heç də asan deyildi. Məsələn: aşıqlar bu bağlamanı sinədən şeir kimi söyləyər, o biri

aşıqdan soruşardı:

«De görüm, eşidibsənmi, ay aşıq,

O nədir ki, insanı həm yaşadır, həm də öldürür».

Bu sözlər uyğun rədif üzərində qurulur və qalib gələn onu eyni rədiflə şeirlə açmalıdır.

Bağlamanın sirrini etibarlı bir şəxs və ya qəhvəçi bilməlidir. Elə ki, aşıq şeirlə bağlamanı açır,

qəhvəçi həmin vaxt həmişə əlində tutduğu tənəkə parçasına dəmir maşa ilə vuraraq, «Dayanın,

tapıldı!», - deyə qışqırır.

Bu zaman qalib bağlamanın sahibindən də, camaatın iştirakı ilə qafiyələr, hecalar ilə onu təsdiq

etməyi tələb edir. Qalibi qəhvəçi şalla və istərsə də pul ilə mükafatlandırır».

Aşıqların bu cür deyişməsi əvvəllər Borçalıda, Qarayazıda və Qaraçöpdə də olurdu. Hazırda da

aşıqlar arasında bu cür deyişmələr Türkiyədə mövcuddur. Ünlü türk aşıqlarının xatirəsinə həsr

olunmuş kültür və sənət şöləni hər il keçirilir. Bu tədbirdə münsiflər heyəti tərəfindən aşıq

poeziyasının müxtəlif növləri üzrə, o cümlədən gəraylı, qoşma, müxəmməs, divani, təcnis və sair üzrə



bir rədif elan olunur, siyahı üzrə ən azı üç aşığın adı çəkilir. Onlar sıra ilə həmin rədif üzrə bir bənd

söyləyərək növbəni o birisinə verirlər. Belə ki, aşığın biri söyləyənə kimi o biriləri rədif üzrə

fövqəladə şəkildə düşünür, üç bəndlik şeirin axırıncı bəndində aşıq öz adı ilə tapşımasını söyləyir.

Beləliklə, hər bir aşıq sinədən üç bəndlik şeir söyləməlidir.

Bir qayda olaraq deyişmənin iştirakçıları rəqibinin istifadə etdiyi rədifi istifadə etməməlidir. Rədif

tapa bilməyən məğlub, uğurlu rədiflə şeirini söyləyən aşıq isə qalib hesab olunur. Nəhayət, axırda bir

bağlama söylənilir. Tədbirdə iştirak edən aşıqlar o bağlamanı açmağa çalışırlar. Bağlamanı düzgün

açan qalib hesab olunur və mükafatlandırılır.

2000-ci il oktyabrın 23-25-də Türkiyənin Kars şəhərində Uluslararası Aşıq Şenliyin Kültür və Sənət

Şölənində iştirak edərkən belə deyişmələrin şəxsən iştirakçısı oldum.

 

 

Qədim Tiflisdə ət mağazası Q.Qabaşvili. Qəssab



 

Qəssabxana – Qədimdə Tatar (Qorqasal) meydanında, Kürün sağ sahilində ət satanların, qəssabların

cərgəsi.

Qoç daşı – Tədqiqatçı Teymuraz Beridzeyə görə, Soğanlığın ətrafyanı ərazisində olub.

Qoçoğlunun suyu – Krtsanisin qərbində yer.

Qolovin prospekti – XIX əsrin sonu və XX əsrin əvvəlləri Tiflisin əsas küçəsi, indiki Rustaveli

prospekti belə adlanıb.

Vaxuşti Baqrationinin tərtib etdiyi 1735-ci il Tiflis planında bu günkü Rustaveli prospektinin

zolağında Diğom yolu idi. Bu yol da şəhərin qala barısının darvazasından başlayırdı. Bu yolun

şərqində yamacda Vaxuşti «Qareuban» (ətraf məhəllə) deyilən məhəlləni qeydə almışdır. Bu məhəllə

bu günkü Rustaveli prospektini, Azadlıq meydanını, Kolxoz bazarını və Corciaşvili küçəsi arasındakı

ərazini əhatə edirdi.

XIX əsrin 40-cı illərində bu prospektə Rusiya imperatorunun Qafqazdakı canişini Qolovinin adı

verilmişdir.

1880-ci illərdə Qolovin prospektində İrəvan meydanından ata qoşulan «Konka» dəmiryolundan

istifadə olunmuşdur ki, Moskva məntəqəsindən Vera yoxuşuna kimi gedib gəlirdi. 1905-ci ildə

«Konka» tramvay ilə əvəz olundu.

Qorça-qala – Qorçi-qala – Tabor qalasının türkcə adıdır ki, bu da qoruyucu qala deməkdir. Doğrudan

da Tabor qalası - Qorucu qala Tiflisi cənub-şərq tərəfindən qoruyurdu və Gəncə qapısına nəzarət

edirdi.


Nəhayət, Tabor qalasını Ağa Məhəmməd şah Qacar dağıtmış və ondan sonra bir daha bərpa

olunmamışdir. Tiflisin 1800-ci il planında V. Çuyko onu belə qeyd edir: «Razorennoe ukreplenie

Korça-Kala».

1802-ci və 1809-cu illərin planına daxil edilmişdir. Ondan sonrakı planlarda o bir daha qeyd

olunmamışdır.

Qumarbazların bağı – Avlabarda Sinandal küçəsində yerləşirdi.

Quru körpü (Suxoy most) – Bu gün dayaq divarları ilə daralmış Kür çayında şəhər miqyasında

adaları görmək mümkün deyildir. Əvvəllər isə çoxlu kiçik və böyük adalar var idi. Tiflisin köhnə

planında adalar qrupu bu günkü Elbakidze və Barataşvili küçələri arasında da göstərilmişdir.

İndiki Saarbrüken adına kiçik, bir aşırımlı körpü altından XX əsrin 30-cu illərinədək Kürün bir qolu




Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə